Təhlükəsizlik və Müdafiə Sektorunun Rolları və İştirakı
Zərərin azaldılması adətən mərkəzi,bölgə və yerli hakimiyyətlərin, onların “il-
kin kömək” birliklərinin, xilasetmə qruplarının və mühüm dövlət infrastrukturlarını
qorumağa məsul olan birliklərin işidir. Təhlükəsizlik sektoru planlaşdırılmış və ya
həyata keçirilən tədbirlər haqqında məlumatlandırılmalıdır. Müdafiə sektorunun
planlaşdırılan və ya həyata kecirilən tədbirlər haqqında bilməsinə ehtiyac duyularsa
məlumatlandırılır və məlumatlar yenilənir.
Hazırlıqlar mərkəzi, bölgəsəl və yerli hakimiyyətlər tərəfindən edilir. Təhlükə-
sizlik sektoru tam bu işə cəlb olunur və: bütün baş verə biləcək gözlənilməyən ha-
disələrlə bağlı tələb olunan bütün tədbirləri və təhlükəsizlik vasitələrini planlaşdır-
malı və təşkil etməlidir; Fəlakət nəticəsində zərər çəkən əhalinin təhlükəsizliyi və
mümkün evakuasiyasının idarə edilməsini təmin edən doktrinalar hazırlamalıdır;
həyəcan,səfərbərlik və gözlənilməyən hallarda fövqaladə öhdəliklər üçün bütün
plan və hazırlıqlar haqqında tam xəbərdar olmalı; müəyyən edilmiş mərkəzi və ya
bölgəsəl koordinatorun rəhbərliyi altında fəlakətə yardım fəaliyyətlərini idarə edə-
cək fövqaladə əməliyyat mərkəzləri üçün lazımı sayda ixtisaslaşmış işçilərin ayır-
malı; işə göndəriləcək və işləri görəcək təhlükəsizlik vasitələrinin təlim və tapşırıq
seminarlarını planlaşdırmali, həyata keçirməli və iştirak etməlidir; bu seminarlarda
“təcrübələr öyrənildi” və gözlənilməyən əlavə hallar üçün planlar qurur .
60
Müdafiə sektoru ancaq xüsusi mülki hərbi tədbirlərin planlaşdırılmasına və ha-
zırlanmasına qoşulur və ya fövqaladə ehtiyatlar qisa zaman ərzində dramatik olaraq
yüklənərsə və o zaman əlavə köməyə ehtiyac olarsa, o zaman qoşulur. Ancaq bu
cür fövqaladə hallarda müdafiə resursları planlaşdırma və hazırlıq işlərində sadəcə
köməkçi rolunda iştirak edir: mülki hökümətin rəhbərliyi altında mülki hakimiyyə-
tə kömək üçün.
Fəlakətə cavab fövqaladə koordinator və fövqaladə əməliyat mərkəzinin işçiləri
tərəfindən istiqamətləndirilir və koordinasiya edilir və fəlakətə kömək əməliyyatı
tərəfindən icra edilıir. Təhlükəsizlik sektoru administariv işlərdə iştirak edir, təhlü-
kəsizlik əməliyyatları aparır və onlara rəhbərlik edir. Təhlükəsizlik sektorunun fə-
lakətə cavaba töhvəsi adətən aşağıdakılardır: vəziyyəti öyrənmə, məlumat toplan-
ması və analizi, dəyən zərərin və təhlükənin qiymətləndirilməsi; müəyyən edilmiş
prioritetlərin əsasında fəlakət zamanı birbaşa və dolayısı ilə zərər çəkmiş əhalinin
asayişinin və təhlükəsizliyinin təmin edilməsi üçün öz resurslarının səfərbər edil-
məsi, sahəyə göndərilməsi və təmasa girilməsi; təhlükəsiz evakuasiya; fəlakər zo-
nasına və evakuasiya olmuş zonalara izn olmadan girişlərə mane olmaq; və əlavə
lazım olduğu halda hüquq mühavizə tədbirləri görülməsi.
Əgər fəlakətə kömək əməliyyatlarına sərf olunan mülki resurslar, o cümlədən
şəxsi heyət,avadanlıq və ya vaxt tələbatlara cavab verməzsə, o zaman müdafiə sek-
toru mülki rəhbərlik altında mülki hakimiyyətə kömək üçün çağırılır. Yardım, kö-
məkçi əməliyyatlar formasında verilir: əməliyyat məsuliyyəti mülki hakimiyyətin
üzərində qalır. Adətən, silahlı qüvvələrin özləri göndərdikləri heyətin tərkibini mü-
əyyən edirlər və birliklərə və onların sahədəki fəaliyyətlərinə komandanlıq məsu-
liyyətini daşıyırlar. Silahlı qüvvələr eyni vaxtda müxtəlif fövqaladə cavab əməliy-
yatlarına, o cümlədən, yüksək səviyyəli dağntılarda, xilas etmə əməliyyatların-
da,evakuasiya və insanların və mülkiyyətin dağılmış ərazilərdə qorunmasına dəstək
verə bilirlər. Fəlakətin növündən,xarakterindən və miqyasından asılı olaraq və tələb
olunan cavabın təcililiyindən asılı olaraq silahlı qüvvələrin əsas töhvələri aşağıda-
kılar ola bilər: geniş miqyaslı evakuasyaları həyata keçirmək üçün hava və quru
nəqliyyatı ilə təmin etmək; xilasetmə, tibbi və ilkin-yardım dəstələrinin göndəril-
məsi; yemək payları,tibbi və yanacaq materiallarının paylanması; hərbi körpü qu-
rulması və istifadə olunması və çay keçmə vasitələri; evakuasiya üçün yol açmaq-
dan ötrü, loqistik təhcizat üçün, fəlakətin daha geniş yayılmaması üçün və başlıca
infrastrukturları yenidən qurmaq üçün irəlidə gedən və mina-təmizləyən birliklərlə
təmasa girir; rabitənin pozulduğu ərazilərdə rabitə və şəbəkə vasitələrinin təmin
edilməsi; fövqaladə xilasetmə və xüsusiləşmiş hərbi birliklərin təmin edilməsi, o
cümlədən,mülki işlər heyəti, psixoloq və psixiatrist, xəstəliklərə, infeksiyaya nəza-
rət üçün tibbi mütəxəssislər;mülki polisi hərbi polislə və hakim-vəkillərlə möhkəm-
ləndirmək; su təmizləyən avadanlığın və mütəxəssislərin, mobil elektrik generator-
61
ları,mobil mətbəxlər,yemək bişirən və qəssablarla və ölənlər üçün mobil ümumi və
xüsusi saxlanma avadanlıqları ilə təmin edilməsi. Lakin, yerlərini dəyişən və ya
evakuasiya olmuş insanların yerləşdirilməsi hallarında və ümumi yenidənqurma
səyləri başlayanda hərbinin cəlb edilməsi prosesi dayanmalıdır və bu işlər mülki
hökümət idarələri tərəfindən aparılmalıdır.
Bərpa işləri mülki hökümət idarələri,müqavilə ilə işləyənlər və özəl şirkətlər tə-
rəfindən istiqamətlənir və həll olunur. Xüsusi hüquq mühavizə orqanları bərpa zo-
nasında əməliyyatlar apardığı zaman və bərpa zonasında özəl mülkiyyətin oğur-
lanması hallarının qarşısının alınması zamanı, təhlükəsizlik sektorunun işə cəlb
olunmasına ehtiyac yaranır. Müdafiə sektorunun işə qarışması adətən silahlı qüvvə-
lərin zərər görmüş hərbi obyektlərinin və infrastrukturunun yenidən qurulmasına
yönəlmişdir. Hətta bu işlərdə onlar mülki şirkətlərlə yarışa girmirlər.
Vətəndaş Qarışıqlığı
Vətəndaş qarışıqlığı hüquq mühavizə orqanları tərəfindən istifadə olunan geniş
termindir və bir qrup insanların yaratdığı narahatlıq nəzərdə tutulur. Mülki narahat-
lıq mühüm sosio-siyasi və ya iqtisadi problemlərə qarşı etirazların simptomu və ya
formasıdır. Tipik olaraq aksiyaların ciddiliyi ictimai qəzəblə üst-üstə düşür. Qarı-
şıqlığın numunəsi aşağıdakılardır, amma onlarla da məhdud deyildir: qanunsuz
nümayişlər;oturaq itaətsizlik və digər maneə formaları; iğtişaş; sabotaj; cinayətin
başqa formaları. Qarışıqlıq ictimaiyyətə və hökümətə göstərilən nümayiş olur, la-
kin geniş xaosa sürüklənə bilər.
İstənilən vətəndaş qarışıqlığı incə güc tarazlığıdır. Bu cür münaqişələrin köklü
səbəbi siyasi hakimiyyət mübarizəsindən doğur.Çox vaxt siyasi nümayişlər siyasi
təşkilatın son çıxış yolu kimi qiymətləndirilir. Vətəndaş qarışıqlığı zamanı güc nis-
bəti pozulursa nəticə ya iğtişaşdır ya da qarışıqlığı yatırtmadır. Mülki qarışıqlığın
əksər hallarda nəticəsi polis qəddarlığıdır.
Vətəndaş qarışıqlığına bibaşa qoşulmayan vətəndaşların həyatı böyük mənada
dağıla bilər. Onların işləmək imkanları,əylənmək və bir çox hallarda həyati lazım
olan məmulatları əldə etmələri təhlükə altında qala bilər. Ciddi hadisələr zamanı in-
frastrukurun pozulması halları da baş verir. Su, yanacaq və elektrik kimi icimaiyyə-
tə zəruri olan xidmətlər,həmçinin, rabitə üçün infrastruktur müvəqqəti olaraq kəsilə
bilər.
Həm müdafiə, həm də təhlükəsizlik sektoru dövlətin qanunlarını və vətəndaşla-
rını qorumalıdır, baxmayaraq ki, polis bu işləri görməkdə daha fəal məsuliyyət da-
şıyır. Lakin vətəndaş qarışıqlığının qarşısını almaq,durdurmaq və qayda qanunu
bərpa etmək mərkəzi və yerli səviyyələrdəki mülki hüquq mühavizə orqanlarının
şıbhəsiz ümdə vəzifələridir. Ancaq xüsusi hallarda, polis qüvvələri vəziyyəti nəza-
62
rətə ala bilmədikləri zaman ordu qüvvələrinə son mümkün variant kimi baxıla bi-
lər- milli dovlətin son güc vasitəsi kimi.
Qərb və əsasən də Amerka ənənəsi, ordunun daxili işlərə qarışmasını ümumiy-
yətlə istisna edir.Hətta ABŞ Milli Qvardiyası daxili səhnədə sadəcə dəstək və ya
ehtiyat qüvvə kimi istifadə olunur. Lakin həmişə olduğu kimi istisnalar da vardır.
Bir çox ölkələr milli hərbi polis qüvvələri saxlayır. Məsələn, Fransa höküməti
Fransa Mili Polisinin səlahiyyət dairəsindən kənarda olan kəndlərdə və qəsəbələrdə
cinayət axtarışı və polis xidməti kimi Gendarmerie Nationale
29
( Milli Jandarma)
qüvvələri saxlayır. Başqa missiyalara cinayət axtarışı,ictimai nəzarət, aeroport və
hərbi obyektlıərin qorunması da daxildir. İnzibati baxımdan,silahlı qüvvələrin his-
səsi kimi Müdafiə Nazirliyinin rəhbərliyi altındadır, lakin Fransa daxilində missi-
yaları zamanı əməliyyat baxımından Daxili İşlər Nazirliyinin tabe olur. İtaliyadakı
Carabinieri
30
- polis funksiyası daşıyan jandarma növündə olan hərbi birliklərdir,
onlar ərazi bölgüsü üzərində qurulmuş və həmçinin, İtaliya hərbi polisi kimi xidmət
edirlər. Hətta son illər ərzində AB-i də böhranı idarəetmə əməliyyatları üçün hərbi
polis qüvvələri olan Avropanın beş ölkəsindən Fransa, İtaliya, Hollandiya, Portuqa-
liya və İspaniyadan ibarət Avropa Jandarma Qüvvələri
31
(European Gendarmerie
Force) yaratmışdır. Xüsusilə də bu qüvvələr vətəndaş qarışıqlığının qarşısımı al-
maq və nəzarət etmək məsələləri üzrə təlim keçmiş və hamısı iğtişaşa nəzarət və ic-
timai asayişin bərpası üzrə təcrübə qazanmış və beləliklə,onlar tez bir zaman ər-
zində təhlükəsizliyi və qanun aliliyini bərpa etmək üçün hüquq mühavizə əməliy-
yatlarına təsirli şəkildə qoşula bilərlər.
Başqa ölkələrin silahlı qüvvələri mülki hakimiyətin ciddi daxili təhlükəsizlik
qorxularını aradan qaıdımaq üçün resursları yetmədikdə, köməkçi qüvvə kimi icti-
mai qayda xidməti yeridilir.Onların vətəndaş qarışıqlığı hallarında iştirakının prin-
sipləri və prioritetləri aşağıdakılardır: (1) silahlı qüvvələr heç olmasa yardımçı mə-
sələlərdə polis qüvvələrinin işini azaldır, məsələn, yol polisi funksiyaları yerinə ye-
tirməkdə,mərkəzi hökümət təsisatlarını, hökümət binalarını,dəmiryol və metro
stansiyalarını qorumaqda və ya yolların bağlanması və postlar qoyulmasında-bütün
bunların hamısı əsas nümayiş və iğtişaş nərkəzlərindən kənarda baş verir. (2) Əgər
polis resursları tükənərsə, o zaman hərbi qüvvələr ictimai təhlükəsizliyi qorumaq
məsuliyyətini birbaşa boyunlarına götürürlər və bu da prioritet əsasında, yalnız pe-
şəkar hərbi polis və ya təhlükəsizlik birlikləri ilə edilir. (3) istisna olaraq, səciyyəvi,
ciddi fövqaladə vəziyyəti nəzərə alaraq əlavə birliklər ictimai qayda xidməti –nə
göndərilir. Bu missiya üçün onlar tam olaraq təlim keçməli və fiziki və psixoloji
olaraq hazır olmalıdırlar.Bu cür hallarda, yeni yığılmış və çağırışçı qüvvələrin isti-
29
http://www.defense.gouv.fr/sites/gendarmerie/decouverte/organisation/
30
http://www.carabinieri.it/Multilingua/ENG_p15-17_International_Police_Cooperation.htm
31
http://www.assembly-weu.org/en/documents/sessions_ordinaires/rpt/2004/1882.html
63
fadəsindən və müdaxiləsindən qaçınmalıdır. Lakin,istisna edilmir ki, silahlı qüvvə-
lərin öldürücü silahlarla, su vuran avadanlıqla, iğtişaşa qarşı, nəzarət-buraxılış və
digər mühəndis istehkam materialları ilə silahlanmış bir çox xüsusi birlikləri poli-
sin rəhbərliyi altında iğtişaşların mərkəzi hissəsində və ya zorakı nümayişlərin baş
verdiyi yerlərdə polisə cərrahi müdaxilədə kömək edə bilərlər. Lakin, əgər ciddi sa-
botaj hərəkətləri yayılırsa, silahlı qüvvələrin xüsusi qüvvələri bu sabotajların qarşı-
sını almağa və ya qadağan etməyə cəlb oluna bilər. Digər tərəfdən, bu cür müdaxi-
lələr başqa hökümət müüdaxilələri kimi həm qanuni və həm də legitim olmalıdır.
Ümumiyyətlə, ənənəvi silahlı qüvvələr ictimai qayda xidməti xaricində vətəndaş
qarışıqlığı vəziyyətlərinə çox asanlıqla müdaxilə edə bilərlər: hökümətin,idarələrin və
mühüm infrastrukturun əsas funksiyalarının bərpa edilməsi; sərhəd xidmətinin güclən-
dirilməsi; infrastruktur,ictimai nəqliyyat,rabitə, və ya yol hərəkəti pozularsa hərbi ava-
danlıq vasitəsilə əlavə yardım və kömək təmin edilməsi; həyati vacib tələbatlardan
məhrum olmuş və ya bu tələbatları əldə etmək üçün əlaqəsi kəsilmiş və birbaşa vətən-
daş qarışıqlığına qoşulmayan vətəndaşlar və icmalar üçün ilkin yardımın verilməsinə
kömək edilməsi,tibbi yardım, yemək və su ilə təmin edilməsi; və ya iğtişaşlar və ya sa-
botaj zamanı dəymiş zərərin aradan qaldırılması və zərər çəkmiş hökümətin qorunması
və qarətin qarşısının alınması üçün dövlət və özəl mülkiyyətin qorunması.
Fövqaladə Vəziyyət
Fövqaladə vəziyyət hökümətin müəyyən adi funksiyalarını durdura bilən və hö-
kümət tərəfindən elan olunan haldır. Bu hal, vətəndaşlara özlərinin adı davranışları-
nı dəyişməyə xəbərdarlıq edir və ya hökümət idarələrinə fövqaladə hazırlıq planla-
rını yerinə yetirməyə göstəriş verir. Bu həm də, vətəndaş azadlıqlarının məhdudlaş-
dırılması üçün əsas səbəb kimi istifadə oluna bilər. Bu cür vəziyyət adətən geniş
miqysada təbii fəlakətlər baş verdikdə, viruslu xəstəliklərin kütləvi baş verdiyi və
yayıldığı yerlərdə,terror hücumları, maliyyə və iqtisadi böhranlar zamanı, geniş
miqyaslı vətəndaş toqquşmaları olduğu dövrdə və ya üsyan və ya müharibə elan
edildiyi zamanlarda- yəni: ölkənin mövcudluğu və əhalinin həyatı təhlükə altında
qaldığı qeyri-adi hallarda elan edilir.
Fövqaladə vəziyyət elan etmək səlahiyyəti hökümətin ən əsas səlahiyyətidir və
hər hansı ölkədə və ya ərazidə fövqaladə vəziyyətin kimin qərarı ilə elan edilməsi-
nin bilinməsi real hakimiyyətin kimin əlində olması haqqında çox şey deyir. De-
mokratik ölkələrdə az rast gəlinməsinə baxmayaraq , diktator rejimlər tez-tez föv-
qaladə vəziyyət elan edir və qeyri müəyyən müddətdə,rejimin ömrü boyu davam
edir. Bu vəziyyətlərə isnad edilən başqa terminlər istisna vəziyyəti və ya mühasirə
vəziyyəti adlanır. Başqa hallarda hərbi vəziyyət də elan olunur və bu zaman ordu
daha çox səlahiyyət alır.
64
Bu gün dövlətin ərazisi yox, daha çox dövlətin quruluşu, cəmiyyətin təbiə-
ti,onun təsisatlarının funksiyası və onun vətəndaşlarının firavanlığı hücum altında-
dır. Bu təhlükələri müəyyən etmək təmiz hərbi təhlükələrdən çox çətindir və ona
görə də onun qarşısını almaq da çox çətindir. Halbuki, bir çox hallarda bu cür təh-
lükələrin müalicəsi xəstəliklərdən daha pis olur. Qorxu ondadır ki, fövqaladə ris-
klərə gətirən təhlükə ilə mübarizə üçün atılan dövlət addımları avtoritar proseslərə
gətirir və nəticədə bu addımlar, şəxsi hüquqları, qarşısını almaq istədiyimiz təhlü-
kənin məhdudlaşdıracağı dərəcədən daha çox məhdudlaşdırır.
Demokratik ölkələrdə konstitusiya və ya qanunverici aktlar hökümətə xüsusi
fövqaladə səlahiyyətlər verir. Icra fərmanları, hökümət siyasətləri və planları qa-
nundan kənara çıxan əlavə səlahiyyətlər yarada bilməz. Konstitusiya və ya qanun
fövqaladə vəziyyət elanının mülki hüquqlara və durdurulmuş hüquqlara təsirini
müəyyən edir və həyata keçirilə biləcək fövqaladə səlahiyyətləri məhdudlaşdırır.
Fövqaladə vəziyyət tədbirləri o zaman tətbiq edilə bilər ki, yaranmış halla bağlı atı-
lan adi addımlar kifayət etməsin.Bütün atılan tədbirlər təbiəti etibarı ilə müvəqqəti
olmalı və ərazi,tələbat və zaman baxımından ən vacib zərurətlərə hesablanmalıdır.
Parlament tərəfindən nəzarətdə olan hökümət, fövqaladə vəziyyətin elan olunması
ilə bağlı əsaslı şəkildə hazırlanmış qərarı və bu qərar əsasında görüləcək spesifik
tədbirləri ortaya qoymalıdır. Bu görülən tədbirlər haqqında, başqa ölkələrə və uy-
ğun müqavilələri müşahidə edən orqanlara xəbər verilməlidir. İnsan hüquqları öh-
dəliklərindən hər hansı geri çəkilmələr ciddi olaraq beynəlxalq hüququn verdiyi hü-
dudların çərçivəsində olmalıdır
32
. Əgər hər hansı dövlət Mülki və Siyasi Hüquqlar
üzrə Beynəlxalq Konvenşiyadakı öhdəliklərinin bir qismindən geri çəkilirsə,o za-
man o dövlət bu haqda BM Baş Katibini məlumatlandırmalıdır
33
. Bütün hallarda,
hökümətin məsuliyyəti mərkəzi və yerli mülki hakimiyətlərin üzərində qalır. Mü-
naqişə və müharibədən savayı bütün hallarda, müdafiə sektoru mülki hakimiyyətə
dəstək kimi köməkçi rolunda olur. Nə müdafiə sektoru, nə də təhlükəsizlik sektoru
mülki hakimiyyətə yiyələnmir, hər ikisi mülki hakimiyyətə kömək edir. Bundan
əlavə, onlar bütün beynəlxalq prinsiplər və təminatların predmeti kimi qalırlar.
Fövqaladə Cavab Tədbirləri
Fövqaladə cavab tədbirləri üçün model yoxdur və o fövqaladə vəziyyətin miq-
yasından,ciddiliyindən və təbiətindən asılıdır. Hökümətin adətən nə etməsinə icazə,
tarixindən,mədəniyyətindən və spesifik siyasi və hüquq sistemindən asılı olaraq öl-
kədən ölkəyə dəyişir. Fövqaladə hal nə qanun aliliyinin müvəqqəti durdurulmasını
tələb edir, nə də hakimiyyətdə olanların qanunçuluq prinsiplərini(onlar bu prinsip-
32
OSCE, Copenhagen Conference on the Human Dimension, 1990, § 25.
33
International Covenant on Civil and Political Rights (ICCPR), Art.4 (3).
65
lərə hər zaman riayət etməlidirlər) saya salmamağa səlahiyyət verir. Çoxlu sayda
ölkələr, hər hala qarşı, fövqaladə hallar planları hazırlayib saxlayırlar və onları
müntəzəm surətdə sınaqdan keçirir və təlim edirlər. Bu planların məqsədi fövqala-
də halların qarşısını almaq və ya durdurmaq, nəzarət etmək və ya onun təsirlərini
azaltmaqdır. Müdafiə və təhlükəsizlik qüvvələrinin risk qiymətləndirmələri və tə-
limləri və həmçinin, əhalinin fövqaladə cavablar haqda məlumatlandırılması da
fövqaladə hallar planlaşdırması səylərinin bir hissəsidir.
Tez-tez, hökümət xüsusi ştatlı fövqaladə koordinator təyin edir və o hökümətin
adından fövqaladə cavab tədbirlərini koordinasiya edir. Koordinasiya mütləq olmalıdır,
çünki fövqaladə cavab tədbirləri hərbi qüvvələri, polis, kəşfiyyat və təhlükəsizlik xid-
mətlərini, gömrük və sərhəd xidmətini və sahil güvənlik qüvvələrini, tibbi və xilasetmə
xidmətlərini,nəqliyyat idarələrini, port və aeroport rəhbərliyini, ekoloji idarələri, im-
miqrasiya xidmətini, enerji və su-elektrik stansiyalarını, telekommunikasiya rəhbərli-
yini, nazirlikləri, mərkəzi və yerli hakimiyyəti və özəl şirkətləri əhatə edir.
Konkret fövqaladə tədbirlər nümunələri bunlardır: medianın azadlığının məh-
dudlaşdırılması; nəqliyyat və rabitəyə nəzarət; əhalinin və yerlərin evakuasiya-
sı;mülkiyyətin, bitkilərin və heyvanlar aləminın dağıdılması; özəl mülkiyyətin,nəq-
liyyat vasitələrinin və loqistikanın müsadirə edilməsi; özəl müəsisələrin fəaliyyəti-
nin tənzimlənməsi; maliyyə köçürmələrinin tənzimlənməsi və dayandırılması; ixrac
və idxal qaydalarının təsis edilməsi və ya məhdudlaşdırılması,təşkilatlar qurulması-
nın qadağan edilməsi; fövqaladə sərəncamlara tabe olmayanlara cəzalar yaradılma-
sı, order olmadan evlərin və başqa özəl yerlərin yoxlanması;səbəb olmadan adam-
ların tutulması; silahli qüvvələrin yeridilməsi, müdaxiləsi və döyüşü; xarici hərbi
qüvvələrin yerləşdirilməsi və müdaxiləsi.
Silahlı Qüvvələr
Bir qayda olaraq,iki cür ölkədaxili fövqaladə halda silahlı qüvvələr ümumi ko-
mandanlığa mandat alır: müharibə zamanı və ya bir bölgənin təhlükəsizliyini təmin
etdikdə
34
. Hər iki halda,silahlı qüvvələr öz tapşırıqlarını strateji,əməliyyat və taktiki
səviyyədə birgə əməliyyatlarla yerinə yetirirlər. Bütün əməliyyatların uğuru üçün
34
Bu peşəkar hərbçilərin cəmiyyətdə oynadığı üç rolla izah ediılir: (1) onlar, zorakılığı idarə
etməyi,əmrlə güc işlətməni davamlı təhsil və praktika ilə öyrənmiş, ixtisaslaşmış və yüksək
biliyə və təcrübəyə malik ekspertlərdir. (2) bu təcrübələr müharibə zamanı döyüş meydanında
texniki bacarıqları və strategiyanı necə tətbiq etmək və əməliyyat və taktikalardan düşməni
məğlub etmək üçün necə istifadə etmək deməkdir. (3) Dinc zamanda hərbi təcrübə əsgərlərin
hərbi tarixi öyrənib uyğun dərslər çıxarmalarını, gələcək münaqişə üçün silahların və
avadanlığın tanınmasını və onlardan necə istifadə edilməsinin öyrənilməsini, və bu silahların və
mümkün düşmənin imkanları əsasında doktrina qurulub hazırlanmasını tələb edir.
66
önəmli amil, əməliyyatların getdiyi zonada tabeçilikdə olan bütün fəaliyyəti koor-
dinasiya emək qabiliyyətidir. Müharibə zamanı,hökümət təhlükəsizlik sektorunun
bir çox orqanlarını və xidmətlərini, dövlət tapşırıqlarını yerinə yetirən özəl şirkətlə-
ri və hətta sənaye müəsisələrini hərbinin nəzarətinə keçirə bilər. Digər tərəfdən, hö-
kümət hər kəsin boynuna öz daşınan və daşınmaz mülkiyyətini ordunun missiyası-
nın uğurla başa vurması üçün, ordu komandanlığının ixtiyarına verməsi öhdəliyini
qoya bilər. Bu öhdəlik, həmçinin, dinc dövrdə həyata keçirilən zəruri əməliyyatlara
da şamil edilə bilər. Ordu və birliklər özlərinin bu cür müsadirə etmək səlahiyyəy-
lərindən o zamana qədər istifadə edə bilərlər ki, onların missiyası üçün bu mütləq
dərəcədə önəmli olsun və öz resursları hesabına bu missiyanı yerinə yetirmək
mümkün olmasın.
Hər hansı bir bölgənin təhlükəsizliyini təmin etmək, silahlı qüvvələrin öz resur-
slarından istifadə edərək həm ölkə, həm də əhali üçün dərin böhranlı vəziyyəti aş-
maq və sonrakı vəziyyətin pisləşməsi riskini durdurmaq məsələsidir. Məqsəd əldə
olan qüvvələrlə strateji həcmdə olan zorakılığın qarşısını almaq, saxlamaq və ya
neytrallaşdırmaqdır. Əgər hökümət qərar versə, ərazi təhlükəsizliyi əməliyyatı qon-
şu ölkələrin silahlı qüvvələri tərəfindən aparıla bilər və ya koordinasiya edilə bilər.
Əməliyyatlar sabitlik gətirmək; ictimai asayiş; dövlətin,cəmiyyətin və iqtisadiyya-
tın gündəlik fəaliyyətini saxlamaq; və dövlət rəhbərliyinin azad fəaliyyətini təmin
etmək üçün planlaşdırılır. Bu cür əməliyyatlar geniş spektrli tez-tez baş verən assi-
metrik təhlükələrə və üsyanlara qarşı çevik cavab tədbiridir. Ərazi təhlükəsizliyi
aşağıdakı əməliyyatları əhatə edir: hava suverenliyini qoruma; quru və ya dəniz
sərhədinin böyük hissəsində sərhəd pozuntularının qarşısını almaq məqsədilə bö-
yük hərbi vasitələrin varlığı; müharibə aparılması üçün mühüm olan hərbi obyek-
tlərə hücumların qarşısını almaq üçün həlledici əhəmiyyətli ərazilərin qorunması və
gələcək əməliyyatlar üçün həlledici əraziliərin işğal edilməsi;tranzit yolların açıq
qalmasını saxlamaq; və ciddi dövlət infrastrukturlarını və müəsisələrini qoruma.
Bütün fövqaladə hallarda müdafiə sektoru resurslarının işlədilməsi mülki haki-
miyyətə edilən yardım səylərinin geniş kateqoriyası altında olacaqdır. Silahlı qüv-
vələr tələb olunduğu zaman yardım edəcəklər.Bu cür yardım köməkçi fəaliyyətlər
formasında ediləcəkdir. Operativ məsuliyyət mülki hakimiyyətin üstünə düşür. Bir
qayda olaraq,silahlı qüvvələr köməyə göndərilən və təmasa girən qüvvələrin tərki-
bini müəyyən edir və bütün birliklər və müdaxilələr üçün komandanlıq məsulyyət
daşıyır. Onların görəcəyi işlərin qaydaları birgə olaraq uyğun mülki rəhbərlik və
hərbi komandanlıq tərəfindən müəyyən edilir. Bu cür köməkçi fəaliyyətlər daxili
təhlükəsizliyə qarşı yönələn ciddi təhlükələrə sədd çəkilməsi üçün, o cümlədən, hə-
yati təhlükələrin qarşısını almaq və idarə emək üçün; müəyyən edilmiş hüquq mühavi-
zə əməliyyatlarına qoşulmaq üçün; sərhəd qorumaq tapşırıqlarını yerinə yetirmək üçün;
konferansların və dövlət təsisatlarının və mühüm obyektlərin təhlükəsizliyini qorumaq
67
üçün; insanların,VİP və nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün; xilasetmə və fə-
lakət yerlərinə yardımlar təmin etmək və yardım və humanitar əməliyyatlara dəstək
vermək üçün aparılır. Lakin,ordu humanitar yardım əməliyyatlarına o zaman birbaşa
qoşulmalıdır ki, orada mülki idarələrin varlığı olmasın və ya şərtlər onların işini prakti-
ki mümkün etməsin və bu ən son addım kimi atılmalıdır
35
.
Silahlı qüvvələr mülki hakimiyyəti və vəsaitləri dəstəkləmək üçün istifadə oluna
bilər,aparıcı idarəni dəstəkləmək üçün və ya işi başından aşan mülki idarələri aşa-
ğıdakı sahələr üzrə lazım olduqda gücləndirə bilər və ya onları əvəz edər: əməliy-
yat planlaşdırması və idarəetməsi: nəqliyyat panlaşdırması, idarəetməsi və ma-
şın,dəmiryol,hava və su nəqliyyatı; axtarış və xilasetmə əməliyyatarı; bütün səviy-
yələrdə tibbi xidmət; profilaktik tibb və veterinar əməliyyatları; zərər cəkənlərin
tibbi dizinfeksiyası və evakuasiya olunması; bərpa, kimliyin müəyyən edilməsi və
ölənlərin saxlama yerləri; yerlərindən olmuş adamların siyahılaşdırılması;nüvə,ra-
dioloji,kimyəvi və bioloji yoxlamalar,qoruma və zərərsizləşdirmə; ərzaq və yana-
caq təmini əməliyyatları; su təmizləmə və paylama; müvəqqəti yaşayış yerləri və
baza inşaatı; infrastrukrur təmiri və gücləndirilməsi; zərərin qiymətləndirilməsi və
idarə olunması;nəqliyyat infrastrukturunun təmiri və xidməti; yemək xidməti əmə-
liyyatları; təhlükəsizlik və yol hərəkətinin idarə olunması;yanğın söndürmə; psixo-
loji əməliyyatlar; ictimai əlaqələr; mülki-hərbi koordinasiya; informasiyaların bər-
pa edilməsi və idarəedilməsi və informasiya əməliyyatları.
Müdafiə sektoruna gələn mülki dəstək yardımları ilə bağlı müraciətlərin miqya-
sı çox böyükdür. Bir qayda olaraq, Müdafiə Naziri ən həssas məsələlər üzrə qərar
vermək səlahiyyətindədir, məsələn, güc işlətmək tələbi olduqda (sahədə olan qüv-
vələr tərəfindən); mülki qarışıqlıq və ya terror halları olduqda hərbi dəstək vermək;
potensial qarşıdurma yaradacaq fərdlərin,qrupların iştirakı ilə olan tədbirə nəzarət,
o cümlədən odlu silah işlədilə bilən tədbirlərə. Müdafiə Naziri bu nöqtədən aşağıda
duran bütün hallara dəstək vermək üçün tabeçiliyində olan qüvvələrə səlahiyyət ve-
rə bilər.
Hərbi yardım üçün gələn müraciətlər aşağıdakı altı kriteriya üzrə dəyərləndirilir:
qanunilik-dəstək üçün müraciət qanunlara uyğundurmu?; Ölümcüllük- silahlı qüv-
vələrə qarşı ölümcül silah işlətmək potensialı və ya silahlı qüvvələr tərəfindən
ölümcül silah işlətmək potensialı varmı?; risk- silahlı qüvvələrin təhlükəsizliyi təh-
lükə altinda olacaqmı?;xərclər-kim ödəyəcək və müdafiə büdcəsinə hansi təsiri ola-
caq?; uyğunluq-müraciət olunan missiyanı aparmaq müdafiə nazirliyinin maraqla-
rına cavab verirmi; və hazırlıq-müdafiə nazirliyinin əsas missiyasını yerinə yetir-
məsi imkanlarına hansi təsiri ola bilir?
35
Wilkinson, Philip, “Sharpening the Weapons of Peace: Peace Support Operations and
Complex Emergencies”, International Peacekeeping, Vol. 7, No. 1, Spring 2000, p. 75.
|