19. Avropanın orta ərlər fəlsəfəsinin əsas cərəyanları


Böyük mütəfəkkir yazıçı, materialist və ateist filosof, maarifçi və inqilabi-demokrat olan M.F.Axundovun dünyagörüşü



Yüklə 35,41 Kb.
səhifə17/18
tarix30.08.2023
ölçüsü35,41 Kb.
#141073
1   ...   10   11   12   13   14   15   16   17   18
questions and answers

Böyük mütəfəkkir yazıçı, materialist və ateist filosof, maarifçi və inqilabi-demokrat olan M.F.Axundovun dünyagörüşü Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində mühüm mərhələ idi. Onun əsas xidməti bundan ibarət idi ki, o din, idealizm və cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda fəlsəfi materializm bayrağını ucaltmış, despotizm və fanatizmə qarşı, demokratiya və hüquq bərabərliyi uğrunda kəskin və ardıcıl mübarizə ondan gələn Azərbaycan maarifçiləri və inqilabçı-demokratları, xüsusilə H.B.Zərdabi. Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ə.B.Haqverdiyiev və başqaların dünyagörüşünə ciddi təsir etmiş, onların maarifçi, inqilabi-demokratizm əqidəsinin formalaşmasında az rol oynamamışdır.


Həsən bəy Zərdabi ( 1842 - 1907 ).
Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi (1842-1907) Azərbaycanın görkəmli maarifçi-demokratı, materialist filosof-mütəfəkkiri, təbiətşünas-darvinçi alimi, istedadlı publisisti olmuşdu, O, 1842-ci ildə maarifpərvər ailədə anadan olmuşdur. Mükəmməl dünyəvi təhsil almışdır. O, 1861-ci ildə Tiflis qəza gimnaziyasını, 1865-ci ildə isə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsini təbiət şöbəsini bitirmişdir. Onun dünyagörüşünü səciyyələndirən ən birinci cəhət təbii-elmi və materialist məzmun təbiətşünaslığın əsasını qoyan, xüsusilə təbii-bioloji bilikləri geniş 170 təbliğ edən ilk darvinist alimdir. O, Darvin təliminə əsaslanaraq, üzvi aləmin, xüsusilə heyvan və insanın əmələ gəlməsinin təbii-obyektiv qanunauyğunluqlarını izləmiş, bu sahədə təkamülün – təbii seçməni rolunu düzgün qiymətləndirmişdir.
H.B.Zərdabinin Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri, öz materialist əqidəsinə uyğun olaraq, xalq arasında, təbii-elmi, bioloji, tibbi, kənd təsərrüfatı və s. sahələr üzrə bilikləri kütləvi şəkildə; sadə dildə təbliğ edib yaymağa çalışması olmuşdur. Onun Azərbaycan dilində yazdığı «Torpaq, su və hava», «Barama qurdunun saxlanması», «Bədəni səlamət saxlamaq düsturül əməlidir» və s. əsərlərində, həmçinin «Əkinçi» qəzeti və başqa məcmuə və qəzetlərdə təbiətşünaslığa və tibbə dair çap edilmiş çoxsaylı məqalələrində müxtəlif elmi sahələrinə dair materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır.
Fəlsəfi dünyagörüşü etibarilə o, maarifçi-materialist idi. Təbiətşünaslığa əsaslanaraq dünyanın Allah tərəfindən yaradılması və axirət haqqında dini təlimi qəbul etməmiş, dünyanın maddi vəhdəti, əbədiliyi və sonsuzluğu haqqında ideyaya tərəfdar çıxmışdır. O, təbiətin dialektik izahını verməyə çalışmış, kainatda əbədi hərəkət və dəyişkənliyin mövcudluğunu təsdiq etmiş, insan idrakı vasitəsilə gerçəkliyin, xüsusilə təbiət qanunauyğunluqlarının dərk edilməsinin mümkünlüyünü söyləmiş, kainatın dərkedilənliyi fikrini müdafiə etmişdir. O, insanın təbiəti özünə tabe etməsi və dəyişdirməsi imkanlarına inanmışdı. Yeni bitki növləri (sortları) yaratmaq sahəsindəki ardıcıl fəaliyyəti məhz belə bir inamın nəticəsi idi.
H.B.Zərdabinin maarifçi və inqilabi-demokratik mövqeyi "Əkinçi" qəzetini nəşr etmək sahəsindəki fəaliyyətində özünü daha qabarıq göstərir. Maarifçi-materialist alim kimi, onun elmi-publisistik yazılarının başlıca mövzusunu təbiielmi biliklərin xalq kütlələri arasında təbliği təşkil edirdi. Bu cəhətdən Həsənbəy Zərdabinin "Yeni ulduzlar", "Marsda insan yaşayırmı", "Prof.İ.İ.Meçnikovun kəşfi", "İnsan bədənin hissələri" və s. məqalələri xüsusilə cəlb edir. H.B.Zərdabi astronomiyadan bəhs edən ilk iki məqaləsində astronomiyadan mürəkkəb məsələlərindən dərindən baş çıxaran alim kimi özünü göstərir, astronomiyanın gələcək inkişafına dair bir sıra maraqlı mülahizələr söyləyir.

Yüklə 35,41 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin