2 Nİzami GƏNCƏVİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

İSKƏNDƏRİN HİNDİSTANA 

GETMƏSİ 

Saqi, ver ərinmiş o saf qızıldan, 

Qırmızı kükürdü odur doğuran

214


Mənə ver, dərmantək tutiya edim, 

Misimi onunla kimiya edim

215


Həvəslə sür atı, xoşdur bu çöllər, 

Cilovu çəkmə ki, atındır dilbər. 

Gözəl bir ad ilə çirkin dünyadan 

Köçərək tut cənnət bağında məkan. 

Bağlanma torpağa, gəl həzər eylə, 

Qarunu udmuş öz xəzinəsiylə. 

Dinclikdir qurtuluş, gəl, olma sərkəş. 

Dağıntı olmaqla yığcamdır günəş. 

Qorxulu, zəhmətli olduqca yollar 

Ticarət əhlinin qazancı artar. 

Yollar quldurlardan olsa səlamət 

Bazar əsnafına olmaz mənfəət. 

Qaydadır, hər yerdə xəzinə vardır, 



                                                                                                            

267


Yolunda qorxunc bir əъdaha yatır. 

Sözə yağ, bal qatan o dehqan yenə

Belə yağ, bal qatır işin məğzinə: 

Padişah Qəzneyndən Bəlxə aşınca, 

O acı dənizdən uzaqlaşınca, 

O qədər sərvərlər ona baş vurdu. 

Hindistan səfəri qarşıda durdu. 

Ağıllı kəslərlə etdi məsləhət: 

"Bax, ayaqlarımdan öpür bu dövlət, 

Iranın torpağı ovcum içində, 

Atımı çevirmək istərəm Hində. 

Öncə Keyd üstünə ordu tökərəm, 

Kin ilə hiylədən mən əl çəkərəm. 

Başqa kəslər kimi baş əysə mana, 

Köməkdən başqa şey etmərəm ona. 

Mənimlə başlasa qızğın savaşı, 

Qılıncımla düşər o şəxsin başı. 

Bu yandan o yana çevirrəm, bir də

Çökdürrəm onu mən bildiyim yerdə. 

Ordumu çəkərəm uzaq səfərə, 

Bir qılınc vuraram Fovrə bir kərə. 

Qaparam tacını, mal olar yurdu. 

Çin, Xəta üstünə çəkərəm ordu. 

Oradan gedərəm Təraza, Çaça, 

Dünyanı gəzərəm at çapa-çapa." 

Igidlər, sərdarlar hamı yer-yerdən 

Çox məmnun qaldılar bu xoş xəbərdən. 

Ulduzu ona yar olduğu gündə, 

Dövləti kamala dolduğu gündə

216


İskəndər başını göylərə vurdu, 

Parlayan günəştək tərpəndi ordu. 

Qəzneyndən atıldı tez Hindistana, 

Yollar şövkətindən döndü bostana. 

Istədi başlarda yaxsın tüstünü, 

Durmadan alsın tez Keydin üstünü. 

Buludtək oynadı talan fikrilə, 

Mülkünü qılıncla keçirsin ələ. 


                                                                                                            

268


Görmədən ağıllı kəslər məsləhət 

Etmədi azğınlar kimi hərəkət. 

Yelayaq qasidlə o gün İskəndər 

O Keydə göndərdi belə bir xəbər: 

"Çarpışmaq istərsən, durma, ordu çək! 

Ha, indi yetişdim qara buludtək. 

Baş əyib əmrə bel bağlamış olsan, 

Qurtuldun, demək, bu kəskin qılıncdan. 

Yuxudan o zaman nərgiz oyanar, 

Üstündə yağmurlu bir bulud oynar. 

Günəşin dimağı olduqca azər, 

Bağları, daşları çiçəklə bəzər. 

Dəhşətlə kükrəsəm inlər bu dünya, 

Tərpənsəm, yerindən oynar dağ, qaya. 

Alçaqda atarmı ovçu bir şahin, 

Altına coşqun sel, ya ki, su keçsin? 

Bir tükün kinlə baş qaldırsa orda, 

Yüz başı bir tükdən asaram burda. 

Dağ-daşın qılınctək olsa da kəskin 

Qılıncım köhülə çevirər, çəkin. 

Qızılçın gəlmədim hind ölkəsinə, 

Məğribdə azmıdır gövhər, xəzinə? 

Gözəllər ardınca çapmaq nahaqdır, 

Xarəzmin günəşi daha parlaqdır. 

Əldə Hind qılıncı gəldim "Hind" deyə, 

Sərxoş fil ətindən kabab yeməyə. 

Yemə Hind xəracı məni anmadan, 

Ürəyim hindli bir poladdır, inan! 

Başını sevirsən, gəl mənə ver bac, 

İskəndər yoxsa nə baş qoyar, nə tac!" 

Keyd ilə gəlincə qasid üz-üzə 

Tor kimi sözünü caladı sözə. 

Ona çox kəsərli sözlər söylədi, 

Hər sözü tutuşan bir atəş idi. 

O kəskin sözləri Keyd eşidincə, 

Qorunmaq fikrilə çəkindi öncə. 

O gecə görmüşdü qarışıq yuxu, 


                                                                                                            

269


Yozmaqdan canına düşmüşdü qorxu. 

Bilirdi: İskəndər olmuş cahangir, 

Fələkdir hər işdə onunla əlbir. 

Düşmənlik neylədi, bax, o Daraya, 

Nə etdi Həbəşə, Rey, Buxaraya. 

Məsləhət görmədi üz çevirməyi. 

Onun meydanına kinlə girməyi. 

Bilmədi, üstünə gəlmişkən düşman, 

O necə qurtulsun bu vuruşmadan? 

Qorxudan başladı rica etməyə,, 

Şahı çox yad etdi "afərin" deyə: 

"Bilirəm: zəkidir, həm də çox ayıq, 

Tək ona yaraşır bu cahandarlıq. 

Taxtının rütbəsi alçaldır ayı, 

Böyüklük haqqıdır, yox onun tayı. 

Hörmətdən başqa mən nə etdim ona? 

Nə üçün çağırır məni meydana? 

Xəzinə istərsə, hamısı qurban, 

Əmr etsə, ataram tacı başımdan. 

Canıma qəsd etsə, xoşdur, nə deyim, 

Dişimlə edərəm hüzura təqdim. 

Yoldan da bir bəndə göndərsə mana. 

Taxtımı, tacımı tapşırram ona. 

Kiçiklik həddini əsla keçmərəm, 

İskəndər ağadır, mən bir nökərəm. 

O mənə naz etsə yalvararam mən, 

Narazı qalmasın öz bəndəsindən. 

Mənimlə döyüşü o lazım görsə, 

Atını kin ilə üstümə sürsə, 

Axaram o coşğun Nil ayağına, 

Ataram canımı fil ayağına. 

Başımı qaçırsam kinli döyüşdən 

Qırılar inadı, əzmi bu işdən. 

Məqsədi mülkümdən salmaqsa itkin, 

Minnətlə razıyam, nə gərək bu kin? 

Kükrəyib qoşunla çıxsa qarşıya. 

Qaçaram, dar deyil başıma dünya. 

Əvvəldən mənimlə bağlasa peyman, 



                                                                                                            

270


Söz versə, sözündə dursa hər zaman, 

Talandan əl çəksə, dost olsa mana, 

Qapımdan kinini atsa bir yana, 

Verərəm dörd şey ki, beşincisi yox, 

Işığı, dəyəri ulduzdan da çox. 

Birinci, qızımı göndərrəm şaha, 

Nə qız, bir günəşdir, aydır dərgaha. 

Ikinci, yaqutdan bir camdır, qış-yaz 

Içdikcə o camdan şərab azalmaz. 

Üçüncü, filosof, gizlini görən, 

Göylərin sirrini bilən, göstərən. 

Dördüncü, təbibdir, hər dərdi bilir, 

Ondan hər xəstəyə bir şəfa gəlir. 

Hədiyyə verərəm edərsə qəbul, 

Təşəkkür edərək deyərəm: sağ ol!" 

Elçi baş əyərək dedi: "Bu şeylər 

Hədiyyə gedərsə, böyük İskəndər 

Mülkündə başını göyə ucaldar, 

Qohum olduğundan hörmətin tutar. 

Adını adlılar içində çəkər, 

Hər bir istəyinə rəğbət göstərər." 

Hind şahı gördü var ağlı, anlağı, 

Möhkəmdir, büdrəyən deyil ayağı. 

Söylənən sözləri - şərti tutaraq, 

Sözə bir qədər də yağ, bal qataraq, 

Bir qoca hindlini bu işə görə 

Elçiylə göndərdi uca hüzurə. 

Şahın dərgahına gələrək onlar 

Oldular bağçada gül saçan bahar. 

Görüncə hindli o sərapərdəni, 

Ayparası aydan uca xeyməni, 

Torpağa baş vurub içəri girdi, 

Əvvəlcə salamı şaha yetirdi. 

Rüsumat bitincə o hindu birdən 

Söz açdı qəbulə keçən şeylərdən. 

Dörd şeydən danışıb söylədi: "Ey şah! 

Heç kəsdə tapılmaz belə bir dəsgah". 

Bu istək coşdurdu onun qəlbini, 



                                                                                                            

271


Göz görmək istədi eşitdiyini. 

Töhfəni tez ələ almaq fikriylə 

Bir an da olsa səbr etmədi belə. 

Şirindil hindliylə uca hökmüran 

Söylənən şərtlərlə bağladı peyman. 

Bəlinas və başqa kəslərlə yenə

Göndərdi örtülü, ağır xəzinə. 

Göndərdi alması mum edən məktub, 

Bütün Hindistanı ram edən məktub. 

Yazıldı Keydə bu bir hökmürandan, 

Qızğın əъdahaya müdhiş aslandan. 

Bu məktub hər katib işinə yarar, 

Içində nə qədər gözəlliklər var. 

Ürək qızğınlığı üz verdi şaha, 

Dostluq şərtlərini artırdı daha. 

Qələmi o katib alınca ələ, 

Məktubu yoğurdu müşkü ənbərlə. 

Bəlinas, bir neçə rumlu birlikdə, 

Məktubu aldılar hind şahı Keydə. 

Bəlinas at çapdı bir an durmadan. 

Hind qərargahına çatdığı zaman 

Keydin saf qəlbini şən, parlaq gördü, 

Hindu hiyləsindən çox uzaq gördü. 

Baş əydi, çünki o, bir tacidardır, 

Hörmətli taxtı, həm qurşağı vardır. 

Irəli gedərək öpdü naməni, 

Hinduyə tapşırdı o xəzinəni. 

Məktubu o katib oxudu əzbər, 

Qorxudan yerlərə əyildi göylər. 

İSKƏNDƏRİN HİNDLİ KEYDƏ

MƏKTUBU 

İskəndər məktubu yazmışdı belə, 

Daşı mum edirdi şəfəqqətilə. 

Ay, günəş yaradan adından sonra, 

Düşüncə və ağlın yolu yox ora, 


                                                                                                            

272


Odur hökmüranlıq və höküm verən, 

Bütün peyğəmbərə vəhy göndərən. 

Lacivərd göylərin altından sonra 

Salamlar söylərəm namdarlara! 

Məktubda yazmış: "Ey böyük pəhləvan, 

Taleyin gənc olsun, güclənsin arxan! 

Fikrim və iradəm bu idi ancaq, 

Fil ilə, toppuzla möhkəm çarpışmaq. 

Bir qüvvət göstərim titrəsin cavan, 

Dağlar parçalansın bu toppuzumdan. 

Bu Hində elə bir od vurum, ondan 

Qalmasın bir nəfər boyun ucaldan. 

Uca fil başına kəmənd atım mən, 

Qandan bixi-ruyən çıxarım nildən

217



Hindin torpağını qana bələyim, 



Suların başına torpaq ələyim. 

Sülh üçün təlaşı görüncə səndə, 

Bu işdən cilovu çəkmədim mən də. 

Can verən bu dadlı sözlərinlə mən 

Qul oldum sənə bir tacidar ikən, 

Möhkəm bir kirişlə bağlandı könlüm, 

Öz cadu dilində vurdun bir düyüm. 

Elə bir iş et ki, bu közəl peyman 

Nəslimiz içində qalsın hər zaman. 

Dörd adlı gövhəri göndərsən mənə, 

Mən dəxi belə söz verirəm sənə: 

Bir ordu kəsilsə bu yeddi kişvər. 

Mülkünə bir tükcə yetişməz zərər. 

Hər yaxşı, yamanda kömək verərəm, 

Bu dediklərimdə duraram möhkəm." 

Qasid bu məktubu oxudu Keydə, 

Yetirdi salamı, baş vurdu bir də. 

Bu sevimli sözlər bir füsun saçdı, 

Üzünə sehirli qapılar açdı. 

Hiyləgər cadunun etdiyi əfsun 

Etdi cadugəri özünə məftun. 

"Bilirəm ki, Hinddə çoxdur cadugər, 



                                                                                                            

273


Bilməzdim var Hində cadu edənlər." 

Bir qədər danışdı durduğu yerdə, 

Verilən töhfəni tapşırdı Keydə. 

Yerindən oynadı Keydin ürəyi, 

Qaynadı padşaha qarşı bir sevgi. 

Söylədi: "Afərin sənə, hökmüran, 

Bu dünya padşahsız qalmasın bir an!" 

Bilikli elçiyə göstərdi hörmət, 

Aldı hazırlığa bir həftə möhlət. 

Elə ki, bir həftə keçdi vədədən, 

Hazırlıq işləri başa gəlirkən, 

Padşahın əmrinə edərək səcdə, 

Şeyləri hörmətlə verdi qasidə. 

Qoşdu dörd peykərə hər çeşid zivər, 

Göndərdi dəyərli, sevimli şeylər. 

Cavahir, ləl, inci, yaqut, xəzinə, 

Fillərin üstündə ağır gəncinə. 

Saysız Hind poladı, bağlanmış yüklər, 

Xalvarla tökülmüş ud ilə ənbər. 

Yürüyən dağ kimi sarsılmaz qırx fil, 

Göbəyinə çatmaz coşqun, dərin Nil. 

Üç ağ fil göndərdi qızıl taxtına, 

Bir qaranlıq çökdü düşmən baxtına. 

Bəlinasa bəxşiş verdi hökmüran, 

Həm bişkin müşkdən, həm də xam uddan. 

Pəriduxt uddan bir taxta oturdu, 

Göylərin beşiyi ona baş vurdu. 

Qoşdu çox xəzinə pərisurətə, 

Hər biri mal olmuş min bir zəhmətə. 

Götürdü Bəlinas o zər-zivəri, 

Bir kişvər xəracı onun hər biri. 

Tapşırdı şövkətli İskəndərinə, 

Dövləti haqq belə ucaltdı yenə. 

Görüncə dəyərli o xəzinəni, 

Tanrının verdiyi dörd hədiyyəni, 

O qədər şənlətdi bu İskəndəri, 

Unutdu Rumdakı xəzinələri. 


                                                                                                            

274


Şah o dörd peykərə bir sınaq saldı, 

Görüncə doğrudur, çox məmnun qaldı. 

Elə ki, parlaq cam su ilə doldu, 

Onun şərbətindən xalq məmnun oldu. 

Filosofla söhbət etdiyi zaman 

Hikmətlər öyrəndi köhnə dünyadan. 

Rəf oldu, o təbib salınca nəfəs 

Bədəndən xəstəlik, ürəkdən həvəs. 

Örtülü sərvətə növbət gəlincə, 

Hinddə Çin çinisi göründü incə

218



Gözəllik ölçüsü tutan kəslərin 



Tutduğu ölçüdən daha nazənin. 

Gördü toz görməmiş təzə bir çiçək, 

Bahardır, dəyməmiş soyuq bir külək. 

Büt kimi bəzənmiş incə bir dilbər, 

Hindu bütü kimi pəriyə bənzər. 

Baş yumru, qaş geniş, ağız dar - göyçək, 

Yaşıl bir budaqda üzü al çiçək, 

Şəkərdən çox dadlı təzə bir qönçə, 

Çiçəkdən həm lətif, həm daha incə. 

Saçları tor kimi, hər tərəf çin-çin, 

Çin-çin tellərinə quldur bütün Çin. 

Qara müşk bəsləyən ceyrandı Çində, 

Qərənfil yemişdi doğarkən Hinddə. 

Saç deyil, müşkdən hörülmüş zəncir, 

Günəşdən sallanmış bulud kimidir. 

O müşkin buluddan al gül saçaraq, 

"Sünbülə" bürcündən asmışdı başaq. 

Sevimli, buğdayı rəngi, şux, dilbər, 

Qara, müşkin xalı bir arpa qədər. 

Baş vermiş arpadır müşkin buğdadan, 

Deyil buğda deyə. boz arpa satan

219


Türk simalı idi o hindli afət, 

Şaha Hind elindən vermişdi cənnət

220


Yox, hindu deyildi o türk dilbəri, 

Hindutək çalırdı bu könülləri. 

O Rumi üzüylə, hindu diliylə 



                                                                                                            

275


Etmiş Rum şahını özünə kölə

221


Bir şəkərxəndə, bir dümdüz neyşəkər, 

Sevimli, ən incə qönçə bir dilbər. 

Olduqca gözəl, həm nazlı bir pəri. 

Həm sudur, həm oddur parlaq gövhəri. 

Onundu bu gəlin, bu dilbər qönçə

Qarşıya çıxdı şah onu görüncə. 

Ishaqın rəsmində böyük hökmüran 

Ki, ağlın gözünə ondadır dərman, 

Əqd etdi, başladı qızın toyuna, 

Sonra qolun saldı onun boynuna. 

Töhfələr sazladı hindu şahına, 

Bir büsat başladı başlıq adına. 

Verdi top-top ipək, xalvarla gövhər, 

Qumaşdan bir çadır, qızıl taxt-zivər, 

Zümrüd cam, əqiqdən gözəl bir sini, 

Yaquta qərq etmiş hər birisini. 

Yaqutdan, ləldən düzülmüş bir tac, 

Polad nallı atlar - görməmiş qırmanc. 

Qulağı halqalı qullar və dilbər, 

Zərxara geyinmiş rumlu kənizlər. 

Insanın ağlına gələndən artıq 

Göndərdi Keyd üçün qatarla sandıq. 

Cahandar İskəndər kamına yetdi, 

Ayüzlü gəlinin toyunu etdi. 

Incəlik o qızda olmuşdur tamam, 

Əndamı bir parça soyulmuş badam. 

Lətif paludəyə barmaq vurunca 

Barmağı bulaşdı ona boyunca. 

Yonulmamış bir dürr, açmamış bir gül, 

Humay da o gülə vurğun bir bülbül. 

Yontuldu bu inci, açıldı qönçə, 

Pərdəli sözə bax, nə qədər incə. 

İskəndər istəklə olunca dəmsaz 

Dövlət işlərindən dincəldi bir az. 

Istəxrə sınanmış qasid göndərdi, 



                                                                                                            

276


Dövlət işlərindən məlumat verdi. 

Yazdırdı qəlbinə yatan sözlərdən, 

O müşkin ölkədə şanlı zəfərdən: 

"Hindistan səfərim olmuşdur belə, 

Necə ki, dost istər, baş tutdu elə. 

Keydə kin etməyə vermədim qərar, 

Dost oldu, dost kimi elədim rəftar. 

"Qənvuc"a gedirəm "Fur" üstə əlan, 

Bu yolda köməkdir ulu yaradan. 

Görüm orda nələr qarşıma çıxar, 

Bəlkə də iş bitər, mən deyən olar. 

Yunan dənizindən, Çin dənizindən 

Tutaraq, hər yerdə nayibim sənsən. 

Durma, yay dünyaya səadət səsi, 

Hər kəsə ver bizdən şənlik müъdəsi. 

Əskərlər, qocalar, pirlər, cavanlar - 

Nə qədər ölkəmdə var yaşayanlar, 

Hamını sevindir, bizdən ver xəbər, 

Xeyir ver, bilik ver, ədalət göstər". 

Belə məktub yazdı bütün kişvərə, 

Qasidlə göndərdi bütün ellərə. 

Səfər tədarükü gördü gəlinə, 

Hörmətlə göndərdi Yunan elinə. 

Ona qoşun verdi inanmışlardan, 

Yanına qoşdu şah böyük bir karvan. 

O zinətli taxtın yanınca yenə

Göndərdi Yunana ağır xəzinə. 

Torpağa gömüldü yerində qalan, 

O yerə qoydu bir bələdçi, nişan. 

Ağıllı vəzirə bir məktub yazdı, 

Ədalət işindən heç ayrılmazdı. 

Bildirdi ona hər yaxşı, yamandan, 

Dostlara üz verən bəxtiyar andan. 

İskəndər azacıq dincəlib durdu, 

Furun torpağında xeyməni qurdu. 

Şahların rəsmini tutdu həvəslə, 

Hindistan mülkünü doldurdu səslə. 


                                                                                                            

277


Başladı bəxşişlər verməyə hər gün, 

Dünyaya bununla olmuşdu üstün. 

Badələr qaldırdı Keyin adına, 

Indi badə qalxır onun yadına. 



İSKƏNDƏRİN HİNDİSTANDAN 

ÇİNƏ GETMƏSİ 

Saqi, ver mənə o qırmızı sudan 

Ki, ondan qocalar gəncləşir hər an. 

Ver, ondan parlasın gənclik ulduzu, 

Bu sarı gülləri edim qırmızı. 

Ox, yenə üz verdi şənlik, səadət, 

Çalğıçı çalğıya göstərdi rəğbət. 

Yazılan şerdən xəbər tutdu yar, 

Şairin ölməyən ümidləri var. 

Ey tarix söyləyən, dimağı parlat! 

Bu incə şerimi, durma, aydınlat! 

Söylə, döyüşlərdə böyük İskəndər 

Furların başına gətirdi nələr? 

Məqsədə uyğun nəql edən əhli-hal, 

Pərdədən göstərir belə bir xəyal: 

Keyd ilə girincə sülhə hökmüdar, 

Gah gülgün mey içər, gah edər şikar. 

Furu talan üçün göndərdi ordu, 

Bəxtiyar ömrünə son zərbə vurdu. 

Qılıncı çəkincə qından tacidar, 

Düşmənin kəlləsi oldu tar-mar. 

Mülkünü büsbütün eylədi tarac, 

Qoydu qılıncından başına bir tac. 

Düşməni düşüncə qədəmlərinə

Ölkəni tapşırdı başqa birinə. 

Oradan tərpəndi, ucaldı bayraq, 

Atlara etmədi saziş bu torpaq. 

Üç şey üç ölkədə fəlakət alır, 



                                                                                                            

278


Hər üçü məhv olur, ömrü azalır: 

Iranda fil, Çində pişik, Hinddə at 

Məhv olur, açmayır əsla qol-qanad. 

İskəndər gördü ki, o abü hava 

Yelayaq atlara etməyir vəfa. 

Tibetə tərpəndi tez Hindistandan, 

Oradan tez Çinə keçdi hökmüran. 

Tibetin dağına çatınca ordu 

Səbəbsiz sürəkli qəhqəhə vurdu. 

"Belə qəhqəhəyə, - sordu, - səbəb nə? 

Burda insan ancaq ağlar özünə." 

Dedilər: "Zəfəran rəngli bu torpaq 

Insanı səbəbsiz güldürür ancaq." 

Padşaha maraqlı göründü bu iş, 

Neçin bu qəhqəhə, neçin bu rəviş? 

Dənizi, qurunu, çətin çölləri 

Keçərkən hey mənzil-mənzil irəli, 

Yolu ov qanından qupquru gördü, 

Çölləri müşk ilə dopdolu gördü. 

Ceyranı görüncə çöldə nafədar, 

Əmr etdi gözəl bir ceyran vurdular. 

Hər yerdən sel kimi ordu axardı, 

Çöllərdən xalvarla nafə yığardı. 

Çin səhralarından keçdi bir zaman, 

Abadlığa çatdı böyük hökmüran. 

Bir çayır göründü cənnətdən də şən, 

Başını behiştə dayamış gülşən. 

Hər tərəf yamyaşıl, gözəl gülzardı, 

Hər dörd-beş addımda çeşmə axardı. 

Xoş iqlim, xoş hava, sıx, geniş orman, 

Yamyaşıl, meyvəli ağacdı hər yan. 

Saf çaylar, çeşmələr axır hər yerdə, 

Gümüştək parıldar mavi peykər də. 

Şeh düşmüş, ən lətif, ən təzə otlar 

Bir düzüm incidir sanki parıldar. 

Çeşmənin başında ceyran izi var, 

Yamyaşıl çəmənlər müşk ilə dolar. 


                                                                                                            

279


Maral dırnağını çəmənə çalmış, 

Yaşıllıq üstünə müşkin xət salmış. 

Tapılmaz boz bir yer, hər tərəf otlaq, 

Varsa da boz təpə - daşlıqdır ancaq. 

İskəndər görüncə o gözəl yeri, 

Hindistan şövqündən çəkildi geri. 

Atları, əmr etdi uca tacidar, 

O sulu otlağa boş buraxdılar. 

Bir həftə şən həyat sürdü vüqarla, 

O yerdə dincəldi pəhləvanlarla. 

O biri həftədə gözəl gün seçdi, 

Elə ki, uğurlu gün ələ keçdi, 

Köç təbli çaldırdı uca tacidar, 

O yerdən sürətlə Çinə çapdılar. 

Təbilçi dolduqca acığa, qəhrə, 

Təbildən qopurdu bağırtı, nərə. 

Çinin al güzgüsü şəfəq saçarkən, 

Ordunu Çin səmtə çəkdi hökmüran. 

O polad və zireh geyimli ordu - 

Hər biri yelqanad ata oturdu. 

Hava saf, gözəldir, yollar tikansız, 

Varsa da tikanlar, ballı, ziyansız, 

Dağların, çöllərin dadlı otundan 

Şəkərli süd əmər hər körpə ceyran. 

Ovlaqdan keçərkən şanlı İskəndər 

Tozundan çöllərə yayıldı ənbər. 

Şahın damğasını daşıyan ceyran 

Göbək salmış müşkin ağırlığından. 

Oxundan torpağa üz qoyan ceyran 

Gözündə tiryəktək görünür cahan

222



Kükrəyən aslandı ulu cahandar, 



Sıçrayan qaplandı altında şikar. 

O qədər ov etdi rumlu İskəndər, 

Ceyrandan, maraldan boşaldı çöllər. 

Atlar dırnağından ipək çöl, çəmən 

"Ceyrangöz" olmuşdu ceyran gözündən

223


Qabırğa deşən ox çəkirdi nərə, 



                                                                                                            

280


Ceyran da, müşk də düşürdü yerə. 

Başdan dırnağadək hər maral, ceyran 

Mədənə dönmüşdü qızıl oxlardan. 

Padşahın kamanı pusquda durur, 

Hər oxa bir maral, bir ceyran vurur. 

Oxların etdiyi incə nəqqaşlıq, 

Çöllərin rəngini silmişdi artıq. 

Ovlaqda ona ov oldu əyləncə, 

Vaxtını keçirdi bir gün, bir gecə. 

Dünyanın gəlini, dilbər gözəli, 

Hasara düşüncə göylər gözəli, 

Eşqindən gecə bir hindu qadıntək, 

Sehr etdi fəzaya, saçdı min bəzək. 

Öz köhlən atından İskəndər endi, 

Ordu da onunla bərabər endi. 

Rahatlıq etməyə qərar verdilər, 

Quş da tərpənmədi səhərə qədər. 

Sübhün gözəli zər xalxalı ilə 

Göyün xeyməsinə saçarkən şölə

224


Dünya hindu kimi tüstü yayardı, 

Yəğma və Xülləxtək cahan ağardı. 

Gurultu qopunca şahın təblindən, 

Yəğmaya, Xülləxə yayıldı şivən. 

Dünyanı dolaşmaq fikri daşıyan 

İskəndər qoşuna verdi bir fərman: 

Qoşunu bu yerdə düşərgə salsın, 

Bir ayı başa-baş dincini alsın. 

Tövlədən, axurdan doldu hər tərəf, 

Yaşıl çəmənlərdə biçildi ələf. 

Xaqana dedilər: bezdi çöl, orman 

Zirehli atların polad nalından. 

Irandan kükrəyib axan bu selin 

Əlindən qurtular nə xaqan, nə Çin. 

Bu bir seldir, tutar bütün dünyanı, 

Kölgədə buraxar keçmiş tufanı. 

Yağmuru xərabə edər hər yeri, 

Dənizdə məhv edər zor nəhəngləri. 


                                                                                                            

281


Qara əъdahadır, kükrəmiş Rumdan, 

Ölkələr görməmiş bir belə aslan. 

Həbəşin üzünə o damğa vurdu, 

Zənci qara geydi, bir matəm qurdu, 

Daranı büsbütün etmişdir tarac, 

Hindin şahlarından qapmış qızıl tac. 

Furların talanı bitincə, demək, 

Məqsədi Fəğfuru yəğma eyləmək. 

Yerindən qoparsa bu coşqun dəniz, 

Dağlar da kökündən uçar tərtəmiz. 

Qorxudan tez məclis çağırdı xaqan, 

Qorxmaqla haqlıydı elə aslandan. 

Qan ilə yazdı hər hüduda bir xətt: 

"Ölkəmiz qan ilə yoğruldu, dəHşət!" 

Bir məclis bəzədi, gəldi qasidlər, 

Göndərdi Xətadan Xütənə qədər 

Fərğanə, Pəncabı qoruyan, güdən 

Hüdudun sınanmış igidlərindən. 

Xərxiz ilə Çaçdan, böyük Kaşğardan 

Çağırdı hesabsız igid pəhləvan. 

Hər yerdən toplanıb gəlincə ordu, 

Xaqanın ürəyi sakitcə vurdu. 

Yürüyən bir dağın üstünə mindi, 

Bir polad dağ kimi yerdən tərpəndi. 

Şaha iki mənzil qalırkən ordu 

Tövlələr bağladı, çadırı qurdu. 

Tez-tez o padşahdan tuturdu xəbər, 

Ona nə yol ilə yetirsin zəfər, 

Gizlicə arayıb tapdı xəfiyyə, 

Düşmənin halını öyrənsin deyə, 

Nəhayət, xəfiyyə gətirdi xəbər: 

"Şanlı tacidardır rumlu İskəndər. 

Səxada, kərəmdə qazanmış ad-san, 

Gözəl bir məsləkdir, deyildir insan. 

Şüurlu ağıllı və açıq gözlü, 

Zəhmətdə sakitdir, xəlvətdə sözlü. 

Hər zaman mətindir, yaşar vüqarla, 


                                                                                                            

282


Kimsənin qanına susamaz əsla. 

Ədl ondan bir fayda görər, şər - ziyan, 

Xalq məmnun, tanrı da razıdır ondan. 

Hamıya yaxşılıq istər, kin bilməz, 

Kimsənin dərdinə sevinməz, gülməz. 

Görmədim ona bir üstün pəhləvan, 

Yoxdur pəncəsindən onun qurtulan. 

Oxu məgər Arış oxluğundandır 

Ki, daşlarda dərin yara ondandır. 

Şimşəkdir, qılıncı alsa əlinə, 

Ələ mey aldıqda, saçar xəzinə. 

Ağıl ölçüsüylə hər şeyi ölçər, , 

Hikmət qayçısıyla hər işi biçər. 

Saf, doğru olmayan sözə inanmaz, 

Mətindir, verdiyi sözünü danmaz. 

Hər işin üstünə düşsə, yaradır. 

Məclisdə, şikarda o bambaşqadır. 

Yalnız ov zamanı yox onda səbir, 

Döyüşdə, vuruşda çox səbirlidir. 

Vəhşəti dünyadan əqlilə qovmuş, 

Özü də padşahlar nəslindən doğmuş. 

Igidlər şahıdır, qızınca meydan, 

Sərxoşkən ayıqdır çox ayıqlardan. 

O işə girər ki, xəyaltək gəlir, 

Məclisdə hənəyi çox ətirlidir. 

Sözü az, özü çox səbirli, yumşaq, 

Doğruluqda doğru, düzlükdə qovaq. 

Minsə kin atına, qəhri guruldar, 

Yendiyi düşmənə mərhəməti var. 

Dalğalı tufandır sözdə dodağı, 

Alimdən dərs alır məsləhət çağı. 

Qocalar fikriylə girişir işə, 

O ancaq gəncləri alır döyüşə. 

Allaha sığınır o hər bir zaman, 

Yaman gün görərmi tanrı tanıyan? 

Sərvtək yəhərə qalxdığı zaman 

Atından fillərin bağrı olar qan. 


                                                                                                            

283


Qarşıya çıxarsa qocaman bir fil, 

Sanki fil qətrədir, o daşqın bir Nil. 

Azacıq haranlıq etsə at ona, 

Qamçıyla batırar onu al qana. 

Qıvrılmış ilantək sağ, sola qaçar, 

Şölətək arxaya, önə od saçar. 

Dünyanı sarsıdan padşahlar bütün 

Igidlər gücüylə oldular üstün. 

Orduda tək odur zor qılınc vuran, 

Həm ordu qırandır, həm ordu quran. 

Düşməndən nə qorxu, nə ürküsü var, 

Tək əlsiz, ayaqsız kəslərdən qorxar. 

Xeymədə büsatı çox geniş dilər, 

O yalnız əyləncə zamanı gülər. 

Istəməz baş əysin ona bir nəfər, 

Baş əyən kimsəyə çox hörmət edər. 

Bəxşişi xəzinə - budur həyatı, 

Tövləylə bağışlar qatırı, atı. 

Əl açan kəslərə kim gövhər verər, 

Bu, gövhər yerinə bir kişvər verər. 

Qəlbinə gətirsə nə kimi dilək, 

Tezliklə göyərdir onu bu fələk." 

Xaqan bu işlərdən tutunca xəbər, 

Haq verən şövkətdən eylədi həzər. 

Şah ilə sülh üçün qəlbi yumşaldı, 

Uzaqdan-uzağa məhəbbət saldı. 

Döyüşmək fikrindən daşındı artıq. 

Yol axtarırdı ki, etsin barışıq. 

Dünyanın şahına verdilər xəbər, 

Çin, Xəta türkləri hərbə gəldilər. 

Bir məsəl çəkdi şah ki: "Nəşəsi var, 

Ayağıyla gəlsə tora xam şikar." 

Mənimlə çarpışmaq istərsə əgər, 

Namərdlik deyil bu, çox mərdlik edər. 

Arizu yolları qısaldı sizə, 

Uzun yol həm də çox azaldı bizə. 

Onlara çin ilə çataram qaşı, 


                                                                                                            

284


Çin üçün qan ağlar Çinin dağ-daşı. 

Ağarırkən fəza, lacivərd göydən 

Günəş İskəndərə salam verirkən, 

Oturtdu katibi bir Ütaridtək, 

Müştəriyə vursun Zöhrədən bəzək. 

Bir məktub istədi olduqca parlaq, 

Kamil bir ay kimi aydın, yuvarlaq: 

Yazarkən ikiyə ayırdı sözü, 

Ümid bir gözüydü, qorxu bir gözü. 

İSKƏNDƏRİN XAQANA MƏKTUBU 

Qələmi alınca o qələmvuran, 

Ilk sözü başladı ulu tanrıdan. 

Anıldı bu yeri, göyü yaradan: 

Bir varlıq var olmaz onu anmadan. 

Ondandır hər ümid, rahatlıq, kömək, 

Arayan hər qəlbə ondandır dilək. 

Ən çətin günlərdə odur əl tutan, 

Tək odur qoruyan atəşdən, sudan. 

Xəzinə göstərir bəxşiş zamanı, 

Zəhmətdən qurtarır onun ehsanı. 

Bu dünya əzəldən olmazdı çox şən, 

Əmriylə oldu bir bəzəkli gülşən. 

Hökmünə uyanlar ən şərəflidir, 

Eşq olsun, kim ona afərin deyir. 

Namənin başını o bitirirkən 

Bir dastan bəzədi şahın dilindən: 

"Bu məktub yenilməz İskəndər şahdan 

İskəndər dostuna ki, odur xaqan. 

Göylər tanrısının əmriylə müdam 

Xaqana bizdən çox hörmət və salam. 

Çox gözəl anlayır o himmətli zat, 

Sizin bu ölkəyə sürərkən biz at, 

Irandan hərb üçün gəlmədim, ancaq 

Çinin xaqanına gəlmişəm qonaq. 



                                                                                                            

285


Pərəstiş yoluyla etsin itaət, 

Göstərsin qonağa lazımi hörmət. 

Sizin bu şəhərdə uca günəş var, 

Atını Məşriqdən Məğribə çapar. 

O günəş, bax, mənəm, gəlib çatmışam, 

Ordunu Məğribdən Şərqə atmışam. 

Tutdum ağ, qaranı qılınc gücüylə, 

Istəyən kimsəyə payladım belə. 

Həbəş ölkəsindən atıldım Çinə

225


At çapdım Məğribdən Məşriq zəminə. 

Işıqlı günəşin batdığı yerdən 

Günəş qaynağına at sürmüşəm mən. 

Qara müşk ağacı əkmişəm Hinddə, 

Fikrim ağ yasəmən tikməkdir Çində. 

Sürdüyüm dövrandan var isə qorxun, 

Əmrimin xəttindən qaçırma boyun, 

Hökmümdən azacıq boyun qaçırsan. 

Bərk qulaqburması verər bu dövran. 

Aslanı o yerə gətirmə, saqın, 

Şikara acıqla eyləsin axın. 

Qaytar, qoyma girsin bostana aslan, 

Fillərin yadına salma Hindistan. 

Başına açar bir böyük fəlakət, 

Sərxoşluq adına qurar bir işrət. 

Gördünmü, qılıncım çarpışma günü 

Etdi qan dənizi zənci çölünü? 

Söndürdüm Darada olan qüruru, 

Nə qədər kiçiltdim, bax, coşqun Furu. 

Başqa padşahları taxtından saldım, 

Başından bir anda tacını aldım. 

Firidun hərbimə gəlirsə bu gün, 

Əsirim olacaq, deyildir mümkün. 

Atım hər ölkəyə çapdığı zaman, 

Boşaltdım o evi azğın düşmandan. 

Mənə bir azacıq yaxşılıq edən. 

Dünyada yamanlıq görməmiş məndən. 

Hər kəsə söz verdim, bağladım ilqar, 


                                                                                                            

286


Sözümdən dönmədim, iqrarım - iqrar. 

Hər əhdə, peymana söz verdi dilim, 

Əhdimdən dönməyə varmadı əlim. 

Məqsədim, Yəğmaya, Çinə çapmaqdan 

Yəğma, Çin gözəli deyildir, inan. 

Özümün qiymətli incilərim var, 

Çinli qulamlarım, bir çox pərim var. 

Irandan Çinə at sürmək bir kərə

Mənimçin göylərdən düşməkdir yerə. 

Çin türkü, beynində nə varsa, burax, 

Bu kəskin küləkdə yandırma çıraq. 

Xəzinə və bəxşiş vermək yerinə 

Neçin bu aslanla başladın kinə? 

Neçin yol ağzına toplanmış ordun? 

Yolumda İskəndər səddini qurdun? 

Bizimlə döyüşə etdinsə niyyət, 

Buxuru atəşə tökmüşsən əlbət. 

Bəxtimi pişvaza gəldinsə, nədən 

Önümdə baş əyib üzr istəmirsən? 

Xəbər ver, hesabdan qalmayım geri, 

Səbətdə ilandır, ya sümükləri?

226


 

Ordu səbr etməkdən doymuşdur cana, 

Mənim bu səbrimdən gəlmiş həycana. 

Çinin ceyranını görmüş şirlərim, 

Az görmüş belə kök ceyran əskərim. 

Zəncirini qırmış qızmış aslanlar, 

Susamışdır qana qoç pəhləvanlar. 

Oxların dimdiyi oxluğu dəlir, 

Döyüşmək eşqiylə həycana gəlir. 

Nizənin yoldadır gözü, ey düşman, 

Gürzüm yüz batmandır, səninki batman. 

Əlinə yay alsa nişançı türklər 

Atdığı hər oxla bir ordu yenər. 

Ox atanlara da padişah olsan, 

Kamanı tutanlar alacaq nişan. 

Tüstümə düşərsə hər bir dudman, 

Çin naxşı olsa da olacaq duman. 


                                                                                                            

287


Alçaq bir insanam, sülh etməsən sən. 

Su içmək qədər də səbr eyləsəm mən. 

Nizəmdə məhv edər bu əъdahanı, 

Necə od tufanı yeyər samanı. 

Pəhləvan köksünə oxum yan alır, 

Aslanlar böyrünü hey nişan alır. 

Dənizin dibi də çarpışsa, bəzən 

Qılınc toz qaldırar göyə dənizdən. 

Qarşıma dağ çıxsa dayanmaz bir an, 

Bir dağ dikəldərəm dəmir oxlardan. 

Fil pəncə atarsa ayaqlaram mən, 

Filgövdə padşaham - filləri yenən. 

Ceyranı belindən, ovu budundan 

Çeynəmək şir üçün olduqca asan. 

Dənizlər laçını çıxsa şikara, 

Quşlardan yem verər o, balıqlara, 

Siz əlsiz, ayaqsız bir balıqsınız. 

Ağzında əъdaha nəhəngəm yalnız. 

Itlər ki, çox yaman sümük çeynəyir, 

O xəncər dişiylə çörək də yeyir. 

Qüvvətim hər yerə dirəmiş ayaq, 

O yerdə zəfərdir mənə bir dayaq. 

Kinlə qarşılaram kin yolu getsən, 

Məhəbbət edərəm, məhəbbət etsən. 

Cəvahir, ya nəhəng istəsən əgər, 

Dənizim həm nəhəng, həm gövhər verər. 

Görmədin, qılıncım başlarkən döyüş. 

Nəhəngdir, üstünə gövhər tökülmüş? 

Mənəm o xəzinə əъdaha peykər, 

Camımda zəhər var, həm də pazəhər. 

Məndə gövhər də var, əъdaha da var, 

De, görüm, hankısı işinə yarar? 

Ipəyə tutaram, hüzura gəlsən, 

Kəməndə salaram, inad eyləsən. 

Səninlə həm yumşaq tərpəndim, həm sərt, 

Hər iki sınaqla sınadım, əlbət. 

Qapıma sülh ilə qədəm qoysan sən, 


                                                                                                            

288


Günəştək çəkilib gedərəm Çindən. 

Yoxsa ki, düşərəm bu kin izinə, 

Çini tökdürərəm Çin dənizinə. 

Məktubu oxuyub salma təxirə, 

Barışıq, ya döyüş: göstər bir kərə. 

Sel tökən buludlar cuşa gəlirkən, 

Ayıq ol, dəhşətlə kükrəyən seldən." 

Çağırdı dil bilən kamil bir insan, 

Ömründə kimsədən qorxu duymayan. 

Yazılan məktubu tapşırdı ona, 

İskəndər möhrüylə verdi xaqana. 

Elə ki, məktubu oxudu xaqan 

Az qaldı yıxılsın uca taxtından. 

Məktubdan qəlbinə düşdü həyəcan, 

O həm zirək idi, həm zirək anan. 

Bu iki xəyala sarıldı ancaq: 

Sülh ilə yanaşmaq, yoxsa çarpışmaq? 

Fikrə əzab verər ikilik hər an, 

Yatağa baş qoyar çarə axtaran. 

XAQANIN İSKƏNDƏRƏ CAVABI 

Ey saqi, gülabtək şərabı bir an 

Üstümə sən mənim, qalxım yuxudan 

Bu gülgün gülabdan ciyər su alır. 

Hər bir başağrısı ondan azalır. 

Keşikçi, qapını, durma, tez bağla! 

Sonra get, sən də öz dərdinə ağla! 

Qəlbimi sıxıntı, qəmdən et uzaq

Məni öz düşüncə, dərdimə burax! 

Kimsəylə danışmaq həvəsim yoxdur, 

Özümlə etməli söhbətim çoxdur. 

Uzaq bir ölkədən müştəri kimsə

Gövhər mədənini görməyə gəlsə, 

Baxarsa Nizami xəzinəsinə, 


                                                                                                            

289


Düşsə söz bəzminin şən nəşəsinə, 

Söylə: "Ev sahibi evində yoxdur, 

Olsa da, yadlara qarşı soyuqdur." 

Yox, xəta söylədim, düşün, ey rəqib, 

Qəribə düşmənlik olmazmı qərib? 

Qapımı bağlama, get, açıq burax, 

Uğurlu sayılmaz qapı bağlamaq. 

Madam ki, söz mənə dəniz ad vermiş, 

Qapımı dəniztək açın siz geniş. 

Qapını aç, sula, durma bu yerdə, 

Ay kimi çadır qur xərabələrdə. 

Qoy gəlsin arayan kəslər, nəhayət, 

Bu söz sultanını etsin ziyarət. 

Üzümə sabah bir pərdə çəkirkən 

Gilədən Gilana tələsərəm mən. 

Müştərilər gəlir mənə hər yandan, 

Məni görmək üçün tapmazlar imkan. 

Rəssam fırçasından tək bir mənzərə

Çəkilmiş görərlər bəyaz dəftərə. 

Sözümdən, bax, necə kənara çıxdım, 

Hardaydım, gör, gəlib bir hara çıxdım? 

Bu parlaq xəznənin baş surətgəri 

Saçdı sərvətindən bu gövhərləri: 

Əfrasiyab mülkünün varisi erkən 

Başını günəştək ucaltdı Çindən

227


Tutmuşdu xəbər ki, Rumdan bir müdhiş, 

Kükrəyən əъdaha ölkəyə gəlmiş. 

Məktubu oxuyub dalmışdı xaqan, 

Dəhşətlər içində qalmışdı xaqan. 

Təmiz bir düşüncə, sağlam fikirlə 

Işin hikmətini keçirdi ələ. 

Əvvəlcə istədi sülh üçün xaqan 

Bir məktub göndərsin ona durmadan. 

Əmr etdi: otursun o çinli katib, 

Kağıza, qələmə versin bir tərtib. 

Şahlara yaraşan bir qələm çalsın, 

Hər sözə rütbəni nəzərə alsın. 


                                                                                                            

290


Qələmin nafindən tökdü katiblər 

Çinli ağ ipəyə müşk ilə ənbər. 

Şux, bişmiş sözlər ki, qəlb alır hər an, 

Insanın beynində yer tutub qalan, 

Ümidlər bəsləyən, qurtuluş verən, 

Sülh ilə çırpınan, hiddət göstərən, 

Çarpışmaq yolunu bağlayan əfsun, 

Daşları yumşaldan sehirli oyun. 

Tikici ox kimi dili bağlayan, 

Həm kinə, həm sülhə bir qapı açan. 

Naməyə oldu baş zinət, baş naxış 

Bir ad ki, bu adlar ondan yaranmış. 

Hamıya köməkdir kömək görmədən, 

Özündən diridir dirilik verən. 

Dünyanı yaradan o ulu qüdrət 

Güc verər zəifə, göstərər şəfqət. 

Göydəki işığa bayraq tikəndir, 

O qara divlərə qələm çəkəndir. 

Dolanan pərgara hərəkət verən, 

Mərkəzi nöqtəyə sükunət verən, 

Hər bir şey onunla etmədə zühur. 

Hər şey ki, verilir, verəni odur. 

Hər susan, söyləyən, ayıq, sərxoşdan 

Sirrinə yol tapmaz onun bir insan. 

Insanlar acizdir bəndə olaraq, 

Iqtidar, böyüklük onundur ancaq. 

Böyüklük o ulu tanrı ki, ondan 

Vücuda gəlmişdir zəmin, asiman. 

Söz açdı, padşahdan çox üzr istədi, 

Tanrıdan ona yüz afərin dedi: 

"Dünyada yaşayan tacidarlardan 

Açarı tək sənə vermiş yaradan. 

Dənizdən dənizə atıldın: sənin 

Irana, Turana uzandı əlin. 

Məğribdə döyüşdən-azad olaraq, 

Məşriqin xəttinə qaldırdın bayraq. 

Dünyanı büsbütün keçirdin ələ, 


                                                                                                            

291


Ürəyin döyüşdən doymamış hələ. 

Yolda əъdaha var, cilovu gəl çək, 

Əfsanə uzundur, gecələr gödək. 

Iran, Rum padşahı İskəndər sənsən, 

Mən də bu ölkədə fərman yeridən. 

Mən kimi qulların varsa bir yığın, 

Mən başqa bir şeyəm, olma çox qızğın. 

Sən də, mən də torpaq, yerlər də torpaq, 

Insan torpaq qədər olmalı yumşaq. 

Ağalıq torpağa girincədir şən. 

Torpaqda seçilməz kimsə kimsədən. 

Qətrəni dənizə atsalar əgər, 

Başqa qətrələrdən kim onu seçər? 

Bu daşlıq yerə ki, şah kölgə saldı, 

Ölkəmin neməti artıq çoxaldı. 

Verilən nemətin, haqqa inanan 

Şükrünü artırsın gərək hər zaman. 

Allah mənim üçün artırdı nemət, 

Təşəkkür edirəm tanrıya əlbət. 

Nə qədər canım var şükr edərəm hey, 

Dünyada varmıdır bundan gözəl şey? 

Eşitdim bir necə bilən kimsədən, 

Ordunu hər yerə çəkmək istərkən, 

Harda ki, bazar var, nemətlə dolu, 

Göndərərsən ora bir neçə rumlu. 

Ərzaqdan nə varsa, olub müştəri 

Alsınlar qarşıya çıxan şeyləri. 

Yandırıb quyuya tökürsən nemət, 

Haqq verən nemətə etmirsən hörmət. 

Şəhərdə bitincə bütün zəxirə

228



Çapırsan əъdaha kimi o yerə. 



Aclıqla ölkəyə sahib durursan, 

Mum əriyən kimi qızarmış oddan. 

Onunçun tərpəndim mən öz yerimdən. 

Qıtlığı qaldırmış öz şəhərimdən. 

Bu yerdə hiylə və füsun iş görməz, 

Çin sizə zəxirə və ərzaq verməz. 



                                                                                                            

292


Döyüşdən yaxşıdır barışıq, şəfqət, 

Biri dərd gətirir, biri səadət. 

Çinli tarlasını etmə tar-mar, 

Sənin də tarlanı bir gün sel basar. 

Qüvvətli olsan da, qəlbi yumşaq ol, 

Şahlıqdan yaxşıdır tanrı qoyan yol. 

Yaramaz heç zaman ağıllı insan 

Özündən güclüyə oxusun meydan. 

Dünyaya yarayan böyük ağılsan, 

Hökmünə bağlıdır hər yaxşı, yaman. 

Bir şəxsin olmasa şəxsə imdadı 

Say vaxtı heç saya alınmaz adı. 

Sənə məxsusdur bu padşahlıq, dövlət, 

Sənədir tanrıdan fərman və şövkət. 

Hər bir şey təməldən möhkəm qurulur, 

Təməlsiz binalar çox tez də uçur. 

Gümüşü zər etmək, əqiqi billur, 

Meyvəni zorakı yetirmək olur. 

Satıcı almanı evdə yetirir, 

Odur ki, yeyərkən dadı itirir. 

Ədl üçün yaratmış səni yaradan, 

Zülüm baş verərmi adil padşahdan? 

Dünyada zalıma eləmə kömək 

Ki, bir gün bu işdən sorulur, bişəkk, 

Pozsa öz rəyini rəyi xoş insan 

Öz abad mülkünü etməzmi viran? 

Təbii halından bu dönük dövran 

Istiyə, soyuğa uyduğu zaman

O isti, soyuqda arama səhhət, 

Dəyişmiş ondakı sağlam təbiət. 

Ilin hər fəslinin var əlaməti, 

Gərəkdir göstərsin o təbiəti. 

Hər bahar göstərsin baharlığını. 

Hər bir yay göstərsin öz varlığını. 

Hər şey öz əlindən döndüyü zaman 

Dönənlərə qarşı dönər bu dövran. 

İskəndər insafla ad almış ərdir, 


                                                                                                            

293


Yoxsa hər bir igid bir İskəndərdir. 

Sanma ki, acizəm qızğın döyüşdə, 

Dağdan toz qoparram bir tərpənişdə. 

Fillərin belinə taxt qoysam əgər, 

Hindistan mülkündən xəracım gələr. 

Alaram altıma qızmış aslanı, 

Belinə qoyaram hürgüc palanı. 

Səninlə, dövlətlə, şövkətlə, əlbət, 

Kin alışdırmağa etmədim niyyət. 

Bu yerə onunçun açdınsa qanad, 

Qarşında bəndətək əyilmiş qat-qat. 

Başımı qanında sürtüm torpağa, 

Tək mən yox, baş əyər Çində hər ağa. 

Zehninə nə gəlsə, ona gedərəm, 

Böyük bir minnətlə qəbul edərəm. 

Bu işdə yox mənə əskiklik, töhmət, 

Qonaqsan, qonağa vacibdir hörmət." 

Qəlb açan cavabı qasidə verdi, 

Məktubu durmadan şaha yetirdi. 

Oxudu o qızmış aslan məktubu, 

Maralın ovuna müntəzir durdu. 

Çin şahı qorxurdu gecə basqından, 

O gecə sübhədək yatmadı xaqan. 

Günlərin birində parladı dünya, 

Günəş nur saçarkən torpağa, suya, 

Xaqan öz ağlının yoluyla getdi, 

Sınanmış kəslərlə məsləhət etdi. 

Bir vəziri vardı ağıllı, bilən, 

Dünya nur alırdı tədbirlərindən. 

Ortaya hər hesab atsaydı xaqan 

Vəzir həll edərdi onu hər zaman. 

Ondan öz fikrini sordu bu işdə, 

Fikri sağlam idi hər bir gedişdə. 

"Bu kinin önündə nə sayaq durum? 

Çarxın qulağını mən necə burum? 

Madam ki, qaşını çatmışdır bu Çin, 

Nə atsın ilk zərim - məhəbbət, ya kin? 


                                                                                                            

294


Çarpışsam, düşmənim güclüdür, əzər, 

Başını Keyxosrov tacları bəzər. 

Onunla keçinmək istərəm gerçək, 

Xalq məni aciz bir xaqan biləcək. 

Bilmirəm bu şahın nədir istəyi? 

Ölkəyə gəlməkdən nədir diləyi? 

Xaqana söylədi ağıllı vəzir: 

"Çətindir göstərmək sənə bir tədbir. 

Əzmin çox kəskindir, qorxuram, yəqin, 

Əmrin də əzmintək olacaq kəskin. 

Barına, orduna məğrur olaraq, 

Yenilmək görünür sənə çox uzaq. 

Belə bir şəhriyar gəlmiş qapına, 

Dostluq qapısını bağlama ona. 

Fəth etmiş, hər yerə basarkən ayaq, 

Bu işə olarmı heç soyuq baxmaq? 

Oyunmu sanırsan bunu, tacidar? 

Bu işdə yararlı incə nöktə var. 

Bu işlər tanrının işidir, bişəkk, 

Düşməklik - tanrını sınamaq demək. 

Günəşi qılıncla sarsıtmaq olmaz, 

Qocaman Əlbürzü dağıtmaq olmaz. 

Qəbul et, yoxsa bu qocaman fələk 

Dövlət sahibinə ziyan verəcək. 

Nə bəxti atmağa yarar, ey xaqan, 

Nə də bəxtiyara kəsilmək düşman. 

Xoşbəxtə taxılma, olsan da mətin, 

Onunla çarpışmaq çətindir, çətin. 

Bəxtiyar əzm etsə, başmağı cütlə, 

Ən kəskin neştərə vurulmaz şillə. 

Onunla bircə ay get keçin bir az, 

Bu yerdə yad olan çox uzun qalmaz. 

Şişəyə öncə sən vurma daş, kəsək, 

Qırılsa çətindir onu düzəltmək. 

Yaralar sağalıb taparsa səhhət, 

Yaranın yeri tük çıxarmaz, əlbət. 

Çalış ki, bu qara əъdaha bədən 


                                                                                                            

295


Hörmətlə sovuşsun bizim ölkədən. 

O gün daş atıldı Sinin tasına, 

Gəldi bu əъdaha Çin qapısına. 

Düşünmə, lacivərd boyalı paltar 

Hər şəxsə göylərdən gəlir, ey salar!

229


Ahəngsiz səs ilə inləyir cahan, 

Qüsur pərdədədir, suçsuzdur çalan. 

Pərdəyə istəsən xoş ahəng vermək 

Həmahəng pərdəyə get elə kömək." 

Düşmənlik etməkdə Çin tərəfdarı, 

Görmədi fələkdən kömək asarı. 

Düşündü bu işə uyğun bir çara, 

Itaət etməyi aldı qərara. 

Əzm etdi sülh ilə yola gəlməyə, 

Dərgaha üz qoysun "elçiyəm" deyə. 

Nəzərdən keçirsin o cahandarı, 

Başını dik tutan o başçıları. 

Şahlıq şövkətini görərək bir bir, 

Sonra da bu işə töksün bir tədbir. 

Günəş qayıqçısı o gün səhərkən, 

Qayığı salırkən suya sahildən, 

Xütən şəhriyarı, Çin tacidarı

Tədbirlə geyindi elçi paltarı. 

Aşina olmadan kimsə bu sirrə. 

Çapdı İskəndərin düşdüyü yerə. 

Şahın dərgahına gəldiyi zaman 

Bu işdən tez xəbər tutdu hökmüran: 

Hüzura bir elçi göndərmiş xaqan, 

Görüşdə mübarək, sözdə pəhləvan. 

Padişah əmr etdi: "Gəlsin hüzurə, 

Buyursun elçilər oturan yerə." 

Möhtəşəm elçi tez girdi dərgaha, 

Pərəstiş yoluyla baş əydi şaha. 

Əmr etdi, otursun aşağı yandan, 

Xaqanın əmrini eyləsin bəyan. 

Padşahın əmriylə elçi oturdu, 

Oturdan kimsəyə bir də baş vurdu. 



                                                                                                            

296


Bir zaman oturdu qırpmayaraq göz, 

Yaxşıdan, yamandan açmadı bir söz. 

Gördüyü büsata qalaraq məhbut, 

Etdi o dövrədə nöqtətək sükut. 

Elçiyə işarə etdi İskəndər: 

"Xaqandan gətirdin, söylə, nə xəbər?" 

Bulud arxasında gizlənən o ay 

Qılınctək dil açdı, dür saçdı lay-lay: 

"Iran, Rum şahının bu gəlməsindən 

Səadət taparaq, ölkə oldu şən. 

Bu yerlər, ölkələr, Çindən Maçinə

Böyük tacidarın keçsin əmrinə. 

Dünyada yaşasın uca dərgahı, 

Olsun tacü taxtın böyük pənahı. 

Gizli sözlərim var sənə, tacidar, 

Qorxuram bu yerdə etməyə izhar. 

Belə əmr etmişdir məni göndərən: 

"Xəlvət et, olmasın eşidən, görən. 

Qalmasın xaslardan gərək bir nəfər, 

Bir sən ol o yerdə, bir də İskəndər. 

Açıqda, gizlində qalsa bir kimsə, 

Sirrimi açma sən, düşməsin səsə." 

İskəndər çəkindi yersiz istəkdən, 

Ehtiyat eylədi xəlvət etməkdən. 

Əmr etdi durmadan böyük tacidar: 

O sərvə vursunlar qızıldan cidar. 

Qızıl bir kəmərlə çəkib qolunu, 

Bir zəncir altına aldılar onu. 

Çəkildi büsbütün saraydakılar, 

Qapıya yönəldi xaslar, hər kim var. 

İskəndər tək qaldı, çəkindi ancaq

Yanına bir almas qılınc qoyaraq. 

Söylədi: "Kimsə yox, bir mənəm, bir sən. 

Durma, aç düyünü qapalı sözdən." 

Padşahın əmrilə əsrarlı kişi 

Düyünü qıraraq, anlatdı işi. 

Əsrarın üzündən pərdəni açdı, 


                                                                                                            

297


Duaya başladı, inci, dür saçdı: 

"Necə ki, yaşıla bürünüb hər bağ. 

Hər qızıl gül olur yanar bir çıraq. 

Gül kimi parlasın üzün hər zaman, 

Tək səndən yaşıllıq alsın bu cahan. 

Qazılsın dünyanın möhrü adına. 

Çatasan dövlətə, öz muradına. 

Zənnimcə tanıyır məni şəhriyar, 

Daha yalvarmağa nə ehtiyac var? 

Sirrimdən əgər o tutmamış xəbər. 

Bilirəm, İskəndər doğruluq sevər. 

Sənə öz yanımdan elçi gəldim mən, 

Əsirin olmuşam, əsir etmədən. 

Mənəm Çin xaqanı, qoşun sərvəri. 

Sənin xidmətində öpürəm yeri." 

Pozuldu bu cəsur işdən tacidar. 

Xoşuna gəlmədi belə bir rəftar. 

Acıqlı bağırdı ona hökmüran: 

"Seçilir qumaşın üzü astardan. 

Tərlandan seçirəm aciz sərçəni, 

Bağrından tanıram müşkü, nafəni. 

Ancaq saxlayıram həya və hicab, 

Örtülü kəslərdən açmaram niqab. 

Anlat ki, nə məcbur eyləmiş səni, 

Gizlində qalmadın, yırtdın pərdəni? 

Indi Rum şahından heç qorxmayaraq, 

Poladı mum kimi sandınmı yumşaq? 

Sarsılmaz qolumdan qorxmadınmı sən? 

Mənim tərəzimə torpaq tökürsən!

230


Gənc maral nə qədər olsa da cəsur, 

Cilovu aslandan çəkməsi xoşdur. 

Bir cavab olaraq söylədi xaqan: 

Yüz min afərinə ey layiq olan, 

Bilirəm amansız deyil padişah, 

Dərgaha onunçun gətirdim pənah. 

Başımı hansı düşmənim kəsər? 


                                                                                                            

298


Dişini uzaqdan göstərsə qaban 

Kin ilə döyüşər o qara aslan. 

Dişini çıxarıb, əysə boynunu, 

Aslan da toxunmaz, bağışlar onu. 

Məndən ki, görməmiş sultan namərdlik, 

O igid aslandan uzaqmı mərdlik? 

Qarşına qılıncla gəldiyim zaman 

Qorxardım səndəki kəskin qılıncdan. 

Mən ki göstərmədim sənə xəyanət, 

Daha üz verərmi mənə həqarət? 

Ölkəmə at saldın, göstərdin şəfqət, 

Sənə kin bəsləmək olur cinayət. 

Qəlbimdə qalmadı kin, qərəz əsla, 

Dərgaha gəlmişəm belə inamla, 

Mən şəfqət göstərsəm, bağlamasam kin, 

Kim kəsər başını şəfqət edənin? 

Tutaq ki, günahım həddən artıqdır, 

Qəriblik bir böyük üzürxahlıqdır. 

İskəndər insaflı, mərhəmətlidir, 

Suçsuza hər zaman şəfqət göstərir. 

Kim ona sığınsa, qanından keçər. 

Kim aman istəsə, görməz bir zərər. 

Mən ki bu dərgaha öncə yönəldim, 

Səndəki ədalət izilə gəldim. 

Adildir cahangir, böyük İskəndər, 

Ona hər bir zaman haqq yardım edər." 

Yağlı bir dil ilə nöktələr saçdı, 

Padşahın qəlbindən düyünü açdı. 

İskəndər söylədi: "Xoş gəldin, şad ol, 

Belə düşkünlükdən artıq azad ol! 

Ancaq bu gəlişdən nə imiş fikrin, 

Bu necə sirrdir, aydın göstərin?" 

Sığınan dedi: "Ey dünyaya sığnaq. 

Bu sirri yararmı səndən saxlamaq? 

Bu uca dərgaha onunçun gəldim, 


                                                                                                            

299


Fikrini, yolunu bilib öyrəndim. 

Gəlməkdən məqsəd nə? Anladım bunu, 

Nədir bu gəlişin əvvəli, sonu? 

Əl tutsa mənə bu dönük ruzigar, 

Padşahı kin ilə edim bəxtiyar. 

Bu dilək əlimdən gəlməsə ancaq, 

Dəstimdən çıxan ox düşərsə uzaq, 

Məqsədim hörmətlə öpməkdən yeri. 

İskəndər kinindən çəkilsin geri. 

Mən əsirgəmədim canımı şaha, 

Qılınca əl atmaq nə gərək daha. 

Cəvahir əlinə gəlirsə asan, 

Nə çıxar zəhmətlə daşı yonmaqdan? 

Madam ki, sülh ilə göyərər dilək, 

Döyüşə at çapmaq daha nə gərək? 

Çin, Turan taxtını məndən istəsən, 

Boynumu çəkmərəm bu itaətdən. 

Dostluğu ataraq kəsilsən düşman, 

Atamın yurdunu bağışlamasan, 

Adının möhrünü edərəm qəbul, 

Olaram mən satın alınmamış qul 

Nə olur, padşahın geniş mülkündə

Çoxalsın get-gedə dost olan bəndə. 

Vuruşa qəsd etmə, kinindən çəkil, 

Bütün Çin donunun bir çini deyil. 

Dəyərli qulların çin-çin saçından 

Bir çin də mənə ver, sənindir fərman. 

Ayın saf üzünə yaraşmaz bu çin, 

Qaşının tağından çəkilsin bu kin." 

İskəndər söylədi: "Ey fikri gözəl. 

Verdiyin sorğuya eləyim əməl: 

Düşmənin başını öpsün toz, torpaq, 

Olsun yad kimsələr dünyadan uzaq. 

Əmrinə baş əyən hər bir kişvərdə

Nayiblər tikilsin məndən hər yerdə. 

Indi ki, mən sənə qılınc çəkmədən 

Başını əyərək təslim oldun sən, 


                                                                                                            

300


Taxtınla başını uca eylərəm, 

Tacını başında saxlarsan möhkəm. 

Nə mülkün, nə tacın gərək. Ol əmin, 

Qoymaram ki, olsun işlərin çətin. 

Yalnız bir şərtim var, bütün mülkündən 

Mənə yeddi illik xərac verəsən. 

Yeddi il vergisi verilsə mənə, 

O başqa vergilər halaldır sənə." 

Dinləyən ağlına aydınlıq saçdı, 

Ağzını incə bir cavabla açdı: 

"Tacidar nə haqla istəyir hələ 

Yeddi illik xərac bu az ömürlə. 

Ömrümü edərsən təmin yeddi il. 

Yeddi il xərc vermək çox çətin deyil." 

Bu sözü bəyəndi uca hökmüran, 

Qızınca beyni bu incə cavabdan, 

Söylədi: "Altı il nə versə diyar, 

Ayaq müzdü verdim sənə, ey huşyar. 

Görürəm şüurun, ağlın incədir, 

Qəbuldur mənə tək bir illik gəlir." 

Türklərin xaqanı dünya şahından 

Daşqın bir sevinclə oldu kamiran. 

Dərgahın tozunu kirpik ucuylə

Süpürə-süpürə söylədi belə: 

"Bilirəm: mətindir verdiyi peyman, 

Gücünü artırsın ulu yaradan! 

Madam ki, tacidar söz verir buna, 

Əz əliylə bir xətt gərəkdir mana. 

Bir illik xəracı verdiyim zaman 

Məni öz yerimdə qoysun hökmüran. 

O xəttin qolumda olsun bir qolbaq, 

O xətti başımçın saxlayım ancaq. 

Başımla mən də söz verirəm, inan, 

Bu dostluq yolundan çıxmaram bir an." 

Söz getdi arada, bağlandı peyman: 

Qaçsın hər ikisi vəfasızlıqdan. 

Düşmənlik silinsin, dostluq var olsun, 


                                                                                                            

301


Bu dünya durduqca bərqərar olsun. 

Nəhayət, bir fərman verdi hökmüdar: 

Xaqanın qolundan açılsın bağlar. 

O qızıl zəncirdən ucalsın başı, 

Tacının cəvahir olsun daş-qaşı. 

İskəndərlə bitdi bu əhdü peyman, 

Öz ordugahına qayıtdı xaqan. 

Gecənin sultanı açınca çətir, 

Qaranlıq müşk kimi saçırdı ətir. 

Ulduzlar o qədər qızıl səpirdi. 

Yer öküzü qızıl altına girdi. 

Şah meylə təskinlik verdi dimağa, 

Axıtdı şərabı yaqut dodağa. 

Axşamdan sübhəcən oturdu yenə, 

Içdi Cəm camını Cəmin eşqinə. 

Yuxunun yoluna səpmişdi tikan, 

Zəhməti, kədəri unutmuş bir an. 

Nə düşmən işindən kədər çəkərdi, 

Nə keşikçi səsi, nə döyüş dərdi. 

Sübhəcən şahanə qədəh sonaraq. 

Gecəni keyf ilə keçirdi oyaq. 

Təbii yaqutu yontunca zaman, 

Yaqutlu tac ilə cüft oldu cahan

232


Qapıdan girdi tez keşikçi əskər: 

"Neçin qəflət etmiş uca İskəndər? 

Budur, Çin xaqanı qoşunla gəlir, 

Ayağı altında yer, göy titrəyir. 

Qaynaşan ordusu dünya doldurur, 

Göylərə səs salmış təbil və şeypur. 

O qədər fil var ki, incinir yollar, 

Günəşə, aya baş qaldırmış qubar. 

O qədər qoşun var, çıxmış hesabdan, 

Heç bir kəs görməmiş o qədər insan. 

Ordusu daşıyır hər çeşid yaraq, 

Poladdan dənizdir, hər dalğası dağ. 

Xaqan da oturmuş qocaman filə, 

Arada iki mil vardır fasilə." 


                                                                                                            

302


Bu heyrətli işdən tutunca xəbər, 

Padşahlıq taxtından endi İskəndər. 

Yol ölçən bir köhlən ata oturdu, 

Hərb üçün sazladı müntəzəm ordu. 

Xaqanla döyüşə tez hazırlandı. 

Onun peymanını bir hiylə sandı. 

Əmr etdi, təbillər gurlasın kinlə, 

Düz qaşlar çatılsın düyünlü çinlə. 

Uca bir dağ kimi ordu çəkərək. 

Vurdu ox, yay, qılınc, qalxandan bəzək. 

Kəşfiyyat qoluna verdi çox yaraq, 

Dənizdən buluda ucaltdı bir dağ 

Bu işdən xaqana verildi xəbər. 

Onunla döyüşə çıxmış İskəndər. 

Ordunun qəlbində at sürdü xaqan. 

Səs ilə bağırdı: "Kimdir hökmüran? 

Söyləyin atını bu səmtə çəksin, 

Üzünü üzümdən gizləyir neçin?" 

O çinli səsindən İskəndər durdu, 

Donunu çinləyib belinə vurdu. 

Fil yıxan atını səyirtdi hamam. 

At saldı öndəki filə durmadan. 

Dil açdı. türklərə eylədi qarğış: 

"Fitnəsiz anadan bir türk doğmamış. 

Çinlidən gözləmə çin qaşdan başqa, 

Verdiyi peymana çevirir arxa. 

Nə doğru söyləmiş keçən qocalar: 

"Çinlidən umulmaz vəfa, etibar." 

Hamı dargözlüyə bəsləmiş rəğbət, 

Başqanın gözündə görürlər vüsət. 

Əvvəlcə sülh üçün niyə söz verdin? 

Sonra düşmənlikdə nə fayda gördün? 

Peymanım, qəlbim bir, tutmuşam bir yol, 

Sözüm az, doğruluq, sədaqət bol-bol. 

Demək ki, sizlərdə məhəbbət kindir, 

Çindəki türklərin qəlbi çin-çindir. 

Bu çinli türklərdə olsaydı vəfa 


                                                                                                            

303


Donunun çinində yaşardı dünya. 

Qəlbimi bağladın öz peymanına, 

Ey dönük, indi səs vurursan mana. 

Poladdan bir dağa dönsə vücudun, 

Yəcucdan, Məcucdan olsa da ordun, 

İskəndər, İskəndər sədditək, inan, 

Tərpənməz o polad əzən Yəcucdan. 

Turacın əcəli çatdığı zaman 

Şahin ovlağına qonar havadan. 

Çəyirtkə al qanad açınca, əlbət, 

Al qanla verəcək sərçəyə bir xətt. 

Tacını alaram dikbaşlıq etsən, 

Suçundan keçərəm dostluğu güdsən. 

Tinətim yaralar, həm də sağaldar, 

Arıtək həm balım, həm də iynəm var." 

Dedi Çin xaqanı: "Mən, ey şəhriyar, 

Sözümdən dönmədim, möhkəmdir ilqar. 

Sənə dost demişəm, dostam hər zaman, 

Sözümdə doğruyam, möhkəmdir peyman. 

Hökmünə baş əydim, artıq dönmərəm, 

Verdiyim əhdimdə sabitqədəməm. 

Yanına onunçun gəlmişəm, inan, 

Manqalın ətr alsın mənim udumdan. 

Biləsən məndə də var qüvvət, hünər, 

Ulduzlar göyünə çəkərəm əskər. 

O qədər hünərsiz deyiləm ki, mən 

Yenmədən qayıdam hər bir döyüşdən, 

Görürsən, dağ kimi var mətin ordum, 

Coşqun bir dənizdən belə yox qorxum. 

Yalnız arxa duran tale var səndə, 

Yer sənə kölədir, göy sənə bəndə. 

Kin, inad göstərən bir bəxtiyara, 

Çəkir öz başını ağacda dara. 

Sənin arxandadır bu göy, bu dövran, 

Dövranla döyüşmək olurmu asan?" 

Endi fil belindən, durdu fil kimi, 

Çağladı Firona doğru Nil kimi. 


                                                                                                            

304


İskəndər gördü ki, üzr ilə xaqan 

Ona üz çevirmiş, gəlir hərasan. 

Önünə at çəkdi, misli yox Çində, 

Başdan quyruğacan qızıl içində. 

Endi bu at ilə onu kamiran, 

Yanında yer tutdu böyük pəhləvan. 

Bu atdan başqa çox şey verdi ona, 

Bir illik xəracı keçdi xaqana. 

Dost olandan sonra şah ilə xaqan 

Düşmənlik kəsildi xanədanlardan. 

O yerdə birləşdi hər iki ordu, 

Hər iki padşahın qəlbi bir vurdu. 

Silahı, acığı tökdülər yerə, 

Töhfələrlə onlar keçdi alverə. 

Çinin süpəhdarı Çin diyarından 

Azuqə göndərdi şaha hər zaman. 

Sarayın xalqına bu yeyintilər 

Kifayət edirdi axşam və səhər. 

Çalğı məclisində qədəh vurardı, 

Birlikdə oturar, birgə durardı. 

Məclisdən ovlağa çaparkən onlar, 

Ikisi bir yerdə edərdi şikar. 

Heç biri təklikdə içməzdi badə, 

Hər biri hər işdə yaşar azadə. 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin