22.Marksizm-Leninizm təlimi və fəlsəfəsi Marksizm fəlsəfəsinin yaranması XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bu fəlsəfənin meydana gəlməsi bütün keçmiş tarixi inkişafın qanunauyğun nəticəsidir. Onun yaranması bir sıra sosial-iqtisadi və mənəvi amillərlə bağlı olmuşdur. Burada bir tərəfdən təbiətşünaslığın nailiyyətləri,digər tərəfdən fəlsəfi fikrin inkişafı - Hegelin dialektikası və Feyerbaxın materializmi böyük rol oynamışdır.
Təbii –elmi və nəzəri ilkin şərtlər olmadan heç bir yeni təlim meydana çıxa bilməz. Marksizm fəlsəfəsinin də formalaşmasında gəlməsində XIX əsrin axırlarındakı 3 böyük elmi kəşf xüsusi rol oynamışdır. XIX əsrin ortalarında təbiətşünaslığın inkişafı nəticəsində hüceyrənin kəşfi (M.Y.Leyden və T.Şvan), Darvinin təkamül nəzəriyyəsi,enerjinin itməməsi və çevrilməsi qanunu (M.V.Lomo-nosov və Y.Mayer) və cəmiyyətə baxışlarda yeni iqtisadi və sosial- mənəvi təlimlərin meydana çıxması marksizm təliminin formalaşmasında təbii- elmi ilkin əsaslar oldu və onun inkişafına təkan verdi.
Deyirdiler ki, Marks və Engels xristianlığı qəbul etmiş yəhudidirlər. Marks və Engels dost olublar. Hər ikisi bir birinin məqalələrini oxuyaraq baxdılar ki, bunların fikirləri üst üstə düşür. Şübhəsiz ki, marksizm fəlsəfəsi birdən-birə yaranmamışdır. Onun yaradıcıları K.Marks və F.Engels mürəkkəb ideya və siyasi inkişaf yolu keçmişlər. Öz yaradıcılıqlarının başlanğıc mərhələsində onlar idealist olmuşlar. Onların ictimai-siyasi baxışları isə inqilabi xarakter daşımışdır. Marks özünün "Demokritin naturfəlsəfəsi və Epikürün naturfəlsəfəsi arasındakı fərq" mövzusundakı doktorluq dissertasiyasını (1841) idealizm mövqeyindən yazmışdı. Bu əsərində o göstərirdi ki, "idealizm fantaziya deyil, həqiqətdir". 1842-ci ildə "Reyn" qəzetində çalışan zaman Marksın və Engelsin dünyagörüşündə idealizmdən materializmə, inqilabi-demokratizmdən kommunizm ideyalarına keçid başlandı. 1843-1844-cü illərdə Marksın materializm mövqeyinə keçməsi başa çatdırıldı. Marksla Engels həm də tarixin materialist anlayışını yaratmağa başladılar. Onların ilk görüşü 1842-ci ilin noyabr ayında Reyn qəzetində, 1844-cü ildə isə Parisdə oldu. O zamandan e"tibarən onların arasında möhkəm dostluq yarandı. Onlar birlikdə dialektik materializm, siyasi iqtisad və sosializm nəzəriyyəsini yaratmağa başladılar. Marksizm fəlsəfəsinin sonrakı şərhi "Müqəddəs ailə" və "Alman ideologiyası" əsərlərində verildi. Bu əsərlər Marks və Engels tərəfindən birlikdə yazılmışdır. Fəlsəfənin sonrakı inkişafını K. Marks özünün "Fəlsəfənin yoxsulluğu" əsərində davam etdirdi.
Engelsin əsərləri “Kommunist partiyasının manifesti ( Marks ilə birgə yazılıb), “Təbiətin dialektikası”, “Ailənin xüsusi mülkiyyəti və təbiətin mənşəyi”. Marksizm fəlsəfəsinin sonrakı inkişafı və müdafiəsi Q.V.Plexanov və V.İ.Leninin adları ilə bağlıdır.
Marksizmdə söhbət nədən gedirdi? Marks və Engels ilk dəfə olaraq fəlsəfi fikir və sosial ictimai fikir tarixində sosialist inqilabı nəzəriyyəsini işləyib hazırlayıblar. Yəni kapitalizmdən sosializmə keçid nəzəriyyəsini işləyib hazırlayıblar. Və Marks Kapital əsərində bu nəzəriyyənin əsasını təqdim edir. Marks izafi dəyər nəzəriyyəsini işləyib hazırlayıb. İzafi dəyər nəzəriyyəsi üzərində o, sosialist inqilabı nəzəriyyəsini hazırlayıb. Marks deyir ki, bəli, ilk baxışda brjuaziya kapitalistlər fəhləni işlədir və əmıkkhaqqı verir, bu sanki ədalətli sistemdir. O, sual qoyur ki, bəs bu kapitalistlər necə varlanır. İlk dəfə olaraq Marks izafi dəyər qanunu kəşf edir, O, təhlillər əsasında ortaya qoyur ki, əslində kapitalizmin varlanma mənbəyi fəhlənin əməyidir. Fəhlə 8 saat işləyir 8 stul hazırlayır, lakin kapitalist ona 4 stulun əməkkhaqını verir. Qalan 4 stul izafi dəyər kapitalistə izafi, əlavə gəlir gətir və bütün kapitalist sistemi də varlandıran odur. Başqa sözlə əsaslandırın ki, bütün cəmiyyətdə yaranan bu məhsul zəhmətkeşlərin əməyi ilə yaranır. Onda məntiqi nəticə çıxır ki, onların haqqı var ki, yaranan sərvəti inqilab edərək brujaziyadan alıb öz aralarında bölsünlər. Bu Marksın sosisalist inqilabı nəzəriyyəsinin mahiyyəti budur. Marks və Engels deyirdilər ki, bir neçə ölkədə eyni vaxtda sosialist inqilabı qalib gələ bilər. Bir ölkədə mümkünsüzdür. Leninin Marksizm əlavəsi: Lenin 14-18 ci illərdəki birinci dünya müharibəsində car Rusiyası məğlubiyyətə uğradı və xüsusi hall yarandı. Leninin o vaxtkı əsərlərində o birmənalı olaraq vuğulayır ki, məsələ həll olunmalıdır ( bu gün tezdir sabah gecdir ). Lenin bu dövrdən istifadə edərək Marksizmə əlavə kimi bütün ölkədə sosializm inqilabının qalib gələ biləcəyi nəzəriyyəni irəli sürdü. O deyirdi ki, Car Rusiyası kapitalizm zəncirində ən zəif həlqədir. İnqilab şəraiti yaranıb. Yuxarılar əvvəlki kimi idarə edə bilmir, aşağılar əvvəli kimi yaşaya bilmir, çevrilişə ehtiyyac var. Bu situasiyada Rusiyada Sosializm inqilabı yarandı və sonradan dünyanın yarısını tutdu. Lenin daha sonra inkişaf məqsədi ilə kiçik və orta sahibkarığa dəstək göstərdi. Lenindən sonra Stalin gəldi. Stalin Leninin siyasətindən geri çəkildi. Kiçik və orta sahibkarlığı məhv etdi hər şey ümumi oldu.