Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü
Əmək bölgüsünün tərifləri həddən artıqdır. Ümumilikdə, əmək bölgüsü son nə-
ticənin maksimum məhsuldarlığı üçün görüləcək işin spesifik, məhdud tapşırıqlara
bölünməsidir, xüsusilə də istehsalat kontekstində baxıldıqda və ya hər hansi görülə-
cək işlərin və funksiyaların ixtisaslaşması fonunda.
Hökümət və dövlət daxilində əmək bölgüsu aparmağın çoxlu sayda səbəbləri
vardır. Bunların arasında ən mühümü demokratiyanın tələbi olan dövlətin müxtəlif
təsisatları arasında hakimiyyətin optimal tarazlı bölünməsini təmin etməkdir, xüsu-
silə də müdafiə və təhlükəsizlik sahəsində, çünki hər ikisi dövlətin zora nəzarət et-
mək və zor işlətmək üçün əlində monopoliyada olan alətdir. Demokratk proseslərin
getməsini təhlükədə qoya bilən başqa bir güclü və ya hakim mövqe tutan və nüfuz-
lu digər təşkilat ola bilməz. Hakimiyyətin daha yaxşı tarazlığını saxlamaq üçün iki
ilkin şərt zəruridir: görülən işlərdə məsuliyyətin aydın surətdə bölünməsi və xid-
mətlərin təmin edilməsi və aydın müəyyən edilmiş hesabatlılıq öhdəlikləri. Bu hal-
da həyata keçiriləcək işlərin həm bir- birini örtməsi və həm də büdcələmədə, resurs
ayrılmasında və fəaliyyətdə çatışmazlıqlar aradan qaldırılır. Bu baxımdan, məsuliy-
yətin və öhdəliklərin birqiymətli olaraq bölünməsi, görüləcək işlərin daha səmərəli
və daha məhsuldar icra edilməsinə möhkəm təməl yaradır.Eyni zamanda, təsisatla-
37
rın fəaliyyətini və şəffaflığını artırır və təşkilatı peşəkarlılığa sövq edir və bu da öz
növbəsində uzun zaman davam edən çatışmazlıqları aradan qaldırmağa kömək
olur.
Əmək bölgüsü faktiki olaraq “qaydalar yığnağıdır”: qaydalar demokratik ölkədə
işlərin necə getdiyini və onlar necə planlaşdırıldığını,təşkil olunduğunu və nəzarət
edildiyini təsvir edir. Futbol oyunu da qaydalar yığnağıdır: xokkey də, beysbol da,
basketbol və reqbi də onun kimi. Bu qaydalar bizə oyunda hesabı tutmağa imkan
verir, hansı oyunun ədalətsiz olduğunu və hər kəsə həm sahədə və həm də kortda
özünü necə aparmasını izah edir. Bu qaydalar yığnağı da fərqlidir:heş kim basket-
bol oyununu futbol qaydaları ilə başlaya bilməz və ya əksinə. Hər hansi qaydalar
yığnağı ilə hərəkət etmək oyunun xaosa sürüklənməsinin qarşısını almaq deməkdir.
Ona görə də hakim olur və o qaydaları tətbiq edir və hər kəs bu qaydalar əsasında,
uğur üçün şans əldə edir. Daxildə və beynəlxalq münasibətlərdə də müdafiə, təhlü-
kəsizlik, münaqişə və zorakılıqla baqlı qaydalar müəyyən edilmişdir, məsələn,bey-
nəlxalq humanitar qanunu və ya insan hüquqları qanunu. Milli təhlükəsizlik sahəsi
eynilə başqa müəsisə kimi, qaydalarla doludur və fərqlidir və həm vertikal, həm də
üfiqi istiqamətdə gedən əmək bölgüsünə tətbiq edilə bilir.
Müdafiə və təhlükəsizlik sektorunda əmək bölgüsü ilə bağlı fikir formalaşdır-
maq üçün çoxlu sayda cəhətlər vardır.İrəlidə bunların dörd hal kontekstində necə
həyata keçiriləcəyini görəcəyik: (1) dövlət təşkilatının strukturları içərisində; (2)
dövlətin içərisində; (3) dəyişən vəziyyətdə; və (4) AB daxilində sərhəd təhlükəsizliyi
üçün. Əmək bölgüsü üçün fərqli imkanlar olduğundan, biz Avropa və Amerikda
terrorizmə qarşı aparılan mübarizədə yanaşmaların fərqlərinə baxacağıq.
Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü Dövlət Təşkilatının
Strukturları İçərisində
Demokratik ölkələrdə, bütün hökümət tədbirləri və bütün hökümət idarə və təş-
kilatlarının işləri, o cümlədən müdafiə və təhlükəsizlik sektorunun bütün orqanları
və qüvvələri həm qanuni, həm də legitim olmalıdırlar. Bunu təmin etmək üçün yax-
şı idarəçiliyin prinsipi kimi demokratik hakimiyyət və nəzarət olmalıdır. Demokra-
tik hakimiyyət və nəzarət, müdafiə və təhlükəsizlik sektorunu çox-subyektli, çox-
pilləli konsepsiya əsasında idarə edən sistemi özündə ehtiva edir. Buraya dövlətə
nəzarət edən organlar, məsələn, icraedici, qanunverici, məhkəmə və başqa nəzarət
mexanizmləri daxildir. Və o müdafiə və təhlükəsizlik təşkilatlarında siyasi hesabat-
lılığı və şəffaflığı təmin etməyə niyyətlənmiş bir sıra səciyyəvi sənədlərdən faydala-
nır.Bu sənədlərə konstitusiya prinsipləri, qanuni qaydalar, institutlaşmış qərar və
qətnamələr və həmçinin, bir tərəfdən, müdafiə və təhlükəsizlik orqanlarının müxtə-
lif qolları arasında işgüzar münasibətləri aşılamaq üçün daha geniş tədbirlər və di-
38
gər tərəfdən, siyasi güclər ilə icra, qanunverici və məhkəmə orqanları, vətəndaş cə-
miyyətləri olan siyasi partiyalar, media və QHT-lərin nümayəndələri arasındakı
tədbirlər daxildir.
Müxtəlif hakimiyyət və nəzarət təsisatları fərqli rollar oynayırlar. Müdafiə və
təhlükəsizlik sektorunun gündəlik işinə nəzarətə icra strukturları məsuldurlar. Par-
lament bu sektorların, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin və həmçinin, sərhəd
nəzarəti qüvvələrinin işinə ümumi nəzarətlə məşğuldur. Parlament, həmçinin büd-
cənin qəbul edilməsi, uyğun qanunların qəbul edilməsi və qanun pozuntuları olduq-
da və ya iş yerinə yetirilmədikdə sorğu ilə çıxış etmək funksiyalarına malikdir.
Məhkəmə orqanları həlledici rol oynayırlar, çünki onlar potensial insan hüquqları
pozuntusu ilə müşaiyət oluna biləcək xüsusi səlahiyyət həm verir, həm də rədd edir
və kəşfiyyat və təhlükəsizlik xidmətlərinin üzvlərini pozuntular olduğu halda itti-
ham edir. Vətəndaş cəmiyyəti gözətçi funksiyasını həyata keçirir və hökümətdən
gələn informasiyaya əlavə olaraq ictimaiyyəti ikinci rəylə təmin edir. Beynəlxalq
təşkilatların rolu böyük dərəcədə artmışdır, məsələn, mülki-hərbi məsələlər üzrə və
terrorizm kimi yeni təhlükələrə qarşı mübarizədə insan hüquqlarının rolu ilə bağlı
konvensiyalar və ya davranış kodları qəbul etməklə üzv ölkələri təlimat və istiqa-
mətlərlə təmin edir.
Demokratik hakimiyyət və nəzarətin məqsədlərini üç istiqamətə bölmək olar:
qanunilik –orqanların və qüvvələrin qanun çərçivəsində hərəkət etdiyini müşahidə
etmək: legitimlik-parlament çoxluğunun iradəsinin üstünlük qazanmasını və fər-
dlərin və azlıqların insan hüquqlarının qorunmasını müşahidə etmək; və məhsul-
darlıq-orqanlar və qüvvələrin lazımı səviyyədə resurslarla təmin olunmasını, resur-
slarından məhsuldar istifadə etmələrini və onların fəaliyyətinin seçilmiş rəsmilərin
müəyyən etdiyi məqsədlərə doğru istiqamətləndiyini müşahidə etmək.
İctimaiyyətin daha təhlükəsiz və qorunma çağırışları tez-tez ölkələri xüsusi təd-
birlər görməyə vadar edir. Bu tədbirlər həqiqi mənada xüsusi hallarda olmalıdır,
çünki heç bir dövlət hətta fövqaladə vəziyyətlərdə belə qanun aliliyi prinsipini qu-
laqardına vurmamalıdır. İstənilən sahədə həyata keçirilən xüsusi tədbirlərə parla-
ment tərəfindən nəzarət edilməlidir və köklü konstitusya hüquqlarını həyata keçiril-
məsinə ciddi surətdə mane olmamalıdır. Bütün hallarda, xüsusi tədbirlərdən sui-is-
tifadəyə yol verilməsinin qarşısını alan qanuni təminatlar olmalıdır. Və bütün icra-
çılara açıq-aydın müəyyən edilmiş səlahiyyətlər verilməlidir.
Kim müdafiəyə və kim təhlükəsizliyə məsuldur və bu necə həyata keçirilməlidir
məsələlərində, demokratik doktrina açıq- aydın ayrılmaya çağırır. Beləliklə, yaxşı
idarəçiliyə məqsədlənərək, müdafiə və təhlükəsizlik sektoru islahatı daha çox libe-
ral demokratiya ilə bağlı müdafiə və təhlükəsizlik münasibətləri qurmağa fokusla-
nır. Onun ən önəmli məqsədlərindən biri müdafiə və təhlükəsizlik qüvvələri arasın-
da səlahiyyətlərin və tapşırıqların bölünməsidir, çünki hər ikisi dövlətin içində zora
39
nəzarət və tətbiq etmək monopoliyasındadırlar. Ənənəvi olaraq, ordu, hüquq müha-
vizə orqanları və ya polis arasında səlahiyyət dairəsi onların dövlətə yönəlik nüfuz
dairəsinə uyğun surətdə istiqamətlənmişdir: ordu xaricə doğru və polis daxilə doğru
istiqamətlənmişdir. Ordunun xaricə doğru yönəlməsi onun tarixi rolundan doğur,
başlıca olaraq milli dövlət qurulmasının müharibələrlə olmasından doğur
19
. Milli
dövlət qurulandan sonra ilkin sərhədlər ordu və polis tərəfindən çəkilir. Dövlətin
daxili işləri ilə bağlı məsələlərdə ordunun birbaşa iştirakının durdurulması mühari-
bələrin azalması ilə yox, ordunun gücünün xaricə doğru yönəldilməsindədir, milli -
dövlət sistemində yer alan digər dövlətlərə tərəf yönəlməsidir. Milli dövlət inkişaf
etdikcə,ordunun xaricə doğru yönəlməsi ordudan idarəetmə vasitəsi kimi asılılığı
azaltdı və polis və hüquq mühavizə orqanları daxili qayda- qanunu saxlamaq üçün
rol aldılar. 20- ci əsrin sonuna bu fərq bir –birini örtməyə başladı və bu iki qurum
bir- birinin roluna iddia etdiyindən bu iki vəzifə arasında hüquqi cəhətdən üst-üstə
düşən maddələrə gətirdi. 9/11-dən bəri bu cür yanaşma dərinləşir.
Bu qüvvələrin faktiki ayrılmasına həlledici köməyi təhlükəsizlik və müdafiə
qüvvələrinin bağlı olduqları nazirliklər edə bilər: müdafiə qüvvələri Müdafiə Na-
zirliyinə,təhlükəsizlik qüvvələri Daxili İşlər Nazirliyinə və ya bir çox ölkələrdə ol-
duğu kimi Təhlükəsizlik Nazirliyinə və ya Ədliyyə Nazirliyinə tabedirlər. Məsul
olan Nazirlər və nazirliklər müdafiə və təhlükəsizlik qüvvələrinin həlledici mülki
müfəttişləridir. Onlar bu qüvvələrin mülki hakimiyyətə tabe olmalarını təmin etmə-
lidirlər. Eyni zamanda onlar bu qüvvələrin peşəkar muxtariyyətini təmin etməli və
qorumalıdır. Nazirlər budcə və qanunları parlamentə təklif edirlər və büdcə qəbul
olunandan sonra pulu son istifadəçilərə köçürüb onun işlənməsinə nəzarət edirlər.
Bu qüvvələri konstitusiyaya, qanun və strateji sənədlərə uyğun istiqamətləndirən,
təmin edən və idarə edən yeganə səlahiyyətli orqanlar onlardır. Ona görə də onlar
müstəqil surətdə bu qüvvələrin məqsəd və məramlarını dəyişə bilməzlər və onlar
bu qüvvələrdən istifadəyə qərar verərkən konstitusiya və hüquqi prosedurlarla hə-
rəkət etməlidirlər.
Mülki Nəzarət
Mülki nəzarət təmin edildikdə ayrılma daha da mənalı olur. Konstitusiya müda-
fiə və təhlükəsizlik sektoru üzərində duran ən yüksək komandanlığı göstərməlidir.
Müdafiə və təhlükəsizlik qüvvələrinin mülki komanda ierarxiyası, adətən ölkə pre-
zidentini, baş naziri, nazirləri və hər bir qüvvə və birləşmələrin komandanlarını
əhatə edir. Əgər prezident deyilsə, o zaman baş nazir xarici, təhlükəsizlik və müda-
fiə siyasətinin başında durur və uyğun nazirləri özünə tabe etdirir. Silahlı qüvvələ-
19
Giddens,Anthony, The Nation-State and Violence, Los-Angeles: University of
California Press, 1985, p,192
40
rin, polis, gizli xidmət və digər təhlükəsizlik qüvvələrinin rəhbərləri nazirə tabedir-
lər və nazir də öz növbəsində baş nazirə və həmçinin, parlamentə hesabatlıdır. Əgər
Parlament bu qüvvələrdə mövcud olan vəziyyətdən məmnun deyilsə, mövcud hö-
küməti və ya sadəcə uyğun nazirləri işdən azad edə bilər. Boşluqları istismar etmə-
mək və ya çaşqınlıq yaratmamaq üçün müxtəlif dövlət orqanlarının müdafiə və təh-
lükəsizlik sektoru üzrə fərqli məsuliyyətləri konstitusiyada və ya ən azı qanunlarda
aydın surətdə müəyyən edilməlidir. Eyni dərəcədə, kəşfiyyat və təhlükəsizlik
agentliklərinin peşəkar direktorlarının hökümətlə münasibətləri də aydın göstəril-
məlidir. Silahlı qüvvələrin aktivlərinin və şəxsi heyətinin dinc zamanda ölkənin
müdafiəsi və ya təbii fəlakət və ya başqa fövqaladə hallarda istifadəsinə ehtiyac
duyulduğu ehtimalları üçün, Konstitusiya bü qüvvələrdən hansı şərtlər daxilində is-
tifadə ediləcəyini və kimin qərarı ilə istifadə ediləcəyini də göstərməlidir. Buna nail
olmağın ən standard yolu, müxtəlif səviyyəli fövqaladə və gözlənilməz halların for-
malaşdırılmasıdır. Bu kontekstdə yeridilən hərbi qüvvələrlə polis arasında əvvəlcə-
dən elə operativ münasibətlər qurmaq məqsədəuyğundur ki, bütün ssenarilərdə,si-
lahlı münaqışəni və ya müharibəni istisna edən, davamlı “polis üstünlüyünə” təmi-
nat verilsin.
Silahlı münaqişəyə gəldikdə isə,Konstitusiya, fövqaladə vəziyyətin və mühari-
bənin elan edilməsinin hansı orqanın səlahiyyətinə aid olduğunu və parlamentin bu
halda rolunun nədən ibarət olduğunu və bu cür hallarda xüsusi müvəqqəti orqanla-
rın yaranması ehtiyacları haqda aydın göstərməlidir. Əlavə olaraq, xarici hərbi qüv-
vələrin ölkə ərazisində yerləşməsini tənzimləyən aydın prosedurlar və həmçinin, si-
lahlı qüvvələrin müharibədən fərqli vəziyyətlərdə xaricə göndərilməsi prosedurları-
nın qəbul edilməsi zəruridir.
Müdafiə və təhlükəsizlik sektorunun tam və birqiymətli olaraq işlək olması
üçün konstitusiya yetərli deyil. Əlavə sənədlər də tələb olunur. Bu ölkə səviyyəsin-
də qəbul edilən qanunlar ola bilər və ya parlament və hökümət qətnamələri ola bi-
lər, məntiqi formada ifadə olunmuş və uyğun dərəcədə elementlərini açıqlayaraq
milli maraqlar, milli təhlükəsizlik strategiyası və silahlı qüvvələrin və mülki təhlü-
kəsizlik qüvvələrinin missiyaları və müdafiə və təhlükəsizlik sektorunun yenidən
qurlulmasının məqsədləri və bu məqsədləri yerinə yetirmə cədvəli ola bilər. Bu sə-
nədlər sadəcə hökümətin konstitusiya öhdləlikləri ilə qatılaşmamalıdırlar, həmçi-
nin, ölkənin beynəlxalq ohdəlikləri də burada əksini tapmalıdır. Lakin, bu sənədlər
təkcə hökümət yox,ölkənin əsas siyasi partiyalarının və vətəndaş cəmiyyəti təşki-
latlarının konsensusu əsasında hazırlanmalıdır.
Mülki nəzarət altında əmək bölgüsünün bütün cəhətləri aydın surətdə müəyyən
edildikdə, tənzimləndikdə və yaxşı işləyən demokratik mexanizmlərə yetişdikdə,
mülki nəzarət ən yaxşı şəkildə təmin olunur və bu zaman ən yüksək vəzifədə otu-
ran mülki icraçı təhlükəni qiymətləndirmək imkanına sahib olur və təhlükəsizlik və
41
müdafiə sektoru bu qiymətləndirməyə uyğun şəkildə ayrı- ayrılıqda, ancaq işlərini
koordinasiya edərək, hərəkət edirlər.
Milli Təhlükəsizlik Şurası
Milli Təhlükəsizlik Şurasının (MTŞ) təsis edilməsi, müdafiə və təhlükəsizlik sa-
həsində təhlükə qiymətləndirilməsi və qərar qəbul edilməsinin təhlükəsizlik və
müdafiə sektoru qüvvələrindən və ya ayrı-ayrı kəşfiyyat və təhlükəsizlik idarələrin-
dən alınıb, ali mülki rəhbərliyin simasında mülki siyasət sektorunun ixtiyarına keç-
məsinə kömək edər. MTS müxtəlif müdafiə və təhlükəsizlik idarələrinin fəaliyyəti-
ni koordinasiya edir və müdafiə və təhlükəsizlik məsələləri üzrə baş məsləhət orqa-
nı kimi hökümətə məsləhət verir. O prezidenti və baş naziri müdafiə və təhlükəsiz-
lik məsələləri üzrə xəbərdar edir və məsləhətlər verir; müdafiə və təhlükəsizlik sek-
torunun müxtəlif idarələri arasında kəşfiyyat və informasiya paylaşmasına imkan
yaradır; milli müdafiə və təhlükəsizlik məqsədlərini, ehtiyaclarını və siyasətini nə-
zərdən keçirir; uyğun parlament və hökümət komitələrini məlumatlandırır; rayon
və bölgə səviyyəsindəki təhlükəsizlik komitələrindən gələn informasiyaları yuxarı-
ya çatdırır. MTS-in öz funksiyalarını səmərəli ifa etməsi üçün həlledici şərt, onun
tərkibi və səlahiyyət dərəcəsidir. Onun üzvləri müdafiə və təhlükəsizlik idarələri-
nin bütün şaxələrini əhatə edən üzvlər və həmçinin,digər mülki siyasət sektorunu
təmsil edən maliyyə,xarici işlər,iqtisadiyyat və ədliyyə nazirliklərinin nümayəndə-
ləri olmalıdır. Bu zaman daha bütöv hərbi və təhlükəsizlik analıizi etmək mümkün
olur. MTŞ çox operativ olmalıdır, müntəzəm surətdə toplanmalıdır, uyğun inzibati
dəstək almalıdır və aydın hüquqi çərçıvədə hərəkət etməlidir. Lakin, daha təsirli iş-
ləmək üçün, MTŞ-nın fəaliyyətini dəstəkləməkdən ötrü xüsusi Milli Təhlükəsizlik
Offisi(MTO) və ya İdarəsi yaradılması tələb olunur. MTO informasiya və kəşfiyyat
toplanmasının sistemli şəkildə mərkəzləşməsinə köməklik edir və bu da öz növbə-
sində vaxtında və faydalı şəkildə hökümətin ali rəhbərlərinə çatdırılır.
Əməyin bölünməsi və ayrımasıni müəyyən edən prinsiplərin bir qismi aşağıda-
kılardır: polis və hərbi qüvvələr bir birini tamamlamalıdırlar,polis daxili təhlükə-
sizliyi əhatə etməli, ordu isə xaricdən gələn təhlükələrə yönəlməlidir, polis hərbi
yox,mülki və ya xüsusiləşmiş polis kimi qəbul edilməlidir, polisin xidmət üçün
mövcud olduğü vurğulanmalıdır; hərbi zabitlər, digər rütbələr və birliklər polis sə-
lahiyyətlərini icra etməməlidirlər; hərbçilərin və çağırışçıların polisdə istifadəsi
qaçınmalıdır; həm polis, həm də hərbi funksiyaları olan, məsələn,sərhəd və ya sahil
təhlükəsizlik qüvvələri xüsusiləşmiş polis qüvvələri kimi, daxili işlər nazirliyinə ta-
be olan qüvvələr kimi qurulmalıdır; bütün müdafiə və təhlükəsizlik təşkilatlarında
siyasiləşmədən çəkinmək lazımdır.
Ayrılma əmək bölgüsü üçün həm konsepsiya, həm də sistemdir. Onun prinsip-
42
ləri və prosedurları həm qanunvericilikdə, həm də təlimlərdə rəsmiləşdirilməlidir.
Polisin rəsmi rolu ölkənin daxili təhlükəsizlik arxitekturasının və fəaliyyətinin daha
çox cəhətlərini əhatə etməlidir. Bu müddəaların qanunvericiliyə salınması səlahiy-
yətlərin bölünməsini qorumağa kömək edər və və polisin müstəqilliyinə aparar. Bu,
həmçinin, ordunun polisin səlahiyyətinə iddia etməməsinə və bu səlahiyyətlərdən
istifadə etməməsinə təminat verər və hərbı təhlükəsizlik və kəşfiyyat idarələrinin
daxili düşmənə qarşı yeganə müdafiəçi olması iddialarına da son qoyar. Ayrımanın
əhəmiyyətli amil olması üçün təhsil proqramları da vacibdir. Bu əsasən təhlükəsiz-
lik orqanlarında çalışan mülki şəxslərə və təşkilatların özlərinə də aiddir. Müdafiə
və təhlükəsizlik sektorunun peşəkarlaşmasına yönəlmiş fərqli və xüsusiləşmiş təh-
sil və hazırlıq proqramları hazırlanmalıdır.
Nazirliklər
Hökümətlərin lazımı resursları ayırmaq və idarə etmək üçün proqram və siya-
sətləri olmalıdır; böhranlara cavab vermək; ictimaiyyət və parlament qarşısında öz
fəaliyyətlərini müdafiə etmək üçün. Bu tədbirlər istənilən hökümətin daxilində olan
başqa nazirliklər üçün də tipik bir haldır. Nazirliyin idarəedilməsi mülki təcrübəli
kadrların əlində olsa da,texniki məsləhətçilərin olmasi lazımdır. Nazirliyin mülki
şəxsin rəhbərliyində olmasının praktiklik baxımdan səbəbləri vardır. Siyasətin qu-
rulmasi və təqdim edilməsi təcrübəsi, maliyyənin və hökümətlərarası və hökümət
daxilində münasibətlərin idarə edilməsi təcrübələri hərbçilərdən və ya polisdən
mütləq gözlənilən olmalı deyil və bu üstünlükləri də gözləməyə gərək yoxdur.
Onların məsləhətçi və texniki ekspert kimi hərbi və ya polis əməliyyatçı təcrübələ-
rindən doğan rolları daha faydalıdır. Mülki-hərbi münasibətlərin demokratik ənənə-
si, ordunun hər hansı əməliyyatı aparmaq üzərində israr etməsini və ya müdafiə et-
məsini imkan vermir, yəni başqa sözlə, addım atmaq üçün mümkün olan şərtləri
məhdudlaşdıraraq, real olan diqər alternativləri qayçılayaraq ölkəni və mülki rəh-
bərliyi iflic vəziyyətinə salmağa qoymur.
Nazirliyin nəyə görə mülki rəhbərlik altinda olmasının prinsipal səbəbləri də
vardır. Hökümətin geniş və böyük xərclər tələb edən bir sahəsinin sadəcə özlərinə
sadiq olan qüvvələrə sahib olan texniki mütəxəssislərin əlində olması, istər ordu ol-
sun, istərsə də polis, arzu olunan deyil. Bundan əlavə, hərbi və polis ierarxiyası öz
aralarındakı qruplaşmaların mübahisəsi ilə asanlıqla iflic ola bilər. Mülkilər prin-
sipcə daha neytral mövqə tutmaq iqtidarındadırlar. Mülkiləri bu prosesə calamaq
kifayət deyil. Sadəcə mülki olmaları,onlara xüsusi status və təcrübə vermir. Eynilə,
hərbçilərin və ya polisin xidməti formasını dəyişib mülki etməklə, onlar avtomatik
olaraq mülki siyasət təcrübəsi qazanmırlar. Peşəkar müdafiə və təhlükəsizlik rəsmi-
lərinin hərbçiləri seçib və təlim keçməkdən başqa çox az alternativ yolları vardır.
43
Tez- tez,hökümətin başqa nazirlik və ya idarələrindən ezam olunan peşəkarlardan
da istifadə olunur. Diqqətli nəzarət edilməzsə, mülki işçilərin seçilməsi siyasi parti-
yalar üçün öz adamlarını hakimiyyət mövqelərinə yerləşdirmək imkanı qazandırır
və korrupsiya riskləri ilə müşaiyət olunan və ordudan və ya polisdən öz siyasi xeyri
üçün istifadə imkanı yaradır. Bu hal mülki kadrların başlıca seçimi,təlim və vəzifə
artırmalarını nə qədər mümkünsə siyasi təsirdən uzaq tutulmasını tələb edir. Ən
yaxşı nəticələr təbii ki, mülkilər və hərbçilər və ya polis yan-yana çalışdiqları za-
man əldə edilir. Prioritet ona verilməlidir ki, mülki,hərbi və ya polis ierarxiyası bir-
biri ilə yarışa girməsinlər-bu hal işlərin iflic olmasına gətirər-və mülkilərlə peşəkar-
lar arasında iş elə qurulmalıdır ki,ən yaxşı pragmatik məna daşısın.
Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi elə qurulmalı və elə işçilərdən təşkil
olunmmalıdır ki, bir-biri ilə və digər nazirliklər və idarələrlə məhsuldar münasibət-
lər qura bilsin: xarici, maliyyə, iqtisadi,və ticarət nazirlikləri, kəşfiyyat və təhlükə-
sizlik idarələri, gömrük və sərhəd xidməti ilə və ya mühüm ölkə infrastrukturlarının
müdafiəsi ilə bağlı. Hər iki nazirlik geniş təhlükəsizlik siyasəti birliyinin tərkib his-
sələridir, və hər ikisi öz həmkarlarına hərbi və ya polis köməyi ilə bağlı hansı vari-
antların mümkünlüyü haqda məsləhət verməkdə ciddi rol oynayirlar.
Müdafiə Sektoru
Demokratik cəmiyyətlər o qədər fərdi və həssas orqanizmlərdir ki,onların hamı-
sı faktiki olaraq qeyri-demokratik və potensial baxımdan təhlükəli təsisat sayılan
silahlı qüvvələri öz içərisində yerləşdirmək üçün çox fərqli yollar seçirlər. Nəticə-
də, heç bir yerdə ümumi tətbiq edilən bir model yoxdur ki, onun surəti çıxarılsın və
ya hər hansı bir ölkəyə asanlıqla ideal uyğun olsun. Lakin, müdafiə sektoru hökü-
mət üçün üç əsas funksiyanı yerinə yetirərək aydın əmək bölgüsünə aparır. Bunlar
hərbi əməliyyatların idarəedilməsi və icra edilıməsidir:hərbi funksiya, toplanış, tə-
lim və şəxsi heyətin idarə edilməsi və həmçinin, hərbi planlaşdırma,yəni Milli
Hərbi Qərargahın (MHQ) funksiyası; və büdcələmə, müdafiə sektorunun maliyyə
idarəçiliyi və silahların və avadanlıqların alınması və hökümətə texniki məsləhətlə-
rin təmin edilməsi də Müdafiə Nazirliyinin (MN) funksiyasıdır. Bu subyektlər ara-
sında sərhədlər mütləq deyil, lakin onların struktur, yerləşim və səlahiyyət baxı-
mından praktik təşkil olunması silahlı qüvvələrin effektivliyini artırır.Hansı funksi-
yaların MHQ-da və hansının MN-də həyata keçilrilməsi ilə bağlı qəti qaydalar yox-
dur. Lakin MH-nin əsas funksiyalarına bir qayda olaraq aşağıdakılar daxil olur: Na-
zirin birbaşa dəstəklənməsi; strateji siyasətin müəyyən edilməsi və icra edilmə-
si;əməliyyatlara strateji istiqamətin verilməsi; parlamentlə, media və ictimai sorqu-
larla məşğul olmaq; hökümətin başqa qolları ilə, xarici hökümətlərlə və beynəlxalq
təşkilatlarla; və büdcə və proqramların idarə edilməsi ilə.
44
Təşkilatı yönəltməli olan prinsiplər bunlardır: (1) bir qayda olaraq,forma
funksiyanın arxasınca getməlidir- qurulmuş strukturlar silahlı qüvvələrin razı-
laşdırılmış tapşırıqlarını hazırlamaq üçün və bu tapşırıqları asanlıqla həyata ke-
çirmək üçün həmən qüvvələrin hissələri arasında razılaşdırılmış bölgü sxemləş-
dirilməlidir. (2)Silahlı qüvvələr az olduqca onların rolları da məhdud olur və
təşkilat daha da yığcam olur. Kiçik ölkələrdə,MH-i və MHQ-ı qovuşa bilər-
lər.Lakin,daha da yaxın münasibətin qorxusu da vardır. Silahlı qüvvələrin stra-
teji istiqaməti onların hərbi idarəetmə sistemindən fərqli məsələdir. Əməliyyat
zamanı aldanma olur,siyasi və hərbi rəhbərliyin strateji səviyyəyə fikir vermə-
yib cari əməliyyatın detallarına girişməsi, hansi ki, az hallarda yaxşı nəticələrə
gətirir, uyğun olaraq qaçınmalıdır.(3)Silahlı qüvvələrin daxili quruluşu qarşıya
qoyulmuş tapşırıqlardan asılı olaraq dəyişir. Müstəqil hava qüvvələri xüsusilə
baha başa gəlir və onların sayının müəyyən saydan aşağı olmasının mənası
yoxdur, əgər hava hücumundan müdafiə kimi tapşırıqları yerinə yetirməsəydi-
lər,yəqin ki, müdafiə sektorunun başqa hissələrinin bunu həyata keçirmək iqti-
darında olmamasından. Və (4) müdafiə sənayeləri bir qayda olaraq, həmçinin,
ordu ilə cəmiyyət arasındakı gərginliklə( orduda gedən dəyişikliklərə görə) sa-
dəcə MH-i məşğul olmalıdır.
Dostları ilə paylaş: |