BİRİNCİ FƏSİL
İSLAM DÖVLƏTİNİN ZÜHURUNDAN ƏRƏB
QOŞUNUNUN GƏLMƏSİNƏ QƏDƏR ŞİRVAN VƏ
DAĞISTAN ÖLKƏLƏRİNDƏ BAŞ VERƏN
QƏDİM HADİSƏLƏR HAQQINDA
Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin
birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş
vermişdir.
Məhəmməd ibni-Cərir Təbəri
1
öz «Tarix»ində deyir: «Atəşpə-
rəstlər ümumi tufana inanmırlar». İslam tarixçilərinin bəzisi isə
ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan öl-
kələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah
2
«Tarixi-güzidə»
adlı əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq
Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi
ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs
edən bir Təbəqat kitabında, onların nəsli türk xalqlarına və bura-
dan da Nuha, Adəmə gedir çatır.
Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə
görə, yaxud törəyib artdıqlarından yaşayış vəsaiti axtarmaq üçün,
cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə
dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Əfsər
1
Məhəmməd ibni-Cərir Təbəri - IX əsrin ən məşhur tarixçisidir. Hicri 224-cü
(=838/39) ildə Təbəristanın Amul şəhərində anadan olmuş və 310-cu (=923) ildə
Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəlmüluk» və eyni zamanda
«Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» və «Tarixi-Təbəri» adı ilə də məşhur olan
əsəri ən mühüm mapuxu mənbələrdən sayılır.
2
Həmdüllah Mustovfi Qəzvini - elxanilər dövründə yetişən məşhur tarixçilərdən
biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50)
ildə vəfat etmişdir. Həmdüllah biri coğrafiya və ikisi də tarixə aid olmaqla üç əsər
yazmışdır. Bunlar da:«Nüzhətülqülub», «Zəfərnamə» və «Tarixi-güzidə» adlı
əsərlərdir. Onun ən mühüm əsəri «Tarixi-güzidə»sidir.
33
nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran
və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur.
Hicri IX əsrin axırlarında yazılmış “Rövzətüssəfa” kitabına görə,
cənub ərz dairəsinin 14-cü dərəcəsinə qədər, Okyanus dənizində
abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir.
Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar,
əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməz-
dilər. Bəziləri də, Yafəsi İranın və bütün Sam nəslinin birinci padişa-
hı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar.
«Güzidə» və «Xülasətüləxbar»
1
müəlliflərinin rəyinə görə,
Yafəsin səkkiz və «Rövzətüssəfa» müəllifinin yazdığına görə, on bir
oğlu olmuşdur:
1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və
rəiyyətpərvər bir padişah idi. Bütün Yafəs nəslinin qəbilələri bunun
adı ilə - türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Tür-
küstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə
ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat
dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır,
«Zəfərnamə»də
2
isə Suluqay şəklində qeyd edilmişdir.
Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çay-
larının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar
Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara
dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişlər.
1
«Xülasətül 'əxbar» - Xandəmirin əsəridir. O, babasının «Rövzətüssəfa» adlı əsərini
ixtisar edərək «Xülasətüləxbar»ı yazmışdır.
2
Şərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrunun tanınmış tarixçisidir. Yəzd
şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış
olduğu «Zəfərnamə», Teymurun mapuxu hadisələrini təsvir edən mənbələr içə-
risində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha
vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə»sidir. Bu kitab Teymur
zamanında və onun əmirlə yazılmışdır. İkincisi də məşhur Əbdürrəhman Caminin
bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə»sidir. Hatifi, «Teymurnamə» adı ilə də
adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir.
34
Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində, bu
yerlər əllərindən çıxmışdır.
Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk
xanının yanına gəlmişdi. Xan ona dedi: Siz o rumlular deyilsiniz ki, on
dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz
türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən
sizin padişahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz
dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar
qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqaz-
dan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənə-
rək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını tə-
yin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməli-
siniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir.
Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə
bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan müharibələr
nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən
baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular.
2. Xəzərdir. Bu da bir sıra səfər və köçərilikdən sonra öz
qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış və balıq ovu
ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər.
Deyirlər ki, Xəzərin bir oğlu ölür, onun cənazəsini qəbilə yığınca-
ğında çalğı ilə - suyun ziddi olan odda - yandırır (Xəzər bununla
sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmışdı.
Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avro-
pa tarixləri dördüncü əsrdən başlayaraq, onlardan bəhs edir. Hacı
Tərxan (Həştərxan) çöllərində hunların istilası zamanı, onlar Atilla-
nın hökmü altında olmuşlar.
Danvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya
Turun adlı bir əmir, özünü Xəzər xaqanı adlandırdı. 626-cı ildə Rum
qeysəri Herakli, Xəzər tayfasını iranlılarla müharibəyə apardı və bu
ildə xaqanı oğulluğa götürüb başına tac qoydu.
35
Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi
və onun qızı ilə evləndi. Qeysər Lev də xaqanın qızını öz oğlu
Qostəntin üçün aldı. Qeysər Lev (Xəzəri) bundan dünyaya gəldi.
Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ
keçirib, slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe et-
dilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbay-
can ölkələrindən keçərək, fars və ərəb padişahları ilə müharibəyə
girişdilər.
Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub,
xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina etmişdi. Xəzərlər
hunların və sair türk tayfalarının əksinə olaraq, tikinti işlərinə hə-
vəskar imişlər. Don kazaklarının mülkündə olan Sarkel qalası, Xar-
kov şəhəri yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronej ət-
rafındakı Xəzəriyyə adlanan sair yerlər bunların məlum olmayan
şəhərlərinin qalıqlarıdır.
Xəzərlər əvvəllərdə bütpərəst idilər. VIII əsrdə yəhudi dinini
qəbul etdilər. Məsudinin rəvayətinə görə, bu dini əvvəlcə Xəzər
xaqanlarından Bula adlı biri, hicri 121-ci ildə qəbul etmişdir. Hicri
243-cü (=858) ildə isə onlar xaçpərəst dininə keçmişdilər.
Əbülfida yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm
və böyük bir iş olmadan, onu görmək hər kəsə mümkün olmazdı.
Hüzuruna gedən zaman torpağa düşmək lazım idi. Ondan icazəsiz
(torpaqdan) qalxmaq, yaxına getmək və söz söyləmək olmazdı.
Xaqanların qəbirləri yanından keçərkən, atdan düşüb baş əymək
lazım idi. Xaqan mənsəb sahiblərindən hər hansına: «Get öl» de-
səydi, o haman saat evə gedib, özünü öldürməli idi.
Bu nəsildən fəqir və yoxsul olanlar da növbə ilə hökmranlığa
çatırdılar. Eşitdim ki, bir cavan, dükanda xırdavatçılıq edirdi, xalq
deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin
həmin şəxs müsəlman idi, xaqan isə yəhudi olmalı idi.
Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır
olub, xalqın işinə baxmalı idilər. Bunlar da, müsəlman, yəhudi, xaç-
pərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəl-
36
man və xaçpərəst, bir azı da yəhudidir. Bunların hörmətlisi müsəl-
manlar və tacirlərdir. Çox yedikləri şey düyü və balıqdır. Şəhərin
ətrafı, on ağac məsafəyə qədər, məhsuldar çöllərdən ibarətdir.
Xarəzm malları ilə yüklü gəmilər, şəhərin ortasından axan çay ilə
keçib gedir. Başqa gəmilər də Portas ölkəsi ətrafından qiymətli
qara tülkü dərisi gətirir. Çöllü tayfaların padişahları, bu dəriləri kürk
və papaq üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı,
boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara «ərəbi» deyirlər. Bu
dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana
deyil, hətta Fransaya və İspaniyaya da aparılır.
Bu şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə,
çayın qərb tərəfində kərpicdən tikilmişdir:
Xəzər ölkəsində gözəl bağları olan İsmid ( ) adlı bir şəhər
vardır. Ehtimala görə, bu sözün əsli Səməndər (
) ya İsməndər
(
) olmuşdur. Ancaq yazarkən «y - » hərfi ilə «n - » hərfi
qarışdırılmış və «r - » hərfi də qələmdən düşmüşdür. Dərbənd-
dən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir.
3. Rusdur. Bu adam... uzun zaman köçəri həyat sürdükdən
sonra elçi göndərib, Xəzərdən oturaq yeri istədi. Xəzər o tərəf-
lərdəki münbit torpaqları və sağlam havalı adamların bəzisini ona
verdi. Rus «yarğu», yəni qovğa salmağa və ədalət tələb etməyə
başladı. Ruslarda belə bir adət vardır ki, atadan qalan malın hamı-
sını qıza verərlər, oğula isə qılıncdan başqa bir şey verməzlər:
«Sənin hissən ancaq budur» deyərlər.
Karamzin və sair rus tarixçilərinin yazdığına görə 247-ci (=862)
ildə başsız və intizamsız olan şimali slavyan tayfasının dəvəti ilə,
rus nəslindən üç qardaş -bunların əhvalatı hicri 235-ci (=850) ildən
Avropa tarixinə də girmişdir - Baltik dənizinin o biri tərəfindən gə-
lib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü - Rurik
əmirliyə başladı və rus dövləti o zamandan etibarən əsaslandı.
Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox
əfsanələrdə rus tayfasının göstərdiyi hünərlər, təəccüblü işlər və
Makedoniyalı İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur.
37
Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə və Ərəmya
peyğəmbərin kitabında 25-ci fəsildə şərq tayfaları sırasında Rus
tayfasının da adı çəkilir, bu da onların qədim bir nəslə mənsub
olduqlarını göstərir.
4. Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə bərabər
Bolqarıstan ətrafında yurd salmışdı. Onunla Türk arasında şiddətli
müharibə baş verdi. Bu müharibədə Qərrənin oğlu Beyğur öldü-
rüldü. Deyirlər ki, bunların nəsli arasında indi də çəkişmə davam
edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix
kitablarında miladdan yüz il əvvəl söylənməkdədir.
5.Kamaridir. Buna Kamak da deyilir. Bu, xoştəbiət və ovçulu-
ğu sevən bir şəxs idi. O indi Bolqar adlanan yerə gəlib yurd saldı.
Onun Bolqar və Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə sahibi
oldular. Qumuq tayfası bu nəsildən ayrılşmışdır və adları da, ehti-
mal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da bu tayfanı həmin
yerlərdə Kam və Kamak adları ilə qeyd edir.
6. Səqlabdır. Bunun da böyük bir qəbiləsi var idi. Yer ələ ke-
çirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu, anası vəfat etdiyi
üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hü-
cum edərdi. Atası öz qohumlarından ona bir qız aldı. Bundan Səq-
lab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər
göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox
olduğu üçün, onun tələbini rədd etdilər. İş müharibə ilə nəticə-
ləndi. Səqlab basılıb şimala doğru çəkildi və 64 ərz dərəcəsində
yurd saldı. Buralar çox soyuq olduğundan, yeraltı evlər düzəltdilər.
7. Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə
sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi, qumaş toxumaq,
rəng düzəltmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şey-
ləri guya bu icad etmişdir.
8. Baricdir. Frən tayfası və rumlardan bəziləri ona mənsub-
durlar.
9. Məsəkdir. Moğol və Yəcuc nəsli ondandır. Yafəsin başqa
övladı haqqında heç bir məlumat yoxdur.
38
Musanın «Tövrat»ına görə də, Yafəsin Kamir, Makuk, Madi,
Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz övladı vardı.
Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari
və Məsək ola bilər.
Müəllif deyir: Cənub və şimal tayfalarından bir çoxunun
dilindən bəzi fellər və əsli ismlərin uyğunluğu, onların bir nəsldən
olduğuna dəlalət edir. İnsan nəsli hər halda, ilk dövrlərdə vəhşi,
çılpaq və cənub tərəflərində sakin olmuşdur. Aşkar məsələdir ki,
münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflə-
rində yaşaya bilməzlər. Tədriclə yaşayış vəsaiti düzəldi, qəbilələrin
çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara
üçün geniş otlaqlara ehtiyac artdı. Bu zaman bunlar şimala doğru
üz tutdular. Onların yolları da, əksəriyyətlə Qafqaz ölkəsindən və
xüsusilə Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman
gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq tə-
rəfdən də, Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək müm-
kün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı çölləri, meyvə
ağacları və meşələri olan isti dərələri vardır. Bu hal, o dövrlərdə
yaşayan vəhşi xasiyyətli tayfaların bu yerlərdən keçib getmələri və
yurd salmaları üçün daha əlverişli idi.
Tarixçilərin çoxunun qeydinə görə, çox qədim dövrlərdən bəri
İran şahları və başqaları fəth və səyahət fikri ya da düşməndən
qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah
gətirərdilər. Xüsusilə Şirvan vilayəti cənub və şimal tayfalarının
ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilmə-
mişdir. Qədim Suriyanın və Babilistan dövlətlərinin tarixlərində
Qafqaz haqqında açıq və aydın bir məlumat yoxdur. Lakin İran
tarixlərində söylənir ki, Pişdadiyan sülaləsindən Fərrux oğlu Fridun
və Kəyan padişahlarının sülalə başçısı Keyqubad uşaqlıq zamanın-
dan düşmənlərindən gizlənib, Əlbürz-Qafqaz dağlarında və düzlə-
rində yaşayırdılar.
Fridunu Dəmirçi Gavə və Keyqubadı da zabilistanlı Rüstəm
gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar.
39
Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padişahı idi
və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb tərəflərini Səlmə, şərq
ölkələrini Turə və orta tərəflərini də vəliəhdi olan İrəcə (İrək
sözünün ərəbcələşmişidir) vermişdi. Bir qədər keçdikdən sonra,
Səlm ilə Tur İrəcə paxıllıq edərək, onu məşvərət və görüş bəhanə-
silə dəvət edib Qarabağın yaxınlığında öldürdülər. O zamandan
sonra bunların nəsli arasında ədavət düşmüşdü. Ölkənin şərq
tərəfləri Turan və orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxın-
lığında indi də İrəc adlı bir ev vardır. Miladdan təqribən 700 il əv-
vəl, qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahi-
lində Tanais, Fanaqoriya, Hirmonas və Dioskuriya şəhərlərini bina
edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başla-
mışdılar.
Miladdan təqribən 400 il əvvəl yaşamış olan yunan tarixçisi
Herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən qaçıb
Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633-cü il
əvvəl onları təqib edib iyirmi səkkiz illik istiladan sonra Avropaya
qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər,
ilk fəthləri və son istilaları da bu ölkədə olmuşdur. Bu cəhətdən
Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından
bir çoxunun nişanələri indi də mövcuddur.
Herodotun yazdığına görə, Kəyan padişahlarından Keyxos-
rovun massaget skifləri və onların məlikəsi Tomirisə qarşı açdığı
müharibə Albaniyada olmuşdur. O (Herodot) belə deyir: Kirus
Arazdan keçib, ona qovuşan Kür çayına maniəsiz olaraq gəlib
çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada
dağ əhalisi onu məğlub edib, bütün qoşunu ilə məhv etdilər.
Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dağa çəki-
lib qeyb olması haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami
Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd yaxınlı-
ğındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar,
yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir. Xülasə, bəzilərinin
zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüs-
40
tana hərəkət etmək istəsəydi, o zaman iki çayın (Kür ilə Arazın)
qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Alba-
niyaya səfər etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsin-
dən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox
çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məş-
hur olan «Sur dərəsi» ola bilsin ki, bu dərədir. Bunun belə adlanması
da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki «sur»
ərəbcə «hasar» deməkdir. Ola bilsin ki, bu dərə «Sul qapısı»nın və
yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir
yerdə, Nuşirəvanın bina etdirdiyi «Sul şəhəri»nin adı ilə adlanmış
olsun. Zaman keçdikçə «l» dönüb «r» olmuşdur. Ola bilsin ki, Key-
xosrov Sürhi mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa
və Qaziqumuğun bir çox tayfaları tərəfindən öldürülmüşdür: çünki
«Sur» adı «hi» sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarix-
çilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası yaxınlığında məğlub
edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və
hamar olub heç bir dar dərə yoxdur.
Məhəmməd ibni-Xandşah (Mirxond) «Rövzətüssəfa»da, Xan-
dəmir «Xülasətüləxbar»da və sair tarixçilər yazırlar ki, Güştasib
Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində səltənət
taxtına oturdu və İran paytaxtını Bəlxdən özü bina etdirdiyi İstəxr
şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı və bir adam
göndərib, türklərin hakimi Ərcasibi də bu dinə dəvət etdi. Buna
görə, indiyə qədər bir dində olan iki tayfa arasında müxalifət və
ziddiyyət törədi. Ərcasib hədsiz qoşunla İrana hərəkət etdi.
Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğ-
lub oldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə
Ermənistan və Azərbaycanı zəbt etməyə göndərdi. Ərcasib ikinci
dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və
türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail oldu. Güştasib öm-
rünün axırlarında hökmranlığı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı,
özü isə dünyadan əl çəkdi.
41
Ölkələr fəth etmək, Qafqaz üzərinə qoşun yürütmək, Ruma
səyahət, Zərdüşt dinini qəbul etmək və İstəxr şəhərinin binasını
qoymaq kimi hadisələrə baxılırsa, Kirus adının Keyxosrovdan ziya-
də Güştasibə verilməsi daha münasib olar; lakin xəbərlərin dolaşıq
olması və mənbələrin azlığı üzündən onu ayırd etmək çox çətindir.
Karamzinin yazdığına görə, İran padişahı Dara Ermənistanda,
Azərbaycanda və bu ölkələr ətrafında qətl-qarətlə məşğul olan skif
tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla onların ucsuz-bucaq-
sız çöllərinə yeridi. Lakin o, heç bir iş görə bilmədi, hətta az qaldı
ki, qoşunu da tamamilə məhv olsun.
«İskəndərnamə» adı ilə məşhur və tarixi bir əfsanədən ibarət
olan farsca qədim bir kitabda yazılmışdır: İskəndər, səfəri əsna-
sında Bakıya gəlir. O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan,
şəhəri bəzəyib əyanlar və əhali ilə onu qarşılayır. İskəndəri şəhərə
gətirib ona lazımi xidmət göstərir. Sədan İskəndər qoşununun
yaxşı atlara ehtiyacı olduğunu bilib bu tərəflərdə Xəzrankuh adla-
nan yerdə Firuz adlı bir qocanın hədsiz ilxısı olduğunu ona xəbər
verir. Bu ilxı keçmişdə Bəhmən şahın olmuşdur. İlxı Firuzun ixtiyarı-
na keçdikdən sonra, Humay və Dara nə qədər istədilərsə də, o ver-
mədi. İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi ki, Firuzun
vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki, o dağın ətək-
lərində rəngbərəng çadırlar qurulmuşdur. Bunların arasında çin
atlasından bir çadır qurulmuş və bir qədər camaat onun ətrafına
toplanmışdır. Çadırda, turanlı qırmızısaqqal bir qoca oturmuşdu;
onun əynində pələng dərisindən bir qaftan, başında isə, dövrəsi
qızıl zəncirlə tikili bəbir dərisindən bir papaq və qarşısında da
böyük bir əsa vardı.
Xülasə, ertəsi gün, Firuz topladığı qırx min qoşunla İskəndərlə
müharibəyə çıxdı. O, İskəndərin şövkət və əzəmətindən xəbərdar
olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda ya-
zılmışdır ki, İskəndər böyük bir yunan şəhərinə çatdı. Əhali təslim
olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab etmək istədi. Şə-
hər dəniz səthindən aşaqı idi, lakin arada dağdan bir hail var idi.
42
Ərəstu hikmət üzrə 700 batman miqdarında bir cür yağ düzəltdi.
Bu yağ, daşı əhəng kimi əritdi. Bu qayda ilə suyun yolunu açdılar
və şəhəri batırdılar. Xilas olanların bə'zisi Gilan şəhərinin binasını
qoydu.
Müəllif deyir: Bu kitabın sözünə inanmaq olmasa da, ola bilər
ki, bir zaman belə bir hadisə başqa bir şəkildə üz vermiş olsun. İran
əhalisi, bir çox böyük və mühüm hadisələri İskəndərə isnad etdik-
lərindən, bunu da ona isnad verirlər. İnkar etmək olmaz ki, Bakı
ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalar-
da daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı
şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində
quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir
yol çıxmışdır. Bakı ilə Səlyan arasında da, dəniz sahilindən təxmi-
nən səkkiz coğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır.
Quba qəzasından olan Müskür mahalında, Samur çayından başla-
mış Şabran mahalına qədər, dəniz sahilindən təqribən iki ağac ara-
lı, məşhur bir təpə uzanır. Xalqın dediyindən və dənizin əlamətlə-
rindən aşkar görünür ki, bu yerlərdə bir zaman dəniz olmuşdur.
Yuxarıda qeyd edildiyi kimi, şəhəri batırmaq üçün suyun buraxıl-
ması bu dənizin səthini aşağı salmış və onu Gürcan dənizilə birləş-
dirmişdir.
Belə bir hal (yəni təpə silsiləsi), Qumuq ölkəsinin dəniz sahilin-
dəki bəzi yerlərində də müşahidə olunur. Atil çayı qolları və axmaz-
larının çoxluğu da bu ehtimala qüvvət verir. «Məsalikülməmalik»
1
,
«Məcməülbüldan» müəllifləri və sair tarixçilər yazırlar ki, Quranda
adı çəkilən Məcməülbəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində
olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) də
ordadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində
2
ola bilər.
1
«Kitabi-Məsalikülməmalik»- hicri III (IX) əsrdə yetişən məşhur ərəb coğrafiyaçısı
İstəxrinin əsəridir. Coğrafiyaya aid «Kitabülməsalik vəlməmalik» adlı iki kitab daha
vardır ki, biri İbn-Xordadbeh, ikincisi də İbn-Hövqəl tərəfindən yazılmışdır.
2
Xalq tərəfindən «Xıdır-zində» şəklində tələffüz olunur.
43
Bakıdakı türkmən sahillərinə quru yol getdiyi xalq arasında
çox məşhurdur. Şərq sahillərində yaşayan əhali, at belində buraya
(Bakıya) çapqına gələrmiş. Bakı şəhəri qarşısında, dəniz içərisində
indi də görünən burclardan, hasarlardan, qəbir daşlarından və
tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan
təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad
olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan son-
ra bu yerlər yenə zahirə çıxsın.
Yadımdadır, qırx il bundan əvvəl Bakı qalasının divarı iki arşın
qədər suyun içində idi; sonralar tədriclə, xüsusən bu dörd-beş ildə
dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də en-
məkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək
və hər halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı
tədqiqat və mülahizələrdən asılıdır.
Şeyx Nizami öz mənzum «İskəndərnamə»sində deyir: İskəndər,
fütuhatı əsnasında Ermənistana gəlir. Bu yerin əhalisi atəşpərəst
imiş. İskəndər şikar edərək Bərdə mülkünə keçir. Bərdə şəhərinin
xarabaları Qarabağ ölkəsində, Kür çayı sahili yaxınlığında, indi də
mövcuddur. Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etdir-
mişdir. Nüşabə adlı bir qadın buranın hökmdarı imiş. Onun böyük
şövkət və cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib
lazım gələn hər bir şeyi tədarük edər, ardı kəsilmədən İskəndərin
ordusuna göndərərmiş. İskəndər Nuşabənin camal və kamalının
tərifini çox eşitmiş olduğundan, libasını dəyişdirərək elçi sifətilə
onun yanına gedir. Nuşabə işin təhərindən onu tanıyır, təzim və
mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə barə-
sində ondan əhd-peyman alır. İskəndər öz ordugahına qayıtdıqdan
sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır. İskəndərin
Nuşabəyə olan məhəbbəti daha da möhkəmlənir. İskəndər oradan
Əlbürz dağına (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd
keçidinə çatır. Burada hələ şəhər yox idi. Dağ üzərində möhkəm və
dar bir yerdə, çox varlı və dövlətli bir qala vardı. Bu qalada bir neçə
nəfər yaşayırdı, bunlar yoldan keçənlərə mane olurdular. İskəndər
44
təslim olmağı onlara dəfələrlə təklif etdi, onlar rədd etdilər. Buna
görə, hücum edərək oranı dağıtmağı hökm etdi. Bu yer o qədər
möhkəm idi ki, bütün qoşun qırx gün-qırx gecə çalışdı, bir iş görə
bilmədi. Ancaq axırda qalanın əhli təngə gəlib təslim oldu.
İskəndər onlara başqa yer verib qalanı təmir etdirdi və orada bir
qədər qoşun qoydu.
Bu zaman o dağlıq yerlərin yaxınlığında əhali İskəndərə şika-
yətə gəlib dedilər: Qıpçağın vəhşi xasiyyətli əhalisi bu yerləri xəra-
bəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində bir
sədd çəkilsin. İskəndər çoxlu işçi toplayıb, bu gədikləri bərkitmək
üçün, o darısqal dağda daşdan bir sədd çəkməyə əmr verdi.
Qayıtdığı zaman birinci mənzildə ona dedilər ki, bu ətrafda
Sərir adlı çox gözəl və mükəmməl bir qala vardır. Keyxosrovun
taxtı, tacı və qəbri burada bir mağaranın içərisindədir. Onun nəslin-
dən bir şahzadə bu yerin əmiridir. İskəndər Keyxosrovun taxtı olan
qalaya getdi. Bu qalaya «dərvaza» da deyirlər. Səririn əmiri onu
qarşıladı; İskəndər buradakı qızıl taxtını, mağaranı, dağları və bir
çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə ovla məşğul
oldu. Sonra Rudbar yolilə Xalxala, oradan Gilana və daha sonra Rey
mülkünə getdi.
Mavəraünnəhrdə şəhərləri bərpa etməkdə ikən, xəbər çatdı ki,
Rus tayfası Qıpçaq əhalisilə bərabər, saysız-hesabsız bir miqdarda,
Dərbəndə və onun ətrafına yol tapmışlar... Bərdə şəhərini alıb
Nuşabəni də, bütün qızlar ilə bir yerdə, əsir aparmışlar. İskəndər
oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə
gəldi. Bu ölkənin gözəl qadınları naməhrəmdən üzlərini örtmürdü-
lər. İskəndər geniş bir çöldə, böyük bir su kənarında düşdü.
Rus əmiri Kontal Rus, Aysu, Portas, Peçeneq, Alan, İlaq və
Xəzərdən ibarət yeddi tayfadan topladığı doqquz yüz mindən artıq
bir qoşunla İskəndəri qarşıladı. Bir neçə gün çox şiddətli müharibə
getdi, nəticədə İskəndər qalib gəldi. Kontal on bir nəfərlə əsir
düşüb sülh etdi. Nuşabəni və sair əsirləri çoxlu şeylə bərabər geri
45
qaytardı. İskəndər xərac qoyduqdan sonra Kontalı, sair əsirlərlə
bərabər, azad edib geri qayıtdı.
Kvint Kurtsi
1
, təqribən dörd yüz il İskəndərdən sonra yazdığı
tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək başqa
şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət yetirən
və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu Atil və ya
Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki
qədim tarixçilər bütün şimal əhalisini skif adlandırırdılar. Dərbənd
qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır.
«Dərbəndnamə» və sair kitablarda da İskəndərin Dərbənd
səddini təmir etməsi haqqında izahat verilmişdir. Dərbənd, xalq
arasında indi də «Səddi-İskəndər» adı ilə məşhurdur. Diqqətlə
baxılsa Quranda da bu məsələ qeyd edilmişdir. Qurandakı ayələrin
məzmunu belədir: «Zülqərneyn yola düşüb getdi, günəşin batdığı
yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin
doğulduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü,
onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam
etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz
qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: «Ey Zülqərneyn! Yə-
cuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac ver-
sək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?» İskəndər ca-
vab verdi: allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və
dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında
bir sədd çəkildi. Onlar (Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa
bilmədilər və onu deşməyi də bacarmadılar».
Bir çox təfsirçilərin və məşhur tarixçilərin yazdıqlarına görə,
Zülqərneyn Rum, İran və ya Məğrib və Məşriqin padişahı olan
Makedoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmiş-
di. Deyirlər ki, onun tacında iki buynuz vardı, bu da iki cıqqaya
1
Kvint Kurtsi - Roma tarixçisidir, ehtimala görə, I əcpdə yaşamışdır. Yunan mənbə-
lərinə əsasən Makedoniyalı İskəndərin tarixini yazmışdır.
46
işarə ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus
dənizinə işarədir, Mədari-sərətanə yaxın olduğundan burada hava
isti və dənizin suyu axmaqdadır.
Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğrib-zəmin-
də ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək Yupiter məbə-
dinə getməsi də bu mətləbi təsdiq edir. Qıpçağın çılpaq çöllərində
yaşayan vəhşi əhalinin həqiqətən günəşdən qorunmaq üçün heç
bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasından keçən
üçünçü yol, şimala doğru getməlidir; çünki cənuba doğru gedərsə,
ğarşıya okean çıxar. İki sədd - Ermənistan və Azərbaycanın iki sıra-
dağlarından və Xəzər ilə Qara dənizdən ibarətdir. Dil bilməyənlər
isə, Qafqazın cənub tərəfində yaşayan xalqlardır. Dillərinin qəribəli-
yi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq müm-
kün deyildi. Yəcuc və Məcuc Yafəs nəslindən olub, şimalda yaşayan
vəhşi və qarətkar tayfalardan ibarətdi. Deyirlər ki, Yəcuc türklərdən,
Məcuc isə dağlılardandır.
Bu məsələni Tövratın təfsiri də təsdiq edib deyir: skif tayfası,
Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir, bunlar Qafqaz dağı-
nın ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də
var imiş, ona Yaropol da deyərlərmiş. Yəcuc İsrail övladından biri-
nin adıdır; cadugərlər padişahının adı Yəcuc idi.
Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər
dənizinin sahilləri yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda,
şimalda yaşayırlarmış. Hər iki tayfa skif hesab olunur. Sədd də Dər-
bəndin həmin hasarıdır, ona külli dəmir işlədilmişdir. İki müqabil
olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da - Xəzər
ilə Qara dənizdir...
Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana
gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və cənubi Okya-
nus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila
etməsi isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmiş-
də bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəri-
bəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın vəhşi tayfa-
47
ları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa
tədbirlər görməsi təəccüblü və ağıldan uzaq bir məsələ deyildir.
İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat...
sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamət-
lər və Kvint Kurtsinin - coğrafi cəhətdən rabitəsiz olsa da - İskən-
dərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qaf-
qaza) gəlməsini və səddin onun əmrilə tikilməsini aydın bir surətdə
göstərir.
Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar
dünyanın vəziyyətindən lazımi dərəcədə xəbərdar olmadıqları və
öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə ol-
muşdur. Buna görə də, əxbar kitablarını və tarixi əsərləri qarışıq bir
hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib
Çələbi «Çahannüma» adlı əsərində deyir ki, aparılan tədqiqata gö-
rə, Makedoniyalı İskəndər Zülqərneyn deyildir. O (Zülqərneyn),
İbrahim (peyğəmbər) ilə müasir olub, Yəmən himyərilərindən bir
padişah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və səddi
dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə, şimal-şərq
tərəfdə bəlli olmayan bir yerdədir. Dərbənd səddi haqqında da
deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi
Şirvan, Ermənistan və Azərbaycan vilayətlərində qətl və qarət ilə
məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün
bina etdirmişdi. Fars padişahları daima onlarla müharibə edirdilər.
Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi.
«Nüzhətülqülub» müəllifi səddin bina edilməsini Güştasibin atası
Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzə-
ləndiyini bildirir. Katib Çələbi kimi bir alimin fikrinə təəccüb etməli-
dir. O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən
bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi
1
, Qazi
1
Fəxrəddin Razi - Şərqdə yetişən böyük alim və filosoflardan biridir. Hicri 554-cü
(=1159) ildə Rey şəhərində anadan olmuş və 606-cı (=1209/10) ildə Heratda vəfat
etmişdir. Müxtəlif elmlərə aid bir çox əsərlər yazmışdır.
48
Beyzavi
1
və başqaları Makedoniyalı İskəndərə Zülqərneyn və
Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların
fikrini doğru hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası
Nuşirəvandan əvvəl İsfəndiyara nisbət verdiyi kimi, İskəndərə də
nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş
və sonra dağılmışdır, İskəndərin yenə onu təmir etməsi ağıldan
uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən
2543 il əvvəl, İskəndərin taxta oturması isə hicrətdən 958 il əvvəl
vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır. Yenə
ehtimal ki, bu padişahlardan hər biri, vadilərdə və dağlarda binalar
tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan isə
indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.
O (Katib Çələbi), fəsadçı, soyğunçu və vəhşi türk tayfalarını
Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki bəzi tarixçilərin isnad
etdikləri əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu
yalnız kinayə yolu ilə söyləmişlər. Mövcud səddi burada qoyub,
əsla olmayan bir mövhum səddi göstərir. Plutarx
2
və Strabonun
yazdıqlarına görə, Albaniyadan Pompeyə qarşı göndərilən qoşu-
nun miqdarını nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya
İsanın anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli
bir dövlət imiş. Pompey, Pont padişahı Mitridadı məğlub və Ermə-
nistan padişahı Tiqranı özünə tabe edən Roma sərdarlarından bi-
rincisidir. Pompey öz qoşunu ilə Qafqaz dağlarından keçərək Qara
dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib etmək istəyir-
di. O, bu məqsədlə albanlardan və iveriyalılardan yol istədi, onlar
1
Qazi-Beyzavi - tarixçi olmaqdan artıq bir təfsirçi kimi şöhrət tapan Beyzavi, İranın
Beyzavi şəhərində anadan olmuş və hicri 685-ci (=1286/87) və ya 691-ci
(=1291/92) ildə Təbrizdə vəfat etmişdir. Müxtəlif mövzularda yazılmış bir çox əsəri
vardır. Əsərlərini ərəb dilində yazan Beyzavi, yalnız «Nizamüttəvarix» adlı tarix
kitabını fars dilində yazmışdır. Bu kitab, dünyanın yaradılışından hicri 674-cü
(=1275) ilə qədər olan hadisələri təsvir edir.
2
Plutarx - məşhur yunan tarixçisidir, 46-cı ildə anadan olmuş və 120-ci ildə vəfat
etmişdir. Əsərlərindən ən məşhuru «Müqayisəli tərcümeyi-hallar» adlı kitabıdır.
49
da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan
Pompey Kürün kənarında qışladı. Bu zaman albanlar qırx min nə-
fərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların
çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara
hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra, Pompey mü-
haribəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhva-
latdan sonra, Albaniya padişahı Orizi çarəsiz qalıb, barışıq istədi və
buna da nail oldu.
Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çat-
dıqda ona xəbər verdilər ki, albanlar ikinci dəfə olaraq toplaşmışlar.
O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayları
arasındakı susuz çölləri və çətin yolları keçdikdən sonra, Abaza çayı
kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya
qoşununa rast gəldi. İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı
olan Albaniya padişahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey
albanları oradan üç günlük məsafədə olan dəniz sahillərinə qədər
təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan çoxlu zəhərli ilan
onun yürüşünə mane oldu. O buradan Kiçik Ermənistana qayıtdı.
Qeysər ləqəbi daşıyan Roma imperatorlarının ilk hökmranlıq-
ları dövründə albanlar İveriya sultanları ilə müttəfiq idilər. Onlar
Ermənistan vilayətləri uğrunda parfyanlarla - yəni Kürdüstan tayfa-
sı ilə - romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O
dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin
1
yazdıqlarından ən
məhşuru budur: Qeysər Tiberi öz səltənəti zamanında İveriyada
səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə
təyin etdi. Lakin Ermənistan səltənətinə göz dikmiş parfyan padişa-
hı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitri-
dada kömək edirdi. Dağıstan, Şirvan və indi Gəncə mülkü adlanan
Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun
1
Tatsit -məşhur Roma tarixçilərindəndir, I əsrin ikinci yarısında anadan olmuş və II
əsrin birinci rübündə vəfat etmişdir.
50
gətirdilər, bu iş yaxşı nəticə verdi. İran vilayətlərindən bir çoxu
Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da erməni-
lərin ixtiyarında və istilası altında idi.
Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padişahı Artaşes
Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında
birləşmiş Alan, Dağıstan, Kuhistan və iveriyalıların bəzisi ilə mühari-
bəyə girişərək onlara qalib gəldi. Alan padişahının oğlu Saten əsir
alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi.
Alan padişahı sülh etmək istədi. Onun qızı Satenek Kürün kənarına
gəlib, çayın o biri kənarında olan Artaşes ilə mütərcim vasitəsilə da-
nışmağa başladı və dedi: «Ey ağıllı və güclü padişah! Rəva deyildir ki,
qardaşımın öldürülməsi üzündən iki şövkətli və əzəmətli padişah
arasında daimi ədavət düşsün». Artaşes (bunu eşidib) Kürdən keç-
di, üz-üzə onunla danışmağa başladı, onun kamal və camalına aşiq
oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padi-
şahının yanına elçiliyə göndərdi. Qohumluq baş tutdu, Saten azad
edildi və hər iki padişah da öz hökumət mərkəzlərinə qayıtdılar.
Bir zaman keçdikdən sonra, Alan padişahı vəfat etdi və onun
sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb Artaşesə pənah
apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Bö-
yük bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə
qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və
zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü və bir
çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsinə Ağrı dağının ətrafın-
da yerləşdilər. Saten də öz atasının mülkündə müstəqil oldu. Qazi-
qumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi də Sumbat adı ilə
məhşur olması bu mətləbi təsdiq edir.
Ermənistan padişahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oğlu
Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürdü. Xosrovun vərəsələri
də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki
kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü həzrət Corcisi Qeysə-
riyyəyə, kiçiyi Sureni də bibisinin - Haptaq padişahı Cavanşirin
arvadının yanına gətirdilər. Sonra Suren 39 il Dərbənddə hökmran-
51
lıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində
iğtişaş başladı. Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun
nəslini kəsməyə qalxmışdı. Bu zaman Ermənistan əmirlərindən
Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı.
Tiridat çox qüvvətli və şücaətli idi, əsgəri xidmətə girərək yük-
sək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan
ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya, Əğvan və
Massageteni ələ keçirdi. Sumbat övladından Sumbat adlı birini
göndərib, Alan padişahının qızı Əşkəni aldı. II Xosrov bundan ol-
muşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə
gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında
çox şiddətli bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca
Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək, özü müharibəyə
girişdi. Alanda doğulmuş Baslas padişahı cəsur Katarhun, Tiridata
bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü. Xülasə əğ-
vanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-
qarışma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və
hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan
sonra, sasanilərdən Hürmüzün oğlu Şapur ilə müharibəyə başladı.
Azərbaycanı aldıqdan sonra, onunla barışdı...
Vaqarşapat şəhərini Ermənistan padişahı Vaqarş miladi II əsrin
axırında bina etmişdi. Tiridatın vəfatına qədər bura Ermənistanın
paytaxtı olmuşdur; indiyə qədər də ermənilərin böyük xəlifəsinin
(patriarxının) oturduğu yerdir.
Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində
Şamxal Çoban bəy Gəray xan oğlunun xahişinə görə, İndiri kəndin-
də ixtisarla farscadan türkcəyə tərcümə etdiyi “Dərbəndnamə”də
deyir: Türklərlə iranlılar arasında daima müharibə getdiyindən
Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təx-
ribat yetişirdi. İran padişahı Qubad Firuz oğlu Sasani, paytaxtı Atil
çayı kənarında olan Xəzər padişahı Xaqan ilə barışıb, onun qızını
aldı. Xaqanın 400000 nəfər qoşunu var idi. Moskva, Noqrad – ehti-
mal ki, Novqorod olsun - və bütün ruslar ona (Xaqana) xərac verir-
52
dilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin ara-
sında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarix-
lərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər
Zülqərneynin səddi olmuşdur. Deyirlər ki, bu səddin bir mil qədəri
Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər
uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun al-
tından çıxarıb təmir etsinlər. Hasarı Təbərsəranın yuxarısına qədər
çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub
tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin ha-
mısı yeddi ilə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox qüv-
vətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bil-
məyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının evinə geri qaytar-
dı ki, nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın.
Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu
Yəzdicird Sasani də təmir etdirmişdi. Bu təmir Nuşirəvan dövründə
tamam oldu. Qubad və Nuşirəvan - hər ikisi İran vilayətlərindən
müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina et-
dirmişdilər. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu
ölkədə yaşamışdır. O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi ilə
adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdir-
diyi Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan
adlı bir darvaza saldırdı. Nuşirəvan özü də burada sakin olurdu.
Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina
etdirdi. İran vilayətlərindən bir çox əhalini köçürüb buralarda sakin
etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri yeddi vilayətə
böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi:
Dostları ilə paylaş: |