1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


Müasir dövrdə Azərbaycanda multikulturalizm



Yüklə 89,96 Kb.
səhifə22/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   17   18   19   20   21   22   23   24   25
multikulturalizmin imtahan cavablarıı..

57.Müasir dövrdə Azərbaycanda multikulturalizm
Azərbaycan xalqı daim ölkədə yaşayan müxtəlif dinlərə və məzhəblərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə sülh və əmin-amanlıq mühitinin yaradılmasına çalışmışdır. Bu hümanist ənənə bu gün də qorunub saxlanılır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarına, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. 1992-ci ildə qəbul olunan, sonrakı illərdə bir sıra ciddi dəyişikliklər edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. Dini qurumların dövlət qeydiyyatına alınması və fəaliyyətinə xitam verilməsi qaydaları müəyyənləşdirdi, onların mülkiyyət hüququ, istehsal və təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri, dinin məktəblə münasibəti, dini icmaların xeyriyyə və mədəni-maarif fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirdi. Məsələn, adı keçən qanunun “Dini qurumların mülkiyyəti” adlanan 18-ci maddəsinə görə, “Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər. Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququna malikdirlər”. Azərbaycan Respublikası suverenliyini bərpa etdikdən sonra ölkədə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin yenidən tənzimlənməsi, qeyri-ənənəvi dini cərəyanların və qrupların missionerlik fəaliyyətinin nəzarət altına alınması istiqamətində hüquqi və siyasi müstəvidə silsilə tədbirlər həyata keçirildi. Eyni zamanda hər kəsə fikir və söz azadlığı verildiyi, ölkə vətəndaşlarının dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu bəyan edildi. Lakin Azərbaycanda hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qanunla qadağan edilmişdir.Bu qadağanın qoyulması o dövrün şərtləri diqqətə alınanda çox yerində bir qərar olduğunu görmək olar. Belə ki, həmin dövrdə missioner təşkilatlar Azərbaycan xalqının dini savadsızlığınıdan və xalqın rifah səviyyəsinin aşağı olmasından, habelə Qarabağ münaqişəsindən məharətlə istifadə edərək, xalqı ənənəvi dini görüşlərindən uzaqlaşdırmağı qarşılarına məqsəd qoymuşdular. 2001-ci ildə dini sferada fəaliyyət göstərən qurum və icmaların fəaliyyətinin tənzimlənməsi və onların dövlət ilə münasibətlərinin mərkəzləşdirilməsi istiqamətində yeni addım atıldı və “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi” yaradıldı. Bu tarixdən etibarən Azərbaycanda dövlət-din münasibətləri yeni bir mərhələyə daxil oldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti həmin quruma həvalə olundu. Müasir dövrdə dünyanın bir sıra bölgəsində etnik-dini zəmində baş verən münaqişələr və müharibələrin əsas səbəbi mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan düşüncə tərzinin fəsadlarıdır. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu gün dünyanın bir çox ölkələrində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas meyar kimi götürülür. Yəhudi, xristian və müsəlmanlar ayrı-ayrı məhəllələrdə yaşayırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmamışdır. Bu gün ölkəmizdə müxtəlif dinə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayinlərində bir ailə kimi yaxından iştirak edirlər.Azərbaycanda yaşayan qədim xalqlardan biri də yəhudilərdir. Məskunlaşdıqları digər ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki, burada yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə, daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.Azərbaycanda yəhudilər üç icma ilə - dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Ölkəmizdə yaşayan yəhudilərin böyük əksəriyyətini əsasən, Bakı, Quba və Oğuzda məskunlaşan dağ yəhudiləri təşkil edir. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar. Ölkəmizdə yəhudilərin ümumi sayı 16.000 təşkil edir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000 nəfəri isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin sayı 4,3 min nəfərdir. Gürcü yəhudilərinin təxmini sayı 700 nəfərdir. Azərbaycanda hazırda yeddi yəhudi dini icması dövlət qeydiyyatına alınmışdır. Bakıda üç, Oğuzda və Qubada bir sinaqoq fəaliyyət göstərir. 2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada misli görünməmiş hadisələrdəndir. 2003-cü ildə Bakıda ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər.

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin