2 Nİzami GƏNCƏVİ


DASTANIN XÜLASƏSİ VƏ İSKƏNDƏRİN



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   2   3   4   5   6   7   8   9   ...   23

DASTANIN XÜLASƏSİ VƏ İSKƏNDƏRİN 

CAHANGİRLİK TARİXİ 

Saqi, gəl ruhumu şənlədən mey ver! 

Xumarı atmağa səhərkən hey ver! 

Bu səhər şərabı kövsərə dəyər, 

Halaldır içsəm o məhşərə qədər. 

Yaxşıyla, yamanla dolmuş ruzigar, 

O yaxşı-yamandan boynunda çox var. 

Hər gecə, gündüz bu niligun pərdə

Min fitnə, min oyun açar hər yerdə. 

Məndən də bir oyun baş versə, inan, 

Onu da doğurmuş bu köhnə dövran. 

Xəyaltək incəldim çərx hiyləsindən, 

Necə oynamayım xəyal ilə mən? 

Istəyim: pərdəni bütün boşaltmaq, 

Bir cadu xəyalı işlətmək ancaq. 

Bir xəyal yaradım bu naxışdan mən, 

Gəlməsin cadugər, canbaz əlindən. 

Mən elə başladım bu şux dastanı, 

Coşdurar sazımın səsi dünyanı. 

Ən doğru sözlər ki, oyadır maraq, 

Tarixdən onları bir-bir alaraq 

Düzdüm dastanıma, əsər yaratdım, 

Ağla sığmayanı büsbütün atdım. 

Seçdim hər düzümdən bir inci, gövhər, 

Vurdum bu gərdəyə yaraşıq, zivər. 

Bərk təməl üstündə qurdum bir bina 



                                                                                                            

57

Ki, ziyan dəyməsin divarlarına. 



Təqdimi, təxiri tutmayın nöqsan, 

Nöqsana məcburdur hər tarix yazan. 

Bu Çin ipəyinin naxış evində

Maninin fırçası düşmüşdür bəndə

78



Dastanı düzərkən fikrim açıqdı, 



Söz səlis olsa da, yol dolaşıqdı. 

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə. 

Sözlərlə dolmuşdu xəzinə içi, 

Ancaq hər nüsxə bir dağınıq inci. 

Hər köhnə nüsxədən əsas alaraq, 

Onu öz şerimlə bəzədim ancaq. 

Ən qədim tarixi əsərlərdən mən, 

Yəhudi, nəsrani, pəhləvilərdən 

Ən incə sözləri əlimə saldım, 

Qabığı ataraq, məğzini aldım. 

Müxtəlif dillərdən yığdım çox sözlər, 

Bunlardan düzüldü yazdığım əsər. 

Saydığım dilləri ətraflı bilən 

Saxlar öz dilini mənə töhmətdən. 

Hansı bir pərdədə doğru söz gördüm, 

O sözün telini şerimlə hördüm. 

Bu işdə həqiqət arasan bir az, 

Nəzmdə həqiqət aramaq olmaz. 

Şerimdən atsaydım bəzəkli donu, 

Azacıq zəhmətlə yazsaydım onu, 

Bu böyük fatehin sərgüzəştindən 

Bir vərəq yazmaqla bitirərdim mən. 

Dünyanı dolaşan böyük İskəndər 

Yorulmaq bilmədən edirdi səfər. 

Dünyanı dolaşıb dörd yanı gəzdi, 

Bilmədiyi mülkü fəth eyləməzdi. 

Hansı bir dövlətə verdi nəhayət, 

Kəyan adətinə göstərdi hörmət. 

Yalnız zərdüştlüyü qəbul etməmiş. 

Başqa adətlərə etdi pərəstiş. 


                                                                                                            

58

Dünyada ilk əvvəl o zinət qurdu, 



Yunanda sikkəni qızıldan vurdu. 

İskəndər əmrilə vermiş hər zərgər, 

Qızılın suyuyla gümüşə zivər. 

Farscadan hər əsər keçmiş əlinə, 

Tərcümə etdirmiş yunan dilinə. 

Qapıda üç növbət təbil vurdurmaq 

İskəndər dövründən qalmışdır ancaq. 

Ulduz güzgüsüylə o böyük qeysər 

Qaranlıq içindən çıxardı gövhər

79



Sildi şurişləri köhnə dünyadan. 

Taxt aldı, tac aldı qoca Daradan. 

Hindin sövdasını, rus səfrasını

Silərək parlatdı şən dünyasını. 

Rəyi bir güzgüdür çinlilər üçün. 

Odur Keyxosrovun taxtına üstün. 

Ömründən keçirkən tam iyirmi il 

Şahlığa ucadan vurdurdu təbil. 

Iyirmi yeddiyə çatınca yaşı

Peyğəmbər olaraq, ucaldı başı. 

İskəndər o gün ki peyğəmbər oldu, 

Onun tarixinə naxış vuruldu. 

Dinə yol göstərən bir hikmət oldu, 

Dünyada mübarək bir dövlət oldu. 

Din üçün etdi çox dəlillər icad, 

Bu dünya üzünü elədi abad. 

Dünyanı gəzərkən döndü hər yana, 

Elədi çox böyük şəhərlər bina. 

Hinddən başlayaraq Yunana qədər - 

Hər yerdə tikdirdi böyük şəhərlər. 

Səmərqənd şəhrinə o verdi zivər, 

Cəndi də tikdirmiş böyük İskəndər. 

Həri də yadigar qalmışdır ondan, 

Varmıdır belə bir məmləkət quran? 

Dərbəndi deyirlər İskəndər qurdu, 

Əqliylə o şəhrə böyük səd vurdu. 

Bulqar şəhrini o etdi bərqərar, 


                                                                                                            

59

O şəhrin adıdır əslində Bün-qar



80

Bağlayıb dağları biri-birinə, 



Yəcuc hasarını o çəkdi yenə. 

Çox bina salmışdır bunlardan başqa, 

Onları saymaqla çatmaz ki, başa. 

Pak olan o vücud, ulu tacidar 

Yerləri təqsimə verincə qərar, 

Dünyaya gəlmədən əvvəl xaçpərəst, 

Çəkdi bu dünyada xaç kimi bir xətt

81



Həmin bu dördbucaq ətləsi xətlə

Həndəsi ölçünü keçirdi ələ

82



Dörd bucaq üstünə bir də artırdı, 



Bu doqquz fələyə, beş növbət vurdu

83



Bir mıxı uzanmış Şimali qütbə, 

Bir kökü uzanıb getmiş Cənubə. 

Ipinin bir ucu Məşriqə çatmış, 

O biri Məğribə qol-qanad atmış. 

Dünyada bu endə, uzunda böylə, 

Uca bir barigah kimdə var, söylə. 

O gün ki, istədi gəzsin dünyanı, 

Ölçməyə başladı əvvəl hər yanı. 

Hər bir məsahətdən, mərhələlərdən 

Qalmadı bir qarış yer ölçülməyən. 

Bu işdə hesabsız yerölçən vardı, 

Yüzlərcə katiblər ölçüb yazardı. 

Uzun iplər ilə ölçüldü çöllər, 

Hesaba alındı bütün mənzillər. 

Aldığı quruda o saray qurdu, 

Mənzil-mənzil yolu ölçüyə vurdu. 

Mavi dənizdən də edərkən səfər, 

Onu da ölçüyə vurdu İskəndər. 

Dənizdə yol ölçən iki gəmi var, 

Uzun bir ip ilə bağlanmış onlar. 

Birisi yerində salardı ləngər, 

O biri ip boyu irəli gedər. 

Sonra yol gedənə ləngər salaraq 

Ləngərli gəmiyə taxardı ayaq. 



                                                                                                            

60

Gah onu, gah bunu belə sürürdü, 



Qorxmadan dənizi yarıb ölçürdü. 

Belə bir yol ilə bu mühəndislər 

Ölçürdü sahildən sahilə qədər 

Dünyadan kədəri şah silə-silə 

Ölçüyə aldı bu həndəsə ilə. 

Yerləri, yolları bu İskəndərin 

Öz tədbir ölçüsü etmişdir təyin. 

O, rübi-məskunu etdi aşikar

84



Yoxsa bu yerlərə başqa kim çatar? 



İskəndər hər yerə atını çapdı, 

O yerlər şənləndi, səadət tapdı. 

Dağlara, çöllərə tapdı min çarə, 

Ölümün əlində qaldı biçarə. 

Tarixdə nə varsa İskəndər şahdan,- 

Yalnız bunlar oldu işə yarayan. 

Artıq mən nə yazsam bu şən dastanda, 

Az-çox, artıq-əskik olacaq onda. 

Hər tarix şer ilə alsa yaraşıq, 

Şübhəsiz, olacaq bir az dolaşıq. 

Çünki incəlikdir işim, sənətim, 

Haqlıyam, bu işdə çıxsa qələtim. 

Doğru görmədiyim sözlərdən qaçdım, 

Ondan üz çevirib başqa yol açdım. 

Düzdüm bu tarixdən elə bir dastan, 

Könlündə bir sevinc duysun oxuyan. 

Çox incəlik gəzsən, axtarsan, yəni 

Yalana aparar sözün yüyəni. 

Yazdığım sözlərə verməsəm zivər, 

Yenilik verməz o köhnə nəğmələr, 

Qələmə gərəkdir elə söz almaq, 

Şüurdan, ağıldan olmasın uzaq. 

Parlaq inci kimi düzülən sözlər 

Ağıla sığmazsa yalana bənzər. 

Doğruya azacıq bənzəyən yalan 

Yaxşıdır yalana bənzər doğrudan. 

Nizami, yubanma, yoldaşlar getdi, 


                                                                                                            

61

Sən qaldın, qəm qaldı, sirdaşlar getdi. 



Yeddi ölkə şahı - getdi İskəndər, 

İskəndər qalmadı, qalmaz bir nəfər. 

Bu çayın başında tək içmə şərab, 

Köhnə dostlarını sən axtarıb tap. 

Gəlsələr, nuş olsun, əldə qədəh tut, 

Nizami, yoxsa bu hesabı unut. 



BU ƏSƏRİN YAZILMASININ 

SƏBƏBİ 


Aç dehqan küpünü, sən ey saqi, dur, 

Badəmə şəkərdən şirin mey doldur. 

Vermə o meydan ki, din etmiş haram, 

Bir mey ver ki, ondan din olmuş tamam. 

Ey bağban, şənlik qur, qəm-qüssədən qaç, 

Bağına gül gəldi, dur qapını aç. 

Nizami şəhərdən gəlmişdir bağa, 

Ipəkdən bəzək vur bostana, tağa. 

Bənövşə zülfündən bükümləri at, 

O sərxoş nərgizi yuxudan oyat. 

Qönçənin dodağı hələ süd qoxur, 

Qızılgül ağzından ona ətir vur. 

Qoy sərvin qaməti göyə yüksəlsin, 

Qumruya xəbər ver, bahardır, gəlsin. 

Müъdə ver, nəğməyə başlasın bülbül, 

Beşiyində gəldi meyxanayə gül. 

Sula çöl-çəməni, uçsun toz, qubar, 

Lacivərd rəngini yuduqca parlar. 

Lalənin qəlbində coşan qan artır, 

Torpaqla ört onu, qanını yatır. 

Nəstərən saçından ağ tükləri at, 

Bidmişk kölgəsilə telini qaralt. 

Gülnar dodağını bulaşdır meyə, 

Xeyri gül torpağı zərlə bəzəyə. 

Səmənə salam ver ərğəvan güldən, 

Suvar bağ-çəməni, canlansın gülşən. 



                                                                                                            

62

O körpə güllərə göstər məhəbbət, 



Nazını çəkərək eyləmə qəflət. 

Mən kimi sövdası aşıb-daşandan 

Salam ver gülzara girdiyin zaman. 

Hava çox ilıqdır, gözəldir bostan, 

Dostların qəlbi də xoşlanır bundan. 

Vermişdir ağaclar bağa yüz bəzək, 

Parlaq bir çıraqdır hər gül, hər çiçək, 

Ey bağban, xəbər ver o susan quşa: 

Ötərək başlasın yeni uçuşa. 

Bahardır, bir daha nalə etsin çəng, 

Gətirsin qəlbimi rəqsə o ahəng. 

O dilbər zülfündən bir zəncir yarat, 

Zənciri yenidən, gəl, boynuma at. 

Gözəl dəstələr tut yaşıl reyhandan, 

Saç sərvin başına, şənlənsin hər an. 

Bahar çiçəyindən dağıt arxlara, 

Gümüşə bənzəyir ağ çiçəkpara. 

Hər gölün, çeşmənin ətəklərinə

Süsəndən ipək bir xalça sal yenə. 

Şahanə məclisdə sən, ey saqi, dur, 

Şahanə bir meylə badəmi doldur. 

Dur, saqi, alışdım şərab içməyə, 

Atəşdən yanıram, ver bu təşnəyə. 

O köhnə dostları yad edim bu gün. 

Qalmamış bir nəfər, köçmüşdür bütün. 

Bu dövran da gedər, qalmaz o bizə, 

Gələnlər içərlər xatirəmizə. 

Bostanın belə bir gözəl çağında 

Oturdum uca bir sərv ayağında. 

Çinar kölgəsindən, gül qoxusundan 

Ilham aldı bülbül, başladı dastan. 

Bir gəlin gül üçün sallandı bağa, 

Gül üzü bənzərdi işıq - çırağa. 

Saçları tökülmüş topuğa qədər, 

Üzü gül səpərdi, dodağı şəkər. 

Şehli gül üzündən kam verdi mənə, 



                                                                                                            

63

Içi meylə dolu cam verdi mənə. 



Dedi: "Al, qəlbində nə varsa unut, 

Padişah eşqinə əldə qədəh tut." 

Oturdum sınanmış kəslərlə hər an, 

Böyüklər adından yazdım bir dastan. 

Beynimin, qanımın çeşmələrindən 

Bu qədər incə söz sıxıb süzdüm mən. 

Doymadım, ilhamım yenə də qaynar, 

Qılıncım kəskindir, hələ gücüm var. 

Nə qədər dəyərli xəzinə qurdum, 

Hər birində yeni nüktələr vurdum. 

Yorulmaq bilmədən gündüz və gecə

"Məxzənül əsrar"ı yazdım əvvəlcə. 

Incəlik, şirinlik yığaraq ondan, 

"Xosrov və Şirin"çin düzdüm bir dastan. 

Sonra başqa yerdə çadırı vurdum, 

"Leyli və Məcnun"un eşqini qurdum. 

Bitirdim dastanı, bir nəş ə tapdım, 

Atımı "Həft peykər" üstünə çapdım. 

Indi söz mülkündə büsat quraram, 

İskəndər dövründən təbil vuraram. 

Yazaram mən onun şan-şövkətindən, 

Taxtının, tacının əzəmətindən. 

Ölüb getmişsə də, dirildim onu, 

Verim axtardığı həyat suyunu. 

İskəndər bir böyük yol təqib etdi, 

Dirilik suyunun dalınca getdi. 

Əbədi qalmaqçın həyat suyundan, 

Çox gəzdi, dolaşdı heç yorulmadan. 

Dirilik suyunun olmadı sonu, 

Ancaq indi tapdı həyat suyunu

85



Sözlər padşahının bir məsəli var: 



Nə gözəl söyləmiş: "Axtaran tapar." 

Nizami, içərkən mey İskəndərlə, 

Bəxtiyar olmaqçın ədəbi gözlə! 

Xızır bu süfrəndə olmuş həmsüfrən, 

Yetmiş yeddi suda ağzını yu sən!

86

 



                                                                                                            

64


                                                                                                            

65

DASTANIN BAŞLANĞICI 

Saqi, dur, gətir o həyat suyunu! 

İskəndər şövkətli şaha ver onu. 

Şahın dövlətini öpsün o badən, 

Odur İskəndərin irsini yeyən. 

Şahnamə yazanlar saçaraq bilik, 

Vermiş söz nəzminə belə yenilik: 

Yunan ölkəsinin padşahlarından 

Vardı bir gənc dövlət, böyük hökmüran, 

Şöhrətli şah idi, adı Feyləqus, 

Itaət edərdi ona rum və rus. 

Yunanıstan idi onun məskəni, 

Makedoniyaydı doğma vətəni. 

Qanunlar qoyardı yeni və parlaq, 

Ulu babasıydı Eys ibn-Ishaq. 

Ədalət o qədər yaxınmış ona, 

Qurdları bağlarmış qoyun buduna. 

Zülmün boğazını elə sıxmışdı, 

Dara həsədindən rəqib çıxmışdı. 

Üstün olmaq üçün qılıncı, tacı, 

Bir elçi göndərdi, alsın xəracı. 

Ağıl sahibiydi rumlu hökmüran, 

Xəracı göndərdi, olmadı düşman. 

Taleyi yar olan məsud kimsəyə 

Kim cəsarət edər, düşmənəm deyə? 

Bəxşişlər göndərdi böyük dərbara, 

Düşmənlik yolundan əl çəkdi Dara- 

Rum şahı oldu bu bəxşişdən çox şən, 

Mumunu qorudu yanar atəşdən

87



İskəndər başlarkən fəthə hər yeri, 



Döndü birdən-birə çərxin işləri. 

Daraya nə dövlət qoydu, nə dövran, 

Süngüsü keçirdi çaxmaq daşından. 

Bu dastan haqqında rəvayət çoxdur, 

Hər kəsi dinlərəm, inadım yoxdur. 


                                                                                                            

66

Belə nəql edir bu vəqəni rumlar: 



Bir qadın var imiş çox yoxsul, dindar, 

Ikicanlı idi, tapmadı çarə, 

Yurdundan, ərindən düşdü avarə. 

Doğmağın zamanı yetişdi artıq, 

Kəsdi taqətini ikicanlılıq. 

Doğarkən can verdi bir xərabədə, 

Ölürkən körpəni andı yenə də: 

"Məndən sonra səni kim bəsləyəcək? 

Hansı bir canavar səni yeyəcək?" 

O zənn etməyirdi ki, pərvərdigar 

Bir zaman edəcək onu tacidar. 

Nə qədər xəzinə güləcək ona, 

Iqbal qonacaqdır şən qucağına. 

Həsrətlər içində qadın verdi can, 

Köməksiz uşağa yar oldu yəzdan. 

Şüurla, hünərlə işlətdi qafa. 

Dünyanı fəth etdi o Qafdan-Qafa. 

Feyləqus çıxarkən ov üçün düzə, 

Qadın ölən yerlə gəldi üz-üzə. 

Gördü bir qadındır yurdsuz, yuvasız, 

Başının üstündə bir körpə yalqız. 

Sorur barmağını o körpə uşaq, 

Ana həsrətiylə dişləyir barmaq. 

Nökərlərə əmr verdi tacidar; 

Qadının dəfninə məşğul oldular. 

Kimsəsiz körpəni götürdü yoldan. 

Daldı bu heyrətli işə bir zaman, 

Böyütdü, bəslədi, verdi tərbiyə, 

Vəliəhd eylədi "Oğlumdur" deyə. 

Zərdüştilərdə var başqa rəvayət. 

Verir İskəndəri Daraya nisbət. 

Vurdum tarixləri mən bir-birinə, 

Baxdım Firdovsinin öz əsərinə. 

Hər iki rəvayət məncə pozuqdur, 

Uydurma sözlərdir, həqiqət yoxdur. 

Doğrusu budur ki, bilir hər diyar, 



                                                                                                            

67

Feyləqus oğludur böyük tacidar. 



Bunlarda həqiqət görmədim bir az, 

Tarixçi bunları qələmə almaz. 

Ən yaxşı bir qoca rəvayət edir, 

O köhnə şahlardan hekayət edir: 

Feyləqus qəsrində bir gözəl varmış, 

Bəzəkli gəlintək azad yaşarmış. 

Baxışı can alan, qaməti bülənd, 

Qaşları kamandı, saçları kəmənd. 

Sanki bir sərv imiş, yetirmiş çəmən, 

Telləri bənövşə, çöhrəsi səmən. 

Camalı parlaq bir günəşdən təmiz, 

O süzgün gözləri qəmzəli nərgiz! 

Qıvırcıq saçları qara bir ənbər, 

Saray bu dilbərlə olmuş müəttər. 

Rum şahı vurulmuş ayüzlü qıza, 

Dilinin əzbəri parlaq ulduza. 

Bir gecə bağrına basdı hökmüran, 

Şahın xurmasından bar verdi fidan. 

Neysan buludundan sədəf tutdu bar, 

Ən parlaq bir inci oldu aşikar. 

Keçdi bu vəqədən doqquz ay ancaq, 

Ananın bətnində tərpəndi uşaq. 

Padşah əmr etdi ki, münəccimlər 

Baxıb ulduzlara versinlər xəbər. 

Bir xəbər versinlər bu gizlin işdən, 

Rahatlıq versinlər bu tərpənişdən. 

Bilikli münəccim başladı işə, 

Baxdılar fələkdə olan gərdişə. 

Göyləri seyr üçün məclis düzəltdi, 

Ulduz tərəzisi ortaya gəldi, 

Taleyi göründü Əsəd bürcündən

88



Düşmənlər kor oldu onun gücündən. 

Günəş yaxınlaşdı o gün Həmalə, 

Gedirdi elmdən çatsın əmələ

89



Ütarid və Covza qonmuş bir yerə, 

Sovrda məskən etmiş Ay ilə Zöhrə. 



                                                                                                            

68

Qövsi də Müştəri bəzəmiş gözəl, 



Mizanın bürcündə oynardı Zühəl. 

Altıncı xanəni tutmuşdu Bəhram, 

Xidmət göstərməyə olmuşdu qulam. 

Taleyi göründü nurdan da parlaq, 

Nə deyim, o yaman gözlərdən iraq. 

Belə xoş fal ilə dünyaya gəldi, 

O bağda belə bir fidan yüksəldi. 

Təqvimdən bəxtini təyin etdilər, 

Qoyuldu uşağın adı İskəndər. 

Bu yeddi ülkərdən oldu aşikar, 

Açarı verəcək ona ruzigar. 

Münəccim tale dən verincə xəbər, 

Feyləqus şükr etdi, silindi kədər. 

Bəxtiyar çocuğa etdi məhəbbət, 

Taxtına oturdu, payladı xələt. 

Artıq yol vermədi qəmə, kədərə, 

Cəvahir payladı istəyənlərə. 

O müşk ətirlinin güləndə baxtı

Meyi də, müşkü də seltək axıtdı. 

O sərvin budağı bəsləndi nazla, 

Turactək səkərək səsləndi nazla. 

Meydan axtarırdı beşikdə ikən, 

Yəhərə atıldı öz beşiyindən. 

Dayədən istədi ox ilə kaman, 

Kağızı, ipəyi hey aldı nişan. 

Böyüdü, öyrəndi qılınc vurmağı, 

Qızmış aslanlara qarşı durmağı. 

At minmək zövqündən ləzzət alınca 

Düşdü şəhriyarlıq, şahlıq dalınca. 

İSKƏNDƏRİN TƏLİM ALMASI 

Ey saqi, reyhandan çəkilmiş mey ver, 

Cənnəti yad etdim, dur, peyapey ver! 

Abad olsun gəmim o badələrdən, 

Cənnətə düşərəm qərq olsam da mən. 


                                                                                                            

69

Nə qədər məsuddur şən həyat quran, 



Tamah süfrəsindən az bir şey uman, 

Malı olsa belə, kifayət qədər, 

Yenə iş adamı çalışar, işlər. 

Naz-nemət içində rahatlıq tapar, 

Tələsməz, atını astadan çapar. 

Nə həddindən artıq paylar malını, 

Nə də xəsisliklə pozar halını. 

Çətinlik çox xəsis olmaqdan doğar, 

Qapını qırsanız hədsiz odun var. 

Çox yaşa, ömürdən faydalan özün, 

Çalış özgəyə də ziyan dəyməsin. 

Tarixin yığılmış tumarlığından 

Keçmişi belə nəql edir bir dehqan: 

Elə ki, Feyləqus təzə gəlintək 

Vurdu bu dünyanın mülkünə bəzək. 

Ağıllı övladla ata fəxr edər, 

Çünki mübarəkdir seçilmiş gövhər. 

Dünyada ataya varmıdır, gerçək, 

Ağıllı oğuldan başqa bir istək, 

Oturtdu öyrənsin ədəblə hünər, 

Günəş eylər daşı qiymətli gövhər. 

Niqumaş alimdi, biliklə dolu, 

Alimin oğluydu həkim Ərəstu. 

Təlim işlərində çəkdi çox əmək, 

Hikmətlər öyrətdi ona sevərək. 

Şahanə tərbiyə, hünər, nəzakət 

Ağıla nur verir, ürəyə qüvvət. 

Hər əqlə sığışan hünər, bilikdən 

Bir məna çıxarır mənanı bilən. 

Ulduzlar bəzəyən kimi göyləri 

Bəzədi pak olan yeni gövhəri. 

Çatdırdı onu hər gizlin biliyə, 

Hansı bir gənc almış belə tərbiyə? 

Şahzadə illərlə çox çalışdı, çox, 

Qulağı elm aldı, başqa heç nə yox. 

Öz ağlı, zəkası olunca rəhbər, 



                                                                                                            

70

Tapırdı ən incə, mənalı sözlər. 



Hər incə mənanı edərkən bəyan, 

Sözləri su kimi olurdu rəvan. 

Həmdərsi Ərəstu, bir qardaş deyə, 

Ürəkdən bağlıydı bu şahzadəyə. 

Ərəstu aldıqca bilik atadan, 

Ona öyrədirdi hər an, hər zaman. 

Yəqindi bilikli həkim ustadə 

Tacidar olacaq bir gün şahzadə. 

Onun təliminə verdi çox diqqət, 

Kişini şad edər qorunsa sərvət. 

Bəxtini oxudu parlaq alnından, 

Verdi oğluna da ondan bir ünvan

90



Tale xidmətində duran zamanda, 



Söz qaşı möhrünü vuran zamanda 

Oğlunu tapşırdı gənc şahzadəyə, 

And verdi, söz aldı: "Peyman ver, - deyir, 

Məktəbdən meydana sən at sürərkən, 

Şahanə başını göydə görərkən, 

Başını əyərkən köhnə dünyanın, 

Hər səmtə gedərkən hökmün, fərmanın, 

Taxtını tacınla məsud edərsən, 

Xərac göndərərlər yeddi kişvərdən. 

Dünyaya şövkətlə verərsən fərman, 

Padişah olarsan uzun bir zaman. 

Bu dərsi, təlimi tut xatirində, 

Qızıla, gümüşə çox olma bəndə! 

O zaman oğlumdan götürmə nəzər, 

Haqqıma, sözümə bir hörmət göstər. 

Onunla et çətin işdə məşvərət, 

Qılıncdan kəskindir gözəl məsləhət. 

Səndə dövlət vardır, onda da hünər, 

Hünərlə dövlət bir çəkiyə girər. 

Hər yerdə hünərə verilmiş qiymət, 

O yerdə gün-gündən ucalmış dövlət. 

Hər yerdə şərəfli bir dövlət vardır, 

Ucalar fikrindən ucalanlardır. 


                                                                                                            

71

Ayda öz taxtını qurmaq istəyən, 



Gərəkdir yüksəlsin bu pillələrdən". 

Şahzadə söz verdi öz ustadına: 

"Hər əmrin qəbuldur, - söylədi ona, - 

Taxtımla, tacımla olsam padişah, 

Ərəstu vəzirim olacaq, billah! 

Sözündən, fikrindən dönməz İskəndər, 

Onun hər əmrinə bağlaram kəmər." 

Elə ki, taleyi oldu ona yar, 

İskəndər sözündə qaldı bərqərar. 

Ustadı bilirdi: bir gün bu uşaq 

Dünya şahlarına fərman yazacaq. 

Bir şəkil çəkdi o, həndəsi hərfdən, 

Qalibi, məğlubu etdi müəyyən. 

Dedi: "Al, bir qəza üz versə sana, 

Hərfi say, həm düşmən, həm öz adına. 

Adın dairədə qalsa müzəffər, 

Əmin ol bəxtinə, sənindir zəfər. 

Bu sayda üstünlük göstərsə düşman, 

O qalib kişidən çəkin hər zaman." 

İskəndər qocadan o şəkli aldı, 

Bu faydalı işdən sevincə daldı. 

Yazanda həndəsi hərfi İskəndər, 

Hər zaman zəfərdən tutardı xəbər. 

Əqliylə bəxtiyar yaşardı hər an, 

Onun hər elmindən qaynardı qazan. 

Tədbirli, bilici olmaqla yenə 

Baş əydi bilici şəxsin fikrinə. 

Alimlər sözünü tutaraq getdi, 

Əqliylə özünü bəxtiyar etdi. 

Ustadın oğlu da alim bir kəsdi, 

Onunla həm yaşıd, həm də həmdərsdi. 

Şahzadə daima ona mehriban, 

O da şahzadədən ayrılmaz bir an. 

Ərəstu razılıq verməzsə işə, 

İskəndər bir quş da taxmazdı şişə. 

O tədbir vermədən tutmazdı bir iş, 



                                                                                                            

72

Hər işdə alardı ondan göstəriş. 



Bu çarxın pərgarı döndü çox zaman. 

Dünya çox seyr etdi dağdan, səhradan. 

Feyləqus dünyanı tərk etdi daha, 

Taxtını tapşırdı gənc padişaha. 

Gəl, qorx bu dünyanın fitnə, felindən, 

Qurtar öz canını onun əlindən. 

Ağacdır, dörd kökü, altı böyrü var, 

Çoxunu boğmuşdur bu qorxulu dar

92



Şiddətli küləklər qopduğu zaman 



Düşər yarpağımız bir-bir ağacdan. 

Bu bağda əbədi yaşamaz bir kəs, 

Hər gələn burada çəkər bir nəfəs. 

Yetişər bu bağda hər gün bir nobər, 

Birisi gəlirkən o biri gedər. 

Dünyadan gedərsən istər-istəməz, 

Bu tədbir, bu təlaş bir şeyə dəyməz. 

Bu dünya mülkündə yox belə bazar 

Varını özilə alsın tamahkar. 

Dünya salmış tora, çünki borclusan, 

Borcunu tez ol ver, qurtul bu tordan. 

Nalbəndlə palançı eşşəyə bir gün: 

- Nal, palan pulunu ver,- dedi,- bütün, 

Topal ayağından, yağır dalından 

Nalını, palanı atdı o heyvan. 

Eşşək öz borcundan olunca azad, 

Olduqca dincəldi, qəlbi oldu şad. 

Sən də, ey tozlara bulaşmış insan, 

Borcunu ver, qurtul bu toz-torpaqdan. 

İSKƏNDƏRİN TAXTA ÇIXMASI 

Ey saqi, dur məni qurtar mənlikdən, 

Işıqlı badəndən işıqlanım mən. 

Bir mey ki, dağıdar qəmi, kədəri, 

Sağaldar mumyatək bu xəstələri. 


                                                                                                            

73

Əlində tərəzi mahir söz ölçən 



Saxta əşrəfini saldı rövnəqdən

93



Saxta olduğunu artıq bilincə, 

Elə bir sikkəni vermədim xərcə. 

Hər hərfin üstünə barmaq bassam mən, 

Tapılmaz üstündə qələm işlədən

94



Elə ki, gücləndi arxam və adım, 



Kimsənin hərfinə barmaq basmadım. 

Yamanlıq görmədi məndən bir insan, 

Mənim də düşmənim vardır hər zaman. 

Tutduğum yol deyil, zəhər içməkdir, 

Hünər aramaqdır, eybi örtməkdir. 

Düzlükdə əvvəldən göstərdim hünər, 

Qələmi düz atdım sonuna qədər. 

Elə bir dabbaqlıq etdim bu gönə, 

Mətanət göstərsin hər ağır günə

95



O böyük tanrıdan budur diləyim: 

Bir an da bu doğru yoldan dönməyim. 

Sizə nəql etdiyim həmin rəvayət 

Usta bir nəqqaşın işidir əlbət. 

Elə ki, Rum şahı taxta oturdu, 

Dünyaya mum kimi bir naxış vurdu, 

Bütün ölkələrə ədli səs-saldı, 

Rum taxtı onunla yeni rəng aldı. 

Atadan gördüyü rəsmi, ayini 

Seçərək saxladı bəyəndiyini. 

Köhnə adətləri möhkəm saxladı, 

Keçmiş qanunları bərk qucaqladı. 

Daraya xəracı verirdi yenə, 

Ölkədə hakimdi köhnə ən ənə. 

Feyləqus əmrində olan hər diyar 

Onun da əmrinə boyun qoydular. 

Dostluqda atadan daha da mətin, 

Düşmənin məhvində qılıncı kəskin. 

Igidlər qorxardı: "Güclüdür", deyə, 

Onunla girməzdi bir tərəziyə. 

Onda ki, qolunun gücün yoxlardı, 


                                                                                                            

74

      Aslan qulağına düyün vurardı. 



Əlində nə qədər süst olsa kaman, 

Bir oxa bir nəfər edərdi qurban. 

Maral, ceyran ovlar həddindən kənar, 

Ovlaqda aslanı edərdi şikar. 

Hər mərdə, igidə o üstün gəldi, 

Bilici kəslərdən daha yüksəldi. 

Xətti, gül üzünə xoş qələm vurdu, 

Rəna bir mükşdən xoş cədvəl qurdu. 

O müşkin cədvəli xəttinə fələk 

Həbəş səvadından vurmuşdu bəzək. 

Gördü ki, əlində acizdir cahan, 

Cahangir olmağa oxudu meydan. 

Ağılı, qüvvəti güldü baxtına, 

Bunlarla oturdu şahlıq taxtına. 

Hər işdə istərkən qazansın şöhrət, 

Fələk də qoluna verərdi qüvvət. 

O yaşıl sərv ilə Rumun torpağı

Reyhantək bəzədi, şənləndi bağı

96



Hər evdə bir surət çəkildi ondan, 



Hər ölkə adına düzdü bir dastan. 

Gah açdı sirrini əncümənlərdə, 

Gah ulduz sirrindən götürdü pərdə. 

Gizlində bilənlər yoluyla getdi, 

Zahirdə gənclərlə içib keyf etdi. 

Insanın fikrinə sığmayan qədər 

Hamıya yaxşılıq etdi İskəndər. 

Kimsənin qəlbini o incitməzdi, 

Ədalət xəttindən uzaq getməzdi. 

Bütün tacirlərdən o, bac almadı, 

Ölkədə kimsədən xərac almadı. 

Dehqan vergisinə çəkərək qələm, 

Sərmayəsizlərdən almadı dirhəm. 

Zər saçdı hər yeri abad edərək, 

Qırdı tikanları, əkdi gül-çiçək. 


                                                                                                            

75

Ələnə keçirdi bütün dünyanı, 



Ətri tutdu Misri, Həbəşistanı. 

Iki açıq əli günəşə bənzər. 

Biri qılınc vurar, biri tac verər. 

Iki gözlü gərək bütün çəkilər, 

Birində daş olar, birində gövhər. 

Hər işdə taleyə rəğbət göstərir, 

Qızılla qızıldır, dəmirlə dəmir. 

Ədli, səxavəti cahanı sardı, 

Hər kəs Rum mülkünə həsəd apardı. 

Ərəstu vəzirdi uca dərgaha, 

Hər yaxşı-yamanda məhrəmdi şaha. 

Tökdü İskəndərə hər işdə tədbir, 

Az zaman keçmədən oldu cahangir. 

Elə padşahla, belə vəzirlə 

Bu dünya intizam almazmı belə? 

Dünyanı fəth etdi bacarıq, hikmət, 

Vəzirin rəyindən qazandı şövkət. 

Məlikşah da, Mahmud da Nuşirəvan, 

Dünya şahlarından bac-xərac alan, 

Öz vəzirlərindən öyüd aldılar, 

Onunla dünyaya zəfər çaldılar. 

Bizim şahımız da düşmənə bu gün 

Vəzirin rəyilə olmuşdur üstün. 

Bizim ayağımız süst olsa hərgah, 

Zərər yox, ancaq ki, süst olmasın şah. 

Padşahın ayağı sürüşsə artıq,  

Çıxar məmləkətdə bir qarışıqlıq. 

Yaman göz şah ilə başlarsa oyun 

Divlər fitnə ilə olar qolboyun. 

Dünya bir məzlumdur, şah dada çatan, 

Məzlum bir adilə möhtacdır hər an. 

Dünyaya sultandır, işıqlı çıraq, 

Yaman nəzərlərdən olsun o uzaq. 


                                                                                                            

76

ZƏNCİ QOŞUNUNUN GƏLMƏSİNDƏN 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin