2 Nİzami GƏNCƏVİ


İSKƏNDƏRİN SƏRİR QALASINA



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

İSKƏNDƏRİN SƏRİR QALASINA 

GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ 

ZİYARƏT ETMƏSİ 

Saqi, dur şərabla könlümü güldür. 

Bu işdə səbrinə bir ölçü götür. 

Könül çırağının tükənmiş yağı, 

Mey ilə parlat bu sönük çırağı. 


                                                                                                            

248


Gündüz qarğa rəngli qara gecədən 

Çıxmış Zəngibardan kafur kimi şən

204



Uğurlu cənnəttək işıqlı gündüz 



Şəfəqlər içində parladırdı üz. 

Havada toz, duman yox zərrə qədər. 

Lacivərd rənginə boyanmış göylər. 

Guşəyə çəkilmiş küləkli xəzan. 

Baharın dan yeli əsir hər yandan. 

Işıqdır dağ, çəmən, bütün yer üzü, 

Parlar al çıraqla dünyanın gözü. 

Kainat bir cənnət bağına bənzər, 

Hər yanda qoxuyar müşk ilə ənbər. 

Bəxtiyar İskəndər uğurla yenə

Taxtından oturdu təxti-rəvanə. 

Göylərə söykəndi tacının başı, 

Ucaldı bayrağı, açıldı qaşı. 

Yer yorulmuş idi at nallarından. 

Dağların başına düşdü həyəcan. 

Ordunu Səririn şəhrinə çəkdi, 

Keyxosrov taxtını görmək istərdi. 

Sərirli eşitdi İskəndər gəlir, 

Keyxosrov taxtını görmək istəyir. 

Işindən, ağlından tutmuşdu xəbər, 

Adildir cahangir böyük İskəndər. 

Kəyanın nəslinə verməmiş ziyan, 

Doğruya köməkdir, arxadır hər an. 

Çoxunun başına qoymuş qızıl tac. 

Bəxşişlər vermişdir, almamış xərac. 

Şahı qarşıladı iki mənzildən, 

Xalılar döşədi, yollar oldu şən. 

Dəyərli bəxşişlər saçdı o qədər. 

Sayını olmadı bilən bir nəfər. 

Gül kimi tərtəzə hər çeşid dəri, 

Götürmüş həddindən çox bu şeyləri. 

Zil qara samur, al tülkü dərisi.. 

Qaqum, qunduz, vaşak ki, hər birisi 

Baharda ilk açan yarpağa bənzər. 



                                                                                                            

249


Üstünə səpilmiş bənövşə, ənbər. 

Başını dik tutan boyları çinar, 

Döyüşdən qorxmayan igid qulamlar, 

Cilovda yeriyən qullar hər biri 

Görüşdə ən təzə, xidmətdə diri. 

Hüzura göndərdi belə bir baxşış, 

Başqa töhfələri həddini aşmış. 

Saraya axınca bu var, bu dəniz, 

Nazirlər saymaqdan qaldılar aciz. 

Sərirli hüzura gəldi, baş vurdu, 

Belini ikiqat bükərək durdu. 

İskəndər şəfqətlə oturtdu onu, 

Hörmətlə yüksəltdi uca boynunu. 

Məclisdə bitincə görüş ayini, 

Soruşdu taxt ilə cam qissəsini: 

"Anlat ki, tilsimli cam, Kəyan taxtı

Necədir, sönmüşdü onun da baxtı?" 

Sərirli dedi: "Ey dünyanın şahı, 

Şərəfli şahların ey şahənşahı! 

Keyumərs ordundan kiçik bəndədir, 

Firidun mülkünün fərmanindədir. 

Ulduzlar yayına ox olsun sənin, 

Göy kimi dünyanı tutsun kəməndin. 

Keyxosrov camıdır hər şeyə açar, 

Sənin də əlində açan güzgü var. 

Fərq budur, dünyada qazandı ad-san 

İskəndər güzgüdən, Keyxosrov camdan. 

Taleyi oyanmış padşahlar getdi, 

Bu taxtı, bu tacı sənə tərk etdi. 

Taxtınla dünyaya saçılsın işıq, 

Başından tac əskik olmasın artıq. 

Dünya tacidarı əzm etmiş, desək 

Köhnəlmiş bu tağa vursun yeni rəng. 

Onunçun atını sürmüş bu yerə, 

Ucalsın daxmamız uca göylərə." 

İskəndər dedi: "Ey böyük namidar, 

Kəyandan bu taxta, taca yadigar. 


                                                                                                            

250


Çünki mən Kavusun taxtına keçdim, 

Cəmşidin camından gülgün mey içdim. 

Bu uca taxt ilə cam üçün, gerçək. 

Oynamış yerindən, çırpınır ürək. 

Bilmək istəyirəm, uca tacidar 

Dar köhüldə necə tutmuşdur qərar? 

Keyxosrov sirrini arar İskəndər, 

Sən otur, o yerə yalnız yol göstər! 

Yiyəsiz taxtına ağlayım bir an, 

Öpüm gülgün camın dodaqlarından. 

Bu taxt ki, Xosrovdan qalmış yadigar, 

Şahın ölümündən açarmı əsrar? 

Eşidim o cansız camdan bir salam. 

Vücudum canlansın, yaşayım xoşkam. 

Canımın güzgüsü paslıdır, gərək 

O pasla güzgünün tozunu silmək. 

Görməklə qəlbimə düşsün bir təşviş, 

Asan olsun mənə hər bir çətin iş." 

İskəndər sözünü salmadı yerə, 

Sərirli itaət etdi bu əmrə. 

Tez qalabəyinə göndərdi xəbər: 

Qarşıya çıxarsın böyük töhfələr. 

Çeviklik göstərsin hər bir xidmətdə, 

Həm qonaq sevməkdə, həm nəzakətdə. 

Tapşırıq verdi: taxt keşikçiləri 

Padşaha xidmətdən durmasın geri. 

Yol versin, Keyxosrov taxtına keçsə, 

Qədəhi doldursun gülgün mey içsə. , 

Keyxosrov taxtına əyləşdirsinlər, 

Töksünlər başına inci və gövhər. 

Şərabla doldurub firuzə camı

Versinlər padşaha, qalmasın kamı. 

Versin xoşladığı yeməkdən ona, 

Durmayın geri baş əyməkdən ona. 

Elə ki, bitirdi tapşırıqları, 

Dedi: "Şah buyursun qalaya sarı. 

Izninlə burada qalmalıyam mən, 


                                                                                                            

251


Sizi qarşılayım ordan dönərkən." 

Getməkçin tərpəndi böyük İskəndər, 

Bəlinas onunla getdi bərabər. 

Məhəkə vurulmuş beş-altı qul da 

Ona yoldaş oldu bu çətin yolda. 

Mağara yolunu durmadan biçdi, 

O qədər ucaldı, göyləri keçdi. 

Dırmandı rahatlıq etmədən belə 

Çərx kimi burulan yoxuş, keçidlə. 

Gördü bir qaladır, alçalar göylər, 

Adını davada çəkməmiş bir ər. 

Gəlinlər tez şərbət hazır etdilər, 

Qatdılar dodaqdan ona gül, şəkər. 

Açıldı şahanə gözəl bir süfrə, 

Yeməkdən düzüldü adına görə. 

Sarayın qızları bənzərdi aya, 

Hər yandan padşahı aldı araya. 

Dəbdəbə, şövkətə daldı İskəndər, 

Dövlətin siması qəlbi cəzb edər. 

Şah xörəkdən yedi, şərbətdən içdi, 

Qalxınca Keyxosrov taxtına keçdi. 

Taxtın ayağına gəldiyi zaman 

Hörmətçin tacını aldı başından. 

Elə bil səsləndi hər qapı, divar: 

"Yuxudan oyandı yatan tacidar." 

Sərirli vermişdi belə bir fərman: 

"Keyxosrov taxtına çıxsın hökmüran." 

O böyük tacidar keçincə taxta, 

Bir simürğ oturdu sanki budaqda. 

O qızıl sütunlu taxtı güdənlər 

Söz xəzinəsindən saçdılar gövhər: 

"Padşahın çıxması şahanə təxtə 

Hər zaman uğurlu yol açar bəxtə. 

Yaqutu ölçən bu gövhər cam ki, var, 

Çox saysız sərvətə olmuşdur açar. 

Bu dövlət becərən cam və taxt ilə

Çox taxtı və camı alarsan ələ." 


                                                                                                            

252


O biri dedi: "Ey uca şəHriyar! 

Bir ölkə görməmiş səntək tacidar. 

Keyxosrov taxtına sən ki oturdun, 

Başını fələyin taxtına vurdun." 

Incə bir dil açdı başqa bir nəfər: 

"Keyxosrov, Keyqubad nə vaxta qədər, 

Qolun ki, bu taxtla gücləndi artıq, 

Edərsən Keyxosrov və Keyqubadlıq." 

Şah bu taxt önündə bəxtiyarlıqla 

Gözəl fal vuruldu namidarlıqla. 

Padişah bu taxta bəzək, şan verdi, 

Ölən Keyxosrova yeni can verdi. 

Şah taxtın üstündə oturdu çox az, 

Tez taxtı öpərək endi keyfi saz. 

Şah taxta o qədər xəzinə saçdı, 

Xəznədar gözünü heyrətlə açdı. 

Əmr etdi: bir qızıl kürsü qoyulsun, 

Xosrovun camı da yanında olsun. 

Kürsüyə oturdu adlı tacidar, 

Keyxosrov camını ələ aldılar, 

Saqi tapşırığı görüncə belə, 

Parlatdı o camı qızıl mey ilə. 

Verdi İskəndərə qəlbində sevinc: 

"Keyxosrov eşqinə bu şərabı iç! 

Bəxtinin ulduzu sənə yar olsun, 

Qolların bu camla bəxtiyar olsun!" 

Şah camı görüncə ayağa qalxdı, 

Bir kərrə içərək camı buraxdı. 

Cama qolbağından saldı bir gövhər, 

Oturdu, önünə qoydu İskəndər. 

Yiyəsiz o taxta kədərlə baxdı. 

Gözündən şərabsız cama yaş axdı. 

Padşahsız, şərabsız, yetimtək duran 

Boş taxta. boş cama çəkdi bir dastan: 

- Qalmasın qızıl taxt yiyəsiz, yalnız, 

Bu cam da olmasın qızıl şərabsız. 

Hər qədəh işığı alır şərabdan, 


                                                                                                            

253


Hər taxta qiyməti verir hökmüran. 

Tacidar getdimi, durma, taxtı qır! 

Şərabı tökülsə, camı yerə vur! 

Padişah taxtında olar sərəfraz, 

Cənnətin taxtında naz ilə yatmaz. 

Dünyadan cənnətə keçən bir insan, 

Bax, belə bir taxtı sanacaq zindan. 

Bir quş gülşənindən ayrı düşərkən 

Qəfəsi "ac"dandır, toru ipəkdən. 

Budaqdan yaşıl tac qoyduğu zaman 

Sədəfi, ipəyi çıxarır yaddan. 

Biz tac düşgünüyük neçin bu qədər. 

Ölüm basqınından tutan yox xəbər? 

Xəzan qılıncını görmədiyindən 

Qol-budaq ataraq bahar olur şən 

Maral sağrısını şişirdən zaman 

Bilmir ki, bu yerdən keçəcək aslan. 

Cüyürlər çöllərdə oynur, şənlənir. 

O qorxunc aslanlar yatmışmı, nədir? 

Ahunun göbəyi dolmuş müşk ilə, 

Bəbirlərin dişi sınmamış hələ. 

Belə bir qəflətlə keçir günümüz, 

Bir zaman yanğından qopar ünümüz. 

Faydasız olan bu taxt nəyə gərək? 

Üstündə başqası ömür sürəcək. 

Biz başqa kəslərə yer qızdırırıq, 

Bu yerdən utanmaq gərəkdir artıq. 

Faydasız bu taxta uyma, saxtadır, 

Yerimiz taxt deyil, quru taxtadır. 

Bu qızıl taxt deyil, versəniz fikir, 

Ayağa vurulmuş ağır kündədir. 

Bir taxt ki. əbədi yer deyil sana, 

Onu ölməmişkən parçalasana! 

Keyxosrov camında qalmamışsa su, 

Yerinə mey tökmə, qoy qalsın quru. 


                                                                                                            

254


İSKƏNDƏRİN KEYXOSROV 

MƏQBƏRƏSİNƏ GETMƏSİ 

Ey saqi, Keyxosrov camını doldur, 

Bir cam ki, hər gözə verir işıq, nur. 

Dur, ağzına qədər mey doldur ona, 

Hörmətlə ver əsrin Keyxosrovuna. 

Ey uca şövkətli adil padişah, 

Müştəri simalı, asiman pənah! 

Keyxosrov qurduğu məclislər hanı? 

Taxtında oturan İskəndər hanı? 

Onlar öz bürcünü ataraq getdi, 

Şövkəti, dövləti sənə tərk etdi. 

Dünyada İskəndərtək etsən rəftar, 

Sənindir hər buyruq, sənsən tacidar. 

Bu dünya adına vurmuşsa sikkə, 

Səninlə şənlənmiş olsa da ölkə, 

Könül vermə könül aldadanlara, 

Dünya üz verməmiş mehribanlara. 

Onu kim sevdisə, dostun önünə, 

Bax, nələr çıxarmış o dönə-dönə. 

Bir taxtı hiyləylə qurdu, bax, sonra 

Nə oyun açdı o, taxt quranlara. 

O cam ki, bir nəfər məsti şad etdi, 

Bax, cam sahibinə nə bidad etdi. 

Bu yeddi kişvərdə Keyxosrov sənsən, 

İskəndər mülkünə fərman verənsən. 

Bu şahdan güzgü al, o şahdan cam al, 

Düz göstərdikləri yolla get, nam al! 

Hər işə bir qərar verərkən bu gün. 

Sabaha ondan bir səmər var, düşün. 

Şahlara tac verən tacidar sənsən! 

Atanın taxtında yadigar sənsən! 

Şən yaşa, getdi o şən yaşayanlar, 

Köçdü tacidarlar, sənsən tacidar! 

Bu bağda turacın qanadlarıtək 



                                                                                                            

255


Nə çinar qalacaq, nə də bir çiçək. 

Əxistan ömrünü vurdusa başa, 

Bu yaşıl gülşəndə sən var ol, yaşa! 

O məni ucaltdı nazla, nemətlə, 

Göylərə qaldırdı yerdən hörmətlə. 

Sən məni ucaltdın ondan da artıq, 

Bağının qapısı üzümə açıq. 

Yerlərə naxışlar vurduqca dövran 

Üzünə şənliklər gülsün hər zaman. 

Zamanın əlaçıq hatəmlərindən 

Yalnız sən qalmışsan, yaşa daim sən! 

Nədən söyləyirdim, harada qaldım, 

Atımı sürərək, hara yol aldım! 

İskəndər o taxtda, o camda, heyhat 

Görmədi rahatlıq, görmədi səbat. 

Göylərin əbədi taxtı olmayan 

Hər bir taxt deyilmi həyata zindan? 

Bəlinas həkimi dəvət elədi, 

Oturdu o cama yaxın, söylədi: 

"Camdakı ayinə sən də qıl diqqət, 

Ondakı əsrarı ara, tap əlbət!" 

Bəlinas o cama edincə nəzər, 

Qolayca oxundu bütün rəqəmlər. 

O yerdən ki, haman cam asılmışdı, 

Sırayla bir neçə xətt yazılmışdı. 

O xəttə dərindən saldılar nəzər, 

Gizli bir hesabı dərhal seçdilər. 

Padişah, Bəlinas öz kamalilə

Xətlərin sayını gətirdi ələ. 

Sonralar padişah bu torpaqlardan 

Öz vilayətinə keçdiyi zaman 

Camdakı ayini tapdı Bəlinas, 

Üstürlab düzəltdi o ayinə xas. 

Elə ki, İskəndər yol tapdı cama, 

O yerdə dincəldi, yetişdi kama. 

Dedi Bəlinasa: "Səndəndir kömək, 



                                                                                                            

256


Bu taxta başqası qonmasın gərək!" 

Bir tilsim düzdü o ağıllı həkim, 

O taxtın üstündə otursa hər kim, 

Az keçər, bu taxt da tərpənər birdən, 

Onu bu yaqut taxt atar üstündən. 

Eşitdim o cünbüş indi də vardır, 

Qızıl taxt üstündə o bərqərardır. 

Xosrov ayinini təqlid edərək 

Gəldi darvazaya şah Keyxosrovtək. 

Camdan, taxtdan gəldi məqsədi ələ, 

Üz qoydu Keyxosrov yatan köhülə. 

Şahı qələbəyə böyük zəhmətlə, 

Apardı köhülə yüz əziyyətlə. 

Elə ki, köhülə şah yaxın oldu, 

O daşlıq yollarda atlar yoruldu. 

Getmək çox çətindi, nə yol, nə iz var, 

Hər yanı bürümüş tikan və buxar. 

Bələdçi söylədi: "Padşahım, dur, 

Keyxosrov yatdığı köhül, bax, budur. 

Yolları şimşəkli ildırım vurmuş, 

Qayalıq qayalıq üstündə durmuş. 

Köhülün sirrini öyrənmək üçün, 

Padşahım, bu yolda bir qədər düşün. 

Diş-dırnaq tökülür qorxunc yollarda, 

Keyxosrovtək özün yatarsan orda. 

Əsrar pərdəsinə olma çox yaxın 

Işi çox uzanar arayanların. 

Yüyəni geriyə çevirin daha!.. 

Bu köhül içində yatmış əъdaha." 

İskəndər üzünü çevirdi ondan, 

Köhülə piyada getdi hökmüran. 

Bəlinas arxada, önündə rəHbər, 

Sınanmış iki qul, bir də İskəndər. 

Keçdilər zəhmətlə, bitdi qayalıq, 

Köhül dəhlizinə çatdılar artıq. 

Köhül xəzinəsi gəlincə ələ 

İskəndər qəlbinə düşdü vəlvələ. 


                                                                                                            

257


Gördü daş köksündə köhnə bir yarıq, 

Ensiz bir yolu var, dar və qaranlıq. 

Köhül sahibindən tapmaqçın nişan 

Köhülə zəhmətlə girdi hökmüran. 

Bir qədər keçmədi, od qalxdı birdən, 

Alışıb yanırdı içəri girən. 

Soruşdu: "Bəlinas, nədir bu odlar? 

Darısqal köhüldə hardandır buxar?" 

Bəlinas diqqətlə baxdı bir zaman, 

Bilsin ki, neçin od fışqırır daşdan. 

Gördü bir parlayan dərin quyu var, 

Içində qaynaşır əlvan işıqlar. 

Kimsə o işıqdan tutmamış xəbər, 

Arayan tapmamış ondan bir əsər. 

Işığa nə qədər aradı yol, iz, 

Bir işıq tapmadı, qaldı səmərsiz. 

O igid belinə bağladı kəndir, 

Bilsin ki, quyuda bu atəş nədir? 

Parlayan günəşdən tapdı bir nişan, 

Anladı od necə çıxır quyudan. 

Toplu bir alovdu, deyil dağınıq, 

Gördü ki, kükürddür bu yanan işıq. 

Işarət verincə çıxdı quyudan, 

Dualar edərək dedi: "Hökmüran, 

Tələsmək lazımdır, göstərin tədbir, 

Su deyil, quyudan çıxan atəşdir. 

Kükürd mədənidir bu, alovlanır, 

Kükürddən dörd yanı alışıb yanır. 

Bu sirri bilirmiş köhüldə yatan, 

Özünü kükürdlə məhv etmiş, inan." 

Padşaha, köhülə etdi çox dua, 

Çıxarkən üzərlik səpdi alova. 

Köhüldən çıxınca axtardı yolu, 

Tapmadı, qəlb oldu kədərlə dolu. 

Eşitdim, dənizdən bulud qalxaraq 

Şiddətli qar səpdi, doldu hər bucaq, 

Dünyanı sarsıtdı qarlı bir tufan, 


                                                                                                            

258


Dərələr, təpələr doldu o qardan. 

O qarda sərgərdan qaldı İskəndər, 

Qarlı kipriyindən axdı qətrələr. 

Qala xalqı xəbər tutunca bundan 

Köməkçin axdılar ora hər yandan. 

Təpiklə, kürəklə yolu açdılar, 

Çox zəhmət çəkdilər, hiylə saçdılar, 

Şah yolu tapmaqçın ətrafa baxdı, 

Köhülün küncündən zirvəyə qalxdı. 

Yaşıl donlu tovuz humay quşundan 

Ağ, parlaq sümüyü qapdığı zaman

205 


Səriri taxtına səadət verən 

Sərir qalasından enincə şən-şən, 

Döndü öz çadırı qurulan yerə, 

Yenidən yar oldu bəxt İskəndərə. 

Dincəldi dəhşətli zəhmət çəkməkdən. 

Mağara yolunu gedib, gəlməkdən. 

Düşdü sıxıntıya, düşdü qorxuya, 

Özünü ovdurub, daldı yuxuya. 

Yatdı, vücuduna rahatlıq çökdü, 

Dan yeri ağardı, al şəfəq sökdü. 

Yenidən baş vurdu səhər göylərə, 

Şəfəq mey camını vurunca yerə. 

Bu saxsı torpağa lacivərd fələk 

Sarı reyhanlarla vurunca bəzək, 

Əmr etdi, şahanə məclis bəzəndi, 

Noğulla, şərabla süfrə şənləndi. 

Səririn şahını dəvət elədi, 

Hörmətlə oturtdu, şəfqət elədi. 

Onunla qədəhi aldılar ələ, 

Hamı sərxoş oldu o gülgün meylə. 

O bəxşiş əlləri açıldı yenə, 

Xəzinə axıtdı ev sahibinə. 

Həmayil, təxtü tac verdi hökmüran, 

Taxtı fil sümüyü, tacı qızıldan. 

Ipəkdən don verdi, üstü zər, gövhər, 

Sanki bir pərvindir, cavahir çəkər. 



                                                                                                            

259


Içinə yarımca portağal sığan 

Portağal biçimli firuzə fincan. 

Yarısı tutulmuş qızıla, lələ, 

Nar kimi dolmuş nar danələrilə. 

Zümrüddən nərd verdi - üstü əl-əlvan, 

Bəzəyi qırmızı, sarı yaqutdan. 

Büllurdan bir xonça, günəş kimi şən, 

Sanki göy budaqda açmış yasəmən. 

Yorğa at, başında qızıldan yüyən. 

Yüyənin bəzəyi əlvan gövhərdən. 

Ağır yük altında tərləmiş yüz lök, 

Tükləri tər-təmiz, həm sağlam, həm kök- 

Yük vurmuş o bağlı şeylərdən hələ, 

Cavahir batmanla, qızıl xərmənlə. 

Rütbəyə münasib verdi hər kəsə 

Hər çeşid qəba və zərli əlbəsə. 

Verildi o qədər xələt və sərvət. 

Sərirli taxtını parlatdı zinət. 

Öpdü şah əlini o dönə-dönə, 

Sevinclər içində döndü evinə. 

İskəndər oradan köç təbli çaldı. 

Bayraqlar işıqlı göyə ucaldı. 

Səhraya endi o dağlıq yerlərdən, 

Dəniz sahilində eylədi məskən. 

O çöldə bir həftə ov etdi, artıq 

Köçmək məqsədilə gördü hazırlıq. 



İSKƏNDƏRİN REY VƏ

XORASANA GETMƏSİ 

Dur, saqi, o qızıl camı qoyma boş

Ki, Cəmşid, Firidun yadigar qoymuş. 

Ver bu saf aşiqə o saf şərabdan, 

Məstliklə keçsin bu rəyalı dövran. 


                                                                                                            

260


Ey könül, nədir bu oyunun hələ? 

Hər dəfə çıxırsan yeni bir rənglə. 

Nəfsinin ağacı yamyaşıl durur, 

Başını burmadan, başını sən bur!

206

Şərabı içməmiş, gözüm, məst olma! 



Içsən də, dönərək bütpərəst olma! 

Indi ki, zəfəran yemədən şadsan, 

Yemə zəfəranı, ölərsən, inan!

207


 

Olma şahlar kimi yemək düşgünü, 

Qorx, səni yaxalar fəlakət günü. 

Bu ev ki, qızğın od fışqırır hər an, 

Tək laqeyd olanlar qurtulur ondan. 

Bərkliklə hər bərklik bir muma dönmüş, 

Neft ilə, kükürdlə hansı od sönmüş? 

Keçmişi nəql edən o qoca sərvər 

Vurur öz nəqşinə belə bir zivər: 

Keyxosrov taxtından Xosrov dönüncə

Ordunun içinə getdi ilk öncə. 

Bir gün öz taxtında oturdu artıq, 

Köçməyə tökürdü tədbir, hazırlıq. 

Bir qasid ay kimi girdi içəri, 

Qasid adətilə öpərək yeri 

Uca şəhriyara açdı çox əsrar, 

Anlatdı nə varsa gizlin, aşikar. 

"Üzümü qapına sürtmək üçün mən, 

Bura at çapmışam Istəxr şəhrindən. 

Nayibin var qızğın salamı sizə, 

Ixlasla ərz edir xidmətinizə: 

- Şərtlər ki, qoymuşdur nayib tikirkən, 

O şərtlə yerimdə nayib oldum mən. 

O gündən ölkəni almışam ələ, 

Inciyən olmamış bir nəfər belə. 

Əməl etdim şahın dediklərinə, 

Şərtləri yetirdim bütün yerinə. 

Şükr olsun, alçaqdan və ya ucadan 

Ölkəyə tük qədər dəyməmiş ziyan. 


                                                                                                            

261


Dönükdür üzü bu namərd fələyin, 

Gah şəfqət göstərir, gah həsədlə kin. 

Çərx ikicanlıdır yaxşı-yamandan, 

Ulduz gah dost olur, gah qatı düşman. 

Əkilməmiş ağac göyərmiş Reydən, 

Söyləyir: Keykavus nəslindənəm mən! 

Yırtıcı bir divdir, dəhşət yaradır, 

Ölümə əъdaha kimi can atır. 

O ceyran otaran çobanlar belə

Çomağın yerinə ox almış ələ

208



Bel ilə işləyən götürmüş kaman, 



Belçilər olmuşdur silah daşıyan. 

Bu azğın özünü sanır Əhrimən, 

Hər yerə çatırsa qoparır şivən. 

Söyləyir: mənimdir bu tac, bu ölkə, 

Namusa rəng ilə vurur bir ləkə. 

Başında yığıntı saysız əskər var, 

Dənizin suyundan toz çıxarırlar. 

Bəxtinə güvənib, olmuş qəhrəman, 

Meydanda bir nəfər yox qarşı çıxan. 

Özünü kim tutsa şaha bərabər, 

Başıyla sərvəti əlindən gedər. 

Ona yüyən çəkir Xorasan xalqı, 

Döyüşə aparır bu üsyan xalqı! 

Bəlx ilə Nişabur boyu hər yerdə

Iştirak edirlər bu şurişlərdə. 

Bu fitnə başçısı hazırlıq görür, 

Taxtının durduğu yerə yürüyür. 

Kini qızğın olan belə fitnəyə 

Baxma çox yüksəkdən, alçaqdır, deyə. 

Kiçikdən ən böyük bir fitnə doğur. 

Hər qurdun sümüyü ayağa oxdur

209


Bu fitnə yaşasa uzun bir zaman, 

Padşahlıq işinə əl atar, inan. 

Buludtək ayının almasan üstün, 

Taxtını qılıncla alacaq bir gün. 

Bir tərlan qayışı açsa ayaqdan, 



                                                                                                            

262


Kəklik qol-qanaddan düşər o zaman. 

Qüvvətli ordum yox ki, dava günü 

Çıxarım düşmənin xain gözünü. 

Ölkədə qalmamış adlı igidlər, 

Hamı şah yanında bəndəlik edər. 

Odur ki, artdıqca tamahı, öcü, 

Qolu qüvvətlənir. Yox olsun gücü! 

Yalnız şəhriyarın yel kimi qopan 

Ordusu götürər bu tozu yoldan!" 

Qasid öz sözündə hünər yaratdı, 

Məktubda olanı sözlə anlatdı. 

Ən gizlin əsrardan, yaxşı, yamandan 

Məktubda nə varsa, elədi bəyan. 

O aslan ürəkli, o fil gövdəli 

Çəkdi öz-özünə bu xoş məsəli: 

"Burda Keyxosrovun taxtı altımda, 

Orda bir başqası mənim taxtımda. 

Bənzər o dastana bu tac, taxt, ordu: 

"Hindudən sərvəti çalar bir hindu

210


Bu yerdə dayanmaq yaramaz daha, 

Gecikmək düşməni edər ə əъdaha." 

Padşahın ordusu göymüdür, nədir? 

Durmadan hər zaman hərəkət edir. 

O karvanbaşıdır, dünya bir karvan, 

Artırdı karvanın yükü hər yandan. 

Yük ilə dolmuşdu hər yer, hər guşə, 

O yerdə qarışmış bu iş o işə. 

Yalnızca edərdi hər işə çara, 

Böyük bir arxaydı sığınanlara. 

Hər kimi öz bəxti etsə cahangir, 

Elə bir ayağa yaramaz zəncir. 

Şəhriyar yerindən hərəkət etdi, 

Sahillər boyunca yol alıb getdi. 

Aydan da yuxarı ucaldı bayraq, 

Bisütun kimi bir sütun vuraraq. 

Həm gözəl ov vardı, həm gözəl ovlaq, 

Getdi yol uzunu ov ovlayaraq. 


                                                                                                            

263


Salxımlar əyilmiş ağırlığından. 

Köklükdən tərpənə bilməyir ceyran. 

O qədər sel axdı çayın gözündən, 

Silindi toz, torpaq dünya üzündən. 

Coşmuşdu şimşəkli neysan buludu, 

Ildırım salmışdı müdhiş gurultu. 

Göyərti kök salmış qara torpağa, 

Rəqs üçün baş əyir yarpaq yarpağa. 

Kəskin naləsiylə yırtdı bülbüllər 

Gülün köynəyini göbəyə qədər. 

Sədbərgin üstündə duran qızıl gül 

Yaqut nallı ata minmiş elə bil. 

Tut ilə yarpağı, bu iki novbər 

Halvadan, inəkdən verirdi səmər. 

Yer sarı, sular göy geyinmiş, demək, 

Yarı göy, yarısı sarı bir ipək. 

Çöldə çöl xalqına şeyda bülbüllər 

Sazdan da incə, xoş bir şərqi söylər. 

Hər arpa bir düyün vurmuş kəmərə, 

Biçin salamı var əkinçilərə. 

Qarnını böyüdür dağda ceyranlar, 

Qurdlarsa dişini etmişdir mişar. 

Budunu doldurmuş ətli marallar, 

Çöldə dağ öküzü dağlara qalxar. 

Yenicə doğan şux ceyranlar belə

Çölləri doldurmuş öz balasiylə. 

Şah ovla, çalğıyla, qədəhlə yekdil 

Yolları biçirdi hey mənzil-mənzil. 

Ay yeni doğmuşdu gülpic şəklində. 

Getdikcə xalxaltək olunca girdə, 

Halqa pərgarından çıxdı İskəndər, 

O yerə indi "Zər-xalxal" deyirlər. 

Buludtək Gilana atıldı ordan, 

Sanki bir meşəyə girdi bir aslan. 

Önünə çıxarkən bir atəşkədə, 

Ondan buz yaratdı atəşpərəstə

211



Elə ki, hirbüdün qırdı belini, 



                                                                                                            

264


Ortadan silindi Zərdüşt ayini. 

Əzm etdi düşmənə yolu kəsməyə, 

Gilandan birbaşa tərpəndi Reyə. 

Hər atəşpərəstə verdi çox cəza, 

Qalın tüstülərlə doldu göy, fəza. 

Eşitdi: gəlmişdir o qızmış aslan, 

Tülkütək oldu bir deşikdə pünhan. 

Qaçaraq Xorasan səmtinə getdi, 

Rey padşahının gözündən itdi. 

Padişah eşitdi: o azğın düşman 

Aslandan qorxaraq qaçmış meydandan. 

At saldı, düşmənin ardınca getdi, 

Yolunu bağladı, tez basqın etdi. 

Üstünü alaraq, kin boğa-boğa 

Başını bir anda saldı torpağa. 

Elə ki, düşməni torpağa atdı, 

Qaçqınlar içində qorxu yaratdı. 

Düşmənin başını saldığı yerdə 

Bir təpə vardı o yaşıl çöllərdə. 

Müzəffər və sağlam dövlət adına 

Təpənin başında saldı bir bina. 

Qızıldan vurdurdu şux bəzəkləri, 

Ona pəhləvicə ad qoydu "Həri". 

Binanın işləri bitdikdən sonra 

Ordunu yeritdi şah Nişabura. 

Gördü ki, ikilik çıxmış meydana: 

Şəhərin yarısı dost idi ona, 

Yarısı Daraya təbil vururdu, 

Dostluqdan açıqca boyun bururdu. 

Bir bayraq var idi Daradan nişan, 

Sanırlar Daradır altında duran. 

Bu uca bayrağı "namusdur" deyə, 

Daranın adından ucaltmış göyə. 

Nə qədər kin ilə coşdu İskəndər, 

Daranın eşqindən əl çəkmədilər. 

Bu kinə tapmışdı yalnız bir çara: 

Köməklik göstərsin doğru dostlara. 


                                                                                                            

265


Ordundan sınaqlı, igid kəslər də 

Bir bayraq dikəltsin bu kinli yerdə. 

Padşahın məqsədi bu idi ancaq, 

Kin ilə çarpışsın bu iki bayraq. 

Bilirdi, Daranı sevir bu şəhər, 

Bu yolda çalışmaq verməz bir səmər. 

Bu nifaq, düşmənlik sürəcək həşrə. 

Səmimi bir dostluq girməz o şəhrə. 

Torpağa girmişsə o qatı düşman, 

Hələ kin sönməmiş kinli torpaqdan. 

Kəkliyi saldırdı qırqovullara, 

Mərvə tərpənərək düşdü yollara. 

Söndü əmri ilə hər atəşkədə, 

Yaxdı pərvanəni qızğın atəşdə. 

Bəlxə yetişərkən, Zərdüşti odu 

Qılınclar zərbindən dönüb su oldu. 

Orada bir bahar vardı qəlb açan, 

Güllərin dimağı acıydı ondan

212



Içində qədərsiz gözəl, şux dilbər, 



Çiçəkli bahartək sənəmxanələr. 

Saysızdı xəzinə bu şən ocaqda, 

Zəhmətsiz qoyulmuş hər bir bucaqda. 

Qızıldan nal vurmuş möbidin atı, 

"Azərgüşəsb" idi o yerin adı. 

Elə ki, əl tapdı ora hökmüran, 

Müğləri məst gördü müğlər camından. 

Hurini cənnətdən atdı dişarı, 

Qovdu cəhənnəmə dost olanları

213


Köhnə xəzinəyə olunca məhrəm, 

Ondan çox sinəyə parladı mərhəm. 

Xorasan səmtinə etdi hərəkət, 

Qaldı hər şəhərdə bir neçə müddət. 

Xorasan beynindən çıxardı duman, 

Onlara çox cəza verdi hökmüran. 

Hər səmtə axırdı müzəffər ordu, 

Ona gənc taleyi kömək olurdu. 

Kirmanı, Qəzneyni, Quru cahangir 



                                                                                                            

266


Atların naliylə ölçürdü bir-bir. 

Hər hansı şəhərə gəlsə tacidar, 

Qapısı üzünə dərhal açılar. 

Ölkələr dolaşmaq olsa da çətin, 

Yollarda sayı yox xəzinələrin. 

İskəndər hər yerə bassaydı ayaq, 

Xəzinə yüküylə ağırlaşaraq, 

Yeri doldurarkən xəzinə, sərvət, 

Torpağa basdırıb, etdi hərəkət. 

Qızıl ki, insanı edəcək qorxaq, 

Ya atəş udsun, ya bu qara torpaq. 

Qızılı torpağa gömən hər qafil 

Ağzına dəmirdən vurur bir qıfıl. 

Madam ki, torpağı sovurur külək, 

Ona bir dəmirdən qıfıl nə gərək? 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin