23.XIX-XX əsrlərin Qərb fəlsəfəsinin əsas cərəyanları (neopozitivizm, praqmatizm, ekzistensializm) Neopozitivizm. Bu fəlsəfi jərəyan ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri R.Karnap, A.Ayer, B.Rassel, L.Vitgenşteyn və başqalarıdır. Neopozitivizm adı altında pozitivizmdən başlamış məntiqi empirizmə, neotomizmdən başlamış linqvistik analizədək müxtəlif fikirlər və tənqidi realizm nəzəriyyəsi ilə qovuşan analitik fəlsəfənin müxtəlif jərəyanları birləşir.
Bu fəlsəfədə elm qeyd edilməyə, sonra isə şərti qəbul edilmiş dil sistemi çərçivəsində faktların nizama salınmasına münjər edilir. Belə oluqda elmin mahiyyətinin açılması onun dilinin təsvir edilməsi ilə məhdudlaşır.
Məntiqi pozitivizm "hadisələri və faktları", daha doğrusu subyektin şüurundakı "hissi mə'lumatları " hər jür idrakın ilkin şərti hesab edirdi. Bu jərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Məs, Fəlsəfə daha çox hadisələri, prosesləri, predmetləri ifadə edən sözlərin məntiqi təhlilini aparmalıdır. Çünki insan təfəkkürü anlayışlar ilə təmasda olur. Məsələn, tank. Onlara görə fəlsəfənin əsas məsələsi gərək predmet və ya cisimlərin təhlilindən yox anlayışların təhlilindən ibarət olmalıdır.
Bu, dərhal fəlsəfənin predmeti kimi obyektiv aləmin mövjudluğu məsələsini rədd edir, fəlsəfəni məntiqin və məntiq dilinin idraki problematikası ilə məhdudlaşdırır.
Bu jərəyanın digər prinsipal xüsusiyyəti "obyektiv fakt" və "elmi fakt" anlayışlarını eyniləşdirməsindədir. Nəhayət, elm elmdəki işarə vasitələrinin köməkliyi ilə "protokollaşdırılmış" fikir kimi başa düşülürdü. Bununla da elmi fakt əslində dil faktına münjər edilirdi, fəlsəfə üçün yeganə obyekt nətijə e'tibarilə dil faktı sayılır. Məntiqi pozitivizmdə elmin dili aşağıdakı şəkildə qurulur: ilkin müddəalardan məntiq qaydalarına uyğun olaraq mürəkkəb müddəalar hasil edilir. Odur ki, elm jümlələri, həm həqiqi, həm yalan, həm də mə'nasız ola bilərlər.
L.Vitgenşteyn iddia edirdi ki, "dünya faktların məjmusudur". Buradan aydın olur ki, dünya dilin universumudur, fəlsəfənin funksiyası isə insanın dil aləmində fəaliyyətini aydınlaşdırmaqdan ibarətdir.
Məntiqi pozitivizm sistemindəki verifikasiya prinsipinin nöqsan jəhəti ondan ibarətdir ki, o, təjrübədən gəlmir və analitik yolla əldə edilə bilmir. Əlbəttə, elm dilinin təhlili elm üçün vajibdir. Lakin bu o zaman faydalı ola bilər ki, elmi terminlərin işlədilməsi qaydalarında, sözlərin jümlələrdə əlaqələndirilməsi və bir jümlədən digər jümlənin hasil edilməsində obyektiv reallığın əlaqə və münasibətləri açılıb göstərilsin. Neopozitivistlər isə bütün bu əməliyyatları obyektiv aləmdən ayrılıqda, öz-özlüyündə nəzərdən keçirirlər.