1. Multikulturalizmə giriş fənninin predmeti və obyekti


Multikulturalizm sosial hadisə kimi



Yüklə 35,16 Kb.
səhifə10/12
tarix30.12.2021
ölçüsü35,16 Kb.
#49276
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 1

8. Multikulturalizm sosial hadisə kimi

Multikulturalizm məfhumu iki mənada işlədilir: geniş və dar mənalarda. Geniş mənada işlədilən multikulturalizm məfhumu onun etimologiyasını əks etdirir. Məlum olduğu kimi, “multikulturalizm” məfhumu iki sözün birləşməsindən əmələ gəlmişdir- “multi” və “kultura” (latın dilindən tərcümədə çoxmədəniyyətlilik deməkdir). Buna görə də sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından irəli gələrək çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, eləcə də bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlər nəzərdə tutulur. Düzdür, ilk baxışda etnik, irqi, dini və mədəni müxtəlifliklərlə yanaşı çoxmədəniyyətlilik mənasında işlədilən multikulturalizm termininə kişiqadın bərabərliyi, cinsi azlıqların hüquqları kimi məsələlər də daxildir. Lakin multikulturalizm məhfumu çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi ilk növbədə etnik, irqi, dini və mədəni müxtəliflikləri və bu müxtəlifliklərin əsasını təşkil edən etnik-mədəni dəyərləri ehtiva edir. Bununla əlaqədar Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri, şikəstlər və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları (mühacirləri) (məs., ABŞ-dakı Latın Amerikalıları, Qərbi Avropada müsəlmanları), milli azlıqları (məs. katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məs., Şimali Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər. Müasir dövrdə, xüsusilə də qloballaşma şəraitində, etnik, irqi, dini və ya mədəni müxtəlifliklərin mövcud olmadığı ölkəni tapmaq qeyri mümkündür.Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliklərin ən azı birinə, bir neçəsinə və ya hətta hamısına rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın həyatında əhəmiyyətli rol oynayır. Belə ki, müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəaliyyətlərinin əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayır. Sözün geniş mənasında işlədilən multikulturalizm məhfumunun əsasında biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyəti multikultural cəmiyyət adlandıra bilərik. Buna görə də sözün geniş mənasında müasir dövrdə, demək olar ki, bütün dövlətlər multikulturaldır. Çoxmədəniyyətlilik mənasında, yəni sözün geniş mənasında işlədilən multikulturalizm məfhumu ilk növbədə özünü sosial hadisə kimi büruzə verir.

Multikulturalizmə sosial hadisə kimi yanaşma onun tədqiq olunmasında tətbiq olunan mühüm metodlardan biri olan sosioloji metodun əsasını təşkil edir. Multikulturalizmin sosial hadisə kimi təqdim edilməsi onun mühüm cəhətlərindən birinin qeyd olunması deməkdir. Bu isə onun mahiyyətinin vəəhəmiyyətinin müəyyən edilməsinə kömək edir. Belə ki, multikulturalizmin sosial hadisə kimi təqdim olunması onun cəmiyyətin məhsulu olaraq ictimai inkişafının müəyyən mərhələsində, eləcə də cəmiyyətdə cərəyan edən bu və ya digər hadisələrin təsiri altında meydana gəlməsini göstərir. Məsələn, multikulturalizmin bir sosial hadisə kimi formalaşmasına müəyyən ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə yaşamaları, miqrasiya prosesləri, xalqlar arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu kimi bir sıra digər mühüm sosial hadisələr təsir göstərmişdir. Bundan başqa multikulturalizmin bir sosial hadisə kimi təqdim edilməsi onun formalaşma və inkişaf mərhələlərində digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsiri, onlarla qarşılıqlı münasibətdə olması müəyyən edilir.


Yüklə 35,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin