Kitabın Strukturu
Bu kitab müdafiə təsisatlarının qurulması istiqamətində, Qərbi Avropada oturuşmuş
praktikaların istifadəsi baxımından və həmçinin, yenicə NATO-ya qəbul olunmuş ölkə-
lərin son təcrübəsi baxımından mənbə kimi istifadə oluna bilər. Bütün yazılar əski və
yeni NATO üzvü ölkələrində gedən və müdafiə sektorundakı vəziyyətin dəyişməsini
ifadə edən islahat proseslərini işıqlandırır. Təbii, qaçılmazdır ki, burada analiz və ye-
kun nəticələr bir-biri ilə üst-üstə düşə bilər, lakin ümumi istiqamətdə qeyri-adi ardıcıl-
lıq vardır. Sülh Naminə Tərəfdaşlıq(SNT) və üzvlük fəaliyyət planları hərbi planlaşdır-
ma və hərbi əməkdaşlıq üçün ümumi yanaşma ortaya qoydu. Bu cür gediş köhnə bir
atalar sözünü sübut etdi ki, diplomatlar və siyasətçilərdən fərqli olaraq hərbçilər hər
hansı problemi həll etməyə çətinlik çəkmirlər. Başqa sözlərlə, ümumi problemlər üzrə
birgə çalışmaq sabitlik və təhlükəsizliyin köklü elementləri olan qarşılıqlı anlaşma və
inam üçün ən yaxşı yoldur.
25
Oxucu, müdafiə və digər hökümət nazirlikləri arasında fərqlərin izah edildiyi bir
neçə yerləri görəcəkdir. Bu giriş və mənim öz qanunverici nəzarət haqda yazdığım
fəsil bu haqda danışır. Yan Trapans özünün “Demokratiya, Təhlükısizlik və Müda-
fiə Planlaşdirması” fəslində bunu müzakirə edir. Lakin fərqli olmaq demokratik
proseslərdən uzaqlaşmaq anlamına gətirməməlidir, hətta əgər məsələlərin ciddiliyi
risk daşıyırsa və məxvilik tələbləri tam şəffaflığa məhdudiyyət qoya bilərsə də.
Kitab Fred Şreyerin (Fred Schreier) müdafiə və təhlükəsizlik sektorunda əmək böl-
güsü haqda yazdığı geniş analizlə başlayır. O, təhlukəsizlik təsisatlarının insan hüquq-
larına hörmətlə yanaşaraq, qanun aliliyi üzərində hərəkət edərək, təsirli demokratik nə-
zarət altında vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizlik maraqlarına xidmət
etməsini ilkin əsas kimi təqdim edir. Onun fikirlərindən biri də Avropa ölkələrinin
müxtəlif əqidəli terrorçularla mühüm əməliyyat təcrübələrinin olmasıdır. O, həmçinin,
hərəkət sahəsi, müddət, əməliyyatın sürəti və dayanıqlığı kimi yaxşı hərbi bacarıq əldə
etmək üçün güc planlaşdırılmasının qiymətini də vurğulayır.
Hans Born bir çox ölkələrdə təhlükəsizlik sektorunun demokratik idarəçiliyinin
norma və standartlarını və siyasi sistemin və parlament müdafiə komitələrinin xa-
rakteristikalarını izləyir. Onun yekun nəticələri parlament və hökümətin xarici və
təhlükəsizlik siyasətinə birgə məsuliyyət daşıması üzərində köklənir və bu birgə tu-
tum inam, açıq xəbərləşmə kanalları və qarşılıqlı hörmət üzərində arta bilər. Sonuc-
da, parlament legitimlik mənbəyidir.
Çox şey ölkənin hərbi-mülki münasibətlərindən asılıdır.Bu giriş fəsili inkişaf et-
miş qərb ölkələrində mövcud olanformaların nümunəsini təqdim etmişdir. Bir çox
ölkələrdə müdafiə naziri ilə BQR arasındakı münasibətlər ahəngdar deyil və siyasə-
tin üstünlüyünü təmin etmək üçün diqqətli yanaşma tələb edir.Polis və hüquqi
əməkdaşlıq daxili və xarici təhlükəsizliyin bir- birinə qovuşduqu bir zamanda artan
sürətlə beynəlxalq məsələyə çevrilir. Bu hal azadlığı təhlükəsizliklə üz-üzə qoy-
maqla bərabər, hərbi qüvvələrin şəxsi heyətinin təhlükəsiziliyini də gündəmə gəti-
rir. Üçüncü Fəsil mülki təsirin təşfiq edilməsi ilə bağlı bölmə ilə bitir.
Dördüncü Fəsildə təhlükəsizlik sektoru üzərində qanunvericilik nəzarəti haqqın-
da danışılır. Burada əsas məsələ, nəzarətin icra orqanının qərarına real təsir etmə
dərəcəsidir. Parlament səlahiyyəti bu cür təsir üçün mühüm alətdir. Parlament razı-
lığı, hərbi qüvvələri xarici missiyaya göndərmək lazim gəldikdə “pul kisəsi haki-
miyyətindən” də uzağa gedir. Biz burada müdafiə komitəsinin xüsusi işini, həmçi-
nin, hərbi intizamın və cinayət hüququnun hüquqi aspektlərinin interpretasiyasını,
həmçinin ATƏT-in 1994- ci ildə qəbul olunmuş Davranış Kodeksinin mühüm nor-
ma yaradan təsirini görürük. Bu Fəsil yeni təhlükəsizlik gündəmi iə bağlı layihə
formasi ilə başa çatır. Bu forma münaqişələrin qarşısının alınması, demokratikləş-
dirmə,insan haqlarının qorunması və inkişafla bağlı ardıcıl yanaşma irəli sürməyə
imkan verir.
26
Yan Trapan Latviayanın keçmiş müdafiə naziri kimi öz təcrübəsindən istifadə edir
və təhlükə analizi prosesi ilə bağli və kiçik və böyük ölkələrdə risk qiymətləndirməsi
ilə bağlı öz fikirlərini ifadə edir. O Baltik təhlükəsini və risk vəziyyətini həm hərbi,
həm də siyasi düstur kimi qələmə verir. Silahlı qüvvələrin sayının və döyüş hazırlığının
artması, ikitərəfli və çoxtərəfli müqavilələrlə, kollektiv müdafiə ittifaqına qoşulmaqla,
həmçinin, qonşularla inam yaradıcı tədbirlər qurmaqla əldə edilir. Altincı Fəsildə, o
təhlükəsizlik və müdafiə planlaşdırmasına demokratik kontekstdə baxır. O, Qərb plan-
laşdırma metoduna baxır, təhlükə qavrayışı anlayışından başlayır və sonra milli təhlü-
kəsizlik konsepsiyasının, müdafiə siyasəti və hərbi strategiya üçün əsas olduğunu gös-
tərən arqumentlər gətirir. Beləlikə, güc planlaşdirması və uyğun olaraq doktrina və tə-
lim cədvəlləri inkişaf etdirilir. Ardıcıl planlaşdırma prosesi, şəxsi heyəti cəmləşdirmək
və maddi tələbatlarını reallaşdırmaq üçün və öz növbəsində illik büdcəni müəyyənləş-
dirmək üçün vacibdir.Trapans, həmçinin, geniş miqdarda informasiyanın, o cümlədən,
büdcə və siyasət üzrə illik hesabatların və həmçinin,orta müddətli proqramlar və uzun
müddətli planlar üzrə hesabatların davamlı surətdə parlamentə göndərilməsinin mü-
hümlüyünü vurğulayır. Bu fəsil NATO-nun genişlənməsi ilə bağlı atılan addımları əha-
tə edərək başa çatır.
Yeddinci Fəsildə Viktor-Yves Qebali (Victor-Yves-Ghebali) ”ATƏT-in Davranış
Kodeksində Təhlükəsizliyin Siyasi-Hərbi Aspektləri”-nin VII və VIII Bölmələrini izah
edərək dovlət təhlükəsizliyinin yeganə təminatçısı güc-dür ideyası ilə beynəlxalq nor-
maların sıradan çıxarılması səylərindən danışır.
Aydındır ki, kadr siyasəti demokratik ölkələrdə müdafiə siyasətinin başlıca elemen-
tidir. Bu gün,əsgər hərbi formada olan vətəndaş sayılır,mümkün qədər mülki hüquqları
və açıq kriteriya ilə vəzifə pilləsində yüksəlməyə hüququ vardır. Ferens Molnar Maca-
rıstanın təcrübəsindən istifadə edərək, kadr siyasətinin prinsip və praktikalarını əhatə
edir. Macarıstanın NATO üzvlüyü onun ordusunun transformasiyası üçün unikal im-
kanlar gətirdi, lakin əski praktikadan əl çəkmək də asan deyildi. Döyüş qabiliyyəti üzə-
rində qurulmuş NATO yanaşması və Praqa Zirvəsində götürülən öhdəliklər peşəkarlığı
təkmilləşdirmək üçün mühüm stimul oldu və təlim və təhsilin hesabına NATO prose-
dur və praktikalarına dərin inteqrasiyaya imkan yarandı.
Maliyyə planlaşdırması və ehtiyatlar ayrılması müdafiə nazirliyinin dayaqlarıdır və
təbiəti etibarı ilə çoxillik proqramların həyata keçirilməsindən asılıdır. Müdafiə “uzun
yol” və yeni prioritetlərin həyata keçirilməsi uzun zaman alan məsələdir. Biz Şərqi və
Qərbi Avropa ölkələrində iddialı proqramlarla rastlaşdıq, amma gözlənilən maliyyə re-
surslarının kəsintisi üzündən onlar həyata keçirilə bilmədi. NATO istəyir ki, onun üz-
vləri öz ÜDM-nin 2%-ni müdafiə xərclərinə sərf etsin, ancaq onların bir neçəsi bu tə-
ləbə xidmət edir.
Harı Bukur –Marku Doqquzuncu Fəsildə resurs ayrılması dilemmasını analiz edir
və o fikirdədir ki, sistemin içindəki tabeçilikdə olan elementlərin aşağıdan yuxarı büd-
27
cələmə sistemi ardıcıllığı pozar və hər bir büdcə tələbinin təcililiyi haqda lazımı infor-
masiya çatışmazlığına gətirər. Eynilə, büdcə hazırlığının bazarlıq dönəmində cari xər-
clərlə təhcizat və şəxsi heyətin xərcləri, əməliyyat və qüvvələri saxlama xərcləri müda-
fiə nazirinin verməli olduğu ən sərt qərarlar sırasındadır.
Mihal Zambori(Mihaly Zambori) bu məsələni Onuncu Fəsildə bir addım da irəliyə
aparır və Macarıstan Hərbi Planlaşdırma Sistemində tapşırıq-yönümlü planlaşdırmanı
analiz edir. Ən mühüm alınan nəticələrdən biri odur ki, yaxşı təşkil olunmuş, müstəqil
və davamlı müfəttiş funksiyası, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsini qiy-
mətləndirmək üçün ən yaxşı alətdir. Onun məqaləsinə ordunu saxlamaq və inkişaf et-
dirmək üçün resursların ağıllı surətdə ayrılmasını nəzərdə tutan iqtisadi tapşırıqlardan
ibarət geniş siyahı daxildir.
Pal Dunay On Birinci Fəsildə Soyuq Müharibədən sonra meydana gələn əməkdaş-
lıq və yaxşı qonşuluq münasibətləri yaradan strukturları müzakirə edir. O,yaxşı qonşu-
luq siyasətinin tərkibi kimi bölgəsəl və bölgə içi silahlara nəzarət siyasətinə xüsusi diq-
qət yetirir. Qeyri- adi hərbi tədbirlər olduğu halda, 1990- cı ildə qəbul olunan Vyana
Mexanizmi vasitəsilə məsləhətləşmələr aparlması gözlənilməyən hallarla məşğul ol-
maq üçün əlavə mexanizm yaratmışdır.Cənubi-Şərqi Avropa üçün Stabillik Paktı böl-
gədaxili əməkdaşlığa təkan vermiş və eyni zamanda bu ölkələrin Avropa Birliyinə üz-
vlük prosesinin davam etdirilməsini qonşu ölkələrlə əməkdaşlığın irəliləməsindən asılı
etmişdir. Son zamanlarda hazırlanmış AB yaxın qonşuluq siyasəti –üzvlük üçün indiki
zamanda adaylığı olmayan ölkələr üçün nəzərdə tutulmuşdur. Dunay analiz edərək
mövzudan kənara çıxan iki mühüm fikir söyləyir. Birincisi, indiki dünyada baş verən
hadisələrlə bağlıdır və burada ABŞ həqiqətən qüvvətli ordusu ilə super ölkə kimi aparı-
cı dövlətdir: iqtisadi baxımdan isə beynəlxaq sistem çox-qütblülük əlamətləri ilə ifadə
olunur. İkinci fikir isə tez-tez səslənən təhlükəsizliyin bölunməz olduğu fikridir. Bu
konsepsiyada avtomatik heç bir şey yoxdur və müəyyən mənada bölgəsəl əməkdaşlıq,
hətta təhlükəsizlik strukturlarının strategiyasını təkmilləşdirəcəkdir. Ancaq, ölkələrin
bir-biri ilə artan asılılığı və qeyri-sabitliyin sərhədləri aşması daha çox qütbsüz əmək-
daşlıq elementlərinin dövrəyə salınmasını tələb edir.
Fred Şreyerin müəllifi olduğu ikinci yazı kəşfiyyatın idarə olunması və nəzarəti ilə
bağlıdır. Bu mövzu Avropada nisbətən az diqqət cəlb etmiş, lakin daxili və xarici təhlü-
kəsizliyin qovuşduğu bir zamanda bu məsələ artan əhəmiyyət kəsb edir.Son on beş ildə
baş verən çoxlu sayda hərbi əməliyyatlar zamanı, mövcud kəşfiyyat ciddi tənqidə mə-
ruz qalmışdır.DCAF, doğru olaraq bu mövzuya öz işlərində geniş yer vermiş, çünki o
demokratik ölkələr üçün bir çox dilemmalar yaratmışdır. Dövlət siyasəti aparmaq üçün
gizli informasiyanın toplanması hesabatlılıqla bağlı gərginlik yaratması mütləqdir və
məsuliyyətin açıq bölünməsini tələb edir. Şreyer kəşfiyyatın idarəedilməsi ilə bağlı ye-
ni paradiqmaları dəyişə bilən bir neçə amilləri göstərir: bu mövzu nəhəng dərəcədə xü-
susilə də qeyri-dövlət subjektlərinin ortaya çıxması ilə artmışdır; kəşfiyyat paylaşması
28
və beynəlxalq əməkdaşlığa ehtiyac artmışdır, ancaq uyğun tərəfdaş təşkilatların etibar-
lılığına quid pro quo (xidmətə görə xidmət)praktikası və şübhələrinə görə məhduddur;
informasiya texnologiyası və informasiyadan necə istifadə olunması ilə bağlı dəyişik-
liklər hal –hazırda edilir. Başqa hökümət təşkilatları ilə bağlı tətbiq edilən demokratik
nəzarət mexanizmləri kəşfiyyat üçün eyni ola bilməz və ona görə də xüsusi mexaniz-
mlər tələb olunur. Ancaq o nəzərdən qaçırıla bilməz.
Hərbi təhcizatla bağlı mənim yazdığım yazıda qərar-qəbul etmədə ardıcıllıq və parla-
ment qəbulu modeli inkişaf etdirilir. O, həmçinin, Avropa Təhlükəsizlik və Müdafiə Si-
yasətinin meydan gəlməsini və 2004- cü ildə Avropa Müdafiə Agentliyinin (AMA)ya-
ranmasını mühüm addım sayır. AMA əməliyyat tələbatlarını, tədqiqat və texnologiyanı,
inkişaf və təhcizatı birləşdirmək iddiasında çıxış edir və son məhsulun ilkin( və dəyişən)
tələbləri necə yerinə yetirməsini qiymətləndirir. Yazi “Nədən Ötrü” sualını qoyur və və
bu suala cavab vermək üçün Avropa və Amerika modellərini analiz edir.
On dördüncü Fəsildə Robert Pszczel, media və dövlətin mütləq bir- birinə zidd fir-
kirlərlə, köklü surətdə bir-birinə qarşı müxalifətdə olmalarının vacib olmadığını vurğu-
layır, əvəzində onlar rəmzi işgüzar münasibətlərin müsbət təsirindən faydalana bilirlər,
xüsusilə də, onların dövlət tədbirləri üçün ünsiyyətlərini artırmaqla ümumi axtarışda
ola bilərlər. Harı Bukur Marku yenidən öz “ Hərbi Təsisatlar və İnformasiya Siyasəti”
yazısında ictimaiyyətlə sonda xəbərləşmə qura bilən yaxşı hazırlanmış sistemin qurul-
masına çağırır. Hərbi məsələlər sözsüz qəbul edilməli deyil, onların hüquqiliyi,məhsul-
darlığı və hətta mənəvi tərəfi sual edilməlidir. İndiki dünyada informasiya paylaşması
üçün çox mühüm alət olan İnternet-in sirli və həssas sayilmayan xəbərləri sürətlə və
asan yolla inctimaiyyətə çatdirmaq imkanı vardır.
Velizar Şalamanovun yazdığı sonuncu fəsil hərbi idarəetmə və islahata vətəndaş cə-
miyyəti çərçıvəsində baxır. Hərbi idarəetmədə ən yaxşı praktikaları analiz etmək üçün
o bir “işgüzar model” çəkir və höküməti icraçı direktorlar, baş naziri icraçı direktor,
müdafiə nazirliyini baş idarəetmə və silahlı qüvvələri istehsalat idarəsi kimi göstərir.
Hətta hər bir müqayisənin məhdudiyyəti olmasına baxmayaraq, bu faydali analitik alət-
dir.İstənilən hərbi təşkilatın özündə ehtiva etməli olduğu funksiyaların, onun tərəfindən
hazırlanan siyahısı, müdafiə nazirliyinin hökümətin tərkib hissəsi kimi həm daxil-
də,həm də xaricdə iş qaydası ilə tanış olmayan adamlar üçün faydalıdır. Medalyonun
digər tərəfi isə şəffaflıq və hesabatlılıq prosesləri hesabına 1989 -cu ildən müdafiə və
təhlükəsizlik sahəsinə ciddi surətdə girən vətəndaş cəmiyyətinin miqyasıdır. Vətəndaş
cəmiyyətinin cari müdafiə məsələlərində iştirakı ictimai dəstək üçün ilkin şərtdir. Fakti-
ki olaraq, bu debatlar müdafiə nazilrliyi tərəfindən təşkil olunduğu hallarda yox, qeyri
–hökümət təşkilatları,beyin mərkəzləri və tədqiqat mərkəzləri tərəfindən təşkil olundu-
ğu halda çox təsirlidir
Dr. Willem F. Van Eekelen
Cenevrə, Mart 2006
31
1-ci Fəsil
Müdafiə və Təhlükəsizlik Sahəsində
Əmək Bölgüsü
Albay Fred Şreyer
Təhlükəsizliyin Dəyişən Siması
Çox zaman təhlükəsizlik müdafiə məsələləri ilə qarışdırılır. Ənənəvi olaraq təh-
lükəsizlik birinci və başlıca olaraq “milli təhlükəsizlik” kontekstində başa düşülür:
ölkənin ərazisinin başqa ölkələrin təhlükəsinə qarşı müdafiəsi kimi. Soyuq Mühari-
bənin bitməsi, qloballaşma,yeni risklər,təhlükələr və qorxular, həmçinin, daxili də-
yişikliklər dövlətlərin üzləşdiyi təhlükəsizlik mühitini dramatic olaraq dəyişdi.
İndiki zamanda çoxlu sayda ölkələr çox- şaxəli təhlükəsizlik təhdidləri ilə üz-üzə
durur və onların çoxu da hərbi xaraketrli yox, qeyri- hərbi təbiətə malik olub fərqli
cavablar tələb edir. Təhlükəsizliyin hərbi və dövlət yönümlü konsepsiyalarının
məhdudluğu daha da aydınlaşdıqca, təhlükəsizlik konsepsiyasının genişlənməsi və
dərinləşməsi baş verir. Artıq təhlükəsizlik konsepsiyasi özəl olaraq sadəcə dövlətin
və onun ərazisinin təhlükəsizliyinə köklənməyib, dövlətin vətəndaşının, icmaların,
cəmiyyət və bölgələrin və ya hətta beynəlxalq sistemin təhlükəsizliyini də əhatə
edir. Təhlükəsizlik gundəminə hərbi təhlükələrdən əlavə risklər və qorxular da əla-
və edilmişdir: ekoloji deqradasiya, sosio-iqtisadi təhdidlər, infeksion xəstəliklərin
yayılması, beynəlxalq terrorizm və mütəşəkkil cinayət də bu qəbildəndir.
Təhlükəsizlik konsepsiyasına ən son əlavə edilmiş anlayış “insan təhlükəsizliyi”
anlayışıdır
4
. Bu anlayış təhlükəsizliyin dövlət yönümlülüyündən, fərdə doğru dəyi-
şən köklü dəyişimini nəzərdə tutur. Bu yeni konsepsiyaya görə, dövlətin ayaqda
durması yox, insanların firavanlığı əsas qayğıya çevrilməlidir və onun, insan haqla-
rı və ictimai inkişaf kimi konsepsiyalarla çoxlu oxşarlıqları paylaşır. 1994- cü ilin
İnsan Potensialı İnkişafı Hesabatının əsas komponentləri “qorxudan azad olmaq və
aclıqdan azad olmaq”-dır. İnsan təhlükəsizliyi insanların “xroniki təhlükələrdən qo-
runması” kimi müəyyən edilir: məsələn, aclıq, xəstəlik və siyasi repressiyalar-
dan.“Gündəlik həyat zamanı qəfildən baş verən ziyanlı pozuntular” da insan təhlü-
4
Bax: Human Security Nework, at URL http:/www.humansecuritynetwork.org/: and
Bibliography on Human Security , Harvard program on Humanitarian Policy and Conflict
Research: Cambridge,Mass Avg/ 2001,
http:/www.hsph.harvard.edu/hper/events/hsworkshop/bibliography.pdf
32
kəsizliyi elementləri kimi qəbul edilir
5
. BMT-nin dəstəyi bir çox ölkələrdəki siya-
sətçilər üçün güclü stimula çevrildi. 1999- cu ilin sonuna qədər bu ölkələr İnsan
Təhlükəsizliyi Şəbəkəsi başlatdılar və bu gün sayı 12-ə çatmış bu ölkələr nazirlər
səviyyəsində illik görüşlər kecirirlər. Şəbəkə, özünü kollektiv addımlar üçün “qey-
ri rəsmi, çevik” mexanizm kimi görür və “beynəlxalq diqqəti yeni və meydana gə-
lən” məsələlərə yönəldir və “insan təhlükəsizliyi perspektivləri”-ni tətbiq etməyə
çalışaraq “münaqişələrin qarşısını almağa və həllinə yönəlmiş və sülh və inkişafı
təşviq edən” siyasi prosesləri gücləndirmək məqsədi güdür. Digər tərəfdən, o fər-
qli beynəlxalq məsələlərdə faydalı köməkliklər göstərmişdir: minaların təmizlən-
məsi; atıcı silahlara və yüngül silahlara nəzarət; Beynəlxalq Cinayət Məhkəməsinin
qurulması; uşaqların əsgər kimi istifadə olunmasının qadağan edilməsi, insan haq-
ları təhsili və insan haqları qanunu,beynəlxalq cinayətə qarşı mübarizə, HİV və
SPİD-ə qarşı mübarizə bu tədbirlərə daxildir
6
.
Cənubi Afrika təhlükəsizliyin yeni tərifinin müəyyən edilməsində öncüllərdən
biri idi və 1996- cı ildə dərc olunmuş “ Müdafiə məsələləri üzrə Ağ Sənəd”, insan
təhlükəsizliyinin indiyə kimi dərc olunan ən aydın tərifini vermişdir
7
.Yaponiyanın
Baş Naziri Obuçi bu konsepsiyanı Yaponiyanın xarici siyasətinin aparıçı xarakteri
kimi müəyyən etmiş və 1998- ci ildə BMT Katibliyində “İnsan Təhlükəsizliyi
üçün Trust Fondu” yaradaraq onu maliyyələşdirmişdir
8
. İnsan təhlükəsizliyini öz
xarici siyasətinin təməlinə çevirən və insan təhlükəsizliyi gundəminin digər müda-
fiəçisi olan ölkə Kanadadır. Kanada, insan təhlükəsizliyini insanlar üçün “həm zo-
rakı,həm də qeyri zorakı təhlükələrdən qorunma” kimi, insanların hüquqlarına,asa-
yişinə və hətta onların həyatına qarşı yayılmış olması ilə xarakterizə edir
9
. Bu kon-
sepsiya BMT Baş Katibi Kofi Annan tərəfindən təşviq edildi və o,İnsan Təhlükə-
sizliyi üzrə Komissiya yaratdı və onun 2003- cü ildəki hesabatı İnsan Təhlükəsizli-
yi üzrə BM –in Daimi Məsləhət Heyətinin yaranmasına gətirdi
10
. 2004- cü ildə,
5
UNDP,Human Development Report 1994. Hesabat insan təhlükısizliyinin yeddi kompo-
nentlik siyahısını verir. Iqtisadi təhlükəsizlik, yemək təhlükəsizliyi,sağlamlıq təhlükəsizliyi,
ekoloji təhlükəsizlik,şəxsi və ya fiziki təhlükəsizlik, icma təhlıkəsizliyi və siyasi təh-
lükəsizlik.
6
Avstriya,Kanada, Çili,Yunanıstan, İrlandiya,İordaniya, Mali, hollandiya,çNorveç,
İsveçrə,Sloveniya və taylənd, Cənubi Afrika ölkələri müşahidəçi kimi iştirak edirlər.
7
Bax: http:/www.humansecuritynetwork.org/network-e.php South African White Paper
on Defence, Pretoria:Department of defence, 1996
8
Gilson, Gulie&Purvis, Philida, “Japan’s Pursuit of Human Security: Humanitarian
agenda and Political Pragmatism?” Japan Forum: The international Journal of Japanese
Studies, No.15, June 2003, pp 193-207.
9
Canada Departmnet of Foreign Affairs and International Trade, Human secuirty: Safety
for people in a changing world, Ottawa: Departmnet of Foreign Affairs, 1999, p5
10
Bax: http:/www.humansecurity-chs.org/abhs/index.html
33
Avropa Birliyi, Araşdıma Qrupunun Avropanın Təhlükəsizlik İmkanları ilə bağlı
Barselona Hesabatını “Avropanın İnsan Təhlükəsizliyi Doktrinası” başlığı altında
dərc etdi və “insan təhlükəsizliyi böhranına cavab qüvvələri“-nə çağıran bu doktri-
na yeni paradiqmaya geniş dəstək verdi. Bu qüvvələr münaqişələrin qarşısını al-
maqda və sosial quruculuq üzrə təcrübəsi olan güclü mütəxəssis qrupundan ibarət
olmalı idi. Hətta onun qüvvədə olan hərbi komponenti də ağırlıqlı olaraq insan təh-
lükəsizliyi etikası daşımalı idi
11
.
Artan istiqamətdə istifadə olunmasına baxmayaraq, insan təhlükəsizliyi ilə bağlı
bu yeni konsepsiya tam açıqlanmalıdır,çünki görünən odur ki, o alternativ təriflərin
sürüşkən elementlərini özündə ehtiva edir. O, fövqaladə geniş və qarışıq təriflərdən
istifadəyə görə, tədqiqatçılar üçün özünün analitik faydalılığını və siyasətçilər üçün
təlimat kimi səmərəliliyini sarsıtdığına görə tənqid edilmişdir
12
. Bir çoxları üçün,
insan təhlükəsizliyini BM İnkişaf Agentliyi ilə bağlamaq onun məzmunundan asılı
olmayaraq,ya onun dəyərini artırır,ya da onun həqiqiliyini sarsıdır. Başqaları üçün,
təhlükəsizlik mövzuları gözə görünməyən qlobal intelligensiya tərəfindən naraha-
tedici və ya məmnunluq gətirən konsensusla əlaqəlidir. Bir çox ölkələr İnsan təhlü-
kəsizliyini özlərinin xarici siyasətlərinin əsası kimi qəbul etdikləri halda, başqaları
isə ən yaxşı halda ikili,ya da daha ümumi desək skeptik yanaşırlar. Beləliklə, bu
cür aydın olmayan və mübahisə doğuran konsepsiya çox fayda gətirə bilərmi? Və
ya bu fikrə daha da əlavə etsək: müdafiə və təhlükəsizlik sektoru buna hər hansı
diqqət yetirməlidirmi? Biz müsbət istiqamətdə arqument gətiririk, boynumuza alaq
ki, bu paradiqma yüksəliş qazanır və bəlkə də müdafiə və təhlükəsizlik qüvvələri
gələcəkdə ancaq bu paradiqmanın əsas hissəsi olduğu konseptual mühitin tərkibin-
də hərəkət edəcəkdir.
Daha bir mühüm tərif məsələsi-və onun üzərində onun çoxlu müdafiəçılərı fər-
qli görüşlərdədirlər- insan təhlükəsizliyinin təhlükəsizlik landşaftını idarə etməsi
dərəcəsidir. İlkin BM İnkişaf Agentliyinin formulu insan təhlükəsizliyinin aparıcı
təhlükəsizlik paradiqması olduqunu irəli sürürdü. Lakin, hər ikisi İnsan Təhlükəsiz-
liyi Şəbəkəsi üzvü olan və xarici siyasətlərini insan təhlükəsizliyi üzərində quran
Kanada və Yaponiya “insan təhlükəsizliyi” və “Milli Təhlükəsizlik” arasında aydın
fərq qoyurlar. Nə Kanada, nə də Yaponiya bir təhlükəsizlik paradiqmasını, o biri-
sindən üstün tutmurlar. Kanada höküməti onların bir-birini “tamamladığını”
deyir
13
. Beləliklə, bu paradiqmanın bu günə qədər başqa yarışan təhlükəsizlik kon-
sepsiyaları üzərində üstünlük qazanmaması Soyuq Müharibədən sonrakı dövrdə ha-
11
Bu mövzuda Avropada meydana gələn fikirlə bağlı bax:http://www.iss-eu.org
12
See e.g. Paris, R., “Human Security: Paradigm Shift or Hot Air?”, International Security,
Vol. 26, No. 2, Fall 2001, pp. 92–93.
13
Canada Department of Foreign Affairs and International Trade, Human Security: Safety
for People in a Changing World, pp. 5-6
34
zırlanan və müasir təhlükəsizlik qayğılarının mürəkkəbliyini əks etdirən daha dol-
ğun konsepsiyadan istifadə etməyə imkan verir: Təhlükəsizlik Sektoru İslahatı nə-
zərdə tutulur. Bu nisbətən yeni konsepsiya olub inkişaf üçün irəli sürülən beynəl-
xalq proqramların formasını dəyişir. O insan təhlükəsizliyi konsepsiyası ilə bir çox
məsələlərdə, o cümlədən fərdlərin,qrupların və cəmiyyətin firavanlıq və təhlükəsiz-
lik qayğılarını paylaşır. Təhlükəsizlik sektoru islahatının vəzifələri kəsərli demok-
ratik nəzarət altında insan haqlarına hörmətlə yanaşaraq və qanun aliliyinə riayət
edərək vətəndaşların,cəmiyyətin və dövlətin təhlükəsizlik maraqlarına xidmət edən
səmərəli və məhsuldar təhlükəsizlik təsisatları yaratmaqdır
14
.
Üstünlük ondadır ki,Təhlükəsizlik Sektoru İslahatının maraq dairəsi, dövlətin
milli təhlükəsizliyinin səmərəli və hesabatlı idarəetməsini təmin etməkdir. Dövlət
təsisatlarına,qanun və normativ-hüquqi çərçivələrə və təhlükəsizlik siyasətinə yö-
nəlik baxdıqda dövlət mərkəzlidir, hərbi təhlükəsizliyi önə çəkmir və ya cəmiyyət
daxilində fərdlərin və qrupların ictimai təhlükəsizlik tələblərini qulaqardına vur-
mur. Bütün dövlətlər özlərinin təhlükəsizliklə bağlı yanaşmalarına zaman-zaman
yenidən baxarlarsa qazana bilərlər. Digər tərəfdən, Təhlükəsizlik Sektoru İslahatı
əsasən inkişaf etməkdə olan ölkələr üçün, avtoritar rejimlərdən demokratik idarəçi-
liyə keçən və keçid dövrü yaşayan ölkələr üçün, dağıdıcı müharibədən sonrakı qu-
ruculuq dövrü yaşayan ölkələr üçün və ya siyasi zorakılıq və insan haqları pozuntu-
sundan uzaqlaşmaq istəyən ölkələr üçün xüsusilə lazımdır. Bu gün, hamı tərəfindən
qəbul olunmuşdur ki,təhlükəsizlik və münaqişə demokratiya və inkişafla sıx surət-
də bağlıdır. BM İnkişaf Agentliyi bildirir ki, son on illiklərdə silahlı münaqişədən
keçən ölkələrin çoxu avtoritar rejimlərdən ibarətdir və dünyanın ən kasıb ölkələri
sırasındadırlar
15
.Ona görə də, Təhlükəsizlik Sektoru İslahatı o ölkələrə yönəlir ki,
orada təhlükəsizlik və müdafiə sektorunda hiss olunan islahatı həyata keçirmək
üçün təhlükəsizlik konsepsiyalarıının və prinsiplərinin köklü surətdə yenidən düşü-
nülməsi ilkin şərt olsun.
Çünki, bir çox hallarda müdafiə və təhlükəsizlik təsisatlarının özləri bütövlükdə
fərdlərin və cəmiyyətin təhlükəsizliyinə təhlükə olur və bu onların ya yarıtmaz işlə-
ri ilə, ya peşəkarlığın aşağı olması ilə, qeyri bərabər dövlət ştatları ilə, ya da kor-
rupsiya və ya insan haqları pozuntusu ilə müşaiyət olunur. Təhlükəsizlik Sektoru
İslahatı müdafiə və təhlükəsizlik sektorunun sağlam idarəçilik və hesabatlılıq, de-
14
Hendrickson, D., and Karkoszka, A., “The Challenges of Security Sector Reform”, SIPRI
Yearbook 2002: Armaments, Disarmament and International Security, Oxford University
Press: Oxford, 2002, pp. 175–201; and the United Nations Development Programme
(UNDP), “Democratizing Security to Prevent Conflict and Build Peace”, Human
Development Report 2002: Deepening Democracy in a Fragmented World, Oxford
University Press: New York and Oxford, 2002, pp. 85–100.
15
BM İnkişaf proqramı , Human development report, 2002
35
mokratik prinsiplər və yaxşı idarəçilik praktikalarına uyğun surətdə qurulmasına
fikir verir. Təhlükəsizlik Sektoru İslahatı tərəfindən təşviq edilən yaxşı idarəçili-
yin məqsədləri-demokratik hesabatlılıq, təhlükəsizlik strukturlarına demokratik
nəzarət, daxili və xarici təhlükəsizlik mexanizm və yanaşmalarının arasında aydin
sərhədlər,qanunun aliliyi və azad məhkəmə və müstəqil vətəndaş cəmiyyəti- ta-
mamilə yetişmiş demokratik ölkələr daxilində inkişaf etmiş aparıcı davranış olan
“yaxşı praktikalar” və normalar, qaydalar və qanunlar üzərində- qurulur. Lakin,
artan sayda beynəlxalq güclər arasında təhlükəsizlik sektorunun idarəçiliyi üçün
bu normaların və yaxşı praktikaların mühümlüyü və faydası haqda ümumi kon-
sensus vardır
16
.
Demokratik ölkələr təhlükəsizlik qüvvələrini daxili təhlükəsizlik üçün saxlayır-
lar və dövlət sektoru ölkənin müdafiəsinə məsuldur. Müdafiə dedikdə, normal su-
rətdə xarici təhlükə nəzərdə tutulur və məkan və hətta zaman baxımından məhdud
ola bilər. Gundəmdə olan məsələ təhlükənin məhv edilməsidir.Hərçənd, potensial
təhlükə formasını dəyişə bilər və tezliklə real təhlükəyə çevrilə bilər, hazırlılıq və
hazırlığı tezliklə təmin edən sistem və ya səfərbərlik müdafiə üçün tələb olunur.
Daxili təhlükəsizliyin qurulması və təmin edilməsi daxili sabtliyə yönəlmiş təhlü-
kənin qarşısının alinması və ona müqavimət göstərilməsi məsələsidir:yəni, ictimai
asayış; fərdlərin, icmaların və cəmiyyətin zorakılıqdan qorunması; dövlətin və
onun təsisatlarının gündəlik işinin təmin edilməsi və davamlı sosio-iqtisadi inkişaf.
Bəzən dövlət bölgə və yerli hakimiyyətlərin köməyi ilə bu təhlükəsizliyi təmin
edir. Lakin güclər fərqlidir. Ordu müdafiəni təmin edəcək və mülki qüvvələr təhlü-
kəsizliyi. Beynəlxalq təşkilatlar,NATO və AB artıq müdafiə və təhlükəsizliyi bir-
birindən ayirmırlar və onları bütöv olaraq Təhlükəsizlik Sektoru adlandırırıar. Bura-
da dövləti və onun vətəndaşlarını qorumağa məsul olan bütün strukturlar və qüvvə-
lər başa düşülür. Buraya başlıca strurkurlar, o cümlədən silahlı qüvvələr, bütün hü-
quq mühavizə və ya hərbiləşmiş qüvvələr, kəşfiyyat və təhlükəsizlik agentlikləri,
gömrük, sərhəd və sahil qoruması və eləcə də, daxili və xarici təhlükəsizlik siaysə-
tini formalaşdıran, icra edən və onun üzərində nəzarət edən təsisatlar daxildir
17
.
Avropa Birliyi və Avropa Parlament Assambleyası təhlükəsizlik sektorunu dörd
əsas sektora bölür: müdafiə, polis, kəşfiyyat xidmətləri və sərhəd idarəciliyi
18
. Bi-
16
Bura beynəlxalq təşkılatlar daxildir: BMT, BM İnkişaf proqramı(UNDP), İqtisadi
əməkdaşlıq və İnkişaf təşkilatı (İƏİT); bölgəsəl təşkilatlar: AB, AŞ,ATƏT,və NATO və
həmçinin müxtəlif QHT-lər.
17
Təhlükəsizlik sektorunun tərifi Hendrikson və Karkojka yazısında müzakirə olunur. “The
challenges of security sector reform”, op.cit., p179
18
Bax məsələn:Avropa Şurası,Parlament Assambleyası, Democratic oversight of the
Secuirty sector in Member States, Siyasi Komitənin Hesabatı, Doc.10567, June 2,2005.
http://assembly/coe/int/Documents/WorkingDocs/doc05/EDOC10567/htm
36
zim bu mövzunu, yəni müdafiə və təhlükəsizlik sektorunda əmək bölgüsu aparmağı
anlatmaq üçün biz müdafiə və təhlükəsizlik sektoruna ayrı-ayrı baxmaqda davam
edəcəyik, lakin təhlükəsizlik sektorunun dörd kateqoriyaya müdafiə, polis, kəşfiy-
yat xidmətləri və sərhəd idarəciliyinə ayrılmasını da qəbul edəcəyik.
Baxmayaraq ki, təhlükəsizlik və müdafiə sahələri tez-tez fərqli və ayrı sayılır,
reallıqda isə onlar ya bir-birini örtür ya da birləşirlər. İnkişaf etməkdə olan və ya
kasıb ölkələrdə və hətta dağılan və ya baş tutmamış ölkələrdə şəxsı heyətin tapşı-
rıqları və kateqoriyaları qaranlıq qalır. Bu ölkələrdə dövlət yerli əhalinin təhlükə-
sizlik ehtiyaclarını ödəyə bilmədiyi halda statusu olmayan qüvvələr meydana gə-
lir və onlar cəmiyyətin təhlükəsizlik maraqlarına uyğun olmayan və qanunverici-
likdə əksini tapmayan rolları öz əllərinə alırlar. Eynilə, partizan qüvvələri və
özəl hərbi qüvvələr hərəkətə keçə bilər və dövlət hakimiyyətini təhdid edə bilər.
Alternativ olaraq, dövlət təhlükəsizliyin təminini özəl hərbi və təhlükəsizlik fir-
malarının ixtiyarına verə bilir və ya xarici özəl kontraktorlardan islahat köməyi
ala bilər. Bütün bu hallarda, Təhlükəsizlik Sektoru İslahatı statusu olmayan təhlü-
kəsizlik qüvvələrini nəzərə almalıdır. Onların mövcudluğu, dövlətin güc işlətmə
monopoliyasına və dövləti və onun vətəndaşlarını qorumaq imkanlarına maneələr
yarada bilər və ya de fakto olaraq dövlətin təhlükəsizliyini təmin etmək məsuliy-
yətini öz üzərinə ala bilər.
Dostları ilə paylaş: |