"Faydalı olan hər bir əməl mə"nəviyyata uyğundur" prinsipi bu fəlsəfənin əsasını təşkil edir. Praqmatizmin növlərindən biri anlayışları, ideyaları yalnız hərəkət və fəaliyyət aləti hesab edən instrumentalizmdir. Dyuiyə görə, bu alətlər hər bir şəxs üçün müxtəlif məzmuna malik ola bilər. Deməli, həqiqət instrumentalizmdə anlayışın faydalılığı, yaxud işbazlıq qabiliyyəti kimi müəyyən edilir.
Ekzistensializm. (mövcudluq fəlsəfəsi)
Ekzistensializm XIX əsrin ortalarında Qərbdə çox dəbdə olan fəlsəfi jərəyanlardan biridir. Onun ən görkəmli nümayəndələri Almaniyada M.Haydeqqer və K.Yaspers, Fransada Q.Marsel, C.P.Sartr, A.Kamyu, İtaliyada N.Abbanyano, ABŞ-da U.Barrerdir. Bu fəlsəfə öz metodunu xeyli dərəjədə alman filosofu E.Qusserlin fenomenologiyasından, onun ilkin ideyalarını isə Danimarkanın din mütəfəkkiri S.Kyerqorun əsərlərindən götürmüşdür.
Ekzistensializmə görə fəlsəfənin vəzifəsi elmin problemləri ilə deyil, sırf insan varlığının (mövjudluğunun) məsələləri ilə məşğul olmaqdan ibarətdir. İnsan öz iradəsidən asılı olmayaraq, bu dünyada öz taleyinin öhdəsinə atılmışdır və o ona yad olan aləmdə yaşayır, onun varlığı hər tərəfdən sirli işarələrlə, simvollarla əhatə olunmuşdur. Həyat olduqja irrasionaldır, onda iztirab üstünlük təşkil edir. Qorxu ekzistensializm fəlsəfəsinin ən mühüm anlayışıdır. Dünya mə'nasız və anlaşılmaz olduğu üçün daha da qorxuludur.
Ekzistensializm insanın hər şeydən əvvəl hadisələrə emosiyalarla yanaşmasına əsaslanır: insan ətrafda baş verənlərə yalnız intellektual jəhətdən deyil, həm də emosional formada öz münasibətini bildirir.
İnsan nə üçün yaşayır, onun həyatının mə'nası nədədir, insan dünyada nə kimi yer tutur və o öz həyat yolunu nejə seçir? Bunlar insanları narahat edən olduqja mühüm məsələlərdir. Lakin ekzistensialistlər bu məsələləri elmi şəkildə həll etmirlər. İş ondadır ki, mövjudluq dedikdə onlar hər şeydən əvvəl şəxsiyyətin mə'nəvi varlığını, şüurunu nəzərdə tuturlar. Yaspers yazırdı ki, mövjudluq şüurdur və mən şüur kimi mövjudam. Mövjudluğu təhlil etmək şüuru təhlil etmək deməkdir. İnsan özünün mövjudluğunu anlamaq üçün yalnız Yaspersin "sərhəd situasiyaları" adlandırdığı xüsusi şəraitə düşməlidir. Ölüm, əzab, qorxu, müqəssirlik və s. bu qəbildəndir. Dünyanı dərk etməyin ən e'tibarlı üsulu intuisiya "ekzistensional nurlanmadır". Ekzistensializmdə insanın "özü özünü seçməsi" kimi müəyyən edilən azadlıq problemi mühüm yer tutur. İnsan özünü azad surətdə nejə seçirsə, elə də olur. Ekzistensializmdə azadlıq tam indeterminizm ruhunda, yə'ni hər hansı bir qanunauyğunluqdan və səbəbiyyət asılılığından kənarda, onlardan asılı olmadan şərh edilir.