Təhlükəsizlik Sektoru
Təhlükəsizlik qüvvələrinin funksiyaları, fərdləri və geniş mənada toplumu icti-
mai təhlükəsizliyə,asayışə, qanun və qaydaya qorxu yaradan hər hansı təhlükələr-
dən qorumaq və ictimai təhlükəsizlik və qaydalar üçün yaranan pozuntuları icti-
mai maraqların tələb etdiyi hallarda aradan qaldirmaqdır. Xüsusilə də, polis Konsti-
tusiyada təsbit olunmuş qaydaları qorumalı və vətəndaşların öz vətəndaş hüquqları-
nı maneəsiz həyata keçirmələrinə şərait yaratmalıdır.Praktiki olaraq, heç bir de-
mokratik asayişi mühavizə və ya polis xidməti modeli mövcud deyil. Asayişi qo-
ruma və ya polis xidməti hər bir ölkənin hüquqi,sosial, siyasi və mədəni ənənələri
ilə boyanmışdır və nəticədə geniş miqyaslı polis xidməti üslubları yaranmışdır.
Demokratik hüquq sistemlərində, məhkəmələr və ya hakimlər polisdən ayrı ol-
mali və müstəqil olmalıdır. Adətən, Baş Prokurorun apparatı tərəfindən irəli sürü-
lən ittihamlar məhkəmələrdən tamamilə müstəqil şəkildə aparılır. Aşağı palatalı
məhkəmələrə təhkim olunan Baş Prokurorluğun ayrı-ayrı nümayəndələri yuxarı sə-
viyyəli prokurorlara hesabat verir və onlar da öz növbəsində və Ali və Federal
Məhkəmədəki Baş Prokurorla birlikdə Ədliyyə Nazirliyinə hesabat verir. Öz vəzi-
fələrini yerinə yetirmək üçün, Prokurorların polis idarəsi ilə birbaşa əlaqəyə girmə-
yə və ya polis rəhbərliyinin və digər yerli və dövlət hakimiyyyətinin dəstəyini al-
mağa səlahiyyəti vardır.
45
Polisin əsas rolu, xüsusilə insanlara və ya mülkiyyətə qarşı yönələn cinayətə
mane olmaq və onu istintaq etmək, ictimai asayişi qorumaq, şübhəli bilinənləri mü-
əyyən etmək,saxlamaq və uyğun hakimiyyət dairələrinə xəbər verməkən ibarətdir.
Polis tez-tez təcili xidmət kimi istifadə olunur və böyük ictimai tədbirlərdə, fövqa-
ladə hallarda, fəlakət zonalarında və xilasetmə əməliyyatlarında ictimai asayiş fun-
ksiyaları yerinə yetirir. Fövqaladə hallarda təcili tədbirlər görmək üçün, polis yan-
ğınsöndürmə və tibbi xidmətlərlə öz işini koordinasiya edir.Çoxlu sayda ölkələrdə
ümumi fövqaladə xidmət nömrələri vardır və onların hesabina polis, yanğınsöndü-
rənlər və ya tibbi xidmətlər fövqaladə vəziyyət oduqda çağırılırlar.
Polis öz işini daha yaxşı görməsi üçün, dövlət onlara müəyyən səlahiyyətlərdən
istifadə üçün xüsusi hüquqlar vermişdir. Bu hüquqlara tutmaq,yoxlamaq,müsadirə
etmək və istintaq etmək daxildir; zəruri hallarda öldürmək də daxildir. Bütün de-
mokratik ölkələrdə polislərin öz səlahiyyətlərindən ixtiyarı surətdə istifadə edib gü-
nahsız insanların həyatlarına zərər vurmamaları üçün onların səlahiyyətlərini tən-
zimləyən cinayət proseduru qanunu qəbul edilmişdir.
Bir çox ölkələrdə polis özlərinin gündəlik iş dövründə odlu silah daşıyır. Onlar,
həmçının, xüsusilə də iğtişaşlar zamanı öldürücü olmayan silahlarla da silahlana bi-
lərlər. Buraya polis dəyənəyi, qoruyucu lövhələr, gözyaşardıcı qaz, bibər qazı, plas-
tik güllələr, elektrik təbiətli silahlar,Tazer, Mase daxildir.Odlu silahdan və ya güc-
dən istifadə insan həyatını xilas etmək üçün ən son addımdır. Müasir polis qüvvələ-
ri öz işlərini koordinasiya etmək və informasiya paylaşmaq üçün geniş alanda həm
özlərinin daşıdığı, həm də maşında yerləşdirilən radio-xəbərləşmə sistemlərindən
istifadə edirlər. Maşında yerləşdirilən kompyuterlər polis xəbərləşməsinin imkanla-
rını genişləndirmişdir. Bu texnoligiya, saniyələr ərzində şübhəli bilinən şəxsin öz
keçmişini müəyyən etməyə və polis zabitlərinin gündəlik işlərini yeniləmək və di-
gər tələb olunan hesabatları real zaman ərzində hazırlamağa imkan verir.
Bir şox ölkələrdə polis idarələri çoxsaylı səviyyələrdən ibarətdir. Bir necə polis və
hüquq mühavizə təşkilatları ola bilər və onlardan hər biri hökümətin müxtəlif səviyyə-
lərinə xidmət edər və tətbiq olunmalı qanunun bir hissəsini icra edər. Polis qüvvələrinin
alt-qrupları da olur və onlar xüsusi tip cinayətləri təhqiqat edirlər. Çoxlu sayda Qərb öl-
kələrinin polis qüvvələrində yəqin ki, ən böyük bölünmə, formada olan polislərlə de-
dektivlər arasındadır. Xidməti formada olan polislər açıq polis əməliyyatları,yol polisi
funksiyaları və başqa aktiv cinayətlərin qarşısını alma və cavablama tədbirləri ilə məş-
ğul olurlar. Dedektivlər isə əksinə, adətən uzun müddət ərzində, işgüzar və ya mülki
forma geyinərək daha passiv cinayət təhqiqatı aparırlar. Bir şox hallarda polisə “gizli”
hərəkət etmək tapşırığı verilir, xüsusilə də, başqa yollar olmadığı hallarda, əsasən də
mütəşəkkil cinayət məsələləri ortada olduğu zaman. Onlar cinayət təhqiqatı aparmaq
üçün uzun zaman özlərini polis kimi tanıtmırlar. Bu cür polis əməliyyatları kəşfiyyat
və ya casusluğa daha çox uyğundur.
46
Polis qüvvələri sistemində yol polisi, qətl və ya dələduzluq kimi cinayətlərlə
məşğul olmaq üçün və ya dalğıclıq, vertolyotları idarəetmə,partlayıcı və ya bomba
imha etmə, narkotiklə mübarizə kimi xüsusiləşmiş qruplar mövcuddur. Xüsusi zo-
rakı hallarda istifadə üçün xüsusi təlim keçmiş və yüngül silahlanmış hərbi qruplar
da geniş səlahiyyətlərə malikdir. Bunlar çox vaxt XST- Xüsusi Silahlar və Takti-
kalar komandası (Special Weapons and Tactics- SWAT) adlanır.
Kriminal təhqiqat xidmətləri informasiya əldə etməyə,cinayət təhqiqatı aparma-
ğa,şübhəliləri izləməyə və axtarılan şəxsləri tutmağa məsuldurlar. Onların əlində
ümumi cinayətləri, narkotik maddələrlə bağlı cinayətləri,mütəşəkkil cinayətləri,
immiqrasiya cinayəti və insan alverini təhqiqat edən baş mütəxəssislər birliyi var-
dır. Həmçinin, cinayət edib qaçanların tutulması,izləmə əməliyyatları, pornoqrafi-
ya, kriminalistika üzrə birliklər də mövcuddur. Bir qayda olaraq,sadəcə cinayət
təhqiqat xidmətlərinin xüsusi qrupları telefon izləməsi və dinlənməsi, evlərdə, icti-
mai və başqa yerlərdə dinləmə, elektonik izləmə, yalandan bir şey almaq, nəzarətli
çatdırılma,sızma və şahidin müdafiəsi kimi xüsusi təhqiqatlar aparırlar. Kriminal
Təhqiqat birlikləri xidməti tabeliyində olan xidmətlər üzərində çox zaman tam ha-
kimiyyətə məxsusdurlar.
Polis xidmətləri hamıya məlum olan və kənar yoxlamalara açıq olmağa həvəssiz
olan qapalı təsisatlardır.Buna görə də hesabatlılıq sistemlərinin qurulması vacibdir.
Polisin hesabatlılığı dedikdə hüquq mühafizə orqanlarının özlərinin polis funksiya-
larını necə icra etdikləri və ədalətli, tərəfsiz və hüquqlara hörmət əsasında ictimai
xidməti necə yerinə yetirdikləri nəzərdə tutulur. Polis hesabatlılığı, iddia olunan
polis cinayəti və ya özbaşınalığından daha çox məsələləri əhatə edir. O, siyasətdən
tutmuş əməliyyatlara qədər,strategiyalardan taktikalara qədər polis fəaliyyətinin
bütün cəhətlərini əhatə edir. Səmərəli polis xidməti polis-əhali tərəfdaşlığını tələb
ediyindən, polis hesabatlılığı həmən münasibətlərin keyfiyyətini ölçməli, qiymət-
ləndirməli və tənzimləməlidir.
Demokratik ölkələrdə geniş surətdə qəbul edilmişdir ki, sağlam hesabatlılıq sis-
temi çoxtərəfli və bir-birini örtən daxili və xarici nəzarət və müşahidə mexanizmlə-
rini inteqrasiya etməlidir.Təhlükəsizlik sektorunda bütün yaxşı işləyən hesabatlılıq
sistemiləri ilk növbədə daxili polis mexanizmləri, prosesləri və prosedurları əsasın-
da aparılır. İkincisi,bu hesabatlılıq ictimaiyyətə məlum uyğun polis informasiyası-
nın əsasında aparılır. Geniş spektrdə,intizam prosedurları,inzibati qaydalar və təli-
matlar və baş müfəttiş və başqa nəzarət funksiyaları daxili mexanizmlərə aiddir.
Kontekstdən asılı olaraq, xarici hesabatlılığa aşağıdakı elementlər daxildir: vətən-
daşların şikayətlərini alan və təhqiqat aparan orqan və idarələr,polisdən edilən şika-
yətlərin təhqiqatlarını nəzərdən keçirən komissiyalar, şikayət təhqiqatlarının müra-
ciətlərini və niyyətlərini dinləyən komitələr, şikayət prosedurlarını,polis siyasətini
və fəaliyyətini audit və müşahidə edən şuralar.
47
Xarici hesabatlılıq hökümətin icra, qanunverici və məhkəmə qollarının rollarına
isnad edir. Polis üzərində nəzarət icra orqanı tərəfindən mərkəzi nazirlik vasitəsilə,
bölgələrdə və bir çox ölkələrdə yerli hökümət vasitəsilə həyata keçirilir. İcra orqa-
nı səviyyəsində büdcə ayrılmalarıı,polis xidməti üçün ümumi istiqamətlər və priori-
tetlər müəyyən edilir və polisin fəaliyyəti üçün təlimatlar çıxarılır. Qanunvericilik
səviyyəsində polisə nəzarət, qanunverici komitələrdə qanunları diqqətlə nəzərdən
keçirməklə həyata keçirilir: polis və polis səlahiyyətlərini tənzimləyən qanunların
qəbul edilməsi; büdcə ayrılmalarının qəbul edilməsi; parlament ombudsmanın və
ictimaiyyətin şikayətlərinə baxan komissiyaların müəyyən edilməsi. Məhkəmə or-
qanları polisi müşahidə edir və lazım olduğu zaman mülki və cinayət prosesləri ilə
onu məhkəmə edir. Digər tərəfdən, polis üzərində xarici mülki müşahidə aparılma-
sı, qanun pozuntusuna məruz qalmış zərərçəkənlərin bu pozuntuların müstəqil or-
qan tərəfindən araşdırılmasına imkan yaradır. Ərizələr “şikayətlər komitəsi”-nə və
ya polis ombudsmanına ünvanlana bilər. Şikayətləri, kənar müstəqil orqanların
araşdırması vacibdir
20
, bu işə sadəcə polis xidmətinin özü tərəfindən baxılmamalı-
dır. Ombudsman,vətəndaş cəmiyyəti təşkilatlarından gələn təşəbbüslər , icma məs-
ləhət qrupları və məsuliyyətli media hamısı bütövlükdə xarici müşahidə-nəzarət ro-
lunu oynaya bilər. Polis üzərində demokratik müşahidə-nəzarət, yerli əhalinin üz-
vlərindən gələn aşağıdan yuxarı qeyri-rəsmi mexanizmlər vasitəsilə də reallaşdırıla
bilər. Bu vətəndaş cəmiyyəti təşkilatları polisə xalqın inamını qazanmaqda kömək
edə bilər.
Polis qüvvələrinin qurulmasında meydana çıxan dörd problem vardır: vaxt apa-
ran və həmişə baha başa gələn fərdi polislərin və polis qövvələrinin təlimi və ava-
danlıqla təmin olunma prosesi; hesabatlı və hüquqa-hörmət edən təsisatların yaran-
ması; uyğun idarəetmə strukturları və sistemlərinin qurulması; və polis qüvvələri-
nin qanun aliliyini tətbiq edən geniş bir qatın tərkib hissəsi olduğunun təmin edil-
məsi.
Polis təşkilatlarının qurulacağı təməl prinsip ondan ibarətdir ki, polis aşağıdakı
dörd qayda toplusuna uyğun hərəkət edərsə, demokratik siyasi inkişafa birbaşa töh-
və verə bilər
21
: polis fərdin və qrupların ehtiyaclarına xidmət etməyə ən yüksək
operativ üstünlük verməlidir
22
; polis hökümət qarşısında yox, qanun qarşısında ca-
20
Hazenburg, Anita, “Target Areas of Police Reform”, in Kadar, Andras (ed.), Police in
Transition, Budapest: Central European University Press, 2001, pp. 177-186.
21
Bayley, David H., Democratizing the Police Abroad: What to Do and How to Do It,
Washington: US Department of Justice, Office of Justice Programs, National Institute of
Justice, NCJ 188742, June 2001, pp. 13-15.
22
Polis hökümətin hakimiyyətinin açıq nümayişidir. Onlar bu hakimiyyətdən istifadə
edəndə əsasən hökümətin maraqlarına xidmət edirlər və hökümətin xalqa verdiyi
demokratik vədləri doğrultmurlar. Polisin demokratiya üçün ən dramatic töhvəsi, fərdi
48
vabdeh olmalıdır; polis insan hüquqlarını, xüsusilə də demokratiyanın rəmzi olan
azad siyasi fəaliyyət üçün tələb olunan hüquqları qorumalıdır;
23
və polis öz fəaliy-
yətində şəffaf olmalıdır.
Polis təşkilatını idarə edən prinsiplər aşağıdakılardır: (1) polis xidmətlərinin
mövcud qabiliyyət və maliyyəsi ilə səsləşən, prioritetlərini və rollarını aydın ifadə
edən təşkilati bəyanat. (2) Heç bir polis xidməti sistemi onun çalışdığı sosial və si-
yasi sistemdən kənarda tutula bilməz. Beləliklə, istənilən polis islahatı polisin işinə
bilavasitə təsir edən cinayət hüquq sistemi və penitensiar sistem kimi digər təsisat-
ların işləri yenilənməsə, o zaman bu islahatlar da zəif və quru olacakdır. (3)Polisin
cavabdehliyinin məqsədi polisin effektivliyini gücləndirmək və ondan sonra, onu,
saxlamaqdır və davamlı transformasiya və peşəkarlığı təmin edən sistem qurmaq-
dır. (4) Polis xidmətinin idarəetməsinin təkmilləşdirilməsi-təcrübə və sistemlə-
rin,insan resursları idarəetməsinin,büdcələmə, planlaşdırma, informasiya, xəbərləş-
mənin idarəedilməsi, və s.-cavabdehliyin güclənməsinə mühüm müsbət təsir edə-
cək. (5) Polis cavabdehliyi polis fəaliyyətinin qiymətləndirilməsi ilə hesablandığın-
dan, müəyyən etmək lazımdır ki, hansı tip polis fəaliyyəti statistikaları(keyfiyyət və
kəmiyyət)ölçülməlidir və by ölçmələr necə yenilənməlidir və zaman keçdikcə for-
ması necə dəyişilməlidir. Eyni zamanda, by ölçmələri necə toplamaq,analiz etmək
və onların hansılarını ictimaiyyət üçün acıq etmək haqda qərar vermək lazımdır.
(6) Polis cavabdehliyi informasiyadan asılı olduğundan polis xidməti informasiya-
sına giriş açıq olmalıdır, optimal olaraq qanunvericiliyə və yardımçı direktivlərə və
ətraflı ifadə edilmiş təlimatlara ictimai giriş olmalıdır.(7) Polis cavabdehliyinin bir-
birinə qovuşmuş daxili və xarici təbiətini nəzərə alsaq, işin içində olan müxtəlif tə-
sisatların imkanlarını qiymətləndirmək və bu imkanları gücləndirmək və bu təsisat-
lar daxilində hesabatlılıq fəaliyyətinə sərf olunacaq resursların nisbətini müəyyən
etmək baxımından planlaşdırma həlledici rol oynayır.
Polis hesabatlılığının uğurunu ilk növbədə polisin öz üzərinə düşdüyünü nəzərə
alsaq, hesabatlılıq sisteminin ürəyi, ictimaiyyətə elan olunmuş davranış kodeksi
əsasında, polis daxilində ədalətli və tərəfsiz daxili iş rejimi qurmaqdadır
24
. Diqqət
vətəndaşların ehtiyaclarına cavab verməsi ola bilərdi. İnkişaf etmiş ölkələrdə fövqaladə
telefon sistemlərinin əldə etdiyi məhz budur. İnkişaf etmiş ölkələrdə polisin gördüyü işin
çoxu hökümətin tapşırığı ilə yox, cəmiyyətin fərdi üzvlərinin tələbi ilə olmuşdur. Polis
demokratiyanı iki yolla dəstəkləyir. Birincisi, o,rəngagəng maraqlar qarşısında hesabatlı
olur. İkincisi, o hökümətin legitimliyini gücləndirir. Hər gün nümayiş etdirir ki,xalqın
maraqlarına uyğun olaraq dövlətin qanunları tətbiq ediləcək.
23
Bu fəaliyyətlərə söz,toplaşma və yerdəyişmə azadlıqları; ixtiyari həbs, saxlanma və
sürgünun qadağan edilməsi; və qanunun icra edilməsində tərəfsizlik daxildir.
24
Ən uyğun beynəlxalq sənədlər və davranış kodu aşağıdakılardır: (1)Avropa Şurası, Polis
Etikası üzrə Avropa Kodeksi; (2) Hüquq Mühaviz Rəsmiləri üçün BMT-nin Davranış
49
yetiriləsi digər problemlər arasında aşağıdakı məsələlər də vardır: polis cinayəti id-
dialarını polis heyətinə necə irəli sürməli; kim bu iddiaları qaldırmalıdır; iddiaları
qaldıran şəxslərin anonimliyi; sonrakı təhqiqat prosesi; iddialar qaldırılan şəxslər-
dən ötrü müvafiq prosessual tədbirləri; və iddiaların doğruluğunu kim və necə mü-
əyyən edir. Daxili rejimin digər mühüm elementi, daxili işlər nazirliyinin heyətinin
necə təşkil olunduğu və təhqiqatçıların necə tapılıb seçilməsi metodudur.
Polis xidmətləri daxilıində, polis hesabatlılığı sisteminin fəaliyyətini dəstəkləyə
bilən çoxlu köməkçi təşəbbüslər üçün imkanlar mövcuddur. Bunların arasında: po-
lis heyəti tərəfindən “güc işlətmə” və “ odlu silah işlətmə” haqda sərt təlim və tət-
biq etmə qaydası, polis nəzdində şəxsi heyətin fəaliyyət və qiymətləndirmə sistem-
lərinin davamlı inkişafı və təkmilləşdirilməsi; xidməti vəzifənin yüksədilməsi pro-
ses və prosedurlarının gücləndirilməsi qaydaları vardır.
Demokratik ölkələrdə, polis xidməti effektiv olsun deyə,ictimai razılıq inam və
əməkdaşlıq üzərində qurulmalıdır. Bu o deməkdir ki, xalq polisin görəcəyi işlərin
legitim olduğunu qəbul edir və polisin bu işləri görməsi üçün polis hakimiyyətinə
şikayət edir. İctimai razılıq, xalqın ehtiyacı olduğu xidmətləri polisin təmin etmə-
sindən asılı olur. Ordu daha çox hökümətin siyasi qanadına hesabatli olduğun-
dan,əsgərlər də komanda ierarxiyası qarşısında cavabdehdirlər. Polis isə, bundan
başqa qanun aliliyinə və hakimiyyətin məhkəmə qoluna cavabdehdir. Bundan əla-
və, polis şöbələri yerli polis idarələri və kənar müşahidə şuraları qarşısında cavab-
dehdirlər. Məsələn, xüsusi təhqiqat birlikləri, fərdlərin məruz qaldığı bütün pozun-
tular olan hallara yenidən baxış keçirirlər.
Dövlət İçərisində Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü
Tam on beş il bundan öncə, müdafiə və təhlükəsizlik milli təhlükəsizliyin sino-
nim terminləri idi. Əsasən də, müdafiə sahəsinə yatırım təhlükəsizliyi təmin edirdi.
İndi isə hərbi sahə təhlükəsizliyin ancaq bir elementi sayılır və getdikcə də təhlükə-
sizliyin kiçik elementinə çevrilir. Əsas təhlükəsizlik qayğıları hökümət, iş dünyası
və cinayət arasındakı xətləri örtən bölgəsəl münaqişələr, terrorist təhlükəsi, etnik və
bölgəsəl gərginliklər, açıq və güvənsiz sərhədlər, qanunsuz miqrasiya və mütəşək-
kil cinayət məsələləridir. Ehtimal olunur ki, hələ görünməyən çoxlu təhdidlər mey-
dana gələcək. Bu hallar ənənəvi hərbi cavab tədbirlərinə çağırmır, daha çox Daxili
İşlər nazirliyininin preroqativində olan polis, təhlükəsizlik və yarı-hərbiləşmiş qüv-
vələri tələb edir. Hələ ki, silahlı qüvvələr milli təhlükəsizliyi təmin edən qüvvə ki-
mi qalır, amma onların strukturu daha çox son dünya müharibəsi üçün nəzərdə tu-
tulmuşdur.Təəssüf ki, onların müdaxilə, sulhməramli əməliyyatlar,humanitar və
Kodeksi; (3) BMT-nin Mülki Polis prinsipləri və İstiqamətlər; və (4 Təhlükəsizliyin Siyasi-
Hərbi Aspektləri haqda ATƏT-in Davranış Kodeksi
50
stabillik əməliyyatları,hərbiləşmiş polis xidməti kimi tez-tez ortaya çıxan yeni tap-
şırıqları yerinə yetirmək üçün ciddi imkansizlıqları vardır. Bu cür qüvvələr polis
xidməti və hərbi dünyanın birləşəcəyi üzrə gedən aydın xətt və fakt ilə ziddiyət
təşkil edir. Son on ildə müdafiə siysətinin istiqaməti dəyişilmiş və silahlı qüvvələ-
rin rolu təhlükəsizliyə doğru yönəlmişdir. Bu müdafiə sektorunun rolu üçün, müha-
ribə zamanı daşıdığı ənənəvi roldan kənara çıxan yeni konsepsiya anlamına gəlir və
təbiəti etibarı ilə daha çox təhlükəsizlik yönümlü tapşırıqlar üzərində köklənir.
Yeni təhlükəsizlik tələbatlarının qarşılanması dövlət strukturlarının, yatırımla-
rın istiqamətlərini, hökümət sistemlərini və həmçinin, mülki-hərbi münasibətlərin
köklü islahatını tələb edir. Bu təsisatların indi üzləşdiyi funksiyalar, son on ildə
dəyişmişdir, ona görə də bu strukturlar da indki vəziyyətlə səsləşmək üçün dəyiş-
məlidir.
Bu gun, təhlükəsizlik və müdafiəyə məsul olan orqanlar və qüvvələr heç bir za-
man sahib olmadıqları genişlikdə rollara və tapşırıqlara malikdirlər. Ölkə daxilində
onların işi, qanun və qaydanı təmin etmək,dövlətin,vətəndaşların,mülkiyyətin təh-
lükəsizliyini qorumaq, demokratik təsisatları və prosedurları qorumaq və cəmiyyə-
tin müxtəlif qruplarının dinc yanaşı yaşamasını təmin etməkdir. Beynəlxalq səviy-
yədə əməkdaşlıq üçün tələbatlar artmışdır. Bu orqanlar və qüvvələr, onların kollek-
tiv müdafiə strukturları tərkibində uzlaşdırılmış və ya birgə əməliyyatlarda və ya
həmçinin, münaqişələrin qarşısını almaq və ya nizamlamaq niyyəti olan beynəlxalq
sülhməramlı və stabillik əməliyyatlarında və ya münaqişədən sonrakı quruculuq
dövründə iştiraki və köməyi üçün,ikitərəfli və çoxtərəfli çərçivə sazişləri vasitəsilə
geniş koordinasiya edilməlidir.
İndiki kimi rast gəlinməyən təhlükəsizlik təhdidləri, məsələn, beynəlxalq mütə-
şəkkil cinayət, beynəlxalq terrorism, silahların yayılması həm daxili,həm də bey-
nəlxalq təhlükəsizliyə təsir edir və ona görə də müdafiə və təhlükəsizlik sektorunun
orqanlarından və qüvvələrindən daha çox əməkdaşlıq və daha çox sinxron cavablar
tələb edilir. Bu əməkdaşlığın çoxtərəfli və ya beynəlxalq səviyyədə də aparılması
arzuolunandır. Bu yeni tapşırıqların hər biri ölkənin müdafiə və təhlükəsizlik sek-
torunun müxtəlif hissələrinin təyinat və öhdəliklərində əks olunmalıdır.
Hökümət Səviyyəsi
Yeni təhlükələr, ilk növbədə möhkəm böhran idarəetmə imkanlarının yaradıl-
masını tələb edir.Böhranı idarəetmənin uğurlu olmasının ilkin şərti ondan ibarətdir
ki, böhranı əhatə edən diplomatik, siyasi, hərbi,humanitar, iqtisadi və sosial cəhət-
lərə sinxron olaraq koordinasiyalı formada yanaşılmali və birləşmiş fəaliyyət plan-
ları hazırlanmalıdır. Yeni təhlükələr, daxili işlər,polis, kəşfiyyat və təhlükəsizlik
idarələrinə, gömrük, sərhəd və sahil güvənlik qüvvələrinə, əhəmiyyətli milli infras-
51
trukturun qorunmasına və s. daha çox yatırim qoymağı tələb edir. Təhlükəsizlik ar-
tıq təkcə hərbi qayğı olmadığından, o sadəcə Müdafiə və Xarici İşlər Nazirlikləri-
nin inhisarında deyil. Bu iki nazirlik bu günə qədər təhlükəsizlik əməkdaşlığı ilə
məşğul olan iki əsas nazirlik olmuşdur.Və indiki zamanda daxili və beynəlxalq təh-
lükəsizlik arasında aydin fərq qoymaq mümkün olmadığından, bu günün təhlükə-
sizliyi “xarici” nazirliklərin və onların idarələrinin “daxili” nazirliklər olan ədliy-
yə, ekologiya, nəqliyyat,səhiyyə,rabitə,maliyyə, iqtisadiyyat nazirlikləri və başqala-
rı, onların idarələri ilə -polis xidməti qüvvələri ilə, təhlükəsizlik və kəşfiyyat xid-
mətləri ilə, mühüm infrastruktura mühavizəsi ilə; fəlakət yerlərinə kömək və im-
miqrasiya xidməti ilə və s. daha çox əməkdaşlığını və daha geniş koordinasiyasını
tələb edir.
Qeyri-hərbi təhlükələrin təhlükəsizliyə bağlanması möhkəm strategiyalar tələb
edir.Bu o zaman inkişaf etdirilə bilər ki, hökümətin müxtəlif idarələrindən, hüquq
mühavizə orqanlarından,kəşfiyyat və təhlükəsizlik xidmətlərindən, akademiya və
tədqiqat institutlarından həlledici adamlar bir yerə yığışıb demokratik ölkələrin ya-
şamasına və asayişinə qarşı yönəlmiş sürətlə artan təhlükələrlə bağlı geniş bir ya-
naşma hazırlasınlar.
Dostları ilə paylaş: |