1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   2   3   4   5   6   7   8   9   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

 
 
 
 
 
 
 
 
 
 
 


Mövzu: 4 Mədəni nitqə verilən başlıca tələblər.Nitqin aydınlığı , yığcamlığı 
Plan: 
1.Nitq zamanı aydınlığı pozulmasının səbəbləri 
2.Nitqin aydınlığı üçün tələb olunan amillər 
3.Diksiya 
4.Klassiklərin əsərlərində nitq yığcamlığı 
5.Lakonik nitq 
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni 
nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər 
bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, 
münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Nitqin əsas keyfiyyətləri haqqında 
yığcam bir şəkildə aşağıdakıları qeyd etmək olar:
Nitqin aydınlığı.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa 
düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və 
göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. 
Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq 
obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında 
danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək 
üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, 
əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha 
maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə 
olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq 
danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun 
nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy Köçərli nitqin 
aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir. “Bizim 
yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli 
adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi. 
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, 
işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. 
Danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Türk xalqları həmişə 
əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar çıxış etdilər.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, 
bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun 
intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir.


Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün 
aşağıdakılara əməl etməlidir:
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar 
toplamaq;
2) Həmin materialı sistemləşdirmək;
3) Mətn yazılıdırsa, dönədönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri 
(məntiqi vurğulu sözləri) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail 
olmaq;
4) Söz və qrammatik formaları düzgün və aydın tələffüz etmək; 
5) Məzmuna uyğun intonasiya seçə bilmək;
6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, terminləri, 
neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək;
7) İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) 
göstərmək;
8) Fikri, çıxarılan nəticəni misallarla əsaslandırmaq;
9) Auditoriya ilə (eləcə də müsahiblə) əks əlaqəni yaratmaq – sual vermək, cavab 
almaqla deyilənlərin başa düşüldüyünü, mənimsənildiyini müəyyənləşdirmək, 
lazım gələrsə əlavə şərh vermək;
10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq. 
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio 
sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə 
tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına 
nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, 
qavranılmasını o dərəcədə təmin edir. 
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin 
düzgün tənzim olunmamasıdır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi 
ölçüdə sərt etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan 
sanki boğulur, səsin gücü aşağı düşür. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin