2 Nİzami GƏNCƏVİ


İSKƏNDƏRİN  RUSLARI MƏĞLUB ETMƏSİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

İSKƏNDƏRİN 

RUSLARI MƏĞLUB ETMƏSİ 

Saqi, ver o müşkin şərabdan bir an, 

Qandan rəng vermişdir o meyə dehqan. 

Mənə ver, əlimə düşəndə çünki 

Mənə də rəng verir şərabın rəngi. 

Səhərin ordusu ələm çəkincə, 

Gecənin hərfinə qələm çəkincə, 

Dünyanı parladan günəş nurundan 

Sövda qucağında ayıldı cahan. 

Bağırdı dan quşu kəskin ötərək, 

Sərsəm nur, dəli div, şeytan görəntək. 

Şah qalxdı yuxudan azacıq küskün, 

Könlünün qəmini sildi büsbütün. 

Ibadət evində düşdü səcdəyə, 

Şükr etdi, yalvardı: "Ey tanrı!" deyə. 

Uca pənahından dilək istədi, 

Ondan gah qüdrət, gah kömək istədi. 

Üzünü torpağa sürtdü bir qədər, 

Zirehi çirmədi, bağladı kəmər. 

Taxtı fil üstündə oldu bərqərar, 

Parladı fərsəxlər boyu qılınclar. 

Keçən günlər kimi yenə İskəndər 

Ordunu bəzədi, düzüldü əskər. 

O geniş çöllərdə böyük tacidar 

Ordudan dağ kimi çəkdi bir hasar. 

Bərkitdi hasarın sağ-sol qolunu, 



                                                                                                            

366


Poladla tozun da kəsdi yolunu. 

Qürurla ruslar da o biri yandan 

Ordunu sazladı, bəzəndi meydan. 

Rusların canları kinlə gurlayır, 

Intiqam odundan beyin qaynayır. 

Nizənin, qılıncın şimşəklərindən, 

Başdan ağıl çıxır, əllərdən yüyən. 

Dağların beynini süpürmüş yaylar, 

Ordular üstündə oxlar vıyıldar. 

Baş, boyun qoparan polad toppuzdan 

Beyinlər tökülür qanlı ağızdan. 

Fil yıxan mızraqlar dolunca kinə

Donunu çərx atdı Nilin küpünə. 

O çibin qanadlı incə qılınclar 

Qartal qanadını qüvvətdən salar. 

Çevrilmiş tas kimi iti süngülər 

Qotazın üstünə bir tas qan tökər. 

Atların dırnağı əqiqdi qandan, 

Yəhəraltılar da qandan al-əlvan. 

Nizələr qalxana ulduzlar düzər, 

Qalxandan qalxana düşər kölgələr. 

Dəmir, kərpic qırmış o qədər insan, 

Yer üzü kəsilmiş bir məzarıstan. 

Baş üzən, leş, cəmdək yeyən qılınclar 

Çölləri qan ilə etmiş laləzar. 

Nizələr döşləri tikmiş iynətək, 

Oxlardan öyrənmiş qayçı işlətmək. 

Hər qılınc əъdaha kimi başını

Qınından çıxarıb, çatır qaşını. 

Yollarda o qədər tökülmüşdü can, 

Məhşər bazarına dönmüşdü meydan. 

Ruslar hər tərəfdə göstərir hiddət, 

Rumların başına açır qiyamət. 

Soxulmuş rum ilə rus bir birinə, 

Bənzər ağ, qırmızı donlu gəlinə. 

İskəndər meydanda qızmış aslandı, 

O əli silahlı bir pəhləvandı. 


                                                                                                            

367


Meydanda bağırır necə bir aslan, 

Zirehli fil necə oxuyur meydan. 

Şah haman fil ilə aslana bənzər, 

Filin də, şirin də yolunu kəsər. 

Hər qılınc tutana vurunca nərə, 

Başını qılıncla salırdı yerə. 

Əbbasi çətritək örtərək qara, 

Bərtasın tasını vurdu daşlara. 

Üzəngi və qılınc gücüylə hər an 

Saysız baş qopardı sağdan və soldan 

Nə özü tərpənir yerdən, nə əsgər. 

Vuruşur taleyi gülənə qədər. 

Bəlinas parlayan üstürlab ilə

Çalışır xoş tale keçirsin ələ. 

Olunca uğurlu iqbal aşikar, 

Şah qılıncı oldu dünyaya açar. 

Dedi: "Dur, taleyin sənədir kömək, 

Bu qanlı meydanda sənindi dilək!" 

Nil kimi axdı şah öz sol-sağına, 

Başları fırlatdı fil ayağına. 

Ağzını açaraq odlu əъdaha, 

Ruslara şah basqın etdi bir daha. 

Padşaha üz verdi səadət, zəfər, 

Əzdilər Qıntalı, üstün gəldilər. 

Bu son şanlı zəfər gəlincə ələ

Düşməni oynatdı bir həmlə ilə. 

Qaçmağa başladı basılan yağı, 

Dünya İskəndərə verdi şahlığı. 

Filbədən əl atdı uzun kəməndə, 

Qıntalın başını keçirdi bəndə. 

Ruslardan kin ilə tökdülər çox qan, 

Çox oldu tutulan, ölən, asılan. 

Çox can, baş itirən qırmızı ruslar 

Qırmızı rəngini itirdi naçar. 

Ruslardan, Bərtasın aslanlarından 

Əsir düşdü yüz min qılınc oynadan. 

Qalanlar yem oldu ac qılınclara, 


                                                                                                            

368


Fitnəyə ölümdən başqa yox çara. 

Soyulmuş, talanmış azca bir miqdar 

Salamat qurtarıb geri qaçdılar. 

O qədər qənimət aldı İskəndər, 

Olmadı sayını bilən bir nəfər. 

Hədsiz qızıl, gümüş, xəz, inci, gövhər, 

Tövlələr dolusu canlı dəvələr. 

İskəndər düşmənə çalınca zəfər, 

Işləri oldu şux lövhədən dilbər. 

Endi öz atından "zəfərdir" deyə, 

Bildi ki, qovuşmuş bütün diləyə. 

Üz sürtdü torpağa, dedi: Ey rəhbər! 

Mən qara torpağam, səndəndir zəfər!" 

Dedi: "Haqq vermiş bu böyük zəfəri", 

Yoxsula payladı xəzinələri. 

Dünya boşalınca kinli düşmandan, 

Dincəlmək fikrinə düşdü hökmüran. 

NÜŞABƏNİN XİLAS EDİLMƏSİ 

Qalx, saqi, saf gövhər saçan camından 

Mənim tərkibimə gövhər saç bir an! 

Onunla islansın quru can tası, 

Gövhərlə silinsin gövhərin pası. 

Elə ki, Feyləqus oğlu İskəndər 

Dincəldi, üzünə gülüncə zəfər, 

O yerdə aradı eylə bir məkan, 

Oturan kəslərə verməsin ziyan. 

Ağacı tubadan olsun sevimli, 

Süsəndən sərt olsun otunun dili. 

Axan saf çeşmələr versin səs-səsə, 

Içimi mey kimi, mey halal isə. 

Ətəyi yamyaşıl, ox ormanlığı, 

Hər yandan bürümüş budaq budağı. 

Bu suda, havada pərvəriş edən 



                                                                                                            

369


Hər ağac uzundu əlli ərəşdən. 

Belə yer keçincə ələ, tacidar 

Tutdu bu mübarək bucaqda qərar. 

Qurdu Rum büsatı şən əməllərlə, 

Şənliyə başladı şux gözəllərlə. 

Məclisdə şahlarla doldu dörd yanı, 

Nəşəylə qaynadı məclisin canı. 

Əmr etdi: "Qənimət saxlayan ərlər 

Qarətin sayından versinlər xəbər! 

Rus, Bərtas və başqa xalqdan alınan 

Silsilə dağ kimi xəzinə, saman. 

Katiblər hesaba etsinlər diqqət, 

Öyrənsin nə qədər vardır qənimət". 

Qənimət çəkənlər durmadı daha, 

Qədərsiz qənimət çəkdi dərgaha. 

Açıldı hər başı bağlı xəzinə, 

Baxdıqca fərəhdən çırpındı sinə. 

Yüklərdə o qədər daş, gövhər vardı, 

Sayı yox, sayanlar hey yanılardı.  

Saf mədən qızılı, civə gümüşü, 

Məhtabı işıqdan salır görüşü. 

Batmanla zəbərcəd, xalvarla gövhər, 

Qızıl qalxan, nəhəng donlu zirehlər. 

Xüsusi toxunmuş mitqal və kətan, 

Silsilə dağ kimi qalanmış hər yan. 

Zər ilə işlənmiş qədərsiz paltar, 

Ulduztək parlayan saysız qalxanlar. 

Qılınc, tüklü dəri dağ kimi durur

Saya gəlməyirdi zil qara samur. 

Saf qaqum o qədər yüklənmiş, görcək, 

Nə saymaq mümkündür, nə də söyləmək. 

Al tülkü dərisi, sincablar parlaq, 

Hələ nal görməmiş bir ilxı daylaq. 

Saf vaşaq dəridən məclis olur şən, 

Gündüzə xal düşmüş qara gecədən. 

Bunlardan başqa çox xəzinə, saman, 

Ürək sıxılırdı onu saymaqdan. 


                                                                                                            

370


Padişah baxınca o dərilərə 

Bir cənnət baharı gəldi nəzərə. 

Onları tanıdı bir-bir hökmüdar, 

Hər mətah nə kimi işə yarayar. 

Gördü parça-parça sincabla samur, 

Eləcə üst-üstə tökülmüş durur. 

Ən başda asılmış bir köhnə dəri. 

O qədər köhnədir getmiş tükləri. 

Nəzərdən keçirdi o dəriləri, 

Bilmədi nədir o asılmış dəri. 

Sordu ki: "Bu köhnə dərilər nədir? 

Nə kimi bəzəyə bunlar əl verir?" 

Çox incə bir cavab verdi rus ona: 

"Gördüyün mətahlar borcludur buna! 

Dəriyə xor baxma, "köhnədir" deyə, 

Dəyərli sərvətdir bizim ölkəyə. 

Zahirdə çirkinsə bu köhnə dəri, 

Bizcə hər dəridən çoxdur dəyəri. 

Hər bir dəri yığan çıxsa bazara, 

Bazarda bu tüksüz dəridir para. 

Sabit deyilsə də bu sim ilə zər, 

Çünki dövran onu tez-tez dəyişər. 

Bizim sikkəmizdir bu köhnə dəri. 

Tük qədər əksilməz bunun dəyəri". 

Bu işə çox heyrət etdi tacidar, 

Bu əmrə, bax, necə boyun qoydular. 

Vəzirə söylədi: "Hər bir dövlətin 

Qolunu siyasət etmişdir mətin. 

Bax, nələr yaradır xalq siyasəti. 

Dəriyə verir bir qızıl qiyməti. 

Bu yerdə gördüyüm bütün şeylərdən 

Yalnız mən bu işə deyərəm əhsən. 

Bu xalqda olmasa belə bir gövhər. 

Bu yerdə bir şəxsə kim boyun əyər? 

Hər kim etməmişsə bir hünər izhar, 

Yalnız bu hünərlə rus şahlıq qurar." 

Vurulunca başa qənimət günü 


                                                                                                            

371


Yerinə yetirdi haqqın şükrünü. 

Tanrının şükrünü edincə tamam, 

Məclisi bəzədi, ələ aldı cam. 

Xoş nəğmə, dadlı mey edincə əsər 

O bahar buludu yağdırdı gövhər. 

Ordunun çalışan böyüklərinə

Xalvarla dağıtdı ipək, xəzinə. 

Qızıl paylamaqdan daşdı var, dövlət, 

Hamıya yenidən payladı xələt. 

Orduda qalmadı kəcavə çəkən 

Məfrəşi olmasın xaradan, zərdən. 

Istədi o dili bağlı kişini, 

Zənciri açılmış çöllü vəhşini. 

O dağ, daş dolanan çöllü yetişdi, 

Şahın qarşısında səcdəyə düşdü. 

Heyrətlə süzdü şah başdan-ayağa, 

Başını oynatdı o mətin dağa. 

Verdi çox hədiyyə o canavara, 

Dəyərli çox daş-qaş, gümüş, zər, xara. 

Rədd etdi ki, belə sərvət, xəzinə, 

Ey şahim, nə gərək bu çöl əhlinə? 

Bir qoyun başını atdı oduntək, 

Göstərdi ki, mənə bu qoyun gərək! 

Padişah əmr etdi: yeməli olan, 

Çöllərdə bəslənmiş kök qoyunlardan 

Bir sürü verdilər, aldı o kişi, 

Padşaha təşəkkür edərək vəhşi 

O böyük sürünü önünə saldı, 

Sevinclər içində evə yol aldı. 

Qəlbaçan, quşların oynağı olan 

Bu yeri bəyəndi böyük hökmüran. 

Dünyada alırdı çalğı, meylə kam, 

Çərx ona baş əyib verirdi salam. 

Şərabdan o sərxoş olduğu zaman 

Üzü rəng alırdı gül rəngli sudan. 

Rusların şahını çağırtdı bir də, 

Oturtdu onu ən layiqli yerdə. 


                                                                                                            

372


Zənciri açdırdı o uca şövkət, 

Verdi saf qızıldan toxunmuş xələt, 

Ürəkdən bir bəndə oldu padşaha, 

Öz keçmiş kinini unutdu daha. 

Zindandan buraxdı bütün əsiri. 

Xələtlə ucaltdı, açdı zənciri. 

Ruslara əmr etdi: "Gəlsin Nüşabə!" 

Onsuz əl vurmadı gülgün şərabə. 

Padşahın əmrinə tələsdi ruslar, 

Günəşin yanında ay tutdu qərar. 

Gəldilər zülümdən solmuş gözəllər, 

Bəyənmiş olduğu bir dəstə dilbər. 

Nüşabə bəzəndi şux geyimlərlə, 

Döndü ilk baharda açılan gülə. 

İskəndər talandan saçdı xəzinə, 

Təzədən bir gəlin bəzədi yenə. 

Kamınca mey içdi bir neçə gecə, 

Bəxtiyarlıq günü sona yetincə, 

Verdi Dəvalıya qızın əlini, 

Nigahla bağladı ona gəlini. 

Bu mübarək ayin yetincə başa 

Verdi çox xəzinə, tutdu daş-qaşa. 

Şövkətlə göndərdi yenə Bərdəyə, 

O gözəl ölkəni ucaltsın deyə. 

Ölkəni təmirə sərvət, mal verdi, 

Yol xərci bir yana, çox cəlal verdi. 

Elə ki, işlərə verdi intizam, 

Etdi igidlərə böyük ehtiram. 

Verdi rus şahına yenidən tuğ, tac, 

Ancaq əmr eylədi: göndərsin xərac. 

Öz doğma yurduna dönüncə ruslar, 

Qıntal öz taxtında oldu bəxtiyar. 

Bir daha çıxmadı onun əmrindən, 

Hər zaman yad etdi şərab içərkən, 

O yaşıl çəməndə hər gün tacidar 

Gah şənlik qurur, gah edirdi şikar. 

Uca sərv altında çalğı səsiylə, 


                                                                                                            

373


Qədəh qaldırırdı ney naləsilə. 

Könlü şad olduqca çox şənlənirdi, 

O coşğun ürəyi fərəhlənirdi. 

Padşahlıq, şən tale, ömür, qönçə gül, 

Neçin şad olmasın belə bir könül?! 

İSKƏNDƏRİN ÇİNLİ KƏNİZLƏ

ŞƏNLİK ETMƏSİ 

Saqi, ol xəyallı şərab ilə dur, 

Kəhrəba rəngli bu saxsını doldur! 

Bu qara torpaqdan süzülən gövhər 

Şənlətsin qəlbimi, qalmasın kədər! 

Gündüzdən daha şux, parlaq bir gecə! 

Günəşdən aydındı, işıq və incə! 

Bu yaşıl künbədin şənliklərindən 

Şən, zümrüd körpələr doğurur çəmən. 

Əsrarlı ulduzlar dönmüş çırağa, 

Ağ gümüşdən rəqəm yazmış torpağa. 

Bu qorxunc hərfləri bilən, oxuyan, 

Tutarmı bu sonsuz köhüldə məkan? 

Dünyada çalışmaq boş şeydir, ancaq 

Ruzini səy ilə olmaz artırmaq. 

Kədərə dəyməz bu dünya, şən keçin! 

Kim deyər bu saray tikildi qəmçin? 

Şənlikçin yaranmış dünya, bunu bil! 

O zillət, fəlakət ocağı deyil! 

Bu zəhmətli yerdə çox tutma qərar, 

Bu dibsiz quyudan yükünü çıxar. 

Ver şənlik meyini, can qurban ona! 

Içək, həm də verək başqalarına, 

Gün keçdi, sabah da gəlməmiş ələ, 

Yalnız bu gecəni şən keçir hələ. 

Bu gecə keyf ilə ömür sürərik, 

Sabahın işini sabah görərik. 


                                                                                                            

374


Hələ qəm çəkilməz xəzəl gəlməmiş, 

Məzara girilməz əcəl gəlməmiş. 

Yalnız şənlik gərək, nuş edərkən mey, 

Şərab məclisində yox başqa bir şey! 

Özünü zillətdə tutmaq nə gərək! 

Il boyu qəm, kədər udmaq nə gərək! 

Girmə bu dünyanın kəc qapısından, 

Heçlikdən bir fayda görərmi insan? 

Fil ayaq altına bizi almadan 

Dur köçək bu yurddan, yeriyir karvan! 

Gəl yeyək var-yoxu özgə yemədən! 

Zövq alaq başqası qarət etmədən. 

Elə bir qazanclı maya al ələ, 

Köçürkən keçmişlər almış özüylə. 

Qorx sən bu bac alan, yol vuranlardan, 

Yolda var-yoxunu edərlər talan. 

Yoxsula ver nəyin varsa, çox, ya az, 

Yoxsul daxmasını kimsə aramaz. 

Görmürsən, bac verən bu dövlətlilər 

Yoxsul dəhlizindən qaparaq verər. 

Eşq olsun ən doğru düşünən mərdə, 

Varına yer verdi xərabələrdə! 

Bir günlük tarixi vardır bu çərxin, 

Yüz illik xəznəni gizlətmək neçin? 

Gəl, otur üz-üzə, edək şadlıq biz. 

Edək bir gecəlik Keyqubadlıq biz! 

Gəl, otur, ömürdən bu gün kam alaq. 

Dünəni, sabahı xatırlamayaq! 

Çəkinək faydası olmayan şeydən, 

Bu işdən heç məmnun deyil düşüncən. 

Əlində nə qədər var isə imkan, 

Çalış ki, şən keçsin hər nəfəs, hər an. 

Qəlbimiz hər zaman şən olmalıdır, 

Kin, tamah bədənə atəş nalıdır. 

Ömrə sərmayədir aldığın nəfəs, 

Kədərə tapşırmaq əbəsdir. əbəs! 

Şənliklə səslənsin çıxan nəfəslər! 


                                                                                                            

375


Şən nəfəs almasan, sərmayən gedər. 

Barı ver, könlünü şənləndir ancaq, 

Ucuzdur bir heçə bir könül almaq. 

Sərvətçin kar olma, dönmə sərt daşa! 

Sərvətin olmasın, ancaq sən yaşa! 

Bərk tutma dünyanı, etsən bir nəzər, 

Bərk tutmaq ölümə çətinlik verər. 

Bu dünya malına uyma çox, zinhar, 

Hər sadə keçinən asudə yaşar. 

Sevimli bir saat, uğurlu gecə, 

Onda şən keçirmək olur könülcə. 

İskəndər dövrünün yaqutlarından 

Belə nəql eləyir tarixi yazan: 

Tacidar o gecə qəlbində fərəh 

Gül dodaq eşqinə doldurdu qədəh. 

O camı qaldırdı gül dodağına, 

Cam da bir qul kimi baş əydi ona. 

Oturmuş bir cavan sərv ağacıtək, 

Gah lalə tökür, gah ərğəvan çiçək. 

Müşkin gül üstünə yazılmış bir xətt. 

Gülə gül suyuyla çərx vermiş zinət. 

Həm düşmən fəthindən könül çox şəndi. 

Həm də dostlarıyla evi gülşəndi. 

Çağırtdı gül üzlü o dilaramı, 

O mələk simalı nazik əndamı. 

Bir saz, bir oxuyub çalandı həmdəm. 

Çadırda qalmadı daha naməhrəm. 

Min bir istək ilə istənmiş dilək, 

Başına, üzünə vurmuş yüz bəzək. 

Al nar danəsindən dodağı dilbər, 

Dili al nabatdan daha şirin, tər. 

Gözləri gül, ağzı o qədər dardı, 

Biri saz, o biri könül çalardı. 

Araqçın altından o müşkin tellər 

Kəmənddir asılmış ətəyə qədər. 

Məclisə yaraşıq verən, oxuyan, 



                                                                                                            

376


Şahın əlindədir çalan hər zaman. 

İskəndər əmriylə aldı sazını, 

Gövhər xəznəsinin açdı ağzını: 

"Bu gecə dünyamız yenidir, şəndir, 

Hər şənlik İskəndər dövlətindəndir. 

Xoş olur gül, çiçək çağı ruzigar, 

Hər tərəf gülümsər gülərkən bahar. 

Qalxdıqca al günəş od kimi yanır, 

Işıqlı dünyadan nur dalğalanır. 

Toxuyur, əsərkən səhər küləyi, 

Yer rumi, göy isə Şüştər ipəyi. 

Al qızıl güllərlə şənlənincə bağ 

Yanar hər qönçədən bağda yüz çıraq. 

Şah qoymuş dünyaya zəfərlə təməl, 

Güzgü pas altında görünməz gözəl. 

Keyxosrov əldə cam tutduğu zaman 

Taxtınız qalmasın boş belə camdan! 

İskəndər Cəmşiddən olmuşsa yüksək, 

Gül üzüm günəşə üstündür gerçək. 

Şah qızıl çəkməli Firidunsa, mən 

"Gavə bayrağıyam", onu fəth edən. 

Taclı Keyqubadsa uca İskəndər, 

Mənim tacım isə müşküdür, ənbər! 

Firuzə taclısan, Keykavus isən, 

Məndən taxt tələb et fil sümüyündən. 

Şah Süleyman kimi div salsa bəndə. 

Çox Məcnun çöllərə salmışam mən də. 

İskəndər ki, bütün dünyanı tutdu, 

Könlümsə o dünya tutanı tutdu. 

Şahın dünya tutan uca kəməndi 

Ay, Günəş boynuna salırsa bəndi, 

Zülfümdən bir kəmənd eşərəm ona, 

Qorxmadan ataram şahın boynuna, 

Padşahın aytutan bir kəməndi var, 

Mənim də kəməndim şahları tutar. 

Kəskin ox atırsa uca hökmüdar, 

Məndə də ox atan min naz, qəmzə var. 


                                                                                                            

377


Qılıncla gülgün qan tökürsə salar, 

Mənim gül üzümdən al qan damcılar, 

Qılınc oynatmağa şah versə qərar, 

Mənim də qılıncdan kəskin dilim var. 

Şah toppuz qaldırsa qulaq ucuna, 

Iki zülfüm də bir toppuzdur mana. 

Atından tək bir tuğ asmış hökmüran, 

Mən on tuğ asmışam ağ buxağımdan, 

Şahda bir qutu var, içi ləldir, 

Mənim də qutumda var ləl ilə dürr. 

İskəndər yaqutu mədəndir ancaq, 

Al, canlı yaqutdur məndəki dodaq. 

Əflakə münəccim olmuş İskəndər, 

Mənim keşiyimi ulduzlar çəkər. 

O başı üstündə ucaltmış sancaq, 

Qapımda yüksəlmiş yüz elə bayraq. 

Aləmə şah isə o sərvərliklə, 

Gözəllər şahıyam canpərvərliklə. 

Üzümdən örtümü atdığım zaman 

Yalnız bir telimə dəyməz bu cahan. 

Ay üzdə yer versəm müşkin tellərə, 

Ayı bir telimlə çəkərəm yerə. 

Bu əqiq dodaqdan şəkər tökərkən, 

Rəhiq mey çəkərəm incə püstədən. 

Rəhiqim suyu da rəqsə gətirər, 

Əqiqim yuxuya bir nəşə verər. 

Göydən tuğ istəsən, buxağımdan al! 

Şəkərdən duz umsan, dodağımdan al! 

Dodağım şəkərdir, gülüşü şəkər, 

Bu gülgün yaqutun öpüşü şəkər. 

Öpüşün qapısı bununla belə, 

Bağlanmış Səmərqənd çubuqlariylə

253



Tutaq ki, kimiya daşı zər edir, 



Nəfəsim torpağı müşk, ənbər edir. 

Süheyl edən kimi gönlərə əsər, 

Nəfəsim nəsimə o ətri verər. 

Bir gözlə edərəm könülləri qan. 



                                                                                                            

378


O biri gözümlə alaram yüz can. 

Bu yandan ovlaram gəlsəm üz-üzə, 

O yandan ataram daşqın dənizə. 

Qəmzəmlə aldadıb salaram dərdə, 

Tayım yox, mahirəm belə işlərdə. 

Üzümü rahiblər görsə, nur deyə, 

Dindar hirbüd kimi düşər səcdəyə. 

Zahidin ürəyi qara daş isə, 

Sazımın səsiylə gətirrəm rəqsə 

Bu gümüş əndamla gümüş saçaraq 

Xəzinə qıflını açmaram ancaq. 

Baxçamın qapısı deyil aşikar, 

Ancaq bağban bilir hardadır açar. 

Tər-tazə yetişmiş xurmalarım var, 

Tək quru tikanı görər başqalar. 

Elə bir gülabam, kədər verərəm, 

Məndən duz umana ciyər verərəm. 

Gecə türk üzümü görmüşmü, nədir? 

Xalımtək mənə bir hindli bəndədir. 

Yeni ay bir hilal kimi doğaraq, 

Vüsalım fikriylə boşaltmış otaq. 

Tellərim, başlasa rəqsə, yox çara, 

Kəkliyin ayağı düşəcək tora. 

Üzüm zülf altından olsa aşikar, 

Çəməndə güllərin ağzı sulanar. 

Birçəyim qıvrılsa bu çəmən boyu, 

Kəməndə salaram o parlaq suyu. 

Lətif bədənimi etsəm aşikar, 

Ağ badam içinin budları sınar. 

Ağ gümüş biləyim görünən zaman 

Yasəmən tər tökər utandığından. 

Dodağım şəkərə dadımlıq verər, 

Qulaqda halqalı bir quldur gövhər! 

Ağzım ki, çəkişdi Müştəri ilə, 

Üzüyü qazanan keçirdi ələ. 

Mənimlə bir cınaq çəksə gül, çiçək, 

"Apardım" sözünü unutsun gərək

254




                                                                                                            

379


Gözümdən Babilə bir əfsun çatdı, 

Ondan, bax, nə qədər cadu yaratdı! 

Çinə bircə telim getdi ərməğan, 

Müşk oldu ahunun göbəyində qan. 

Zülfü qulağımda edərsəm çənbər, 

Üst-üstə tökülür bayğın könüllər. 

Bu sərxoş gözlərin naz, qəmzəsilə 

Yüz əldən getmişi gətirrəm ələ. 

Çox qaçqın könüllər ovladım hər an. 

Onlara quyudur, bax, bu zənəxdan. 

Aşiqə bir tellə verərəm tuğ tac. 

Ətrimlə Xülləxdən alaram xərac. 

Möhrümü vuraram Çin xaqanına, 

Beş növbət salaram Rumu talana. 

Bu müşkin xalımla çinli bağrıyam, 

Falca Rum qəlbinin şən çırağıyam

255



Yuxulu çağımda verərəm məzə, 



Qanını tökərəm edərkən qəmzə. 

Dodağım rəng verir hər gülgün lələ, 

Üzümün xəyalı oynar günəşlə. 

Müğ mənə "sənəmdir" deyə yalmanır, 

Cənnətin bir sənəmxanəsi sanır. 

Mənim nar döşlərim görünən zaman 

Narların ürəyi soyudu bağdan. 

Döşlərim dikəlmiş təzə narınctək, 

Hansı bir bəxtiyar onu dərəcək? 

Uğurlu ağacam, iki narım var, 

Bir güləm, pərdədə gözəl barım var. 

Tufanla qopsa da dünya təməldən, 

Bəxtiyar şah olsun, bir mey, bir də mən! 

Bir dastan işlətmək istərəm ona, 

Almaq öz sazımtək öz qucağıma. 

Bir öpüş vurum gah məst gözlərinə, 

Gah qara zülfümü verim əlinə. 

Bu şərtlə canımda eyləsin məkan, 

Başımı çəkməyim ayaqlarından. 

O günəş eşqindən sərxoş olaraq, 



                                                                                                            

380


Məhşərdə yuxudan ayılım ancaq. 

O hansı çeşmədir ömrü uzadan? 

O hansı kölgədir gənclik oyadan? 

Vəslimdir şən, uzun bir həyat verən, 

Mən gənclik verərəm qəmzə edərkən. 

İskəndər dirilik suyuçun gedir, 

Mən varkən zülmətə o neçin gedir? 

Axtarmaq istəsən zülmət yolunu, 

Qara zülfüm sənə göstərir onu. 

Yaqut rəngli sudan istəsən içmək, 

Dirilik suyunu ələ keçirmək. 

Parlaq bir yaqutdur bu gül dodaqlar, 

Həyat suyu kimi yüz çeşməsi var. 

Şahım, ram ol mənə, çox sərkəş olma! 

Bu həyat suyuna, gəl, atəş olma! 

Pəriyəm, ipəklər içində gizlin, 

Qapını bağlama sevirsə qəlbin! 

Üzünə açıqdır qapım hər zaman! 

Məni sındırsan da, sınmasın peyman! 

Ürəkdən daş asmaq bitməzmi daha? 

Gözələ xor baxmaq yetməzmi daha?! 

Olma daş ürəkli, sevirəm səni! 

Kölən bil, gözəl bil, qulun bil məni! 

Mən fələk olmaqla sənin yarınam, 

Çindənəm, sənin mən, bil, qəmxarınam. 

Deyiləm kölgədə yetişən bir gül. 

Günəşi kölgədə saxlamaq müşkül! 

Mən kimi meyvəni qapatma evə, 

Dad verməz kölgədə yetişən meyvə. 

Mənəm ən ətirli, sevimli reyhan, 

Reyhan olmalıdır evdə hər zaman. 

Burax bu kəkliyi ovlasın tərlan! 

Gəl, çəkin ov güdən bu qartallardan! 

Ağacın xurması yetişmiş ikən 

Başqası yeyəcək onu, dərməsən. 

Mən kimi kim sənin dərdini çəkər? 

Dərdini çəkərək səpərəm şəkər. 


                                                                                                            

381


Ürəklər qan oldu qan içməyimdən, 

Boynumda nə qədər qan qalmış, bilsən? 

Çox şəkər dodağa oxudum meydan, 

Dodağım şirindir şəkərburadan. 

Həm səsim, həm özüm əzəldən gözəl, 

O gözəl, bu gözəl, gözəldən gözəl. 

Saqisi mən olsam, mey olmaz haram, 

Canım işrət saçar bir mütrüb olsam. 

Çalğımla hər kəsi sərxoş edərəm, 

Sonra hər sərxoşu öldürər qəmzəm. 

Uzaqdan edərəm şux dilbərliklər

Qucaqda edərəm canpərvərliklər. 

Qarşımdan gözlərə sevinc salanam. 

Qucağa çəkdikcə könül çalanam. 

Mən olam, saz ola, bir də köhnə mey, 

Aşiqin taqəti qalırmı? Hey, hey!.. 

Sən kimi şəhriyar olsa mənə yar, 

Bu könül şənlikdən başqa nə arar? 

Dövrandan kim almış mənim kimi kam? 

"Dünyada tapılmaz" olmuş mənə nam!.." 

Elə ki, sazına vurdu son mizrab, 

Təsnifi bitirdi dodağı ənnab. 

Şahın məhəbbəti o sözdən coşdu, 

Sanki tərlan fərə üstünə qoşdu. 

O bahar turacı naz ilə, şən-şən. 

Turunctək soyuldu qızıl beşikdən. 

Könül getdi əldən, sərapərdə boş, 

Sevimli məşuqə sevdadan sərxoş, 

Xəlvət bir gecədə elə bir mələk, 

Mümkünmüdür ona könül verməmək?! 

Gənc, gözəl maralı yıxdı nər aslan, 

Qarət məclisində başladı talan. 

Sığındı o laçın sona ovuna, 

Günəşsə getdi ay qonaqlığına. 

Şəkərtək əmirdi hey dodağını, 

Sorurdu şəkərli ney dodağını. 



                                                                                                            

382


Bağrına basdı o gül köküslünü, 

Xəzinə ağzından açdı möhrünü. 

Bakirə şərabı laləzar gördü, 

Qapalı bağçada alma, nar gördü. 

Əqiq möhr üstünü basmamışdı pas, 

Saf üzük qaşını deşməmiş almas

256



Bir qönçə güldür, yox üstündə tikan, 



Görməmiş bağbandan başqa bir insan. 

O qızğın atəşin artıqlığından 

Damardan fışqırmaq istəyirdi qan. 

Şəkərli dil ilə söhbət açdılar, 

Yağ, bala dönərək qucaqlaşdılar. 

Sarıldı iki sərv, iki gülpeykər, 

Qatdılar badama, yağa qənd, şəkər, 

Əyildi "əlif-lam" kimi cift ayaq. 

Iki hərf kimi bir cinsdən olaraq. 

Elə ki, almaz o gövhəri dəldi, 

Həm almaz yatdı, həm gövhər dincəldi. 

Həyat çeşməsində məsud İskəndər 

Şənliklə keçirdi bəxtiyar günlər. 

Işrətlə keçirdi bir neçə gecə, 

Çıxmadı o yerdən, daldı sevincə. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin