1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə27/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   23   24   25   26   27   28   29   30   ...   63
imtahan vavablari FC

6.1. Çayları və gölləri.

Asiya ərazisində çay şəbəkəsinin sıxlığı iqlim və relyefdən asılı olaraq çox müxtəlifdir. Səth axarının ərazidə qeyri–bərabər paylanması ilə əlaqədar olaraq, qitədə sıx çay şəbəkəsi olan sahələrlə bərabər, daimi axarı olmayan sahələr də geniş yer tutur. Qitə ərazisindən bütün okeanların hövzələrinə çaylar axır. Şimal Buzlu okeanı, Sakit və Hind okeanına tökülən çayların ümumi hövzəsi təxminən bərabərdir. Atlantik okeanı hövzəsinə Ön Asiyanın Aralıq və Qara dənizlərinə tökülən kiçik çayları daxildir.

Yağıntıların illik miqdarı, bunun mümkün olan buxarlanmaya nisbəti və ərazinin meylindən asılı olaraq qitədə səth axarı müxtəlif paylanmışdır. Şimali Asiyada (Sibirdə) bu, 200 mm-dən artıqdır. Yalnız Qərbi Sibirin cənubunda, Lena–Vilyuy çökəkliyində və Kolıma–İndiqirka hövzələrində səth axarı 200 mm–dən azdır.

Mərkəzi, Orta və Ön Asiyada, yüksək dağlıq ərazilər müstəsna olmaqla, səth axarı 50 mm–dən azdır. Asiyanın ən böyük çayları öz mənbəyini Mərkəzi Asiyanın şimal, cənub, qərb və şərqdən əhatə edən dağ sistemlərinin kənar (okeanlara baxan) yamaclarından götürür. Bəzən çaylar bu dağları yarıb öz mənbələrini Mərkəzi Asiyanın daxilindəki yaylalara qədər irəlilətmişlər. Beləliklə yüksək dağlar hər yerdə suayırıcı rolunu ifa edə bilmir. Qeyd etmək kifayətdir ki, dünyanın ən yüksək dağ silsiləsi olan Himalay yalnız kiçik çayların suayrıcısıdır

Asiyanın iqlim və geomorfoloji şəraiti çox müxtəlif olduğu kimi, çayların qidalanması, illik səviyyə rejimi, eroziya, nəqletmə və akkumulyasiya fəaliyyəti, nəhayət onların təsərrüfata yararlılığı da olduqca müxtəlifdir.

Sibir çaylarının (Ob,Yenisey, Lena və bunların qolları, bir çox orta və kiçik çaylar) qidalanması əsasən qarların əriməsindən yaranan suların və qismən də yağış sularının hesabınadır.

Şərqi Asiya (Uzaq Şərq və Çin) çayları musson rejiminə malik olub, yağış və qar suları ilə qidalanırlar. Burada şimaldan cənuba hərəkət etdikcə çayların qidalanmasında yağış sularının payı artır, qar suları isə azalıb yox olur.

Yapon adalarının çayları musson rejimlidir. Bu çayların hövzəsi kiçik, özləri isə qısa olmasına baxmayaraq, olduqca böyük hidroenerji ehtuyatına malikdir və bu ehtiyatdan Yaponiyada geniş miqyasda istifadə edilir (elektrik enerjisi istehsalının 2/3–ni çaylar üzərində tikilmiş hidroelektrik stansiyaları verir). Adaların çayları əsasən yağış suları, qərb sahilin çayları isə yağış və qar suları ilə qidalanır.

Hindistan və Hind–Çinin çayları tipik musson rejimli çaylardır. Orta dağlardan və alçaq yaylalardan axan çayların səviyyə rejimi ildə iki dəfə kəskin dəyişir. Yayda bu çaylar musson yağışları hesabına çox daşırlar, qışda isə səviyyə olduqca aşağı düşür. Hindistan və Hind–Çinin böyük çayları (Hind, Qanq, Brahmaputra, İravadi, Saluin, Mekonq və s.) öz mənbələrini yağıntısı az olan yüksək Tibet yaylasının cənub və cənub–şərq yamaclarından alır. Bu hissədə çaylar az sulu olmaqla buzlaqların əriməsi hesabına, qismən də qar suları hesabına qidalanırlar.

Ön Asiyanın çayları başlıca olaraq yağış sularından qidalanır. Yüksək dağlardan axan çayların qidalanmasında qar sularının, vulkanik yaylalardan axan çaylarda isəyeraltı suların rolu artır. Daxili yayla çaylarının bir qismi səhra qumlarında itir (Hilmend və s.), bir çoxu isə sahildəki dağları yararaq kənar dənizlərə axır (Qızılüzən, Qızıl İrmak və s.). Ön Asiyadan Aralıq dənizinə axan çaylar qışda çox sulu olur, yayda dayazlaşır, bəzi çaylar isə tamamilə quruyur. Çaylardan suvarmada geniş miqyasda istifadə edilir.

Mərkəzi və Orta Asiyada böyük çaylar (Amudərya, Sırdərya, Tarim və s.) axmaz hövzə çayları kimi xarakterizə edilir. Ön Asiyada olduğu kimi, burada da çayların əksəriyyəti öz sularını qapalı hövzənin böyük göl və dənizlərinə çatdırmadan dağ ətəyindəki qumluqlar arasında itirlər (Edzan – qol, Tarim, Murqab, Təcən və s.). Yalnız ən böyük çaylar Amudərya və Sırdərya öz sularını Aral dənizinə çatdırır.

Mərkəzi və Orta Asiyanın ən böyük çayları öz mənbələrini yüksək dağlıq zonanın daimi qar və buzlarından götürürlər. Bu çaylar yayda çox daşırlar, qışda isə dayazlaşırlar.



Gölləri.

Asiya qitəsi müxtəlif mənşəli göllərlə zəngindir. Qitədə ən çox textonik mənşəli böyük və kiçik göllərə təsadüf edilir. Dünyanın ən böyük və ən dərin gölləri Asiyada yerləşir (Xəzər və Aral dənizləri, Baykal gölü–dərinliyi 1620 m, Balxaş gölü və s.) Asiyada göllər bir neçə tektonik sahədə yerləşirlər. Bunlardan birincisi və ən əsası Pamirdən Stanovoy dağlarına qədər uzanan Mərkəzi Asiya yaylaları ilə Sibir və Orta Asiya düzənləri arasında yerləşən ərazidir. Bu ərazinin böyük göllərindən İssık–kul, Balxaş, Alakul, Ebinur, Baqraşkul, Zaysan, Ubsu–nur, Xubsuqul və Baykalı göstərmək olar. Baykal, Zaysan, Xubsuqul və İssık – kuldan başqa qalan göllər axarsız olmaqla, şor göllərdir.

Mərkəzi Asiya yaylalarında Lobnor və Qaşun – nur gölləri, Nanşan dağlarında Kukunor gölü yerləşir. Tibet yaylasında çoxlu göllər vardır. Çinin böyük gölləri Duntin – xu və Poyan–xu gölləridir. Cənubi Asiyada göllər azdır. Burada ən böyük göl Hind–Çindəki Tonle–sap gölüdür. Ön Asiya yaylalarında bir çox textonik və vulkanik–bənd mənşəli, habelə karst gölləri vardır. Burada ən böyük göllər Rizayə, Van, Sevan və Tuz gölüdür. İran yaylasının şərqində dayaz və şor göllər (Dəryaçəyi nəmək və s.) vardır.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin