1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


Radioaktiv zəhərlənmə (çirklənmə) ocaqlarında sanitariya təmizliyinin aparılması, deqazasiya və dezaktivasiya tədbirləri



Yüklə 335,33 Kb.
səhifə44/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   40   41   42   43   44   45   46   47   ...   106
null

23. Radioaktiv zəhərlənmə (çirklənmə) ocaqlarında sanitariya təmizliyinin aparılması, deqazasiya və dezaktivasiya tədbirləri.

Sanitariya təmizliyi xüsusi təmizlənmənin vacib tədbirlərindən biri olub, dəri səthini radioaktiv maddələrdən, kimyəvi və bakterial vasitələrdən təmizlənməsinə deyilir. Sanitariya təmizliyi qismən (yarımçıq) və ya tam halda keçirilə bilər.Qismən sanitariya təmizliyi bir qayda olaraq özünə yardımqarşılıqlı-yardımüsulu ilə aparılır. Qismən təmizlənmə zamanı bədənin açıq sahələri (əl, üz, boyun) əynindəki geyinilmiş vəziyyətdə olan fərdi mühafizə vasitələri, paltar və ayaqqabılar təmizlənir. Qismən sanitariya təmizliyi zəhərli sahədən çıxdıqdan sonra hər bir şəxs tərəfindən müstəqil olaraq aparılır. Belə ki, radioaktiv zəhərlənmə rayonundan çıxdıqdan sonra və ya mühafizə qurğusuna girməzdən əvvəl plaşı, üst paltarı çıxarıb arxası küləyə tərəf dayanıb çırpırlar. Sonra paltarı kəndirdən asıb süpürgə, şotka, əgər bunlar olmasa, ot burması ilə yuxarıdan aşağıya doğru radioaktiv tozdan təmizləyir və ya çubuqla çırpırlar. Ayaqqabıları süpürgə ilə, şotka ilə təmizləyirlər.Yaş əsgi ilə silir yaxud yuyurlar. Əleyhqazı, əlcəkləri çıxarıb, üzü, boyunu, əlləri təmiz su ilə yuyub, ağızı və boğazı qarqara edirlər. İnsanların dərisi və paltarı damcı-maye halında ZM-lə zəhərləndikdə qismən sanitariya təmizliyi təcili olaraq yerinə yetirilir. Bunun üçün kimya əleyhinə fərdi pakedin mayesi ilə, bu olmadıqda isə dəsmalla, tənziflə dərini, paltarı və əleyhqazı üzlüyünü silmək olar. Tam sanitariya təmizliyi – qismən təmizldənmədən sonra aparılır. Bu zaman ilıq su və sabunla bütün zəhərli və radioaktiv maddələrə toxunulmuş sahələri və ya bütün bədəni yuyub təmizləyir. Tam sanitariya təmizliyi isti su ilə çimməkdən, habelə alt və üst paltarları dəyişməkdən ibarətdir. Tam təmizlənmə isti aylarda qismən təmizlənmədən 24 saat sonra, soyuq aylarda isə 3 sutka sonra aparıla bilər.Tam sanitariya təmizliyi mühəndis və tibb xidməti tərəfindən təşkil edilir.Mühəndis xidməti bütün kütləvi qırğın silahına məruz qalmış şəxsi heyət və döyüş texnikasını təmizləmək üçün xüsusi yuma məntəqəsi açır. Tibb məntəqəsi isə zədələnmiş şəxslər üçün xüsusi təmizlənmə şöbəsi açır. Bu şöbə lazım gəldikdə təşkil edilir. Təmizlənmə aparıldıqdan sonra bağlanır. Yuyunma məntəqəsində xidmət edən heyət zəhərli paltarları, ayaqqabıları və mühafizə paltarlarını zəhərsizləşdirmə şöbəsinə aparıb, orada təmizləməli, sonra geyinmə şöbəsinə gətirilməlidir. Yuyunma məntəqəsində ardıcıllıqda əlləri, üzü, başı və bütün bədəni 2 dəfə yumaq lazımdır. Yuyunma 10-15 dəq. davam etməlidir. Yuyunduqdan sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetri cihazla yoxlamaq lazımdır. Əgər bədəndə qalmış zəhərlənmə yol verilən normadan artıq olarsa, yuyunma təkrar edilməlidir.Dezaktivasiya. Radioaktiv maddələrlə zəhərlənmiş sahələrin, texnikanın, əşyaların, paltar və ayaqqabıların səthindən radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyə qədər təmizlənməsinə deyilir. Dezaktivasiya ya qismən, ya da tam həcmdə aparıla bilər. Qismən dezaktivasiya zəhərlənmənin təsirini azaltmaq məqsədilə və iş dayandırılmadan aparılır. Bu zaman radioaktivtoz paltar və ayaqqabılardan, texnika və alətləri işlədərkən onlara adamların əli toxunan yerlərdən (maşınların sükanı, alətlərin dəstəkləri, qapıları və s.) təmizlənir. Tam dezaktivasiya zamanı isə texnika, paltar, ayaqqabı və s. əşyalar bütünlüklə təmizlənir və onların tam təzlükəsizliyi dozimetrik cihaz vasitəsilə təyin edilir. Dezaktivasiya mexaniki, kimyəvi və fiziki üsulla aparıla bilər. Mexaniki üsulda müxtəlif səthləri və əşyaları yumaq, silmək, süpürmək, çırpmaqla, şotka ilə təmizləməklə dezaktivasiya etmək olar. Asvalt və həyətin radioaktiv tozu su ilə yuyub təmizləməklə aparılır. Yuyulmuş tozu kanalizasiya şəbəkəsinə, yaxud quyuya axıdılır. Sonra quyunun üstü zəhərlənməmiş torpaqla örtülür. Fiziki üsul radioaktiv maddələri səthlərdən yumaq, yerüstü zəhərli qatı qazıyıb götürmək, suyu süzməklə yerinə yetirilir. Kimyəvi üsulda ən çox qələvilərdən, turşulardan, azot, kükürd turşularından, yuyucu maddələrdən istifadə edilir. Dezaktivasiya aparmaq üçün çiləyici, yuyucu maşınlar və cihazlar, xalq təsərrüfatında işlədilən müxtəlif texnikadan, qartəmizləyən, yanğınsöndürən maşınlardan istifadə etmək olar.Qış vaxtı ərazinin dezaktivasiyası qarın üst qatı götürülməklə aparılır. Bu məqsədlə yumşaq qarı 20 sm, tapdalanmış qarı isə 6 sm. qalınlığında yığışdırıb xüsusi ayrılmış yerə daşıyırlar. Binaların dam və divarlarındakı radioaktiv tozu şlanqla, yuyucu maşınlarla yuyurlar. Yuyulma yuxarıdan aşağıya ardıcıllıq ilə aparılır. Su kəməri və xüsusi yuyucu maşınlar olmadıqda radioaktiv toz yaş şotka və əsgi ilə silinir. Çirkli su və silinmiş zir-zibil yuxarıda göstərilən qayda üzrə quyulara axıdılır. Daxili binaların və oradakı əşyaları dezaktivasiya etmək üçün tavandan, divarlardan və otaqdakı əşyaların üzərindəki radioaktiv tozu silib təmizləyirlər. Deqazasiya davamlı zəhərli maddələrin zəhərsizləşdirilməsinə və ya zəhərlənmiş səthlərdən təmizlənməsinə deyilir. Onu mexaniki, fiziki və kimyəvi üsullarla aparılır.Mexaniki üsulla zəhərlənmiş torpaq, qatını qazıb atmaq, əşyaların səthindən zəhərli maddələrin damcısını silib təmizləməklə kənar edilə bilər. Oddan xarab olmayan əşyaların üzərindəki zəhərli maddələri yandırmaqla deqazasiya etmək olar.Fiziki üsulda zəhərli maddələrin düşmüş sətləri yuyub-təmizləmək, günəş altında küləyə verib buxarlandırmaq, qaynar su və ya buxar vasitəsilə təmizləyirlər.Lakin mexaniki və fiziki üsullarla zəhərli maddələr məhv edilmir, ancaq zəhərlənmiş səthlərdən kənar edilir.Kimyəvi üsul, bu zaman zəhərli maddələr bir başa neytrallaşdırılır və zəhərsiz maddələrə çevrilir. Kimyəvi üsul tətbiq edildikdə xüsusi deqazasiyaedici maddələr zəhərli maddələrə təsir göstərir, bunların zəhərləyici xassəsini məhv edir və bununla da zərərsizləşdirir. Belə ki, iprit və luizit tipli zəhərli maddələrin deqazasiyası üçün xlorlu əhəngdən istifadə olunur.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin