1. Multikulturalizmə giriş fənninin predmeti və obyekti


Multikulturalizm həyat tərzi kimi



Yüklə 35,16 Kb.
səhifə11/12
tarix30.12.2021
ölçüsü35,16 Kb.
#49276
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 1

7. Multikulturalizm həyat tərzi kimi

Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələsi onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Multikulturalizmin cəmiyyətdə inkişafının sonrakı mərhələsi onun xalqların həyat tərzinə çevrilməsi ilə bağlıdır. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Düzdür, elə xalqlar var ki, multikulturalizmin dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsindən asılı olmayaraq və bu prosesdən çox əvvəl tarixən yüksək multikultural və tolerantlıq ənənələrinə malik olmuşdular. Belə xalqlar ərazilərində yaşayan digər xalqları heç vaxt ayrı-seçkiliyə, təqibə məruz qoymamışdılar, onlara qarşı heç vaxt dözümsüzlük nümayiş etdirməmiş və onlarla sülh və əmin-amanlıq şəraitində yaşamışdır. Belə xalqlardan biri Azərbaycan xalqıdır. Azərbaycan xalqı tarixinin bütün mərhələlərində onun ərazisində yaşayan bütün xalqların nümayəndələrinə xoş münasibət bəsləmiş, onların etnik, dini və mədəni dəyərlərinə nəinki dözümlük nümayiş etdirmiş, həmçinin hörmətlə yanaşmışdır. Tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqı təqibə məruz qalan etnik, dini azlıqların nümayəndələrinə sığınacaq vermişdir. Multikulturalizmin Azərbaycan xalqının həyat tərzinə çevrilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində aşağıdakıları söyləmişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir”. Lakin tarixi təcrübə göstərir ki, bu və ya digər xalqın tarixi multicultural və tolerantlıq ənənələrinin multikulturalizmin onun həyat tərzinə çevrilməsində mühüm rol oynamasına baxmayaraq, dövlət tərəfindən məqsədyönlü şəkildə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması təmin olunmadıqda cəmiyyətin inkişafında etnik, dini və mədəni zəmində qarşıdurmalar yaranır. Başqa sözlə desək, multikulturalizmin xalqın həyat tərzinə çevrilməsində dövlət, onun apardığı multikulturalizm siyasəti əhəmiyyətli rol oynayır. Deyilənləri sübut etmək üçün Qərb ölkələrində multikulturalizmin meydana gəlməsində və bir dəyər kimi yayılmasında dövlətin bu sahədə həyata keçirdiyi siyasəti göstərmək olar. Bundan başqa hazırki dövrdə,

xüsusilə də Qərb ölkələrində multikulturalizm siyasətinin ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə, dövlət tərəfindən multikulturalizmə dəstək olmasa həmin ölkələrdə islamofobiyanın, antisemitizmin, ksenofobiyanın və ayrıseçkiliyin, dözümsüzlüyün digər formalarının yayılmasının qarşısını almaq mümkün olmaz. Buna görə də multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə keçirdirilməsi onun dövlət siyasəti səviyyəsinə qaldırılması şəraitində daha realdır. Beləliklə, multikulturalizmin sosial hadisə, siyasət modeli və həyat tərzi kimi təqdim olunması onun mahiyyətini acır. Bu isə öz növbəsində “Multikulturalizmə giriş” fənninin predmetinin müəyyən edilməsində əhəmiyyətlidir.


Yüklə 35,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin