1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri


Cismin çəkisinin yerin coğrafi en dairəsindən asılılığı



Yüklə 165,92 Kb.
səhifə11/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   ...   4   5   6   7   8   9   10   11   12
fizika.imtahan

19.Cismin çəkisinin yerin coğrafi en dairəsindən asılılığı
Ətalət hesablama sisteminə nəzərən təcillə hərəkət edən hesablama sistemi qeyri- ətalət hesablama sistemi adlanır. Yer həm öz oxu ətrafında, həm də orbit boyu fırlanma hərəkətində iştirak etdiyindən, Yerlə bağlı hesablama sistemləri qeyri- ətalətdirlər. Lakin bəzi konkret hallarda belə fırlanma hərəkətlərinin kiçik təcilə malik olduqlarını nəzərə alıb,Yerlə bağlı hesabat sistemini təxmini olaraq ətalət hesablama sistemi qəbul etmək olar. Fırlanan sistemdə irəliləmə hərəkətində olan cismə baxaq. Fərz edək ki, disk şaquli ox ətrafında sabit  bucaq sürəti ilə fırlanır və m kütləli kürə diskin radiusu boyunca  sürəti ilə ox(OA) istiqamətində diyirlənir. Disk fırlanmasa müddətdən sonra kürə A nöqtəsinə çatacaqdır. Disk fırlandıqda kürə həmin zaman müddətində A nöqtəsinə deyil, diskin fırlanma hərəkəti istiqamətinin əks tərəfində yerləşən A1 nöqtəsinə çatır.Bu halda diskə 1 sürətinə perpendikulyar istiqamətdə qüvvə təsir edir və kürənin trayektoriyası OA1 əyri xəttini təşkil edir.Bu qüvvə 1 perpendikulyar olduğundan onun gördüyü iş sıfırdır və bu səbəbdən həmin qüvvə sürəti qiymətcə dəyişdirə bilməyib, yalnız istiqamətcə dəyişdirir. Bu ətalət qüvvəsinə Kariolis qüvvəsi deyilir. ifadəsidə budur.
Ətalət qüvvələrinin tətbiqlərindən çəkisizlik, ağırlaşma, ağırlıq qüvvəsinin coğrafi en dairəsindən asılılığını göstərmək olar.
1.Çəkisizlik , ağırlaşma . a = g olduqda P = 0 , yəni şaquli olaraq aşağı istiqamətdə hərəkət edən liftin təcili ağırlıq qüvvəsi təcilinə bərabər olduqda cismin çəkisi sıfır olur . Belə hal çəkisizlik halı adlanır . Bu onunla əlaqədardır ki , lift g təcili ilə düşdüyündən cisim yalnız ağırlıq qüvvəsi təsirinə məruz qalır və bu səbəbdən o da g təcili ilə düşərək tərəziyə təsir göstərə bilmir . Deməli , yeganə bir qüvvə - ağırlıq qüvvəsi təsiri ilə hərəkət edən cisimlər çəkisizlik şəraitində olur . Belə şəraitdə olan cisim heç bir deformasiyaya məruz qalmır .
Lift aşağıya doğru bərabəryavaşıyan hərəkət edir . Belə hərəkət zamanı liftin təcili hərəkət istiqamətinin əksinə , yəni ağırlıq qüvvəsi təcilinin əksinə yönəlmiş olur . Bu halda çəki
P=m(g+a)=P0+ma
ifadəsi ilə müəyyən olunur , başqa sözlə , ağırlaşma müşahidə olnur . Kosmik gəmilər Yerə qaytarılarkən onların hərəkəti yavaşıyan olduğundan kosmonavtlar ağırlaşma şəraitində olurlar .
Çəkisizlik təkcə düzxətli hərəkət zamanı deyil , həm də fırlanma hərəkəti zamanı müşahidə olunur . Yer ətrafında fırlanan kosmik gəmilərə təcir edən Yerin cazibə qüvvəsi mərkəzəqaçma ətalət qüvvəsi ilə tarazlaşdığından gəmi daxilindəki cisimlər çəkisizlik şəraitində olur . Təbiidir ki , bu halda da gəminin hərəkəti yeganə bir qüvvənin - ağırlıq qüvvəsinin təsiri ilə baş verir . Müasir reaktik təyyarələrin bəzi mürəkkəb ilkəkvari hərəkəti zamanı qısamüddətli çəkisizlik halı yaranır .

Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin