2 Nİzami GƏNCƏVİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   15   16   17   18   19   20   21   22   23

İSKƏNDƏRİN DİRİLİK SUYU 

AXTARMASI 

Saqi, gəl, qədəhi doldur mey ilə, 

Al ələ nəğməylə, çalğı, ney ilə! 

Bir mey ki, içənlər fikrincə, demək, 

Xəstəyə şəfadır, dərdliyə kömək. 

Ucalırkən səhər xoruzun səsi, 

Qarovul zənginin susdu naləsi. 

Təbilçi təblinin səsi ucaldı, 

Quşların nəğməsi ətrafı aldı. 


                                                                                                            

383


Ibadət edənlər qalxdı yuxudan, 

Pərəstiş etməyə düzüldü hər yan. 

O səhər yuxudan qalxdı tacidar, 

Ibadət etməyə verərək qərar, 

Ona şəfqət edən haqqı etdi yad. 

Etdi bu hikmətlə dünyanı abad. 

Nəhayət verincə ibadətinə, 

Şərab məclisini bəzədi yenə. 

Mey ilə, çalğıyla gah olurdu şad, 

Vəfalı dostları gah edirdi yad. 

Gülabdan saf olan gül rəngli şərab 

Hər başdan dərd alır, hər beyindən tab. 

Onunla bir məclis qurdu şəndən şən, 

Uzaqdı düşməndən, qanlı döyüşdən 

Elə ki açıldı, uzandı söhbət, 

Danışdı hərə bir gözəl rəvayət. 

Biri söhbət açdı Xorasan, Qurdan, 

Ordakı qızıldan, qüvvətdən, zordan, 

Birisi danışdı Rey, Isfahandan, 

Firidun dövləti çıxan məkandan. 

Çindən, Xarəzmdən söz açdı biri: 

"Var gözəl ipəyi, müşkü, ənbəri". 

Birisi söylədi: "Gözəldir Qeysur, 

Bu yerdən çıxar hər səndəl və kafur". 

"Hindistan gözəldir, - dedi, - bir nəfər, 

Odunu ud olur, palçığı ənbər". 

Məclisdə var idi bir nəfər qoca 

Danışmaq növbəti ona çatınca 

Maraqla başladı qoca sözünü, 

Baş əyib, torpağa qoydu üzünü: 

"Dünyada zülmata çatmaz bir diyar, 

O gözəl torpaqda suyu var. 

Ömrünü artırmaz xəzinə, cəlal, 

Torpaqda çox yatır xəzinə, xam mal. 

Yaşamaq istəsən dünya uzunu, 

Get, keçir əlinə həyat suyunu!" 

Bu sözdən utandı məclis, qaldı mat, 


                                                                                                            

384


Qaranlıq bir yerdə olurmu həyat? 

Şah dedi: "Yoxsa var başqa bir hikmət? 

Həyat çeşməsində olan bu zülmət. 

Yazılmış hərflər qarasıdır bu, 

Mənəvi həyata can verir suyu. 

Kim görmüş yoxsa bu həyat suyunu, 

Zülmətdə ölümdən qurtarsın onu!" 

O qoca dedi: "Ey uca tacidar! 

Bu sudan uzaqdır dediyin əsrar. 

Var Şimal qütbündə qaranlıq bucaq, 

Ağ, gümüş çeşməsi hər sudan parlaq. 

Bu qaranlıq yerə deyirlər zülmat, 

O zülmət içində var abi-həyat". 

O suyu kim içsə olur qəlbi şən, 

Qurtulur ölümdən və xəstəlikdən. 

Sözümdə azacıq olsa şübhəniz, 

Soruşun sınaqlı qocalardan siz!" 

İskəndər bu sözə heyrət etdikcə, 

Aramaq marağı artdı getdikcə. 

Sordu ki: "Bu zülmat harda?" Göstərən 

Göstərdi padşaha: "Bax, bu sağ əldən 

Qaranlıq ölkəyə qısa yol gedir. 

Gəldiyin bu yolun onda biridir." 

Eşidincə bunu şah dedi: "Ancaq 

Zülmətdə mümkündür işığı tapmaq." 

Zülmata çevirdi şah öz yolunu, 

Gedərkən nəzərə aldı ordunu. 

Sürətlə bir neçə mənzil at sürdü. 

Əsgərin bir çoxu xəstədir, gördü. 

Ardınca axırdı bir dünya ordu. 

Xaslar da yanında alay vururdu. 

Ordu bazarını görən bir insan 

Seçməzdi məhşərin bazarlarından. 

O yerdə quş südü arayan belə, 

Ordu bazarında gətirdi ələ. 

Hər quraq bir yerə çatdı İskəndər. 

Yağışdan yaşıla büründü çöllər. 


                                                                                                            

385


Xızır iz salmışdı sanki bu yola, 

Yainki gedirdi şahla qol-qola. 

Ordu çoxluğundan şah getdi fikrə, 

Belə yol getməkdə sığındı səbrə. 

O çöldə vardı bir böyük mağara, 

Padşahın ordusu çatınca ora. 

Ordunun yanında nə qədər yük var, 

Mağara yanında yerə qoydular. 

O geniş çöllərdə saldılar məskən, 

Şənlikdən viranə çöllər oldu şən. 

Çölbəyi o yerə ad verdi: Bünğar, 

Get-gedə o şəhər adlandı Bulğar. 

Bu gün o ölkədə rəyasət sürən 

Yerləşib qalandır şah səfərindən. 

İskəndər görüncə o saysız ordu 

Yol və iz bilməyir, bir tədbir qurdu. 

Ordudan ayrıldı bir neçə əyyar, 

Istidən, soyuqdan, çıxmış oxçular, 

Ürəkli, sümüyü bərk, dəliqanlı, 

Səbirli, qüvvətli, gənc, polad canlı. 

Əmr etdi qocaya və xəstələrə: 

Əskərlə çıxmasın ağır səfərə! 

Qocalar, xəstələr bu qorxunc yerdə, 

Dolaşıq yollarda düşməsin dərdə. 

O yola - qocasız etdilər səfər, 

Qocalar oturdu, yol aldı gənclər. 

Bir nəfər o yerin ayıqlarından 

Hüzura istədi ulu hökmüran. 

Yox idi ordunun sayı, miqdarı, 

Hər mənzil başında qoydu onları. 

Şor, şirin hər azıq çarpsa nəzərə, 

Yüklətdi qüvvətli, gənc dəvələrə. 

Qoşunla at çapdı qaranlıq suya, 

Bir naib tikdi o qalan orduya. 

Onlara nəsihət elədi bir az: 

"Bu yerdə qəflətlə göz yummaq olmaz!* 

Atını Şimala doğru çaparaq, 


                                                                                                            

386


Günəş gərdişindən şah düşdü uzaq. 

Fələyin qütbündən doğunca işıq, 

Azacıq keçmədən sönürdü artıq. 

Üfüqə baş qoydu xətti-üstüva, 

Qütb isə kənardan keçdi ortaya. 

Bir yerə çatdılar parlaq günəşdən 

Yalnız bir xəyaldı gözlə görünən. 

Sürdülər kölgəlik deyilən yerə, 

Saçdılar bayrağı kölgəliklərə. 

Havadan işığı yer qapmış artıq, 

Hər yerə hakimdi dərin qaranlıq. 

Bu yandan ətrafı qaranlıq tutmuş. 

O yandan yol-izi bir dəniz udmuş. 

Ağlıyla bu yolu tutaraq rəhbər, 

Xətti-üstüvayə qarşı getdilər. 

Get-gedə pərgardan olduqca uzaq, 

Günəşdən, işıqdan düşdülər iraq. 

Gedərkən bir yerə çatdılar o gün, 

Gözlərdən aydınlıq itdi büsbütün. 

Hər yandan yolları bürüdü zülmət, 

Bu dünya qaralsa verərmi ləzzət? 

İskəndər şaşırdı, aradı tədbir: 

"Bu yolda doğru iz göstərən kimdir?" 

Bilənlər söylədi ki: "Bu qaranlıq 

Pərdədir, iç-üzü görünməz artıq. 

Mümkündür irəli getmək yol ilə, 

Dönərkən çətindir gətirmək ələ". 

Çox çarə aradı hər tədbir verən, 

Olmadı buna bir tədbir göstərən. 

Gecəydi o yerdə, qaranlıq diyar, 

Müşkü ud yerinə etdi ixtiyar

257


Kinindən olmuş göy dəli, zəncirli, 

Zəncinin yerinə keçdi kəşmirli

258


Getdikcə yol oldu tükdən də incə, 

Zülmətdən qurulmuş qaranlıq gecə. 

Hər kişi qayıtdı öz mənzilinə, 

Bu işə bir tədbir düşündü yenə. 


                                                                                                            

387


Bir igid gənc vardı, ağılca ulu, 

Saf, işıq ürəyi şəfqətlə dolu. 

Atası qocaydı, doxsan yaşı var, 

Bədən ağrısından sızlayıb ağlar. 

O gün-ki, padişah vermişdi əmr: 

"Çıxmasın bu yola xəstə ilə pir!" 

Gənc oğlu vurğundu xəstə ataya, 

Necə ki, bir xəstə göynər almaya, 

Qocanı özüylə aldı bərabər, 

Necə ki, başqalar yaqutu gizlər, 

Azıq sandığında gizlətdi onu, 

Onunla dolaşdı zülmət yolunu. 

Taleyin qoşundan küsdüyü gecə 

O gənci aldı bir dərin düşüncə. 

Gecəykən sandığı açdı o cavan, 

Etdi atasına o sirri bəyan: 

"Padişah səfərdən oldu peşiman, 

Çətinlik çəkməkdən qırılmış peyman. 

Qəlbinə bir qorxu salmış qaranlıq, 

Bir tədbir düşünə bilməyir artıq. 

Bələdçi olmadan gedir irəli, 

Bilməyir nə sayaq dönəcək geri". 

Oğluna baxaraq dedi ixtiyar: 

"Bu qara pərdədə gizli bir sirr var. 

Padişah getməyə başlarkən ora, 

Zülmətdən dönməyə vardır bir çara: 

Padşaha gərəkdir ilk dəfə doğan, 

Vücudu sapsağlam boğaz bir madyan. 

Anadan olunca o körpə daylaq 

Başını bir yerdə kəssinlər, ancaq 

Örtməyib qoysunlar yerdə cəmdəyi, 

Anası görüncə, yansın ürəyi, 

Içində qopsun bir həyəcan, hiddət, 

Durmasın padişah, etsin hərəkət. 

O yoldan geriyə döndüyü zaman 

Ordunun önündə gedəcək madyan 

Çaparaq sevimli daylağa sarı, 


                                                                                                            

388


O yoldan beləcə çıxar dişarı. 

O yolda bələdçi olmadan belə, 

Dişarı çıxarlar bu tədbir ilə." 

Qocanın sözünə o gənc uyaraq, 

Kələfin başını tapdı bu sayaq. 

Göylərin o müşkin ipəyi səhər 

Olunca ud rəngli dibayə bənzər. 

İskəndər məclislə yenə oturdu, 

Getməyə hər biri bir tədbir qurdu. 

O məclis nə qədər göstərdi tədbir, 

Bu əsrar haqqında söylədi fikir, 

Xoşuna gəlmədi ulu padşahın, 

Tədbirlər kimsəyə deyildi aydın. 

Öz zəif fikriylə o gənc yanaşdı, 

Bələdçi haqqında şaha söz açdı. 

Atası söyləyən sözləri bir-bir 

Padşaha anlatdı ki, budur tədbir! 

Xoş gəldi bu sözlər, yatdı könlünə, 

Beynində yer etdi o dönə-dönə. 

Dedi: "Ey mərd oğul, belə fikri sən 

Nə sayaq oldu ki, qurdun özündən? 

Bu bilgi özündən gəlməmiş ələ, 

Sən kimdən öyrəndin, gəl, doğru söylə. 

Bar, sərvət verərəm doğru söyləsən, 

Zillətə düşərsən düz deməməkdən". 

Gənc dedi: "Padşahım, mənə ver aman, 

Boşalsın kəcavə bu yüklü atdan, 

O gün ki, əmr etdi ulu hökmüdar, 

Çıxmasın yola bir xəstə, ixtiyar, 

Bir qoca atam var, bu qoca insan 

Çox qulaqburması görmüş dövrandan. 

Ürəyim çox yandı qoca atama, 

Əmrə itaəti unutdum tamam. 

Özümlə gizlincə gətirdim onu, 

Pis gətirdimsə, pis olmadı sonu. 

Dünən yol haqqında olan sözləri 

Atama açmaqdan durmadım geri. 


                                                                                                            

389


Onun təlimini dinlədim bir an, 

Söylənən tədbiri öyrəndim ondan." 

Çox incə bir nüktə söylədi, deyə, 

Şah onun sözündən ucaldı göyə: 

"Bilənlər padşahı olsa da yenə, 

Bu gənclər möhtacdır qoca fikrinə. 

Gənc budaqlarıyla oynarsa qabaq

Başını ucaldar bir köhnə budaq. 

Bilikdə birinci olsa cavanlar, 

Qocalar fikrinə ehtiyacı var". 

Dünya padşahı söhbətdə ikən 

Qapıdan div gövdə o vəhşi birdən 

Içəri girincə yanaşdı məğrur, 

Padşaha göstərdi bir şələ samur. 

Hər biri parlaq bir qunduzdan artıq, 

Bir-birindən alır bəzək, yaraşıq. 

Malına xiridar çıxdı hökmüran, 

Yenə birdən-birə yox oldu ordan. 

Qaranlıq içində yox oldu vəhşi, 

Padşahı heyrətə saldı bu işi. 

Işıqlıq göstərdi, fikri eşitdi, 

Zülmətə getməyə padşah əmr etdi. 

Əmr etdi: "Yelayaq bir boğaz madyan 

Alsınlar, o heyvan doğduğu zaman, 

Kişinin sözünə tamam uyaraq, 

Alınsın, kəsilsin o körpə daylaq". 

Padişahın fərmanı həyata keçdi, 

O işıq çeşməyə doğru yol seçdi. 



İSKƏNDƏRİN ZÜLMƏTƏ GETMƏSİ 

Saqi, bu zülmata bənzər torpağı

Araşdır, ver mənə həyat bulağı! 

O parlaq su ilə mənə sal-nəzər, 

Bu həyatdan daha canlı həyat ver! 


                                                                                                            

390


Bu bahar fəslində yeni və köhnə

Tarixdən başlaram gözəl təranə. 

Rəvayət eyləmiş sınaqlı dehqan: 

Yazın ilk gecəsi ulu hökmüran 

Zülmata getməyə əzm etdi artıq, 

Fikri təskin edər hər bir qaranlıq. 

Günəşi qıfıla vurunca göylər, 

Qaranlıq içində doğar min gövhər. 

Bu həyat suyunda kim etsə məskən, 

Gərəkdir bir pərdə çəksin önündən. 

Çimənlər bu duru, saf çeşmələrdə

Gərəkdir üzünə çəksin bir pərdə. 

İskəndər zülmata edərkən səfər, 

Söylədi: "Artıqdır bu mühüm şeylər!" 

Cilovu buraxdı "zülmat" deyərək, 

Əъdər quyruğunda gizləndi Aytək

259



Söylədi o zaman böyük İskəndər, 



Ona rəhbər olsun Xızır peyğəmbər. 

Atı Xızra verdi böyük tacidar, 

Bilirdi onda bir aslan qəlbi var. 

Verdi ki, bu yolda səyirtsin onu, 

Onunla tapsın bu həyat suyunu, 

Çuxurlar parladan bir gövhər verdi, 

Çeşmələr arayan bir rəhbər verdi. 

Dedi ki: "Bu yolun hər tərəfinə

Həqiqi bir rəhbər özünsən yenə! 

Cilovu hər yana istərsən burax, 

Aç ağıl gözünü, ayıq ol ancaq! 

O çeşmə nə yerdə olsa aşikar, 

Aldatmaz səni bu gövhər, parıldar. 

Uğurla iç haman uğurlu sudan, 

Mənə də göstər ki, yeyəsən ehsan*. 

Göy gərdişli Xızır haman fərmanla 

Ahəngi pozmadan üz qoydu yola. 

Ordudan ayrıldı, irəli getdi, 

Hər yana himmətlə bir nəzər etdi. 

Su üçün dolandı bütün bucağı, 



                                                                                                            

391


Çatmadı suya o susuz dodağı. 

Əlində parladı parlayan gövhər, 

Tapıldı nəhayət aranan gövhər. 

Gümüş rəngli çeşmə axırdı şən-şən 

Süzülən gümüştək daş göbəyindən. 

Bu çeşmə tərifdən uzaqdı, uzaq. 

Bir nur çeşməsiydi bu qaynar bulaq. 

Bir ulduz nə sayaq olursa səhər, 

O parlaq çeşmə də olur o təhər. 

Hələ bədr olmadan nura dolsa ay, 

Eləydi bir az da böyük olsa ay. 

Qaynayır, durmayır öz mənzilində, 

Sanki bir civədir iflic əlində. 

O qədər parlaqdır bu lətif cövhər, 

Dünyada yox ona bənzəyən gövhər. 

Yox başqa gövhərdə bu nur, bu günəş, 

Ona həm su demək olur, həm atəş. 

Xızr həyat suyunu tapınca artıq. 

Hər iki gözünə doldu bir işıq. 

Aşağı enərək dərhal soyundu, 

Doyunca həm çimdi, həm də yuyundu. 

Doyunca içdi o həyat suyundan, 

Əbədi həyata çatdı arayan. 

Atına içirdi, çimdirdi onu, 

Tökdü ağ qədəhə həyat suyunu. 

Atının yanında oturdu bir an, 

Göz götürməz oldu o aydın sudan. 

Istədi gəlincə yoldan İskəndər, 

Desin: "Həyat suyu budur, qıl nəzər!" 

Bir daha çeşməyə göz gəzdirərkən. 

Dirilik çeşməsi yox oldu gözdən. 

Dərhal bu iş oldu Xızr üçün məlum. 

İskəndər o sudan qalacaq məhrum. 

Qorxmadı, utandı o İskəndərdən, 

Xızr da su kimi itdi gözlərdən. 

Söylənən sözləri rumlu ravilər 

Başqa bir şəkildə rəvayət edər: 


                                                                                                            

392


Bu yolda Ilyasla Xızır yoldaşdı. 

Çeşməyə gedərkən dostlar yanaşdı. 

Görüşdü hər iki sevimli rəhbər, 

Çeşməyə çatınca atdan endilər. 

O bulaq başında açdılar süfrə, 

Bulaq başı verir dad yeməklərə. 

Süfrədə çörəkdən ətir qalxardı, 

Duzlanmış qupquru bir balıq vardı. 

Birisi əyildi su içsin deyə, 

Əlindən o balıq düşdü çeşməyə. 

Cumdu o firuzə rəngli bulağa, 

Əl atmaq istədi üzən balığa. 

Tutunca gördü ki, diridir balıq, 

Uğurlu bir fala sevindi artıq. 

Bildi ki, can verən bu parlaq bulaq 

Aranan dirilik suyudur ancaq. 

Həyat çeşməsindən içdi doyduqca. 

Bir həyat qazandı dünya durduqca. 

Dostuna tez xəbər verdi bu zaman. 

Içdi bu əbədi həyat suyundan. 

Təəccüb etmə o gümüş bulağa, 

Yenidən can verdi ölü bulağa. 

Təəccüb bundadır: bir ölü balıq 

Dirilik suyuna yol açdı artıq. 

Bu quru balıqdan, həyat suyundan 

Ərəblər nəql edir başqa bir dastan: 

Başqa bir yerdəymiş həyat çeşməsi, 

Yol azmış məcusun, Rumun dəstəsi. 

Tutaq ki, zülmatda həyat suyu var, 

Yol açan içməzsə kimdir günahkar? 

Xızr, Ilyas kam aldı həyat suyundan, 

Ancaq vermədilər özgəyə nişan. 

Biri kam alaraq döndü səhraya, 

Biri də içərək cumdu dəryaya. 

Dənləri bir sudan içib boy atdı, 

Ancaq onu iki dəyirman dartdı. 

Çeşməni keçirmək fikriylə ələ 


                                                                                                            

393


İskəndər at çapdı min zəhmət ilə. 

Dirilik verən bir çeşmə dilərkən

Çeşmədən göyərdi sulu bir çəmən. 

Çeşməni ararkən qırx gün at saldı, 

Onu tapmayaraq kölgədə qaldı. 

Atəşmi düşmüşdü şah ürəyinə, 

Uymuşdu çeşmənin xoş ahənginə. 

Çeşmədən kölgə yox, gümüş nur çıxar, 

Ancaq çox az olur kölgəsiz sular. 

Çeşməyə lazımsa onun kölgəsi, 

Neçin kölgəsizdir günəş çeşməsi? 

Içməli olursa çeşmə günəşdən, 

Kölgədə qalmışdır o çeşmə nədən? 

Çeşmədə kölgəlik yaxşıdır tozdan, 

Bunda sərinlik var, onda həyəcan. 

Şah o kölgəlikdə tapmadı çara, 

Gündüzü olmuşdur kölgədən qara. 

Əbədi həyata ümid bəslərkən, 

Indi can qayğısı çəkir hər yetən. 

Padşahın ümidi söndüyü zaman 

Qayıtmaq istədi gəldiyi yoldan. 

Düşündü, nə tədbir eləsin barı, 

Qaranlıq kölgədən çıxsın dişarı. 

O yolda qarşıya çıxdı bir mələk, 

Padşahın əlinə o əl çəkərək, 

Dedi: "Bu dünyanı keçirdin ələ, 

Belə çiy xülyadan doymadın hələ?" 

Ovcuna buraxdı pul qədər bir daş, 

Dedi: "Tut bu daşı canından da baş! 

Bu daşlıq dünyada çalış, tök tədbir, 

Bu ağırlıqda daş əlinə keçir! 

Qəlbində minlərlə olsa da dilək, 

Bu daşın tayıyla doyarsan, bişəkk.." 

O daşı İskəndər aldı mələkdən, 

Gözündə yox oldu ona daş verən. 

O zülmət içində çapdı İskəndər, 

Gözündə bir zülmət, könüldə kədər. 


                                                                                                            

394


Bir hatif səsləndi ona qeybdən: 

"Qisməti hər kəsə yazıdır verən! 

İskəndər zülmətə doğru at çapar, 

Xızr isə çeşməni işıqda tapar. 

Ararkən tapmadı çeşmə İskəndər, 

Xızra qismət oldu, gördü çox səmər. 

Yüzü halva üçün yandırar ocaq, 

Halva şirin eylər bir ağzı ancaq." 

Başqa bir səs gəldi ki: "Ey əhli-Rum! 

Bu gözəl ölkədə var parlayan qum. 

Peşiman olacaq onu götürən, 

Dizinə vuracaq heç götürməyən." 

Keçirkən parlayan qumdan hər nəfər 

Götürdü bəxtinə görə bir qədər. 

O yerdə şah gördü çox hikmət, çox raz 

Ki, ondan birini söyləmək olmaz! 

Israfildən, Surdan bir bəhs açaraq, 

Demədim, məqsəddən düşməyim uzaq, 

Açmış bu mədəni başqa bir şair

260


Yenidən bir əsas qurmaq çətindir. 

Əli çatmayınca həyat suyuna, 

Qayıtdı şah işıq çeşmə yoluna. 

İskəndər orduya verincə fərman, 

Işığa döndülər zülmət yolundan. 

O yeni cığırla gəldiyi yoldan 

Bələdçi olmuşdur o dərdli madyan. 

Qırx gün yol getdikdən sonra qaranlıq 

Getdikcə çəkildi, göründü işıq. 

Al günəş buluddan çıxdığı zaman 

Qan-tərə batmışdı o susuzluqdan. 

Qismətsiz bir şeyə göstərdi həvəs, 

Qismətin deyilsə çalışma əbəs! 

Ruzi arxasınca qaçmaq nə gərək! 

Sən otur, ruzinin özü gələcək. 

Biri toxum səpər, o biri biçər, 

Bəxtiyar odur ki, bu sözü dinlər. 

Hər şeyi özünçün əkmək nə yarar? 


                                                                                                            

395


Dünyada hesabsız ruzi yeyən var! 

Keçənlər zəhmətlə əkdiyi bağdan 

Gələnlər meyvəni dərmiş hər zaman. 

Keçənlər bir çox şey əkmişdir bizə

Biz də əkməliyik gənc nəslimizə. 

Dünya bir tarladır, diqqətlə baxsaq, 

Hamı bir-birinə cütçüdür ancaq. 

İSKƏNDƏRİN ZÜLMƏTDƏN 

ÇIXMASI 

Saqi, ver ürəyə yatımlı meydən! 

Ver ki, meyxoş gəlir ömür gənc ikən! 

O meylə ağzımı isladım bir an, 

Bəxtimi daha gənc eləyim ondan. 

Oyanıq taleyi olunca rəhbər, 

Zülmətdən dişarı çıxdı İskəndər. 

Çox gözəl rəhbərlik eylədi madyan, 

Bir az da azmadı getdiyi yoldan. 

İlk gündə keçdiyi zülmət xəttinə

Pərgartək yenidən qayıtdı yenə. 

Padşaha taleyi elədi kömək, 

İşıqlı dünyaya çıxdı sevincək. 

Cilovu parlatdı ordu səmtinə, 

Ancaq çatmamışdı öz diləyinə. 

Bu işdən ürəyi sınmadı ancaq, 

Ruzini qismətlə mümkündür tapmaq. 

Heyvan tapmadısa, kədər yox bunda, 

Heyvantək ölmədi heyvan yolunda

261


Darılma sənə üz verdikdə kədər, 

Ondan da böyük bir dərddən qıl həzər! 

Hər gün bu çöllərdə gəzmək çıl-çılpaq 

Yaxşıdır, ya dəniz dibinə batmaq? 

Doğrudur, ağrıdan hər baş incinər, 

İnciməz qılınc, gürz yarası qədər. 

Dünyada hər işdən çətin bir iş var, 



                                                                                                            

396


Ürəyi möhkəmə olur zəfər yar. 

Qumluqdan aldığı şeyləri ordu 

Töhfədir deyərək qarşıya qoydu. 

Daşların hamısı qırmızı yaqut, 

Gözlərə nur verir, ürəklərə qut. 

Daşdan az götürən düşmüşdü dərdə, 

Heç götürməyənlər ahda, kədərdə. 

Peşiman olmuşdu az götürənlər, 

Odlara yanırdı götürməyənlər. 

Şah oldu iki gün səfərdən aram, 

Yuxudan, yeməkdən aldı intiqam. 

Bir zaman padşahın əyildi başı, 

Yad etdi mələyin verdiyi daşı. 

Tərəzi istədi daşı çəkməyə, 

Ağır daş qoydular "ölçüdür" deyə. 

Batmanlardan keçdi o bir misqal daş, 

Nə qədər daş qoydu misqal çıxdı baş. 

Yüz kişi bir qapan çəkdi o düzə, 

Girdi daş bir gözə, daşlar bir gözə. 

Daş ağır gəlirdi yüz parça dağa, 

Çəkənlər darıldı bu ağırlığa. 

Deyirlər uzaqdan demiş Xızr: "Ancaq 

Bu daşın vəznidir bir ovuc torpaq." 

Bir gözə bir ovuc torpaq tökdülər, 

Çəkinin gözləri oldu bərabər. 

Bu incə nüktədən bildi tacidar: 

Torpaqdır, onu bu torpaq doyurar

261


Bir gün şah xaslarla taparaq fürsət, 

Bir məclis bəzədi - sanasan cənnət. 

Zərkəmər qulamlar taxtın ucunda, 

Qızıl bir ağactək gümüş sütunda. 

Dünyanın şahları bir səf çəkərək 

Qarşıda diz çökmüş hamı kölgətək. 

Dünya işlərindən açıldı söhbət, 

Söylənən hər şivə qəlb üçün rahət. 

Hər biri zülmətli çeşməni andı, 

Söz sözü çəkərək, söhbət uzandı. 


                                                                                                            

397


Qaranlıq altında su varsa, nədən. 

Nə üçün tapmayır arayan, gəzən? 

Zülmətdə yox isə belə bir cadu, 

Nə üçün dillərdə əzbərlənmiş bu? 

Bu yolda deyildi çox incə sözlər, 

Işıqlandı başlar, nurlandı gözlər. 

Haman məmləkətin qocalarından 

Söylədi: "Bu sirri bilsin hökmüran. 

Cahangir İskəndər dünya dolaşdı. 

Göy kimi durmadan ölkələr aşdı, 

Ümidlə aradı həyat suyunu 

Ki, qorxunc ölümdən qurtarsın onu. 

Bir şəhər vardır, bu ölkədə çox şən, 

O abad şəhərdə tapılmaz ölən. 

O şəhri uca bir dağ salmış bəndə, 

Şəhr əhli o dağda düşmüş kəməndə. 

O dağdan səs gəlir hey zaman-zaman, 

Heyrətə düşür hər eşidən, duyan. 

Oradan birini adıyla səslər: 

Ey filan, yuxarı səmtə et səfər! 

O səsi, fərmanı eşidən adam 

Yerində bir an da tutmayır aram. 

Sürətlə dağlara dırmanır dərhal. 

Gedəndən nə sorsan olur dilsiz, lal. 

Dağların ardında yox olur gözdən, 

Yoxdur bu hikməti açan, öyrənən. 

Məqsədin qurtulmaq isə ölümdən, 

Ölümsüz şəhərdə eyləyin məskən!" 

Bilici söyləyən sözdən İskəndər 

Sarsıldı, üzünü sardı bir kədər. 

Bu işçin ürəyi vurdu riqqətlə; 

Fikri qət etməkçin uçdu sürətlə. 

Əmr etdi, ordudan bir neçə kişi 

O şəhrə gedərək, öyrənsin işi. 

Qalsınlar söylənən yerdə bir qədər, 

Bu işdən versinlər doğru bir xəbər. 

Onlara tapşırdı: "Dağdakı səsə 


                                                                                                            

398


Yerindən qalxmasın sizdən bir kimsə! 

Lap adla, nişanla çağırsa necə 

Siz bu səs-sədanı almayın vecə. 

Cavabı uzatmaq yoluyla barı, 

Açılsın pərdənin gizlin əsrarı". 

Nəsihət alanlar baş əydi əmrə, 

Gizlin bir yol ilə girdilər şəhrə. 

Şəhərdə uğurla atı çapdılar, 

Ən gözəl bir yerdə mənzil tapdılar. 

Şəhərin haqqında bildilər xəbər, 

Düz çıxdı qocanın dediyi sözlər. 

Şəhərdə birinin adına dağdan 

Apaçıq səs gəlir hey zaman-zaman. 

Adını eşidər-eşitməz hər kəs 

O dağa çıxmağa göstərir həvəs. 

O qədər səbirsiz gedir yolunu, 

Qılıncla qaytarmaq olmayır onu. 

Gələnlər göstərdi yüz tədbir, hünər, 

Pərdənin sirrini öyrənmədilər. 

Seyr etdi dolanan fələk bir zaman, 

Bir neçə mənzili dolaşdı dövran. 

Şah adamlarıyla çərx kinə düşdü, 

Birini aparmaq fikrinə düşdü. 

Qeybdən gələn səs, əsrar arayan 

Kişidən birini çağırdı dağdan. 

Adını eşidən durmadı bir an, 

Səs gələn tərəfə qaçdı durmadan. 

Gedəni dostları tutdu yer-yerdən, 

Dedilər: "Tələsmə, dayan, ey gedən! 

Bir yolçu sövdalı olmasın gərək, 

Pərdənin sirrini bəlkə öyrənək". 

Gedənə o sözlər etməyir əsər, 

Bağırır, dartınır, qurtulmaq istər. 

Bir söz də deməyir yarasın işə, 

Çərx kimi çalışır çıxsın gərdişə. 

Güc ilə qurtuldu gedən sevincək, 

Onlardan uzaşdı uçan çibintək. 


                                                                                                            

399


Dostları bu işdən etdi çox heyrət, 

Gedəndən hər biri aldı bir ibrət. 

Bizdən ən ağıllı, həm iş bacaran

Bax, necə ayrıldı bir sirr açmadan! 

Az zaman keçincə bu hadisədən 

Al günəş parladı, güldü çöl, çəmən. 

O biri yoldaşa yetişdi növbət, 

O da bu dağlarda yox oldu xəlvət. 

Get-gedə azaldı əsrar arayan, 

Olmadı o hərfi bilən bir insan. 

Qorxudan şiddətlə çırpındı ürək, 

Göylər də kimsəyə etmədi kömək. 

Əsrardan heç biri tutmadı xəbər, 

Kədərlə padşaha tərəf döndülər. 

Şikayətləndilər: "Bir çoxu bizdən 

Dağlara dırmandı, olmadı dönən. 

Nə dağa çıxarkən bir az durardı, 

Nə geri dönməyə bir ümid vardı. 

Bilmədik pərdədə nəyin səsidir, 

Hansı bir çalanın şən pərdəsidir. 

Pərdənin yolunu bilmədik, artıq 

Çarəsiz şəhərdən geri qayıtdıq. 

Bizdən də apardı bir neçə insan, 

Daha səs gəlmədi bir də o dağdan. 

Olunca onların yolu dağ, gədik, 

Biz də çöl yolunu tutaraq gəldik. 

Bu çərxin işləri belədir, belə, 

Biri düşmüş dağa, o biri çölə". 

Söylənən əsrarı eşitdi bir-bir, 

Bildi. bu yol "gedər-gəlməzə" gedir. 

Dönsəydi o dağa gedənin biri, 

O zaman gözəldi bu dağ səfəri. 

İskəndər bu işdən eylədi heyrət: 

"Öyrənən yox, nədir bu gizli hikmət?" 

Bildi ki, dırmanan o dağa. daşa 

Dünyada ömrünü vurmuşdur başa. 

Bir məsəl çəkdi ki: "Ölər hər doğan, 


                                                                                                            

400


Əcəl pəncəsindən kim qurtarmış can?" 

Bir ov ki, bacarmaz ovçular ilə, 

Məzara gedər o öz ayağiylə. 

Yediyi bir oxdan hər ovçu tərlan 

Düşər yer üzünə öz qanadından. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin