1 Willem F. van Eekelen


ATƏT-də Norma Müəyyən Edilməsi



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

 

ATƏT-də Norma Müəyyən Edilməsi 

 

Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Konfransı Avropa ölkələrini,ABŞ  və 

Kanadanı əhatə edən siyasi məsləhətləşmələr prosesi başlamışdır. Bu  üç il ərzində 

aparılan danışıqlar nəticəsində ortaya çıxdı və dövlətlər-arası davranışın prinsipləri-

ni formalaşdıran 1975- ci il Helsinki Yekun Aktının əsasında baş verdi. Əlavə ola-

raq,O, Soyuq Müharibənin ortasında, xüsusilə, siyasi-iqtisadi sahədə inam yaradan 

tədbirlər hazırlayırdı və insan hüquqlarına və fundamental azadlıqlara töhvə verir-

di. Sovet İttifaqı tərəfindən irəli sürülən bu təşəbbüs Avropada status-kvonun don-

durulmasına, o cümlədən, Almaniyanın bölünməsini də saxlayan cəhd kimi olsa 

da,Helsinki Yekun Aktı dəyişik istəyənlər və demokratik prinsiplərə dönmək istə-

yənlər üçün dəstək oldu. Kommunist ölkələri, artıq öz vətəndaşlarına qarşı etdikləri 

rəftar ilə əlaqədar müzakirələrə, daxili işlərə müdaxilə deyərək etiraz edə bilmirdi-

lər. Bərabər dərəcədə əhəmiyyətli olan, bütün xalqların özlərinin siyasi statusları-

nı,həm daxili, həm də xarici,sərbəst şəkildə müəyyən etməyə hüquqlarının olduğu-

nu Moskvanın qəbul etməsi idi. 

1990-cı ilin Noyabrın 21-də,ATƏK-in Parisdəki zirvə görüşü yeni Avropa üçün 

Paris Xartiyasını qəbul etdi və müntəzəm siyasi məsləhətləşmələrin mərkəzi orqanı 

kimi Xarici İşlər Nazirləri Şurası, Ali Rəsmilərin hazırlıq Komitəsi( 1994-cü ildə 

Ali Şura), Vyanada Münaqişələrin Qarşısını almaq Mərkəzi və Varşavada Demok-

ratik  İnstitutlar və  İnsan Hüquqları ofisi təsis etdi. 1991 –ci ilin İyununda,  Şura, 

Berlində ilk iclasını keçirdi və ATƏK ərazisində meydana gələn fövqaladə vəziy-

yətlərlə bağlı  məsləhətləşmə  və  əməkdaşlıq mexanizmləri haqqında razılığa gəldi 

və bu mexanizmlər keçmiş Yuqoslaviya və Dağlıq Qarabağla bağlı istifadə edil-

di

147



. Nəticədə,keçmiş Sovet İttifaqından ayrılmış yeni yaranmış bütün dövlətlər 

bura qoşulmaq üçün dəvət edildi. 1992-ci ilin İyulunda keçirilən Helsinki-Davamı 

                                                            

147


 

ATƏT Dağlıq Qarabağda sülhməramlılarla bağlı yaxınlaşmışdır. 1994-cü ilin Budapeşt 

görüşündə,üzv ölkələr silahlı münaqişə bittiyi zaman çoxmillətli sülhməramlı qüvvələr 

göndərilməsi haqda siyasi niyyətlərini bəyan etdilər.

 


 

182


Görüşü Milli azlıqlar üzrə Yüksək Komissarlıq təsis etməklə ATƏK –in təsisatları-

nı gücləndirdi və öncədən xəbərdarlıq və böhranlı vəziyyətləri idarəetmə, o cümlə-

dən, fakt toplama və hesabatçı missiyaları üçün struktur hazırladı. Bir neçə ay son-

ra, 1992-ci ilin Dekabrında Stokholmda,Xarici İşlər Nazirləri  Şurası Arbitraj və 

Uzlaşma üzrə Konvensiya qəbul etdi. 1994 –cü ildə Budapeşt zirvəsi ATƏK-i kon-

fransdan təşkilata çevirdi və ATƏT kimi tanındı. Siyasi məsləhətləşmələr və qərar-

vermələr üçün müntəzəm orqan kimi Vyanada yerləşən Daimi Şura təsis edildi. 

Son olaraq, ATƏT-in səhra əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək üçün 

1999-cu il İstanbul zirvə görüşündə Hazırlıq Komitəsi və Əməliyyat Mərkəzi yara-

dıldı. 


ATƏT,Silahlara Nəzarət  və İnam və Təhlükəsizlik Təmin etmək Tədbirləri isti-

qamətində özünün əhəmiyyətli işini davam etdirir. 1990-cı ilin Noyabrında ATƏT-

in Paris sammitinin açılışında, NATO-nun və o vaxtkı Varşava Müqaviləsi Təşkila-

tı üzvlərinin 22 üzvü Avropada Adi Silahlar haqqında Müqavilə (AAS) imzalaya-

raq, Atlantik Okeanından Ural dağlarına qədər ərazidə adi silahların məhdudlaşdı-

rılması qərarına gəldilər. İki ildən sonra, Helsinkidə imzalanan AAS-1A bu ərazidə 

şəxsi heyətın sayına məhdudiyyət qoydu və əlavə sabitləşdirici tədbirlər qəbul etdi. 

Eyni zamanda,Vyanada Təhlükəsizlik Əməkdaşlığı Forumu təsis edildi və onun çə-

tiri altında təhlükəsizlik dialoqu təşviq edilir və silahlara nəzarət və Strateji Hücum 

silahlarına qarşı Müdafiə danışıqları aparılır. Bir neçə  “Vyana Sənədləri “ danışıl-

mışdır və  ən sonuncusu  1999-cu ildə danışılan Strateji Hücum silahlarına qarşı 

Müdafiə sənədi ən hərtərəfli siyasi məcburi sənəd olmuşdur. 1999-cu ildə İstanbul-

da, Yenilənmiş AAS Müqaviləsi yekunlaşdırıldı  və indi onu imzalayan 30 dövlət 

vardır,lakin onun ratifikasiyası Rusiaya qoşunlarının Gürcüstan və Moldova/Dnes-

tryanı bölgədən  çıxması ilə asılı olmuşdur. 

 

ATƏT-in Davranış Kodeksi  

 

1994-cü ildə Budapeştdə razılaşdırılmış ATƏT-in Davranış Kodeksi, olduğundan 

daha çox diqqət tələb edir,çünki o 1975-ci ildə qəbul edilmiş Yekun Aktından sonra 

edilən tərəqqini təcəssüm etdirir. 1975-ci ildə, iki bir yerə sığışmayan sistemlərin ara-

sında gərgin mübahisələr gedirdi və orada çox az həqiqi əməkdaşlıq var idi. 1994-cü il-

də ATƏT öz məqsədini “təhlükəsizlik sahəsində  məsuliyyətli və əməkdaşlı davranış 

normaları”-nı ortaya qoymaqla həyata keçirdi.  O, insan hüquqlarına və fundamental 

azadlıqlara hörmətə söykənmış sülhü təmin edən təhlükəsizliyin hərtərəfli konsepsiya-

sını təsdiq etdi. O, həmçinin, iqtisadi və ekoloji əməkdaşlığı dinc dövlətlərarası müna-

sibətlərlə əlaqələndirdi. İmza atan ölkələr təhlükəsizlyin bölünməz olduğunu  və hər bir 

ölkənin təhlükəsizliyinin digər ölkələrin təhlükəsizliyi ilə ayrılmaz şəkildə bağlı oldu-

ğunu təsdiq etdilər; onlar özlərinin təhlükəsizliyini başqa dövlətlərin təhlükəsizliyi he-



 

183


sabına gücləndirə bilməzlər; hər hansı bir ölkə fərdi və ya kollektiv şəkildə kömək is-

tərsə, onlar tezliklə məslətləşmələrə baslayar, lakin eyni zamanda hər bir iştirakçı ölkə-

nin özünün suveren təhlükəsizlik maraqlarını müəyyən etməyə haqqı olduğunu və hər 

hansı beynəlxalq təşkilata üzv olmaq və ya olmamaq və ya neytral qalmaq hüququnu 

tanıyırlar. Hər bir dövlət öz təhlükəsizlik ehtiyacları üçün ölçülü olan hərbi qüvvələr 

saxlayacaqdır(Par.12) və onların sayını demokratik prosedur yolları ilə müəyyən edə-

cəklər(Par 13). Bir ölkənin silahlı qüvvələrinin digər iştirakçı dövlətin ərazisində yer-

ləşdirilməsi, onların sərbəst şəkildə apardığı danışıqlar nəticəsində gəldikləri razılığa və 

beynəlxalq hüquqa uyğun olaraq icazə verilir(par14). 

Davranış Kodeksi ilk dəfə olaraq bütöv bir bölməni(VII, Par20-33) ordunun,ya-

rı-hərbi birləşmələrin və təhlükəsizlik qüvvələrinin üzərində demokratik hakimiy-

yətə həsr etmiş və onu “sabitlik və təhlükəsizliyin mütləq vacib elementi kimi” say-

mışdır

148


. Dövlətlər bu cür qüvvələrin rollarını və missiyalarını aydın şəkildə mü-

əyyən etməli (Par21),müdafiə xərclərinin qanunverici orqan tərəfindən qəbul edil-

məsini təmin etməli(Par22), silahlı qüvvələrin siyasi cəhəttən neytral olduğunu tə-

min etməli(Par23), hərbi vasitələrin icazəsiz və təsadüfi istifadəsinə izn verməmə-

li(Par24), çağırışçıların toplanması insan hüquqları və fundamental azadlıqlarla uy-

ğun  olduğunu təmin etməli(Par27), silahlı qüvvələr heyətinin hüquq və vəzifələri-

nin qanunlarda öz əksini tapmalı(Par28), müharibə haqda beynəlxalq humanitar qa-

nunlara  geniş  çıxış olmalı(Par29) və şəxsi heyətə öz fərdi addımlarına görə məsu-

liyyət daşıdıqlarını təlimatlandırmalı (Par30) və komandirlərin məsuliyyəti tabeçi-

likdə olanları onların fərdi məsuliyyətlərindən azad etmir(Par31). 

Növbəti VIII bölmə, silahlı qüvvələrin Haaqa, Cenevrə Konvensiyaları və 1980 

–ci il   Müəyyən Adi Silahların  İstifadəsi ilə  əlaqədar 1980-ci il Konvensiyasına 

uyğun olaraq komandanlıq, təlim və avadanlıqla bağlı öhdəlikləri bəyan edir 

(Par34) , müdafiə siyasəti və doktrinasının beynəlxalq hüquqla uyğun olduğunu tə-

min edilir(Par35) və daxili təhlükəsizlik missiyaları beynəlxalq prosedurlara uyğun 

müəyyən edilir (Par36). İştirakçı dövlətlər fərdlərin və qrup şəklində insanların öz 

mülki və insan hüquqlarının qanuni və dinc formada ifadə olunmasına qarşı öz si-

lahlı qüvvələrindən istifadə edə bilməz və ya onların milli,dini,mədəni,dil və ya et-

nik kimliyini məhrum edə bilməz. 

                                                            

148

 Bu buraxılış ATƏT üçün tam yenilik deyildir. Kopenhagen Sənədlərindəki 1990-cı il  İnsan 



Amili-də qanun aliliyi tələbi qəbul olundu,başqa elementlər arasında “ hərbi qüvvələr və 

polis...mülki hakimiyyətin hakimiyyəti altında və ona cavabdeh olmalı (par. 5.6). A year later, in 

the Moscow Document of 3 October 1991, some general obligations were agreed to ensure that 

the security forces are subject to the effective direction and control of the appropriate civil 

authorities (par 25.1) and to create effective legislative supervision (par.25.3). See Victor-Yves 

Ghebali and Alexander Lambert, The OSCE Code of Conduct on Politico-Military Aspects of 



Security: Anatomy and Implementation, Martinus Nijhoff, Leiden, 2005, p. 420. 

 

184


Davranış Kodeksi 1995-ci ilin Yanvarın 1-də siyasi məcburii sənəd kimi qüvvə-

yə minmişdir. Hər bir dövlət onun yerinə yetirilməsi ilə  əlaqədar Təhlükəsizlik 

Əməkdaşlığı Forumu tərəfindən 1998-ci ildə qəbul edilən sorğu anketı əsasında uy-

ğun aydınlaşdırma gətirir. Kodeksin geniş analizində, Viktor-Yves Qebati və Alek-

sand Lambert silahlı qüvvələr üzərində demokratik hakimiyyəyi “necə” etməyi 

dörd nöqtədə cəmləşdirir:  

 

•  demokratik konstitusyon mülki hakimiyyətin ordu üzərində üstün-



lüyü; 

•  silahlı qüvvələri beynəlxalq humanitar hüququn normaları və gös-

tərişlərinə tabeçiliyi; 

•  silahlı qüvvələr heyətinin insan hüquqları və fundamental azadlıq-

larına hörmət edilməsi; 

•  silahlı qüvvələrin daxili  təhlükəsizlik məqsədləri üçün istifadəsi-

nin tənzimlənməsi. 

 

Hər iki müəllif ATƏT-in sorğularına verilən cavabları geniş nəzərdən keçirmiş-



lər lakin cavabları hansı ölkə verdiyini ayırd edə bilməmişlər. Onlar,institutlaşmış 

və rəsmi/qanuni informasiya haqqında faktiki informasiyaların üstünlük təşkil etdi-

yi cavabların  şahidi olmuşlar.Təqdim olunan informasiyalar göstərdi ki, iştirakçı 

dövlətlərin çoxu uyğun konstitusyon və hüquqi maddələrə düzəliş edərək,mülki-

hərbi münasibətlərin demokratik standardlarını qurmuşlar. Maraqlıdır ki,  oturuş-

muş  və  ənənəvi demokratik ölkələrdə,silahlı qüvvələr üzərində demokratik haki-

miyyət prinsipi adətən konstitusiya və ya hüquqi çərçivəyə salınmadığı halda,  bir 

çox Mərkəzi və Şərqi Avropanın yeni demokratik ölkələrində demokratik və mülki 

hakimiyyət haqqında hüquqi maddələr qəbul edilmişdir. 

Lakin, yeni yaranan demokratik ölkələrin gördüyü tədbirlər, məsələn,silahlı qüvvə-

lər üzərində demokratik mülki hakimiyyətə giriş kimi “təhlükəsizlik sektoru islahatının 

ilk nəsil tədbirləri”-nə isnad edirdi.  Bununla müqayisədə”ikinci-nəsil islahatları”

149

 ilə 


bağlı çox az məlumat mübadilə edilmişdir və həmçinin, strategiyalarla bağlı və onların 

vasitəsilə iştirakçi dövlətlər uzun vadidə həmin normaları səmərəli yerinə yetirmək və 

tətbiq etmək məqsədi güdür.Fərdi milli hesabatlar faktiki olaraq parlament səviyyəsin-

də əlavə institutlaşmış tədbirlərin aparılmasının zəruriliyini göstərdi.    

Bir çox iştirakçı dövlətlərin arasında davamlı olaraq müdafiə nazirliklərini və 

digər (keçmişdə  hərbiləşmiş)təhlükəsizlik sektoru orqanlarını “mülkiləşdirmək” 

                                                            

149


    İkinci nəsil Təhlükəsizlik Sektoru İslahatına həm hərbi,həm də mülki təhlükəsizlik 

sektoru heyətinin təlim və  təhsili, insan resursları idarəetmə  məsələləri və  həmçinin, 

mülki cəmiyyət mənsublarının islahat prosesinə qoşulması daxildir. 


 

185


tendensiyası gedir, lakin mülki hakimiyyətin özü “demokratik siyasi hakimiyyət”-i 

təmin etməkdə kifayət deyil. İştirakçı dövlətlərdən bir qismi,xüsusilə oturuşmuş 

demokratik ölkələr, ona görə də, silahlı qüvvələr üzərində həm parlament, həm də 

mülki hakimiyyətin hər zaman olmasını vurğulayırlar.   Milli hesabatların çoxu, 

onlarda mülki şəxsin müdafiə naziri olduğunu qeyd edir. Bir çox oturuşmuş de-

mokratik ölkələr bu halın onlarda çoxdan yer tutduğunun altını cizdiyi halda, yeni 

yaranan demokratik ölkələrdə bu cür qanunvericiliyi son zamanlarda qəbul etmiş-

lər. Yeni yaranan demokratik ölkələr arasında digər tendensiya, mülki qulluqçula-

rın müdafiə nazirliklərində sayının getdikcə artmasıdır.  

İştirakçı dövlətlərin çoxu konstitusiya yolu ilə təsis edilmiş hakimiyyətlərin sə-

lahiyyətləri və öhdəlikləri haqda hesabat verir, o cümlədən, parlament; məhkəmə; 

hökümət; prezident/dövlət başçısı və,xüsusilə, müdafiə nazirliyi/nazir və baş qərar-

gah rəisi haqqında. Onların  hesabatları aydın surətdə göstərir ki, Mərkəzi və Şərqi 

Avropanın bir çox yeni yaranan demokratik ölkələri “Qərb –üslublu mülki –hərbi 

münasibətlərin standardlarını nümunə götürməyə” meyllidirlər. Onlar nəinki otu-

ruşmuş demokratiyalar kimi faktiki informasiyalar təqdim etmişlər, həm də silahlı 

qüvvələr üzərində demokratik hakimiyyətin təmin edilməsi üçün qanunvericilik ak-

tları qəbul etdiklərini hesabat vermişlər. 

NATO-ya yenicə qəbul edilmiş ölkələrdən biri bəyan etmişdir ki, silahlı qüvvə-

lər üzərində demokratik hakimiyyət prinsipi demokratik cəmiyyətin fundamental 

prinsiplərindən biridir və konstitusyon hakimiyyətin  əsas cəhətləri arasında aydın 

səlahiyyət bölgüsünu təmin edərək, Konstitusiyada özünə möhkəm yer tutmuşdur. 

Silahlı qüvvələr üzərində demokratik hakimiyyət prinsipi üç əsas cəhətə görə Mü-

dafiə Qanununda daha da inkişaf etdirilmişdir: Qanunvericilik(parlament hakimiy-

yəti); İcra orqanının hakimiyyəti: Vətəndaşların nəzarəti. Hesabat növünə görə nü-

munəvi olduğundan  və hətta çoxlu oturuşmuş demokratik ölkələrdən daha hərtə-

rəfli və ətraflı olduğundan ,o cədvəl şəklində tərtib edilmiş və bu fəsildə əlavə1 ki-

mi cap olunmuşdur. 

Mülki və  hərbi liderlər arasında mövcud gərginlikləri necə yoluna qoyduqları 

haqqında çox az ölkə informasiya verir. Bu baxımdan bir oturuşmuş demokratik öl-

kə qeyd etmişdir ki, mülki-hərbi münasibətlərdə prezident ilə parlament arasında 

gərginliyin olması adi haldır. Digər ölkə qeyd edir ki, milli qanuvericilik Baş Qə-

rargah Rəisini həm hesabatlılıq baxımından,həm də operativ tələblər baxımından 

geniş muxtariyyətlə təmin edir. O bir qayda olaraq müdafiə nazirinə hesabat versə 

də, birbaşa baş nazirə də hesabat verə bilər. Baş Qərargah Rəisi hətta baş nazirdən 

müəyyən dərəcədə müstəqilliyi var və “mülki hakimiyyətə kömək” vəziyyətlərində 

( milli mülki və ya humanitar fəlakət vəziyyətlərində) baş nazirdən və hətta parla-

mentdən müstəqildir və o zaman, o, yerli mülki hakimiyyətdən kömək çağırışlarına 

dərhal cavab vermək səlahiyyətindədir. 


 

186


Kodeks indi artıq on ildir ki, qüvvədədir və şübhəsiz,faydalı məqsədə xidmət et-

mişdir. O tayı-bərabəri olmayan normativ sənədlərdən təşkil olunub və onlar milli 

hökümətlərin davranışlarına təsir etmişdir. Buna baxmayaraq, onun bir necə çatiş-

mayan cəhətləri var: 

 

•  O Hökümətin məhkəmə qolu ilə iş görmür; 



•  Formada olan vətəndaş kimi hüquq və  vəzifələri olan əsgər kon-

sepsiyası yoxdur : 

•  işğalçı hökümətin tanınmaması haqda maddə yoxdur; 

•  İnam və Təhlükəsizlik Qurmaq Tədbirləri ilə bağlı Vyana Sənədlə-

ri ilə əlaqə yoxdur; 

•  Humanitar qanun məsələsi üzrə Cenevrə Konvensiyasından daha 

zəifdir; 

•  Hərbiləşmiş qüvvələr məsələsində zəifdir və bu qüvvələrin fövqa-

ladə hallarda istifadəsi tənzimlənməyib; 

•  Sorğu-anketdə, daxildə zor işlətmək məsələsində informasiya ilə 

təmin etmək öhdəliyi yoxdur; 

•  Kəşfiyyat xidmətləri və polis üzrə işlək maddələr yoxdur. 

 

Bütün bu çatışmazlıqlara baxmayaraq dövlət içi davranışla bağlı Bölmə VII 



təhlükəsizlik sektoru üzərində demokratik hakimiyyət üçün ən yenilikçi töhvə 

olaraq qalır. 2003-cü il İnformasiya mübadiləsi, silahlı qüvvələrin terrorizmin 

qarşısını almaq və mübarizə aparmaq missiyaları və rolları ilə bağlı yeni paraq-

raf əlavə etdi. 2004 –cü ildə müdafiə xərcləri ilə bağlı informasiya əlavə edildi. 

Bu Kodeksin  demokratik hakimiyyətə yönəlmiş istiqamətini dəyişdirdi. Bu ta-

razlığı bərpa etmək üçün terrorizmlə davranışla bağlı ayrıca kodeks qəbul edil-

məsi təklif edildi. 

 

Yeni Təhlükəsizlik Gündəmi 

 

Təhlükəsizlik gündəminin hissəsinə çevrilən artan sayda məsələlərə münaqişə-

lərin qarşısının alınması,demokratikləşmə,insan hüquqlarını qorumaq və inkişaf et-

dirmək daxildir. Daha spesifik olaraq, qısa müddətli məqsədlərə təhlükəsizlik xər-

clərinin təkmilləşdirilmiş idarəetməsi,ordunun rəsmi siyasi roldan çıxması danışıq-

larının aparılması, ordunun daxili təhlükəsizlik rolundan ayrılması  və artıq  şəxsi 

heyətin tərxis edilməsi və  cəmiyyətə inteqrasiya edilməsi daxildir. Bütün bunlar 

aşağıdakı kateqoriyalara qruplaşdırıla bilər

150



                                                            



150

 SIPRI Yearbook, 2002, p.181 



 

187


•  Peşəkar təhlükəsizlik qüvvələri. Peşəkarlaşdırma,doktrina və təcrü-

bə hazırlığını,texniki müasirləşmə və hesabatlılığın və qanun aliliyinin əhə-

miyyətinin başa düşülməsini özündə cəmləşdirir; 

•  Bacarıqlı və məsuliyyətli mülki hakimiyyətlər. Müvafiq mülki ha-

kimiyyətin, hökümətin icra və qanunvericilik qollarında təhlükəsizlik siya-

sətini aparmaq üçün və təhlükəsizlik sektorunu idarə etmək və ona nəzarət 

etmək üçün bacarığı olmalıdır; 

•  İnsan hüquqlarının qorunmasına yüksək dərəcədə üstünlük veril-

məlidir. İnsan hüquqlarına hörmət mülkilər arasında və həmçinin, təhlükə-

sizlik qüvvələrinin şəxsi heyəti arasında mövcud olmalıdır; 

•  Bacarıqlı və məsuliyyətli mülki cəmiyyət. Mülki cəmiyyətin təhlü-

kəsizlik sektorunu müşahidə etməsi üçün,dəyişikliyi təşviq etməsi və təhlü-

kəsizlik məsələlərində hökümətə ağıllı fikir söyləməsi üçün bacarığı olma-

lıdır; 


•  Şəffaflıq. Baxmayaraq ki, bir çox təhlükəsizlik məsələləri gizlilik 

tələb edir,təhlükəsizlik siyasəti üzrə, planlaşdırma və resurslar üzrə ilkin 

informasiyalar həm mülki hakimiyyətlərə,həm də ictimaiyyətin üzvlərinə 

açıq olmalıdır. 

•  Beynəlxalq və daxili qanunlarla uzlaşma. Təhlükəsizlik sektoru 

beynəlxalq hüquqa  və daxili konstitusiya hüququna uyğun hərəkət etməli-

dir.  

•  Bölgəsəl yanaşmalar. Spesifik bölgədə yerləşən ölkələr çoxlu sayda 



təhlükəsizlik problemləri ilə üzləşirlər və həmən bölgədəki fərdi dövlətlərin və 

ölkədaxili fərdlərin təhlükəsizliyi bölgəsəl yanaşmadan qazana bilər. 

 

Müdafiə  və təhlükəsizlik haqqındakı qərarlar daha çox siyasi qərarlara çevril-



mişdir və  nəticədə daha çox parlamentin diqqətini cəlb edir. Sülhü dəstəkləyən 

əməliyyatlarda iştirak avtomatik olmur və genişmiqyaslı müzakirələr mövzusudur. 

Sabitlik məsələləri və beynəlxalq hüquq və normalar gündəmdə duran ali məsələ-

lərdir.İnsan hüquqlarının ciddi pozulması və hətta genosid, beynəlxalq təşkilatların 

beynəlxalq hərəkətini və ya “hərəkət etməyə hazır olan koalisiyaları” zəruru edir. 

Bu əməliyyatlarda iştirak onların maraqlarının milli çalarları ilə və onların iddialı 

məqsədləri ilə müəyyən olunur. Bu işdə töhvə verməyə hazır olan ölkələrin xərcləri 

nədir və hansı riskləri paylaşmağa onlar hazırdırlar?Səhiyyə, təhsil və sosial güvən-

lik kimi vətəndaşlara birbaşa təsir edən digər hökümət sahələri ilə  sərt rəqabət-

də,milli büdcənin hansı hissəsini sülh və təhlükəsizliyə həsr etmək istəyirlər?. Da-

xili və xarici təhlükəsizlik arasındakı körpünun getdikcə reallaşması bu məsələni 

siyasi gündəmin  ən yuxarı nöqtəsinə    çıxartmışdır, lakin kompromis incə  məsələ 

olaraq qalır. 


 

188


Müasir Qərb cəmiyyətinin yeni paradoks icad etdiyini görmək üçün alim olma-

ğa ehtiyac yoxdur. Bu yeni fenomen dəyər-əsaslı və maraq-əsaslı beynəlxalq əmək-

daşlıq arasında fərqliliklə və dəyərlər və normalar arasındakı çaşqınlıqla əlaqədar-

dır. Öncə dəyərlər gəlir və dəyərlərdən normalar çıxır. Qərb dünyasında  suverenli-

yin paylaşması normaya, riskin paylaşması dəyərə çevrilmişdir.Sülhün məqsədi da-

ha çox prosesə və daha az nəticəyə çevrilmişdir. Paradoks ondadır ki, eyni zaman-

da bizim cəmiyyət  riskə qarşı yönəlmişdir; idarəetmədə üstünlük təşkil edən xa-

rakterlər böyük idealların yerini tutmuşdur. Nəticə isə, qüvvələrin nisbətini və lazı-

mi maliyyə  səylərini saxlayan dəqiq kriteriyanın olmadığı  hər bir seçim üzərində 

daimi müzakirədir. Hər şey minnətdarlıq məsələsi üzərində qurulur və hər kəs gör-

düyü işin gedişinin pozulacağı təhlükəsi altındadır. 

Bu şərtlər altında, parlamentarlar, müdafiə komitələri gedişləri və plenar iclasla-

rı üçün aydın şəkildə müəyyən edilmiş prosedurlara riayət edərək hərtərəfli və da-

vamlı yanaşmanın üzərində durmağa cəhd etməlidirlər. Birincisi,onların höküməti 

özünün təhlükəsizlik konsepsiyasını və təhlükəsizlik siyasətini təqdim etməli, üzə-

rində durmalı və yeniləşdirməlidir. Bu addımlar sözün əsil mənasında müdafiə eh-

tiyaclarını, yəni müstəqilliyin və  ərazi bütövlüyünün qorunmasını  dəqiq müəyyən 

etməli və təhlükə qiymətləndirmə prosesi ilə müşaiyət olunmalıdır. 

İkincisi,sülhü dəstəkləyən əməliyyatlarda iştirak arzusunun səviyyəsi müəyyən 

edilməlidir, yəni ölkə xaricinə göndərmək üçün birliklər və onların təcrübələri və 

göndəriləcək qüvvələrin hazırlığı baxımından konkret töhvə müəyyən edilməlidir.  

Üçüncüsü, şəxsi heyət və avadanlıq səviyyəsi, o cümlədən,təlim,logistik dəstək, 

və əməkdaşlıq tədbirləri bu planlara uyğunlaşdırılmalıdır. Ən yaxşı variant böhran 

yarandığı halda və əməliyyatlara qoşulmaq üçün siyasi qərar verildikdə tez bir za-

man ərzində təlim görmüş və göndərilməyə hazır olan “güc paketləri”-nin hazırlan-

masıdır. 

Dördüncüsü, NATO və AB-də müttəfiqlərin və tərəfdaşların silah almaq planla-

rına diqqət yetirmələridir. NATO-nun planlaşdırma və gözdən keçirmə prosesi 

(PARPS) hərbi rəhbərlik tərəfindən geniş dəyərləndirmə imkanı yaradır. AB-i kö-

nüllü olaraq aşağıdan yuxarı prosesi aparır, lakin hələ ki, üzv ölkələrə uzlaşma tək-

lif edən yuxarıdan aşağıya prosesi getmir. Çatışmazlıqları ayırd etməklə iş bitmir, 

kimsə bunları  həll etməlidir. Avropa müdafiə Agentliyinin qiymətləndirmələri bu 

uçurumu doldura bilər. 

Beşincisi, parlamentarlar,hökümətin ”aşkar et, izah et və əsaslandır” demokratik 

prosesini avadanlıq sektoruna da tətbiq edəcəyinə  əmin olmalıdırlar. Büdcə sahə-

sində parlamentarlar əmin olmalıdırlar ki, onlara təqdim olunan planlara sərf etmək 

üçün lazımi vəsait, təkcə cari il üçün yox, həm də bütün alqi-satqı  mərhələsində 

mümkün olacaqdır.  

Hökümətlər uzun müddətli layihələr qəbul edərkən qiymət artımını  nəzərə al-


 

189


mamaq və cari ildəkindən daha çox gələcəkdə resursların çox olacağına daha opti-

mist yanaşma tendensiyasına malikdirlər. Almaniya və Rumıniya həyata keçirə bil-

məyəcəkləri alqı-satqı planlarının nümunələrini təqdim edirlər. Statistik olaraq, hə-

mişə bütün layihə xərclərinin qiymətləndirilməsi yuxarı olmur və bəzən də bilərək-

dən belə edilir. Xərclərin artması tez tez olur,gecikmələr baş verir, və bu cür prog-

ramların yerinə yetirilməsi planlaşdırılan büdcədən daha baha başa gəlir. Hərbi al-

qı-satqı uzun zaman aldığından onun uzun müddətli hərbi qabiliyyət qurulmasına 

təsirini qiymətləndirmək və yeni avadanlığın silahlı qüvvələrin ahəngli tərkibinə 

necə uyğun gələcəyini müəyyən etmək əhəmiyyət daşıyır.Bu gün üstünlük verilən 

birgəlik bunu daha da zəruri edir. Eynilə, yeni sistemlərin həyat dövrü xərclərinə, o 

cümlədən,avadanlığın saxlanması,yenilənməsi və onları  işlədən  şəxsi heyətə  də 

diqqət yetirilməlidir. 

Gizlilik cəhətləri və korrupsiyanın qarşısının alınması müxtəlif məsələləri üzə 

çıxarır. Müdafiə sahəsində gizlilik təbii ki, başqa sahələrdə olduğundan daha çox 

rol oynayır. Aydındır ki, həm müdafiə,həm də sülh yaratma üçün nəzərdə tutulan 

ətraflı əməliyyat planları gizli qalmalıdır. Eyni gizlilik müəyyən silahların xarakte-

ristikalarına da aiddir,lakin gizliliyə  zərurət  şişirdilməməlidir. Daha çox fəaliyyət 

detalları,peşəkar jurnallar,şirkət reklamları və başqa media vasitəsilə ictimai dairə-

lərə məlum olur. Əgər seçim gizli detallardan asılı olursa,parlament komitələri qa-

palı divarlar arasında gizli məlumatlandırma imkanında olmalıdırlar. 

Korrupsiya problem yaradır,çünki onu aşkarlamaq çətindir. Kiminsə əsas qayə-

si, uyğun bütün amillərin ciddi qiymətləndirilməsinin nəticələrini  əldə etməkdir, 

yoxsa qazanc əldə etmək?. Hədsiz qonaqpərvərlik,hədiyyələr və ya açıq ödəmələr 

bu qiymətləndirmələrə təsir edir. Müdafiə nazirliklərinin öz şəxsi heyətləri arasında 

korrupsiyaya qarşı mübarizə üçün bütün sənədlərə çıxışı olan xüsusi idarələri olma-

lıdır. Parlamentarlar sərt rəqabətlər zamanı, öz səslərinin nüfuzundan istifadə et-

mək cəhdlərində, şirkətlər tərəfindən yanaşma obyektləri olurlar. Bəzən bu Belçi-

kada və Almaniyada olduğu kimi partiyanın kassasına ianə şəklində olur. Onlarin 

obyektivliyi naminə, bu hərbi şirkətlərə (tenderlərlə bağlı fikir söyləmək üçün) tək-

başına səfər etmələri yox, o biri partiyalardan olan həmkarları ilə birlikdə səfər et-

mələri ən düzgün yoldur. 

Ordunun əsas qayələri arasında da müəyyən gərginliklər vardır. Bir tərəfdən, or-

du həmişə silah və texnika baxımdan ən yaxşı olmağa çalışır və buna hər hansı öl-

kənin silahlı qüvvələri və hərbi sənaye şirkətləri(xüsusilə ABŞ-ı nümunəsində) ilə 

ənənəvi əlaqələrin təsiri də olur və o biri tərəfdən isə siyasətçilər öz ölkəsinin siyasi 

və iqtisadi maraqlarına geniş prizmadan baxırlar.  Əgər milli və ya birgə Avropa 

məhsulu kriteriyalara cavab verirsə,niyə onu qəbul etməməli, hətta Amerika siste-

mi daha yaxşı olsa da belə. Bu cür mülahizələr özünün güclü silah sənayesi olan öl-

kələrdə daha da ağırlıqlı olaraq rol oynayır. Başqa yerlərdə, Avropa sənayesinə üs-


 

190


tünlük vermədən ən müasir silahların hazırını almağa güclü arqumentlər var. İqtisa-

di mülahizələrə verilən çəki ölkədən-ölkəyə dəyişir,lakin ümumi baxsaq, kollektiv 

müdafiəyəyə üstünlük verilən illərlə müqayisədə bu mülahizələr artmaqdadır, çün-

ki o zaman sadəcə ən yaxşı silah  tələb olunurdu. Istənilən halda, parlament debat-

larında ölkədə iş yerləri açmaq həmişə güclu rol oynayır. 

Müdafiə sektorunun parlament nəzarəti ölkə parlamentlərinin üzərinə düşür. 

Buna baxmayaraq,NATO və QAB-nin parlament assambleyaları bu debatlara bey-

nəlxalq şəkil verməkdə mühüm rol oynamışlar. Onların hesabatları yüksək keyfiy-

yətli olur və parlamentarlar,media və geniş ictimaiyyət üçün faydalı informasiya 

mənbəsi olur. Onların debatlar və birgə qətnamələr üzərində işləməsi və səs vermə-

si  prosesdə məlumatlılığı artırır və ən yaxşı cür “konsensus qurmaq” kimi xarake-

tizə oluna bilər. Öz parlamentlərinə qayıdaraq, onlar öz parlamentlərində gedən de-

batlarda söz alarkən bu ümumi yüksək qiymətləndirmədən (və ya firki ayrılığın-

dan) bəhrələnirlər.  



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin