Mirzə Fətəli Axundov. Əvvəlcə o, din ilə maşğul olmaq istəyirdi, Mirzə Şəfi Vazeh ilə görüşdən sonra elm ilə məşğul olmağa başladı. Axundovun xidmətləri.
Axundov 6 komediyası ilə Azərbaycan milli dramaturgiyasının əsasını qoyub.
O, aldanmış kəvakib povesti ilə realist nəsrin əsasını qoydu.
O, kəmalidovrə fəlsəfi məktubları əsəri ilə Azərbaycan maarifciliyinin əsasını yaratdı
İnqilabi demokratik ideyalaar irəli sürdü
Axundov yazırdı ki, fəlsəfənin əsas vəzifəsi insana xidmət etməkdir. Filosof xalqı qəflət yuxusundan oyadıb ona həqiqətin yolunu göstərməlidir. İnsanlar fəlsəfədə varlığın, kainatın sirlərini dünyanı ağla uyöun şəkildə dəyişdirməyin açarını tapmalıdırlar. Axundov tərəfindən əasası qoyulmuş bu fəlsəfi ideyalar, Zərdabi, Cəlil Məmmədqluzadə, Nəriman Nərimanov tərəfindən inkişaf etdirmişlər.
Axundov aldanmoş kəvakib ( ulduzlar ) əsəri ilə ağıllı şah obrazı yaradıb ( Çünki avropadakı maarifçilər də maarif kral görmək istəyirdilər ).
Axundovun Puşkini dəyərləndirməsi.
Axundovun iki böyük arzusu olub
M.F.Axundovun maarifçiliyi demokratik səjiyyə daşıyırdı. O, bütün xalqın, ilk növbədə, əzilənlərin, zəhmətkeş kütlələrin arzu və istəklərini ifadə etmişdir. M.F.Axundov məhz həmin məqsədlə də 50-ji illərdə yazmış olduğu məhşur komediyalarında və "Aldanmış kəvakib" povestində milli maarifçiliyin bədii ədəbiyyatda klassik nümunələrini, 60-jı illərdə yazdığı "Kəmalüddövlə məktubları" traktatında isə bu maarifçiliyin fəlsəfəsini yaratmış, onun mükəmməl proqramını hazırlamışdı
Azərbayjan filosofu yazırdı ki, fəlsəfənin əsas vəzifəsi insana xidmət etməkdir. Onun fikrinjə, filosof xalqı "qəflətdən" oyadıb, ona həqiqətin yolunu göstərməlidir. İnsanlar fəlsəfədə varlığın, Kainatın sirlərini, dünyanı ağlauyğun şəkildə dəyişdirməyin yollarını dərk etməyin açarını tapmalıdırlar. Fəlsəfəni "bütün şeylərin hikmətinin səbəbini təbiətin qanunlarına uyğun olaraq" öyrənən elm kimi anlayan maarifçi - mütəfəkkir Azərbayjan ijtimai fikir tarixində ilk dəfə olaraq fəlsəfəni xalqın həyatı və mübarizəsi ilə əlaqələndirmək məsələsini açıq şəkildə qoymuşdur. M.F.Axundov tərəfindən əsası qoyulmuş maarifçi-fəlsəfi ideyalar sistemi sonralar H.Zərdabi, M.Şahtaxtlı, J.Məmmədquluzadə, Ö.F.Ne"manzadə, N.Nərimanov və digərləri tərəfindən daha da inkişaf etdirilmişdir.
Doğma xalqını jəhalət yuxusundan oyatmaq kimi nəjib vəzifəni qarşıya qo- 107 yan Azərbayjan maarifçiləri zəmanənin elmi biliklərinin inkişaf səviyyəsinə müvafiq olaraq, anlaşılmaz fəlsəfi ibarələr işlətmədən, xalqın anlayajağı dildə, onun düşünjəsinə uyğun tərzdə yazıb yaratmışlar. Maarifçilər kütlələr içərisində sadəjə təhsilin genişlənməsi, mə"lum biliklərin yayılması, elmi informasiyaların kəmiyyətjə çoxalması uğrunda deyil, keyfiyyətjə yeni ideyaların təbliği uğrunda mübarizə aparırdılar.
A.Bakıxanovdan fərqli olaraq M.F.Axundov varlıq problemində tənqidi mövqedən çıxış edir, Qərbin tə"siri ilə ən"ənəvi müsəlman ilahiyyatçıları ilə razılaşmır, xüsusilə təbiətin varlığını, onun mövjudluq formalarını mexanikimetafizik materializm mövqeyindən izah edir. Varlığın insan, sosial və mə"nəvi növləri haqqında onun tədqiqata layiq olan qiymətli fikirləri çoxdur
Azərbaycan bədii ədəbiyyatı və dramaturgiyasında realizmin əsaslarını qoymuşdur. 50-ci illərin ortalarından başlayaraq M.F. Axundov iyirmi ildən çox bir müddət ərzində İran və Türkiyənin hakim dairələri ilə ərəb əlifbasında islahat aparmaq uğrunda mübarizə aparmışdır. Lakin 167 bu yolda başlıca maneənin din fanatizmindən ibarət olduğunu dərk edən M.F.Axundov dinin əsaslarına qarşı yönəldilən, 1863-1865-ci illər ərzində yazdığı "Kəmalüdövlə məktubları"nda həm də özünün fəlsəfi, ictimai-siyasi baxışlarını şərh etmişdir.
Bu məktublar maarifçilik ədəbiyyatının ən güclü nümunələri olmaq e'tibarı ilə özünün orta əsr sxolastikasına, fikir tərzinə düşmənçiliyi ilə, maarifi, Avropa həyat tərzini möhkəm müdafiə etməsi ilə kəskin surətdə fərqlənir. M.F. Axundov özünün göstərilən fəlsəfi məktubları ilə Azərbaycanda fəlsəfə Maarifçiliyinin əsasını qoymuş, cəmiyyətin yeniləşməsini, biliklərin təbliğ edilməsini, xalqın cəhalətdən oyadılmasını onda görmüşdür. Azərbaycan Maarifçilik fəlsəfəsi özünün ən qabaqcıl nümayəndələrinin şəxsində islam fanatizminə və şərq despotizminə qarşı mübarizə edərək dünyəviləşdirilmiş mədəniyyət yaradılmasını, şəxsiyyətin azad edilməsini, insanların yenidən tərbiyə edilməsini, cəmiyyətdə ağıllı və ədalətli qanunların tətbiq edilməsini irəli sürürdülər.
Onun fəlsəfi, ictimai-siyasi baxışları "Hindistan şahzadəsi Kəmalüdövlənin öz dostu İran şahzadəsi Cəlalüdövləyə yazdığı üç məktub və Cəlalüdövlənin ona göndərdiyi cavab" adlı fəlsəfi traktatında, "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmənin tənqidi", "Mollayi-Ruminin və onun təsnifinin babında", "Aldanmış kəvakib" və b. əsərlərində şərh edilmişdir.
M.F.Axundov varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın Allah tərəfindən heçdən yaradılması haqqında dini ehkamına inanmamışdı. 0, göstərdi ki, mövcud olmayandan mövcudat, heç bir yaradıcıya deyil, gözlərimizlə gördüyümüz və duyduğumuz kainata mövcud varlıq kimi baxmalıyıq. Varlıq təkdir, yaradan da, yaranan da o özü-özünün səbəbidir, - Axundovun fəlsəfi-materialist əqidəsi belə idi.
M.F.Axundov təbiətə Allahın müdaxiləsi, hər cür panteizm, ümumiyyətlə təbiətin kənar qüvvətdən asılılığı ideyasının əleyhinə çıxaraq yazmışdı: “Biz bu dünyanın mövcud olduğunu gözümüzlə görürük... bu varlıq öz-özünə öz qanunları ilə, başqa bir xarici varlığa ehtiyac hiss etmədən mövcuddur”. O, həmçinin dinin axirət və ruhun ölməməzliyi ehkamlarını da qəbul etmirdi. Axundov göstərdi ki, idrak beyinsiz mövcud ola bilmədiyi kimi, orqanizm öldükdən sonra da ruhun mövcudluğuna inam ağılsızlıqdır. M.F.Axundov Azərbaycan fəlsəfəsi tarixindəki peripatetiklik, işraqilik, panteizm, “vəhdəti-vücud” ənənələrinə əsaslanaraq onlardakı idealist və dini mistik cəhətləri atır, materialist özəyi isə qəbul edirdi.
M.F.Axundov mənəviyyatın əsasına elmi, təhsili, ağlı, kütlələrin mədəni inkişafını qoyurdu. O, ictimai şüur forması kimi dinin strukturunda üç ünsürün olduğunu qeyd edirdi: etiqad, ibadət və əxlaq. O qeyd edirdi ki, bu ünsürlər içərisində əsas məqsəd əxlaqdır. Etiqad və ibadət isə yardımçı məqsədlər sayılır. Çünki məhz əxlaqa təsir etmək yolu ilə şəxsiyyəti, ailəni və bütövlükdə cəmiyyəti dini etiqad və ibadət fəaliyyət amili kimi çıxış edir. M.F.Axundoyun fikrincə əgər, insan yaratdığı xəyalı vücudu təsəvvür etmədən yaxşı əxlaq sahibi ola bilərsə, o vaxt dinin strukturuna daxil olan iki yardımçı prinsipinə - etiqad və ibadətə ehtiyac qalmaz, onlar aradan çıxar, əxlaq da dini pərdəsini itirər. M.F.Axundov dinin strukturundakı etiqad və ibadətin (deməli, bütövlükdə dini dünyagörüşün də) aradan qaldırmasının əsas səbəbini cəmiyyətin mənəvi yüksəlişində, elmi tərəqqisində görürdü.
Dostları ilə paylaş: |