3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları


Reklamverən kampaniyaların və reklam agentliklərinin miqyasının optimallaşdırılması



Yüklə 380,9 Kb.
səhifə46/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   40   41   42   43   44   45   46   47   48
referat 1721 (1)

Reklamverən kampaniyaların və reklam agentliklərinin miqyasının optimallaşdırılması.

  • Qloballaşma.

  • Reklam vasitələrinə yeni texnologiyaların tədbiqi.

  • Marketinq kommunikasiyasının inteqrasiyası.

  • Rəhbərliyin fəaliyyətinin aktivləşdirilməsi.

    Yuxarıda qeyd etdiyimiz bütün mərhələlərdən sonra əldə olunmuş nəticlərə nəzarət edilir. Bununlada reklam fəaliyyətində tədqiqat prosesləri sona çatır.


    3.2. Reklam işinin təkmilləşdirilməsi istiqamətləri.
    Reklam işinin təkmilləşdirilməsi dedikdə, reklam fəaliyyətinə əsasən ETT-nin nəaliyyətlərindən istifadə etməklə yeni texnologiyalrın tətbiqi başa düşülür. Əvvəldə də qeyd etdiyimiz kimi reklam işi ilə firmaların daxilində faliyyət göstərən reklam şöbələri və müstəqil firmalar olan reklam agentlikləri məşğul olur. Burada reklam işini təkmilləşdirmək üçün Elmi Texniki Tərəqqinin nəaliyyətlərindən istifadə etmək lazımdır. Beləki, bu nəaliyyətləri reklam tədqiqatlarına, reklam vasitələrinin seçilməsinə, firma rəhbərinin vaxtına qənaət etməsinə və öz işini səmərəli qurmasına tətbiq edilməlidir. Reklam verən firmalar da həmçinin reklam işiylə məşğul olurlar. İlk öncə reklamverənlərin reklam işinin təkmilləşdirilməsi istiqamətlərini müəyyən edək.
    Reklamverənlərin reklam xidmətinin təşkilinin təkmilləşdirilməsi yolları - İki eyni tam bir-birinə oxşayan firma olmadığı kimi, reklam fəaliyyətinin təşkilati strukturunda bir-birinə oxşayan reklamverən-firmalar mövcud deyil. Həmdə eyni zamanda rekalmverən firmalar öz reklam xidmətlərini aşağıdakı təşkilati funksiyaların koməkliyi ilə yerinə yetirməyi təmin etməlidirlər.:

    • Reklam xidmətləri işçilərinə rəhbərlik edən adminstrasiya;

    • Firmanın reklam fəaliyyətinin planlaşdırılması;

    • Reklamverənlərin digər xidmətlər fəaliyyətinin (istehsal, satış və maliyyə) koordinasiya edilməsi;

    • Reklam büdcəsinin rəhbərlik və maliyyə xidmətlərinin yüksək səviyyədə işlənib hazırlanması;

    • Reklam funksiyalarının (yaradıcı, istehsal, mediaplan, reklam resurslarının alınması və s.) icrə edilməsi;

    • Reklam fəaliyyətinin informasiya ilə təmin edilməsini.(Eyni zamanda ikinci növ informasiyanın analizi və hazırlanması, məlumat bazasının formalaşması, sadə marketinq araşdırmalarının aparılması.)

    • Firmanın effektli olmasına nəzarət etmək;

    Reklamverənin reklam xidmətlərini daha effektli təşkil etməsi üçün qeyd etdiyimiz bu funksiyaları təkmilləşdirməlidir. Bu funksiyaların necə təkmilləşdirmək mümkündürsə, onlara nəzər yetirək:
    Reklam xidmətləri işçilərinə rəhbərlik edən adminstrasiyabildiyimiz kimi firmaların kiçik və ya böyük olmasından asılı olaraq işçilərə rəhbərlik edənlər müxtəlif üsullardan istifadə edirlər. Kişik müəssisələrdə işçilərin sayı az olduğundan burada menecment işləri nisbətən sadə formada aparılır. Beləki, ümumi firmanın direktoru, bütün reklam şöbələrindəki işçilərə nəzarət edir. Lakin iri firmalarda bu proses bir qədər mürəkkəbdir. Burada işçilərin sayı və sənədlər çox olduğundan onlara optimal nəzarət etmək və rəhbərlik etmək üçün yeni texnologiyalardan istifadə olunur. Bunalara iş prinsipinə nəzarət etmək üçün xüsusi kompüter proqramlarının hazırlanması, sənədləri sürətli şəkildə təhlil etmək üçün proqram təminatının yaradılması aiddir. Reklam fəaliyyətinin ən vacib olan elementi büdcənin tərtibinin təkmilləşdirilməsi olduqca vacib bir prosesdir. Zaman keçdikcə və Elmi Texniki Tərəqqi inkişaf etdikcə yeni texnologiyaları büdcənin tərtib edilməsində də istifadə etmək olar.
    Artıq hər kəsə məlumdur ki, bazar iqtisadiyyatının ayrılmaz hissələrindən biri də reklamdır. Və reklam fəaliyyəti ilə əsasən reklam agentlikləri daha çox məşğul olur və onların ixtisası sırf reklam işinin təşkili prosesidir. Reklam fəaliyyətinin inkişaf etdirilməsi üçün agentliklərin işinin təşkilin təkmilləşdirilməsi ən mühüm amillərdəndir. Reklam agentliklərinin fəaliyyəti bütün reklam işini- reklam tədqiqatlarının aparılmasını, reklam mətnlərinin tərtibini, reklam dizayn işlərini, reklamın hazırlanmasını və onların Kütləvi İnformasiya Vasitələrində yerləşdirilməsini əhatə edir.
    Reklam tədqiqatlarının təkmilləşdirilməsi zamanı informasiyaların toplanılmasında texniki qurğulardan daha çox istifadə edilməsi, insan psixologiyasını və davranışını öyrənən aparatların tətbiq edilməsi lazımdır. 2009-cu ildə Yaponiyada elektron reklam şitləri hazırlayan firmanın mütəxəsisləri üzərində kiçik kamera olan bir reklan şitləri ixtira etmişlər. Bu şitlərin əsas üstün cəhətləri ondan ibarətdir ki, bu şitlərə baxan insanların sifət mimikaları kamera vasitəsilə izlənilir və onların bu reklama olan münasibətləri haqqında informaisyalar toplanılır. Bu proses bir və ya iki saniyə çəkir. “Peoplemeter” adlanan qurğu televizorlara quraşdırılır. Bu aparatların iş prinsiplari ondan ibarətdir ki, onlar vasitəsilə həmin televizorun olduğu evdəki insanların hansı verilişlərə baxdıqları və bu verilişlərə necə münasibət göstərdikləri öyrənilir. Bütün bu dediklərimiz reklam tədqiqatlarında geniş tətbiq edilsə, o zaman tədqiqat prosesləri daha effektli olar və reklamın yerləşdirildiyi bazar tam ətraflı öyrənilər.
    Reklam-dizayn işlərinin təkmilləşdirilməsi ümumilikdə reklam effektivliyinin artırlmasına səbəb olar. Çünki, reklam-dizayn işinin bədii cəhətdən daha cazibədar olması özünə potensial alıcı kütələsini daha çox toplayar. Reklam-dizayn işi zaman keçdikcə inkişaf edir. Beləki, reklam ilk yarandığı gündən bu günə kimi hiss olunacaq dərəcədə dəyişib. Beləki, əvvəllər texnika inkişaf etmədiyindən reklam elanlarında dizayn işlərindən demək olar ki, istifadə olunmurdu. Lakin sonralar Elmi Texniki Tərəqqinin inkışafı ilə əlaqədar reklam-dizayn işləri sürətlə inkişaf etməyə başladı. Daha əvvəllər qeyd etdiyimiz kimi reklam iqtisadiyyatın əsas ünsürlərindən biridir. Beləki, reklamın inkişafı ilə əlaqədar reklam-dizayn işləri inkişaf edir, reklamın inkişafı ilə əlaqədar iqtisadiyyat inkişaf edir. Deməli reklam dizayn işləri iqtisadyyatla sıx əlaqədədir. Gəlin bunu əyani şəkildə göstərək.Türkiyə dünyada öz reklamı ilə tanınmışdır. Bu ölkənin bir neçə iri reklam agentlikləri vardır. Bu agentliklər çoxlu sayda sifariş qəbul edirlər. Dünyanın bir çox məhşur şirkətləri türkiyənin reklam agentliklərinə müraciət edirlər. Agentliklər bu sifarişi həyata keçirdikdən sonra külli miqdarda pul vəsaiti əldə edirlər. Bu da özü-özlüyündə ölkənin varlanmasına səbəb olur. Türkiyənin ən məhşur jurnallarından olan “Ekovitrin” jurnalında iqtisadi reklamlar yerləşdirilir.
    Bəzi reklam elanlarında vizual görünüşdən yəni dizayndan istifadə olunmur. Belə ki, həmin reklamı işləyib hazırlayanlar bunu heç də vacib saymır. Əgər vizual imkanlardan istifadə olunursa, onda bu proses aşağıdakı kimi aparılır:

    1. Oxucunun diqqətini cəlb etmək;

    2. Reklam predmetin göstərmək;

    3. Oxucuları arasında elələrin seçmək lazımdır ki, onlar real alıcı olsunlar və alıcıların istəyinə uyğun olaraq, yeri gələrsə bəzi reklam elanlarını götürsünlər;

    4. Reklam elanlarının mətn başlıqlarını elə tərtib etmək lazımdır ki, oxucuda maraq oyatsın;

    5. Məhsul və ya reklam verən haqqında əhalidə xoş təsəsurat yaratmaq;

    6. Reklam mətnində məhsul haqqında dolğun məlumat vermək;

    7. Oxucunu elanda göstərilənlər barədə inandırmaq;

    8. Məhsulun unikallığını vurğulmaq;

    Reklam dizayn işinin təşkilində iki tip var:
    1.Fotoqrafiya və şəkil çəkmək.
    2.Boyalarla illustrativ yazılar yazmaq.
    Bacarıqlı fotoqraf reklam elanında bir neçə vacib element əlavə etməklə o reklam elanını daha oxunaqlı edə bilər. Fotoqrafiyalar reklam elanlarına reallıq gətirir.yaxşı fotoqrafiya reklamda göstərilmiş məhsulu daha da real şəkildə alıcılara təqdim edir və alıcılar həmin məhsula maraq göstərir.
    Hər hansı bir ərzaq reklamına istər televizorda, istərsədə jurnalda baxdıqda həmin ərzaq barədə insanlarda xoş təsurat yaranır.
    Reklamın KİV-də yerləşdirilməsi zamanı da daha yeni texnologiyalardan istifadə etmək lazımdır. Yeni texnologiyalardan əsasən xarici çöl reklamında, redio reklamda və Televiziya reklamında istifadə etmək olar. Beləki, XXI əsr yeni texnologiyalardan zəngin olduğundan , onlardan bu cür reklam vasitələrdində istifadə olunur. Əvvələr reklam şitlərinin üzərinə plakatlar çəkirdilər. lakin sonrada monitorların inkişafı ilə əlaqədar olaraq xarici çöl reklamında monitrlardan geniş iştifadə edilməyə başlandı. Bunun üstün cəhətləri həmin monitorlarda reklamın vizual baxımdan daha effektli olmasıdır. Lakin qeyd etmək lazımdır ki, bu cür monitorlar nisbətən digər xarici çöl reklamında istifadə olunan qurğulardan bahalıdır. Yeni texnologiyaların tətbiqi ən çox televiziya reklamında istiadə olunur.
    İlk öncə Azərbaycanda nisbətən az maliyyə tələb edən reklam növləri yarandı. Lakin sonralar Azərbaycan iqtisadiyyatının sürətli inkişafı reklam işini də sürətlə inkişaf etdirdi. İndi isə gəlin Azərbaycanda reklam işinin inkişaf xüsusiyyətlərinə baxaq.:
    Hazırda Azərbaycanın reklam bazarının həcmi 100 milyon dolları keçib.Bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı yüz ətrafındadır. Bu şirkətlərin əksəriyyəti çap xarakterli xidmətlər təklif edirlər. Reklam filmlərini isə bir-iki şirkət istisna olmaqla bir qayda olaraq Production Studiolar çəkir. Sırf yaradıcı (kreativ) fəaliyyətlə məşğul olan reklam şirkətləri də barmaqla sayıla biləcək qədər azdır. Ona görədə biz çalışmalıyıq ki, reklamın digər növlərində də reklam işini inkişaf etdirək.
    Azərbaycanda reklam işi ilə məşğul olan şirkətlər 1994-cü ildən reklam səhnəsində görünməyə başladı.Ölkənin sosializmdən bazar iqtisadiyyatına keçməsi özəl şirkətlərin yavaş-yavaş meydana çıxmasına şərait yaratdı. Dövlət müəssələrinin özəlləşdirilməsi, ölkəyə investisiya axını sahibkarlığı gücləndirdi. Artıq bu gün 100 ə yaxın reklam şirkəti fəaliyyət göstərməkdədir.
    Artıq reklam şirkətləri arasında güclü rəqabət gedir və bu bazarda müştəriləri və partnyorları ilə daha yaxşı iş görən şirkətlər uğur qazana biləcəklər. Yuxarıdan göründüyü kimi Azərbaycanda reklam işləri ildən ilə inkişaf edir. Biz çalışmalıyıq ki, Azərbaycanda təkcə çap reklamın yox, eyni zamanda digər reklam növlərin inkişaf etdirək və onların idarəedilməsini yaxşılaşdırmalıyıq.
    Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda ən böyük reklam şirkəti “Bakreklam”-dır. Bu gün əminliklə söyləyə bilərik ki, artıq Azərbaycanda reklam kifayət qədər inkişaf edib. Bunun ən baris nümunəsi küçələrimizdə olan reklam elanları ən müasir üsullarla hazırlanır və onların dizaynı ölkəmizə füsunkar gözəllik bəxş edir. Həmçinin televiziyada olan reklamlar da bu cür gözəl tərtibat ilə hazırlanırlar. Ən sonda onu söyləyə bilərik ki, Azərbaycanda reklam fəaliyyətində böyük müvəffəqiyyətlər əldə olunmuşdur. Son zamanlar ölkənin böyük şirkətləri uğurlu reklam elanları hazırlayırlar. Buna misal olaraq, Azercell və Bakcelli göstərə bilərik.

    Azərbaycanda əsasən küçə reklamları inkişaf edib. Lakin son illərər nəzər yetirsək, görərik ki, reklamın digər növləri, xüsusilə də televiziya reklamı inkişaf etməkdədir. Azərbaycanda reklam fəaliyyətini təkmilləşdirmək üçün ilk növbədə reklam agentlikləri var güclərilə çalışmalı və müştərilərinə tam xidmət göstərməlidirlər. Sonra reklam menecerləri öz işçilərini idarə etmək üçün ən optimal variantları axtarıb tapmalıdırlar. Daha əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanda əsasən küçə və televiziya reklamın üçün daha yenioavadanlıqlar alınır və bunu müqabilində isə bu reklam vasitələri daha da təkmilləşir. Amma, gərək reklamın digər vasitələrinin inkişafı üçün də yeni texnoloji avadanlıqlardan istifadə etmək daha məqsədə uyğun olardı.



    Yüklə 380,9 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   40   41   42   43   44   45   46   47   48




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin