2 Nİzami GƏNCƏVİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   2   3   4   5   6   7   8   9   ...   23

MİNACAT 

Kimsəm yox, ey bizə böyüklük verən, 

Pənahım da sənsən, köməyim də sən. 

Çıl-çılpaq gəlmişəm, ey pərvərdigar, 

Hər şeyim sənindir, mənim nəyim var? 

Sən verdin mənə bir işıqlı çıraq, 

Onu hər küləkdən özün et iraq. 

Əkməyə sən verdin sağlam bir qüvvət, 

Mənə əkdiyimdən ayır bir qismət. 

Təpələr ucadır, sellər çağlayan, 

Çevirmə yüyəni bəxtin yolundan. 

Məni bu sellərdən sən elə qurtar, 

Körpünü qırmasın bu daşqın çaylar. 

Gəlmişəm qapına, üzümdür qara, 

Bağışla, ey tanrı, yaxma odlara. 

Üzümü ağ elə sən, ey yaradan, 

Ümidsiz qaytarma uca qapından. 

Torpaqdan yoğurub yaratdın məni, 

Təmiz, natəmizdən etdin bədəni. 

Tiynətcə yaxşıyam, yamanamsa mən, 

Bu nəqşi sən mənə vurdun əzəldən. 

Biz aciz bəndəyik, sənsən yaradan, 

Sənin qüvvətinlə yaşayır insan. 

Yaranmış hər bir şey baxıb görənə

Yaradandan verir xəbəri yenə. 


                                                                                                            

24

Mən sənə ağlımla salıram nəzər, 



Yolunu görməmək olarmı məgər. 

Hər bir yaranmışın sənsən mənası, 

O ancaq məxluqdur, sənsən ustası. 

Ağıl nəzərindən keçən hər surət 

Deyilmi nəqqaşı göstərən höccət? 

Arada məsafə olduqca uzaq, 

Səni tək səninlə mümkündür tapmaq. 

Yerlərdə, göylərdə qoyulan əsas 

Ağıl ölçüsündən kənara çıxmaz. 

Bələdçi olmağa cəhd edər xəyal, 

Əndazədən kənar yol tapmaz hər hal. 

Yaramaz payədən kənara çıxmaq, 

Hədsizin sonuna qoyulmaz ayaq. 

Kainat hüdudu başa yetincə, 

O səmtə yol tapmaz aciz düşüncə. 

Düşüncə bu qədər yol tapar ancaq, 

Sən başqa bir şeysən, hüduddan uzaq. 

Ey tanrım, umuram, öz hikmətinlə 

Işıq yol açarsan məsləhətinlə. 

Qarşıma elə bir yol çıxar, bunlan 

Mən nicat tapım ki, razı qalasan. 

Başqa bir çarəm yox, təsliməm ancaq, 

Qəzadan olurmu boyun qaçırmaq? 

Etdiyim duadan yazaram bir xətt, 

Üstündə möhrünü qoysun Məhəmməd. 

Həm də dörd xəlifə şəhadətiylə, 

Yüzlərcə eşq olsun dördünə belə. 

Qanlını qurtaran xətt sənəd kimi, 

Qolumda qalar bir bazubənd kimi. 

Başlarkən qılınctək kəsən məhkəmən, 

Məhşərlə qiyamət qarşı gəlirkən, 

Hər kəsin boynunda nameyi-əmal, 

Mən də bu naməni çıxarram dərhal, 

Göstərrəm, insafla hökm verənsən, 

Bununla hökm ver, çün hakim sənsən. 

Ümidim sənədir, ey ulu tanrı, 



                                                                                                            

25

Qapından ümidsiz qaytarma barı. 



Atımı həddimdən uzaq salmışam, 

Yolunda mən yarı yolda qalmışam. 

Taxtımı qapında düşür, yaradan, 

Məni azdırma öz doğru yolundan. 

Səndən yol göstərmək, məndən aramaq, 

Mən cana gəlmişəm, sən can ver ancaq. 

Sevdiyin ayinlə, ey pərvərdigar, 

Sən mənsiz bəzədin mənə bir bazar. 

Bu zinət naxşını salma rövnəqdən, 

Mənə öz xəznəndən bir pay ayır sən. 

Bu zəif varlıqdan nədir istəyin? 

Elə bil əvvəldən yoxmuş bu miskin. 

Sən əziz tutmusan, yandırma məni, 

Nəzərin məndəykən qovma bəndəni. 

Sən verdin mənə bu uca rütbəni, 

Sən də bu zindandan gəl qurtar məni. 

Indi ki vermişsən böyüklük, ad-san, 

Kömək ol mənə, ey adil yaradan. 

Hər kimin başına qoydunsa külah, 

Salma toz-torpağa, əziz tut, allah. 

Qapının sirdaşı olan bir qəlbi 

Qoyma hər qapıda dilənsin, rəbbi. 

Sən mənim işimi alma nəzərə, 

Işimə əncam çək ədlinə görə. 

Nizami bu uca dərgahda ancaq 

Ulu Mustafanı şəfi tutacaq. 



                                                                                                            

26

SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ 

Seçilmiş elçidir ulu tanrıdan, 

Möhkəm hökmləri xalqa çatdıran, 

Qiymətli tacıdır azadələrin, 

Ən dəyərlisidir bütün bəşərin. 

Əzəldən əbədə bütün yaranmış, 

Məhəmməd adından almışdır naxış. 

Əqlin qanadına tək odur çıraq, 

Varlığa işığı o verir ancaq. 

Zamindir qaraya, ağa bu rəhbər

13



Şəfaət edəndir qopunca məhşər. 

Kölgəli ağaclar din saçan bağda 

Budağı göydədir, kökü torpaqda. 

Ziyarətgahıdır peyğəmbərlərin, 

Nemət verənidir bütün bəşərin. 

Bu yanar çırağa vermədən işıq 

Dünyada bir işıq yox idi artıq. 

Xalını qaraldır Əbbasilərin, 

Gözünə nur saçır şəmmasilərin

14



Dodağı Isadan daha möcüzkar

15



Zülmətin suyutək geyinmiş paltar

16



Göy - ona dünyada dörd tağı quran, 

Yer - ona fələkdə beş növbət vuran

17



Odur öz ağlına eləyən təkyə, 



Ayı barmağıyla bölən ikiyə

18



Ona bac verəndir bütün Rum və Rey, 

Xərac göndərəndir Kəsra ilə Key. 

Yağdıran buluddur o səmapeykər, 

Bir əlində qılınc, birində gövhər. 

Gövhərlə dünyaya vurmuşdur bəzək

Qılıncı din üçün çağırmış kömək. 

Padşahlar qılıncı çəkdiyi zaman 

Baş bədəndən düşər, tac isə başdan. 

Bu isə əzməyə verərsə qərar, 

Qılıncı çəkmədən tökülər başlar. 

Hər iki dünyadan bir don tikərək, 


                                                                                                            

27

Onlardan düzəltmiş yeganə bəzək. 



O donu geyərkən pak vücuduna, 

Bir qarış az gəldi uca boyuna

19



Tanrı xəlq etdiyi qamətə gərək 



Vurulsun tanrının qurduğu bəzək. 

Bağlı qapıların odur açarı, 

Onun adı aşmış hər bir hasarı. 

Dəvətə genişlik o vermiş yenə, 

Daşlar da şahiddir möcüzəsinə

20



Əli boş, bu dərviş geyimli soltan 

Qulamlıq alandır, şahlığı satan. 

O gecə meraca at səyirdərək 

Fələyin donuna vurdu min bəzək. 

Gecə - meracının çətrindən sayə, 

Göy - o nərdivandan kiçik bir payə. 



PEYĞƏMBƏRİN MERACI 

Göy gecə məclisi qızışdırmışdı, 

Işıqdan gecənin gözü qamaşdı

21



O yeddi fələyə o yeddi ülkər 

Çin ipəklərinə düzmüş dürr, gövhər

22



Cənnət keşikçisi huri, pərilər 



Hər köşkə vurmuşdu yaraşıq, zivər. 

Bu taxtın soltanı olan Məhəmməd, 

Keçən elçilərdən odur vəliəhd. 

Müşkünü saçaraq "Beytiəqsayə" 

Məkkədən ucaldı ərşi-əlayə. 

Cismini qurtardı dünya bəndindən, 

Etdi ərş əhlinin qəlbində məskən. 

Yetmiş yollu yurddan köçünü vurdu, 

Çadırı yeddinci fələkdə qurdu

23



Doqquz hücrəsini bir an buraxdı, 

Göyün doqquzuncu tağına qalxdı

24



Yeddinci əflakə çapdığı zaman 



Dişarı atıldı dördkünc daxmadan

25



                                                                                                            

28

Altında şimşəktək şığıyan Büraq, 



Günəşə qərq olmuş yəhərlə yaraq. 

Ərəb səmasında bir Süheyl çapdı, 

Yəmən gönü ondan yeni rəng tapdı

26



Dırnağı inciydi, quyruğu ipək, 

Ipəyin üstündə oynar incitək. 

Göbəyi müşk, ceyran deyildi, bişəkk, 

Bir düzüm inciydi ceyran dişitək. 

Yüyəni xəyalə gələndən yumşaq, 

Yürüşü oxdan da kəskin və qıvraq. 

Ən kəskin, ən mətin xəyal şəhpəri 

Ondan yetmiş addım qalırdı geri. 

Aləmlər aşmaqda bir firiştəsən, 

Aləmlər çəkirsən öz arxanda sən. 

Gecə otlağından, sərxoş olaraq 

Ay kimi gəlmişdi əldə şəbçıraq

27



Elə bir sür ətli addımlar atar; 



Hərəkət edincə mənzilə çatar. 

Ən kəskin nəzərlə uçar yan-yana, 

Nəzəri alırdı ayaq altına. 

Məhəmməd peyğəmbər atı çapırdı, 

O səyyar dənizdən toz qoparırdı

28



Özü yol biləndi, atı yeriyən, 

Bu ata, o şaha olsun yüz əhsən. 

Evindən qapıya qalxdığı zaman 

Əlindən təzə don geydi asiman. 

Onunla qaranlıq göy oldu gülzar, 

Ondan nur alırdı sönük ulduzlar. 

Pak olan bu təmiz pərdədə gərək 

Vücuddan cismani tozları silmək. 

Çatdı hər dənizə yeddi ülkərdə, 

Yeddi yol yuyundu o dənizlərdə

29



Cismindən verdi hər ulduza maya, 



Yuxu beşiyini buraxdı aya. 

Ütarid ulduza verdi qələmi, 

Əlinə qələmi alarmı ümmi?

30

Cismani şəhvəti Nahidə verdi, 



                                                                                                            

29

Şükr üçün kükəni Xurşidə verdi. 



Mərrixə buraxdı qəzəb və acıq, 

Acıq burda getməz irəli artıq. 

Müştəri ulduza kibri buraxdı, 

Üzüyə ən parlaq yeni qaş taxdı. 

Ünsürü Keyvana tərəf ataraq, 

Özüylə pak gövhər götürdü ancaq. 

Hər mənzil başında bəxşiş verərək 

Qaldı varlığından yalnız bir ürək. 

Nəbilər hörmətlə baş əydi ona, 

Əl çəkdi yəhərin saf quncuğuna. 

At sürdü yollardan, dağlardan keçdi. 

Bir sıra təpəni bir anda biçdi. 

Yanında qasiddi Xızr ilə Musa, 

Atının önündə gedirdi Isa. 

Bir nəfəs alınca, kirpik vurunca, 

Yaxud bir göz açıb dərhal yumunca 

Göyün günbədini aşdı arada, 

Yerləri, göyləri qoydu arxada. 

Elə bir sür ətlə parlatdı yüyən, 

Ətrafdan olmadı tozunu görən. 

Onun bu yürüşdə atdığı oxdan 

Fələk neçə ox da geriydi çoxdan. 

O uzaq göylərdə nurani adı 

Ruhani kəslərə nur bağışladı. 

Cığırsız bir yola, artıq yol saldı, 

Həm atı yoruldu, həm yükü qaldı. 

O yolda qol-qanad tökdü Cəbrail, 

Qorxudan durmayıb qaçdı Israfil. 

Rəfrəfdən keçərək bir neçə fərsəng 

Gördü o pərdədə müxtəlif ahəng. 

Sidrədən ərşin pak səqfinə qədər 

Ismətdən bir kilim döşədi dilbər. 

Ərş divangahını sürətlə keçdi, 

Dərcin də yolunu bir anda biçdi

31



Çatdı son nöqtəyə cəhət diyarı, 



Bitdi o nöqtədə dövran pərgarı. 

                                                                                                            

30

Yer oğlu göylərdə hey at oynatdı, 



Yerləri, göyləri arxaya atdı. 

Mücərrəd dolanmaq çatdı bir yerə, 

Cismani varlığı itdi bilmərrə. 

Yoxluq yollarında edərkən cövlan 

Büsbütün ayrıldı öz varlığından. 

Ruhani dairə gərdişlərində 

Başıyla ayağı düşdü bir bəndə. 

Çatdı altı, üstü olmayan yerə, 

Çünki altı, üstü bilməz dairə. 

Siyasət pərdəsi atıldı birdən, 

Hücrə təmizləndi biganələrdən. 

O yerdə ki, idrak tapmayır məkan, 

Salam Məhəmməddən, qəbul tanrıdan 

Ağızdan çıxmayan səsi eşitdi, 

Görünməz simanı ziyarət etdi

32



Elə pak göründü o sahibcəlal, 

Nə cəhət nəzərə çarpdı, nə xəyal. 

Vücudu nərgiztək bir gözə döndü, 

Bir kirpik qırpımdan tanrıya çöndü. 

Yoxsa bu bağdakı sırf nərgiz olan 

Gözünə bir sürmə çəkmiş "mazağ"dan. 

Keçdi bir dost kimi süfrə səmtinə, 

Yedi, pay ayırdı öz ümmətinə. 

Ürəyi allahın nuriylə doldu, 

Bir yetim, bax, necə padişah oldu. 

Dünyaya qayıtdı çöhrəsi parlaq, 

Hər elmə, hikmətə vaqif olaraq. 

O yolu tez getdi, tez döndü yenə, 

Bu sür ət heç kəsin sığmaz fikrinə. 

Şimşəktək şığıdı eylə sür ətlə, 

Dönərkən yatağı istiydi hələ. 

O gecə adi bir gecə deyildi, 

O bir gecəydimi, yaxud bir ildi? 

Bəs bizim ruhumuz məgər bir anda 

Dolaşa bilmirmi bu asimanda? 

Ruhumuzdan zərif olan bu insan 


                                                                                                            

31

Bir anda aləmi seyr etdi, inan. 



Gözəldir, səpərək can gövhərini, 

Tərifə başlasam dörd yavərini. 

Dörd gövhər satan var, dörd gövhər alan

33



Artıq-əskiyinə qarışmaz satan. 

Əlinin eşqində sabitqədəməm, 

Ömər sevgisindən uzaq deyiləm. 

Hər iki nur ilə nurlanır dimaq: 

Əbubəkr bir şamdır, Osman bir çıraq. 

Bu dərviş sifətli dörd böyük soltan, 

Dünyaya olmuş dörd təkbir oxuyan

34



Nəbilər önündə gedənə alqış, 

Üzrləri qəbul edənə alqış. 

Sənsən yaranışda birinci xilqət, 

Dövranın sonunda sonuncu ayət. 

Hər iki aləmə mübarək sənsən, 

Sənə bir tay varsa, o da tək sənsən. 

Sənsən xəzinələr qıflına açar, 

Yaxşını, yamanı edən aşikar. 

Ən gözəl günündə "ümmətim" deyə, 

Şəfaət edirsən suçlu bəndəyə. 

Bir ovuc torpağam mən dərgahında, 

Artıq bir şikaram şikargahında. 

Nizami tutmuşdur Gəncədə məkan, 

O, məhrum olmasın salamlarından. 



ŞƏRƏFNAMƏNİ YAZMAQ HAQQINDA 

Gecə gündüz kimi bəzək vurmuşdu, 

Səhər duasına erkən durmuşdu. 

Yer üzü məhtabdan açmışdı çətir, 

Sanki yer nafından səpirdi ətir. 

Bazarlar olmuşdu səs-küydən uzaq, 

Zınqırov səsindən dincəlmiş qulaq

35



Keşikçi dalmışdı şirin yuxuya, 

Dan yeri başını salmışdı suya

36



                                                                                                            

32

Dünyanın işindən çəkib əl-ayaq, 



Fikir zəncirində olmuşdum dustaq. 

Gözlərim örtülü, könlüm ayıqdı, 

Aramaq işində zehnim sayıqdı. 

Deyirdim ki, qurum eylə bir tələ, 

Ən gözəl bir şikar keçirim ələ. 

Baş qoydum dəlitək qəm boğa-boğa 

Maral sağrısından yumşaq yastığa. 

Gah başım dizimin üstündə dalğın, 

Yer - başım altında, göy – ayağımın

37



Dayanmaz varlığım rəqs edər bütün

Başım kürsü olmuş ayağım üçün. 

Düşüncəm yol ölçüb etsə də cövlan, 

Cismim böyrü üstə tozlara qəltan. 

Tənimi bir yana buraxdım artıq, 

Canı can çölünə götürdüm azıq. 

Gah gizlin lövhədən ibrətlər aldım, 

Gah keçmiş sühüfdən hikmətlər aldım. 

Şam kimi od düşmüş mənim bağıma, 

Bağım döndü mənim odlu dağıma. 

Günəş qarşısında əriyəntək mum, 

O mumla gözümdən çəkildi yuxum

38



Cadugər məndənmi öyrənmiş, nədir, 



Gözlərdən yuxunu mum ilə çəkir. 

O müdhiş keçidlər başında bu an 

Pak olan əqlim də uçdu başımdan. 

Daldım xoş yuxuya coşarkən damaq, 

Gözümdə canlandı səfalı bir bağ. 

O rəngin bağçadan dərirdim xurma, 

Verirdim kim çıxsa mənim qarşıma. 

O xurmadərən ki durdu yuxudan, 

Dimağı atəşdi, ağzı bir ümman. 

Müəzzin başlarkən birinci qunut 

Ki: "Sübhanə həyyəlləzi layəmut"

39



Məndən də ucaldı bir acı nalə, 

Özümü unutdum, daldım xəyalə. 

Uğurlu bir səhər doğunca fələk, 


                                                                                                            

33

Yenidən canlandım səhər yelitək. 



Gecələr nur saçan şamı yaxaraq, 

Fikrimdən şam kimi yanırdım ancaq. 

Başladı ürək, dil: "Şer yaz" deyə, 

Harut, Zöhrə kimi cadugərliyə

40



Yetişər, bu qədər işsiz qalmayım, 



Şerə ən yeni bir üsul arayım. 

Yeni nəğmələrlə başlayım kəlam, 

Keçmişlər ruhuna göndərim salam. 

Bir çıraq yandırım bir pərvanədən, 

Bir ağac bəzəyim kiçik danədən. 

Bu barlı ağacdan kim meyvə dərsə, 

Söyləsin xoşbəxtdir bu bağdan kimsə

41



Ancaq bir şərtim var: bir para dəcəl 

Qonşunun malına uzatmasın əl

42



Tutaq ki, huşyarlar padişahıyam, 



Dürr, gövhər satanlar şahənşahıyam. 

Xalq başaq yığandır, mən əkinçiyəm, 

Kirəçi deyiləm, ev sahibiyəm. 

Bu bazarda necə büsat açım mən, 

Arxayın deyiləm yol kəsənlərdən. 

Varmı bu bazarda bir dükan açan, 

Varına dörd yandan dəyməsin ziyan? 

Damcı oğrusundan qorxarmı dəniz? 

Buludum yağdırar ondan çox, şəksiz

43



Ay işığı qədər olsa yüz çıraq, 

Yenə günəş ona vuracaqdır dağ

44



HEKAYƏT 



Eşitdim, bir yoxsul ciyər qaniylə 

Köhnə bir əşrəfi keçirdi ələ. 

Ona söyləmişdi varlı kimsələr: 

"Zəri - zər, xəzinə - xəzinə çəkər". 

Sürətlə üz qoydu bazar səmtinə, 

Köhnə əşrəfiylə tapsın xəzinə. 



                                                                                                            

34

Bir sərraf dükanı gördü çox geniş, 



Bir yerdə bu qədər qızıl görməmiş. 

Bir yığın qızıl var günəşdən parlaq, 

Hər yan əşrəfidir bir neçə qalaq. 

Xəzinə xülyası beyninə batdı, 

Qızılı xəzinə üstünə atdı. 

Əlindən uçunca dəyərli varı, 

Yüyürdü qalanmış qızıla sarı. 

Qızılı atmaqdan oldu peşiman, 

Birə yüz almağa tapmadı imkan. 

Qızılı atınca qəm çökdü gözə, 

Nə üçün bir qızıl qarışdı yüzə? 

Fəryada başladı "qızılım" deyə, 

Yalvardı cəvahir satan kişiyə: 

- Bu ömrüm uzunu hey çalışaraq, 

Əlimə bir qızıl keçirdim ancaq. 

Mənə söyləmişdi axmaq bir nəfər: 

"Zəri - zər, xəzinə - xəzinə çəkər". 

Həmin bu qızıllı dükana çatdım, 

Qızılı qızılın üstünə atdım. 

Atdım ki, əşrəfi çəksin xəzinə, 

Çox qızıl onu da çəkdi özünə. 

Gülərək o sərraf, o azad insan

Söz açdı qızılın qarışmasından: 

- Çox gedə bilərmi azın üstünə? 

Yüz getməz, bir gedər yüzün üstünə. 

Kim ki sərvətimi çapmaq istəyir, 

Yolumda bu məsəl bir keşikçidir: 

Dəyirman bu qədər hay-küy qoparır, 

Muzdurdur, ununu divan aparır. 

Oğrudan əlmüzdüm budur nəhayət: 

"Oğrudur" deməyə etməz cəsarət. 

Baxsana, yol kəsər quldur-qaralar, 

Dünyanı ki, qara rəng ilə boyar. 

Gündüzlər: "Göz gözdən utanır" deyə, 

Talanı, qarəti qoyar gecəyə. 

Ancaq söz qulduru şəfəq sökərkən, 



                                                                                                            

35

Qələmi yontaraq müşkin söyüddən 



Fikrimi qapırlar, könlüm əmindir, 

Buxaraya getsə o, Gəncənindir. 

Gizlində mətaha çıxmaz müştəri, 

Oğurluq bir malın olmaz dəyəri. 

Ayıblar açığa çıxdığı zaman 

Əlin də, qəlbin də dərdlənir bundan. 

Oğurluq maldan səs çıxmazsa, bişəkk, 

O malı darğalar aparmış demək. 

Göz yumdum bu işə, çünki ruzigar 

Hər yaxşı-yamanı edər aşikar. 

Dövranın çəkisi çəkər hər işi, 

Çəkiyə girməmiş qalmaz bir kişi. 



ÖZ HALINA VƏ ZƏMANƏNİ

GEDİŞİNƏ DAİR 

O gülgün şərabdan, saqi, ver nişan, 

Ver mənə sərxoşlar içən dərmandan. 

O acı dərmanla məst olum bu gün, 

Özümü unudum bəlkə büsbütün. 

Nizami, yetər bu şöhrət qazanmaq, 

Qocaldın, gəncliyi daha gəl burax. 

Qızmış aslan kimi pəncə aç, artıq 

Özünə tülkütək vermə yaraşıq... 

Eşitdim, rəng sevən bir rus tülküsü 

Özünə verərmiş bir gəlin süsü, 

Qopunca toz, külək, yağış, burağan, 

Tükünü çıxarmaz o gün yuvadan. 

Qucaqlar deşiyin bir bucağını, 

Acından yalar öz əl-ayağını. 

Sorar öz qanını dəri altından, 

O dəri becərər, başqa kəslər can. 

Elə ki, əcəli yetişər birdən, 

Dərisi canına kəsilər düşmən. 


                                                                                                            

36

Dərinin eşqinə edərlər şikar, 



Bəslənmiş dərisi başından çıxar. 

Dünyada bir büsat qurmaq nə mümkün, 

Bu yurddan çarəsiz köçərsən bir gün. 

Özünə yaraşıq verməyən heyvan 

Təmahkar kəslərdən görməz bir ziyan. 

Yeddi rəng pərdədən qurtul birtəhər, 

Güzgü pas altında çirkin görünər. 

Qurduğun cadular yetişər, burax, 

Kimsəyə cadutək tor atma nahaq. 

Al kükürd deyilsən, ağ ləl deyilsən, 

Arayan ümidsiz qayıtsın səndən. 

Insansan, insana qatış hər zaman, 

Insanla yaşayar hər zaman insan. 

Əlçatmaz xəzinə olsan da, ancaq 

Çox belə xəzinə gizləmiş torpaq. 

Ağacdan uzaqsa meyvə qoparan, 

Fərqi yox, o xurma versin ya tikan. 

Həyat yox, gəncliyi alınca xəzan, 

Gənclik qalmayınca qalmasın cahan. 

Gənclikdir insana gözəllik verən, 

Gözəllik sönərsə qəlb olurmu şən? 

Sümüyün çürüyüb, süst olsa arxan, 

Mərdlikdən, hünərdən qurma bir dastan. 

O gün ki, gəncliyin qüruru sönər, 

Iş görməz daha bu cəsarət, hünər. 

Bağ, bağça gözəldir, şəndir gülüstan 

Sərv ilə lalələr güldüyü zaman. 

Elə ki, bağlara boz xəzan girər, 

Bülbül öz yerini qarğaya verər. 

Bağbanlar qəlbini dərdü qəm yaxar, 

Uca budaqlardan düşər yarpaqlar. 

Bostanlar pozular, reyhanlar qalmaz, 

Bağın açarını soruşan olmaz. 

Durma, gəl naləyə, ey qoca bülbül, 

Al güllər saraldı, tutuldu könül. 

Ucaboy sərvlər oldu ikiqat, 



                                                                                                            

37

Bağban da kölgədən çəkildi heyhat. 



Əlliyə çatınca dəyişir əhval, 

Dəyişir yaşayış, dəyişir hər hal. 

Baş, ağır yüklərdən daşa vuruldu, 

Bu dar keçidlərdə dəvəm yoruldu, 

Qollarım titrəyir qədəh tutarkən, 

Ayağım büdrəyir qalxıb durarkən, 

Vücudum lacivərd rəng aldı artıq. 

Qırmızı güllərim saraldı artıq. 

Yollarda qaldı bu yürüyən atım, 

Baş düşdü yastığa, söndü həyatım. 

Çövkanlar atdığım yel ayaqlı at 

Yüz çövkan vursan da tərpənməz, heyhat. 

Itdi meyxanada şənlik açarı

45



Tövbələr çulğadı bu ruzigarı. 

Dağlara buludlar ağ kafur saçdı, 

Ac torpaq ağzını kafurçün açdı. 

Gah könül köçməyə tərpəniş edir, 

Gah başım yuxuya pərəstiş edir. 

Qulağım eşitmir gəlin qəmzəsi, 

Qədəh boş, kəsildi saqinin səsi. 

Qulaq eşitməkdən, baş kefdən qaldı, 

Köç vaxtı yaxındır, ömrüm azaldı. 

Bu zaman bir bucaq xoşdur saraydan, 

Oyuncaq əlini uzadar dövran

46



Gecə şam nə qədər şən-şən gülümsər, 

Pərvanə seyri də o qədər sürər. 

Otaq boş qalınca işıqlı şamdan 

Qalmaz pərvanədən daha bir nişan. 

Uşaqlıq və gənclik dövrü çatınca, 

Özümü göstərdim düşgün bir qoca. 

Indi bu dərd ilə göstərsəm şənlik, 

Qocaya uyarmı bu gənclik, mənlik? 

Düşmüşəm bir çürük çöp kimi bağda, 

Gecələr şam kimi parlar bucaqda. 

Atəşli böcəklər gecələr parlar, 

Qaranlıq gecədə nurdan dəm vurar. 



                                                                                                            

38

Özümdə görsəydim qüvvət və dayaq, 



Tapardım sevimli, sakit bir bucaq. 

Yenidən rahət bir ömür sürərdim, 

Dünyanı şadlığa girov verərdim. 

Yetişdi başa bu gənclik günləri. 

Məşriqdən ağardı daha dan yeri

47



Dincəlmək fikriylə nə tədbir töküm, 

Azalsın bir qədər zəhmətim, yüküm? 

Başına tac ilə kim vursa bəzək. 

Əmgəyi ağ deyil, müşk olsun gərək

48



Yeddi göy pərgarı etmədən cövlan, 



Ömrümün xəttini parçalamadan 

Vursun barmaqlarım mizrabıma dəm, 

Öz varlıq səsimi saxlayım möhkəm. 

Hər incə sözə bir füsun bağlayım, 

Qoyduğum əsərə bir gün ağlayım. 

Keçərsə körpüdən bu gilan atım, 

Inanma Gilana bir də qayıdım

49



Bu yerdə mən kimi yatanlar çoxdur, 

Onları xatirə salan ki, yoxdur. 

Təzə kəklik, yad et məni ürəkdən 

Məzarım yanından ötüb keçərkən, 

Üstümdə görərsən göyərmiş otlar, 

Baş daşım uçulmuş, çökmüşdür məzar. 

Qəbrimin tozunu sovurmuş yellər, 

Dostlardan anan yox məni bir nəfər. 

Qəbrim şüşəsinə əl qoyan zaman 

O pak gövhərimi heç olmasa an

50



Uzaqdan sən mənə göz yaşı töksən, 



Mən sənə parlaq nur saçaram göydən. 

Duadan bir dilək istəsən əgər, 

Mən amin deyərəm, qəbulə keçər. 

Salam ver, hörmətlə məndən salam al, 

Gəl qəbrim üstünə, edim istiqbal. 

Hər zaman diriyəm sənin kimi mən, 

Mən cana gələrəm sən cana gəlsən. 

Bu yerdə sanma yar-yoldaşsız məni, 



                                                                                                            

39

Məni görməsən də, görürəm səni. 



Bu ölənlər ilə, gəl, danış barı, 

Unutma, yada sal bu yatanları. 

Qəbrimə gələrkən qədəhi doldur. 

Nizami yatdığı yerə qədəh vur. 

Ey uğurlu Xızır, sanma ki, mənim 

Bu meydən içilən meydir məqsədim. 

O meydə özümü unudum dedim, 

Özümü unudub məclis bəzədim. 

Mey dalğınlıqdandır, səbuh xumardan, 

Mənə pak şərabı və d etmiş yazdan. 

O böyük tanrıya aydındır bu iş, 

Ömrümdə dilimə şərab dəyməmiş. 

Bu dilim, dodağım görmüş isə cam, 

Olsun Nizamiyə hər halal-haram. 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin