başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar. Klassiklərimiz nitqin
yığcamlığına yüksək səviyyədə yanaşmışlar.
Hələ vaxtilə böyük Nizami yazırdı:
Sözün çoxsa əgər çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın.
Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir:
Düşünüb, sonra de
sözü müxtəsər,
O qədər danışma “bəsdir” desinlər.
Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Bunun üçün
danışanın, yazanın nitqin predmetinə yaxşı bələd olması,
fikrə uyğun münasib
sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, omonim, sinonim, antonimlərdən
yerində istifadə etməsi əsas şərtdir.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri
və cümlələrlə ifadə
olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır.
Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq,
lüzumsuz sözlərin,
ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı
cümlələrlə bir neçə
dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox
danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq ” ( İslamın prinsiplərindən)
Sözlərin, ifadələrin lüzumsuz işlənməsi hallarına həm yazılı, həm də şifahi
nitqdə təsadüf etmək mümkündür. Qədim Yunanıstanda nitqin yığcamlığına
xüsusi əhəmiyyət verilirdi. Plutarx nitqin gücündən danışarkən demişdir: “Nitqin
gücü az sözlə çox şey söyləmək bacarığıdır”. Spartada
yeniyetmələrə bir neçə
sözlə çox şeyi ifadə etmək, cavablarda dəqiq və
müxtəsər olmaq öyrədilirdi ki,
buna
“lakonik nitq
” deyilirdi. Dövrün əfsanəvi qanunvericisi sayılan Likurq söz
sikkəsini pul sikkəsindən üstün tuturdu. O,
istəyirdi ki, bir neçə sadə sözlə çox
dərin məna ifadə olunsun. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı
öyrənsələr, dərin mənalı cavab verməyə alışarlar. Nitqin yığcamlığı ilə bağlı Qədim
Yunanıstanda “lakonik danışıq” anlayışı da yarandı.
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və
başqasının danışığına (eləcə də yazısına) bu
cəhətdən tənqidi münasibət
bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır. Nitqin
yığcamlığı, lakonikliyi natiqlik praktikasında xüsusi rol oynayır. Natiq “sözə sıxlıq,