BEŞİNCİ FƏSİL
NADİR ŞAHIN VƏFATINDAN «GÜLÜSTAN» ADLI
YERDƏ RUSİYA VƏ İRAN DÖVLƏTLƏRİ ARASINDA BAĞLANAN
SÜLH MÜAHİDƏSİNƏ QƏDƏR
Nadir şahın öldürülməsi xəbəri ordu içərisində yayıldı. Əfqan
və özbək tayfaları sonradan Əfqanıstan şahı olacaq Abdallı Əhməd
xanın sərkərdəliyilə, Nadir şahın qatilləri əfşarlarla müharibəyə gi-
rib qalib gəldilər. Ordunu qarət edərək öz yerlərinə getdilər.
Nadir şahın qardaşı oğlu Əliqulu xan İbrahim xan oğlu Heart-
dan Məşhədi-müqəddəsə gəldi və Zöhrab adlı qulamını dünyanın
qəribə asarından sayılan Kəlat qalasına göndərdi. O da qalanı qəf-
lətən alıb Rzaqulu mirzəni böyüklü-kiçikli on beş nəfər Nadir
övladı ilə bərabər öldürdü. Nadir şahın oğlanları Nəsrulla mirzə və
İmamqulu mirzəni, Rzaqulu mirzənin Şah Sultan Hüseynin qızından
olan oğlu Şahrux mirzə ilə Məşhədə gətirdi. Nadirin oğlanlarını öl-
dürərək, 14 yaşlı Şahrux mirzəni də, gizlicə qalada həbs edib, öl-
dürdüyü xəbərini yaydı. Bu tədbirlə o, belə xəyal edirdi ki, əgər
iranlılar onun səltənətinə razı olmasalar, iki tərəfli bu səltənətə
layiq olan şahzadəni əldə saxlamış olsun. Özü də Əlişah adı ilə
taxta oturdu. Cavahirat və sair qiymətli şeylərdən başqa, on beş
kürurluq nağddan ibarət olan Nadirin xəzinələrini Kəlatdan Məşhə-
də gətirib israfla puç etməyə başladı.
Bu zaman İsfahan hakimi olan qardaşı İbrahim xan üsyana
başladı. 7 ay artıq Mazandaranda olan Əlişah, qardaşını cəzalandır-
maq üçün hərəkət etdi. Zəncan ilə Sultaniyyə arasında müharibə
vaqe oldu. Bu müharibədə Əlişah məğlub olub Tehrana qaçdı.
Qardaşının əmrilə tutulub gözləri çıxarıldı. İbrahim xan, Şahrux
mirzəni Nadirin xəzinələri ilə bərabər ələ keçirmək xəyalilə, öz qar-
daşı Hüseyn bəyi əmirlərdən bir neçəsilə bərabər Xorasana gön-
dərdi. Xəbər verdi ki, onun bu işdə məqsədi, Şahrux həzrətlərini
ata-baba taxtına əyləşdirməkdir; yenə təklif etdi ki, şahzadə gəlib
182
İraqda taxta otursun. Lakin kürd xanları və Xorasan rəisləri şahza-
dənin getməsini lazım bilməyib, istəmədiyi halda, onu hicri 1161-ci
(=1748) ildə, aqustos (avqust) ayının 17-də taxta oturtdular. «Sul-
tani-əzəm» tərkibi (əbcəd hesabilə) onun taxta oturmaq tarixi oldu.
İbrahim xan da həmin il təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə
taxta oturdu.
İbrahim xan hər bir ləyaqətsiz adamı işə çəlb edib ona xanlıq
ləqəbi verirdi və bunu «təlifi-qülub» (ürəkləri ələ almaq) deyə
adlandırırdı. O, Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yük-
ləri və çadırları yanında məhbus saxladığı kor Əliş ilə bərabər Qum
şəhərinə göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşu-
nu dağılmağa üz qoydu, labüd qalıb yanındakı əfqan tayfası ilə
Quma getdi. Qumun mühafizləri dərvazaları onun üzünə bağla-
dılar. O, şəhəri güclə alıb qarət etdi, Qalapur qalasına çəkildi. Qala
əhli onun əl-qolunun bağlayıb hadisəni şahın dərbarına bildirdilər.
Şahrux tərəfindən onun və Əlişahın Xorasana gətirilməsi haqqında
hökm verildi. İbrahim xan yolda, Əlişah isə Məşhəd- müqəddəsdə
öldürüldü. Şahrux mirzə də bir neçə vaxtdan sonra dövlət başçıla-
rının əlilə kor edilərək səltənətdən qovuldu.
Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhəd-müqəddəs mü-
təvəllisi mirzə Seyid Mühəmməd Sədri, Şah Süleyman adı ilə taxta
oturdu. Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib
səltənətdən çıxdılar. Şahrux mirzəni yenidən taxta oturtdular.
Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çabalayırdısa da,
dövlət və hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhə-
sən xan Qacar İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə və
xütbə sahibi olmuşdu. Bu zaman Əlimərdan xan Bəxtiyari Kərim
xan Zənd ilə İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfəth
qarşıya çıxdısa da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan
sonra, əhdnamə bağlandı və üçünün ittifaqı ilə Şah Sultan Hüsey-
nin qız nəvəsi Əbutürab, III Şah İsmayıl ləqəbi ilə taxta oturdu.
Əlimərdan xan divan vəkalətinə (nazirliyinə), Əbülfəth xan İsfahan
əyalətinə, Kərim xan da bütün ölkənin sərdarı təyin edildi.
183
Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan
Əbülfəth xanı öldürdü. Öz adlı-sanlı, lakin ixtiyara malik olmayan
padişahını götürüb, Şiraza hərəkət etdi və fars vilayətini ələ keçirdi.
Əbülfəth xanın öldürülməsindən qorxuya düşən Kərim xan,
əvvəlcə Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib
onu məğlub etdi, topxanasını və ləvazımatlarını alıb Kürdüstana üz
qoydu. Bu yerləri də fəth etdikdən sonra, İsfahanı almağa yürüş etdi.
Əlimərdan xan Şirazdan müdafiəyə çıxdı, lakin məğlub olub
öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə)
keçdi. Sonra gedib Astarabad nahiyələrinin çoxunu aldısa da qa-
carlar tərəfindən məğlub edilərək İsfahana qayıtdı. Bu zaman Şah
Təhmasibin oğluyam iddiası və II Şah Sultan Hüseyn adı ilə namə-
lum bir şəxs zühür edib, Mustafa xan Bekdilinin köməkliyi ilə İraqa
yürüdü. Kərim xan ona qarşı çixmaq məqsədilə Girmanşaha gedib
qalibiyyət qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldü-
rüldü. Bundan sonra, Azad xan Urmudan İraqa hərəkət etdi. Kərim
xan bu döyüşdə məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri
qalasını mühasirə edib, sülh ilə aldı. Kərim xan burada olan qo-
humlarını, anasını və qadınını min nəfər süvarilə Urmuya göndərdi.
Mənzillərin (düşərgələrin) birində, zənd qadınları öz ərlərinin buxov
və zəncirlərini qırıb qarovulları dağıtdılar və Kərim xana qoşuldular.
Azad xan qoşununun gəlməsiylə Kərim xan İsfahandan Kazrana
qaçdı, buradan da gedib Şirazı alaraq yenə İsfahana qayıtdı. Bu za-
man Məhəmmədhəsən xan Qacar onun üzərinə yeridi, Kərim xan
məğlub olub Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib, onu müha-
sirə etdi. Lakin əfqanların dönüklüyünə görə, Mazandarana qayıt-
mağa məcbur oldu və öz nökərlərinin əlində öldürüldü. Kərim xan
yenə gəlib İsfahan, Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi.
İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə
halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra,
İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət
sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe
olmurdu. Quba və Səlyan hakimi Hüseynəli xan Sultan Əhməd xan
184
oğlu, Xudad qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı
yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin özbaşına
qalan bir çox mahallarını itaətə məcbur etdi.
Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy
Qorçunu xanlığa seçdilər.
Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəm-
məd xan Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına
keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli
Sufi Nəbi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasın-
dan olan Əsgər bəy Allahverdi bəy oğlu Sərkarın oğlanları, Şirvan
elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Hacı Çələbi
Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ
mahallarını özünə tabe etdi. O, Nadir şah dövründə Şəkidən gön-
dərilən həvaləcatın (vergilərin) yerinə çatdırılması xüsusunda ca-
maatın vəkili idi. İşinin axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən
qalasında gizlənmişdi.
Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində
keçinən Pənah bəy İbrahim Xəlil oğlu Cavanşir, ardıcıl davam edən
müharibələr nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq
bayrağını yüksəltdi. Əvvəlcə Bayat və daha sonra Tərnaut qalasını
bina etdi. Bu qalanın hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı
yerində, Şah bulağı adlı çeşmənin yanında, indi də mövcuddur. Bir
neçə vaxtdan sonra, erməni məliklərilə düşmənçilik edən Məlik
Şahnəzər Vərəndəinin xahişinə görə, indiki Şuşanın yerində Pənah-
abad qalasını bina etdi. Erməniləri özünə tabe edərək, gündən-günə
qüvvətləndi. Xudafərin körpüsündən başlayaraq Kürək çayına və
Bərgüşat mahalına qədər yerləri ələ keçirtdi. Bundan əlavə, Qarabağa
aid Mığrı və Güney mahallarını, Naxçıvana aid Tatif və Sisyanı, İrəvana
aid Tərtər Kolanını və Təbrizə aid olan Zəngəzur və Qapanı tutdu. O
bəzən Ərdəbil və sair kimi qonşu ölkələri də özünə tabe edirdi.
Şahverdi xan Ziyad oğlu, Gəncəni öz ixtiyarına almışdı.
Qaziqumuqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri,
hökuməti öz oğlu Məhəmməd xana tərk edərək, şəhərin (Qaziqu-
185
muğun) on ağaclığında olan Ketrux kəndində izlətə və ibadətə
çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat etdi, sücaət və mətanətilə
məşhur olan nəvəsi Əmir Həmzə Xan Məhəmməd oğlu onun ye-
rində üsmi oldu. Şamxal Xasfulad xan, öz hökmranlığında qaldı.
Novsal xan Əmmə xan oğlu, Avar mülkünü müstəqil olaraq idarə
edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi ki, onlar da bu
qərar üzrə idi; Mehdi bəy Əhmədxan bəy oğlu Cenquqayi Mehdili
əmirliyində bərqərar idi. O, Avar şahları dudmanı səcərəsindən və
bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Hüseynxan bəy
Zaxur və İlisu nahiyələrində əmir idi. Sultan övladı İndiri və Yaxsay-
da hökmranlıq sürürdü. Terlavın vərəsələri isə, Mıçıqıçda mülkədar
idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu məsumluqda və Mürtə-
zaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar idilər.
Buynaq əmiri Mehdi Mürtəzaəli oğlu o zaman, Xasfulad xan
ilə pis rəftar etdiyi və cəkişdiyi üçün Nadir şah tərəfindən Asta-
rabada göndərilmişdi. Nadir şahın vəfatından sonra, Qıpçaq çölünə
getdi. Oradan da kalmıq qoşunu ilə gəlib Qazanışın yaxınlığında,
iki çay arasında şiddətli müharibə edərək qalib gəldi. Axırda
Xasfulad xan ilə barışıb, qabaqkı kimi Buynaq əmirliyinə keçdi.
Hicri 1162-ci (=1749) ildə, Şahsevən Əhməd xan, Ali-Sərkarın
oturağı olan qədim Şamaxı şəhəri üzərinə gəldi. Ağa Rəzi bəy
Əsgər bəy oğlu üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı
öldürdü. Əhməd xan özü intiqam almaq üçün meydana atıldısa da
Ağa Rəzi bəy tərəfindən bərk yaralandı, məğlub olub geri qayıtdı
və şəhərin yarım ağaclığında vəfat etdi.
Bu zaman, Gürcustan valisi İrakli xan, Hacı Çələbinin dəfi xüsu-
sunda məşvərət və məsləhət bəhanəsilə gəncəli Şahverdi xan, qara-
bağlı Pənah xan, qaradağlı Kazım xan irəvanlı Hüseynəli xan və nax-
çıvanlı Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb, hamısını bir
yerdə yaxaladı və əsir etdi, Hacı Çələbi bu xəbəri eşidən kimi, şücaət
və igidliyilə Sərkar xanədanının hökmranlığına vasitə olan Ağa Rəzi
bəylə ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin
yarım ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin
186
xanları xilas etdi. Sovra valini təqib edib Qazax və Borçalı mahallarını
ələ keçirdi. Oğlu Ağakişi bəy, iki ilə yaxın bu hüdudda hökm sürüb,
zülm etməklə məşğul oldu. Tiflis şəhərinin dörd ağaclığında, Paydar
adlı yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur.
Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairədən kömək alıb
öz dəstəsini düzəldincə, Ağakişi bəy Şəkiyə qayıtdı. Bir zaman
keçəndən sonra, İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüs-
tandan aldığı Nikli tayfasını geri almaq üçün getdi. Hacı Çələbi, Car
camaatinın köməyinə gəlib, Qanıq çayının sol sahilində, çox
şiddətli bir müharibəyə girişdi. Gürcüstan valisi əvvəlkindən daha
ciddi məğlub olub geri qayıtdı.
Hicri 1168-ci (=1755) ildə, Hacı Çələbi külli qoşunla Şirvanı
almaq məqsədilə gəlib, Ağsu şəhərini mühasirə etdi. Burada olan
Hacı Məhəmmədəli xan Quba hakumi Hüseynəli xandan kömək
istədi. 0 da 3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik
olan Əmir Həmzə üsmi ilə bərabər iki düşməni barışdırmaq üçün
gəldi. Hacı Çələbi, Hacı Piri adlı bir nəfəri elçi göndərib, onu hədə-
lədi və geri qayıtmağı ona təklif etdi. Beləliklə, iş müharibə ilə nəti-
cələndi. Şəkinin küllü qoşunu bu azacıq cammatın qarşısında məğ-
lub olub, qarət edildi və çoxu öldürüldü.
Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzi-
nə qayıtdı və hicri 1169-cu (=1756) ildə oğlu Fətəli ağanı qoşunla
göndərib, ata-baba mülki olan Səlyan nahiyəsini, öz qohumu
rüdbarlı İbrahim xanın əlindən geri aldı.
Hüseynəli xan hicri 1171-ci (=1758) ildə vəfat etdi. O, cəsarətli, ali
himmətli bir əmir idi. Həmişə ölkənin abadlığı və rəiyyətin asayişi fik-
rində idi. Şirvanlı Ağa Rəzi bəy Əsgər bəy oğlu dərhal gedib Qubanın
Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli
xanın oğlu Fətəli xan, qisas almaq məqsədilə Şirvana hərəkət etdi.
Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilib
öldürüldü. Fətəli xan, bir neçə aylıq müharibədən sonra, qətl-qarət-
dən əlavə öz elatının iki mislini götürüb geri qayitdi.
187
Dərbəndlilər, Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis
rəftarından təngə gəlmişdilər. Fətəli xan onların təşviqilə, hicri
1172-ci (=1759) ildə, Dərbəndin üzərinə gedib, azacıq mühasirə-
dən sonra oranı da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə
Bakıda yurd saldı.
Əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mümtaz olan Hacı Çə-
ləbi, həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman
sonra vəfat etdi. Onun cəsarətli və hünərli oğlu Ağakişi bəy höku-
mət başına keçdi. Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli
Məlik Əlinin təhrikilə Ərəş mahalına gəlib, Ağakişi bəyi görüş və
məşvərət bəhanəsilə yanına çağırdı və öldürdü. Beləliklə, Şəki ölkə-
sini ələ keçirdi. Ağakişi bəyin əyalı olan öz qızını ilisulu Alxas bəyə
verdi. Əhməd xan da bundan doğuldu.
Məhəmməd xan Şəkidə 40 gün hökmranlıq etdi. Hacı Çələbi-
nin bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi.
Hacı Çələbinin nəvəsi Ağakişi bəy öldürüldükdən sonra Huseyn
ağa Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına
getmişdi. Quba qoşununun köməkliyi və Şəki əyanının ittifaqilə,
Məhəmməd xanı buradan çıxararaq öz mülkünə sahib oldu. Bu
hadisədən üç il sonra hicri 1175-ci (=1762) ildə, Nadir şahın böyük
əmirlərindən Fətəli xan Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası
ilə Gəncə və Qarabağa hərəkət etdi. Pənah xan onunla itaət edər
kimi sazişə girdi, oğlu İbrahim Xəlil ağanı ona girov verdi, ərəşli
Məlik Əli də, Şəki hakimiyyəti təmənnasilə onun hüzuruna getdi.
Lakin bu zaman Hüseyn ağa, qutqaşınlı Kəlbəli sultan və sair tərəf-
darları ilə Fətəli xanın yanına gəldi. Xanlıq ləqəbi alaraq qayıdıb
Məlik Əlini öldürdü.
Hicri 1176-cı (=1763) ildə, Şirvanda və xüsusilə Ağsu şəhərin-
də şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf
oldu. Bu zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsə-
dilə gəldi. Qarabağlı Pənah xan öz oğlunu xilas etmək üçün ona
qoşuldu və Urmu şəhərini almaqda, həmçinin Fətəli xanı ölldür-
məkdə çox yardım göstərdi.
188
Vəkil, Pənah xanın oğlu İbrahim Xəlil ağanı xanlıq ləqəbilə
Qarabağa göndərdi, özünü isə, həmişə yanında saxlayırdı. Pənah
xan Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki,
Pənah xan cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur.
Xülasə, Vəkil Kərim xan Azərbaycanı ələ keçirdikdən sonra,
məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və Bəxtiyari
tayfasının təşviq və təhriki ilə İsfahana gəlmişdir. Vəkil Kərim xan
bütün əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan
İsfahanın əyanlarını köçürüb, Dəştə apardı. Nəzərəli xan Zənd,
Vəkilin hökmü ilə gedib, ona qalib gəldi və Luristanın son hüdu-
duna qədər onu təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin töyləsinə
pənah apardı və aman tapdı.
Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan da
Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu
qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi.
Hicri 1178-ci (=1765) ildə, Əsgər bəyin oğlanları Məhəmməd
Səid xan və Ağası xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb,
Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı
Məhəmmədəli xanı öldürdülər. Bu zaman, Fətəli xan Əmir Həmzə
üsminin bacısı Tutu bikəni aldı. Üsmi də Fətəli xanın Hüseyn xan
Rudibarının qızından olan bacısı Xədicə bikə üçün elçi göndərdi.
Lakin Fətəli xan öz bacısını bakılı I Mirzə Məhəmməd xanın oğlu
Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı, atası öz sağ-
lığında hökumət başına keçirmişdi.
Xədicə bikənin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasında
ədavət düşdü. Bir zaman keçdikdən sonra, üsmi öz bacısını gör-
mək bəhanəsilə Dərbəndə gəlib, Narınqalanı almaq fikrinə düşdü.
Fətəli xan bundan xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə
gəldi. Üsmi üç gün top və tüfəng ilə müdafiəyə qalxmışdı. Axırda,
müqavimət göstərə bilməyib, dayanmadan Carçı-qapıdan çıqxıb,
öz mülkünə qayıtdı. Üsmi bu andan etibarən daima kin və ədavət
saxlayıb, Fətəli xandan intiqam almaq pusqusunda idi.
189
Bundan əlavə, öz əmisi qaziqumuqlu Məhəmməd xandan üz
döndərmiş Eldar bəy, Fətəli xanın etimadını qazanıb Dərbənd naibi
olmuşdu. O, yersiz və münasibətsiz danışıqları və hərəkətləri ilə
üsminin ədavətini qazanmışdı. Üsmi də, düşmənçilik vəsaitini ha-
zırlayıb, öz bacısı oğlu olan Təbərsəran qazisi Rüstəm Mürtəzaəli
oğlunu qüvvətləndirdi. Bu zaman, mirzə oğlu Şeyx Əli bəy, Mə-
həmməd məsumun oğlu Mürtəzaəli məsumu öldürüb, özü mə-
sumluğa keçdi. Lakin onun işi baş tutmadı. Üsmi və qadinin təhrikilə
xalq üsyan qaldırıb, onu çıxartdı. O da, Fətəli xanın yanına gəldi.
Bundan sonra, yuxarıda adı çəkilən Mürtəzaəlinin oğlu Novruz bəy
məsumluğa təyin edildi. Bu, lal olduğu üçün, anası Xanım, kişi kimi
hökmranlıq edirdi. O, məsumlar nəslindən Qaraxanın qızı idi.
Hicri 1181-ci (=1767) ildə Fətəli xan Şəki xanı Hüseyn xanla
birlikdə iki tərəfdən gəlib, Məhəmməd Səid xan və Ağası xanın
yenidən abad etdikləri qədim Şamaxı şəhərini mühasirə etdilər.
Məhəmməd Səid xan çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə,
Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli
xan da Məhəmməd Səid xanı həbsə alıb Dərbəndə göndərdi, şəhə-
ri də Ağsuya köçurdü. Hər iki tərəfdən iki naib təyin etdilər. Ölkəni
iki hissəyə böldülər. Sədari və Qəsani mahalları Hüseyn xana,
Şirvanın qalan hissəsi isə, Fətəli xana çatdı.
Bir neçə vaxt keçdikdən sonra, Fətəli xan bütün Şirvan ölkəsini
aldı və qədim şəhəri yenə abad etdi. Kür çayının kənarında, Kote-
van qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası
xan Hüseyn xana pənah apardı. Hüseyn xan, Avar xanzadələrindən
Budaç və Məhəmməd mirzənin sərkərdəliyilə Avardan qoşun götu-
rüb Şirvana, Fətəli xanın üstünə gəldi. İki qoşun qarşılaşdığı zaman,
araya barışıq məsələsi düşdü. Gözlənilmədən, hər iki tərəfdən bir
neçə nəfərin birdən-birə çəkişməsi nəticəsində arada şiddətli dö-
yüş və vuruşma başladı. Bu müharibədə Bulaç və Məhəmməd
mirzə öldürüldü, Hüseyn xan məğlub olub Şəkiyə, Ağası xan da
yenə Kotevana getdi.
190
Hicri 1187-ci (=1773) ildə, Şamxal Xasfulad xan vəfat edərkən, öz
bacısı oğlu Buynaq əmiri Mürtəzaəli Mehdi oğlunu öz yerinə təyin
etdi. Xasfulad xan zabitəli, igid və səxavətli bir əmir idi. O öz qohum-
əqrabasilə pis rəftar edirdi. Onun qardaşı oğlu və Qazanış əmiri ağıllı
və cəsarətli Dişsiz Məhəmməd, Mürtəzaəli ilə çəkişməyə başladı. İndiri
əmirləri, avarlı Novsal xan Əmmə xan oğlu və Əmir Həmzə üsminin
köməkliyilə gəlib Mürtəzaəlini Tarxu və Buynaqdan çıxarıb, şamxallığa
oturdu. Mürtəzaəli şamxal Qoysuboy və Aqquşa mahallarında yaşa-
yan əhalinin köməyilə, bir aydan sonra gəlib, məmləkəti təsərrüfünə
keçirdi. Bu mahalların əhalisi həmişə böyük işlərdə şamxala tabe olub,
onun müavini hesab edilirdi. Yeni şamxal təyin edildiyi zamanda,
onların iştirakı lazım idi. Dişsiz şamxal və ondan sonra oğlu Xasfulad,
əvvəlki kimi, Qazanış əmirliyinə qane oldular.
Hicri 1188-ci (=1774) ildə Ağası xan, Fətəli xanın qan düşməni
və Qarabağa gəlmiş olan avarlı Novsal xanı özünə müttəfiq edib,
Şamaxı şəhərini aldı. Fətəli xan Quba və Dağıstandan külli qoşun
toplayıb, bakılı Məlikməhəmməd xanla birlikdə onlara qarşı
müharibəyə girdi və müharibədən qalib cıxdı. Ağası xan qaçdı,
Novsal xan isə, qədim şəhərin yuxarı hissəsində çıxılmaz və çətin
bir sığınacaqda gizləndi. Axırda, Fətəli xan aman vədəsilə Novsal
xanı öz yanına gətirdi, Xanların hər üçü bir yerdə oturmuşdular. Bu
zaman, Aqquşa qoşunu toplaşıb, Fətəli xandan yanlarına gəlməsini,
Novsal xan ilə keçmişdə ədavətləri olduğu üçün, onun öldürülmə-
sini xahiş etdilər. Fətəli xan çarəsiz qalıb, əmr verdi ki, çadırın arxa
tərəfini yarıb, Məlikməhəmməd xanı bayıra çəksinlər. Novsal xanı
isə, öz tərəfdarları ilə birlikdə öldürdülər. Əmir Həmzə üsmi, belə
bir firsəti qənimət saydı. Dişsiz Məhəmməd şamxal və damadı
qaziqumuqlu Məhəmməd xan ilə əlbir olub Fətəli xana qarşı mü-
haribəyə çıxdı. Fətəli xan bu hadisəyə görə Qubaya gəldi. Ağası
xan onun getməsindan istifadə edib Şirvanı tutdu,
Gavduşan düzündə çox şiddətli bir müharibə oldu. Bir-birilə
əhd bağlamış iki qoşun məğlub edilmək ərəfəsində ikən, yuxarıda
adı çəkilən üsminin oğlu Əli bəy, bir dəstə igidlə özünu qoşunun
191
mərkəzinə yetirdi. Zəfər yenə də onun şücaət və mərdanəliyilə
birləşdi, Dişsiz şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və
Şeyx Əli məsum iki tərəfdən öldürüldü. Məğlub olan Fətəli xan da
Qubada qalmağı münasib görməyib Səlyana getdi, Üsmi şamxalın
nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli
xanın öldürülməsi xəbərini Tutu bikəyə göndərdi, qalanın təslimini
tələb etdi. Tutu bikə ona inanmayıb özü gecə-gündüz burcların
üzərində qalanı mühafizə etməyə məşğul oldu. Məhəmməd xan
Qubanı aldı, Üsmi də Bakının üzərinə yürüdü. Qalanı almaq müm-
kün olmadığından, Məlikməhəmməd xanın ilxısını və kəndlərin
mallarını qarət edib geri qayıtdı.
Fətəli xan, himayə edilmək xahişilə dərbəndli Mirzə bəy Bayatı
elçi olaraq Rusiya imperatoriçəsi II Yekaterinanın dərbarinə gön-
dərdi. Özü isə, gizlincə Şabrandan və Müskürdən keçib Dərbəndə
gəldi. Bir az keçincə, tərəfdarları onun ətrafında toplaşmağa başla-
dılar. Bu zaman, Məhəmməd xan Qubanı tərk edib, öz mülkünə
qayıtmağa məcbur oldu.
Bir il sonra, hicri 1189-cu (=1775) ildə, general-mayor De-
Medemin komandası altında olan bir dəstə rus qoşunu Fətəli xana
köməyə gəldi. Eyni zamanda o, keçən il məşhur rus səyyahı Qmeli-
ni həbsə aldırıb, öldürmüş Əmir Həmzə üsmini cəzalandırmağa
məmur edilmişdi. Üsmi Başlının bir ağaclığında bütün qoşunu ilə
ruslara hücum etdi. Lakin məğlub oldu, qoşunun çox hissəsi öldü-
rüldü. Fətəli xanın qoşunu da tərəkəmə kəndlərini qarət edib yan-
dıraraq, Dərbəndə qayıtdı. Bundan sonra, Kürə nahiyəsində Mə-
həmməd xanın külli qoşununu məğlub etdi. Onları qarət etdikdən
sonra, Yuxarı Təbərsəranı tabe etmək üçün Qaluq adlı yerə yürüş
etdi. Təbərsəranlılar da dağlara və meşələrə arxalanaraq meşələrə
çıxdılar və məğlubiyyətdən sonra tabe oldular. Həmin il Rusiya
qoşunu Qızlara qayıtdı. Rusların bu köməyi Fətəli xanın şöhrətli
iqtidarının daha da möhkəmlənməsinə səbəb oldu.
Ali-Sərkar Fətəli xana xeyirxah və tərəfdar olduqlarını izhar edə-
rək, onunla dost olmaq istədilər. Bunun nəticəsində, 7 ildən bəri
192
A. Bakıxanovun kitabxanasına məxsus
«Gülüstani-İrəm»in əlyazmasından bir səhifə.
Dərbənddə dustaq olan Məhəmməd Səid xan azad edildi. O, Ağsu
şəhərində hakimliyə başladı, Ağsu xan da Əlvənddə oturub, bütün
Şirvana hökmran oldu. Bu zaman, Əmir Həmzə üsmi 3000 igid
qoşunla Dərbənd, Quba və Şirvan ölkələrindən keçib, Ərdəbilə
193
getdi. Buraları çalıb-çapdıqdan sonra, Qarabağdan keçib, Gəncəyə
gəldi. Buranı da Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qəni-
mətlə Şəki, Axtı və Kürədən keçib, öz mülkünə döndü. Adı çəkilən
ölkələrin əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan
bəzisi, hədiyyə göndərmək vasitəsilə özünü onun şərrindən
qurtarmaq istəyirdi. Fətəli xan Məhəmməd bəyi öz tərəfinə çəkdi.
O, yuxarıda adı çəkilən üsminin qardaşı oğlu olub, igidlikdə şöhrət
tapmışdı. Fətəli xan Qubadan 100 ev köçürdüb, Dərbəndin üç
ağaclığında ona məxsus bir qala tikdirdi. Xan Məhəmməd bəy cür-
bəcür vasitələrlə üsminin işinə əngəl törədirdi. Bundan əlavə,
mənfəət verdiyi və əlaqəyə girdiyi üçün, Dağıstan əmirləri, əyanları
və əhalisi gündən-günə Fətəli xanın dövlətinə daha artıq meyl gös-
tərdilər. Üsmi artıq böyük işlərə qarışa bilmədiyindən, naçar qalıb,
barışmağa məcbur oldu.
Məhəmməd xanın oğlu Şah Mərdan bəy, ögəy anasından olan
qardaşı Surxay ilə ədavətli idi. Buna görə, atası Məhəmməd xandan
inciyib, Fətəli xana meyl göstərərək xidmət edirdi. Fətəli xan da
Dərbənd üstündə sayılan Kürə nahiyəsinin aşağı hissəsini Qəbərək
kəndinə qədər və Qurbanın Güney mahalını ona verdi. Ayrıca bir
camaat olan Qurah mahalını da Şah Mərdan bəy özü ələ keçirdi.
Beləliklə, Məhəmməd xan da müxalifət iqtidarında olmayıb, müda-
ra ilə keçinirdi.
Bu zaman, Təbərsəran əmirəsi Xanım vəfat etdi. Mirzə nəvəsi
Əliqulu Sail oğlu qulluq göstərmək bəhanəsilə lal məsumla dost-
laşdı. Rüstəm qadinin köməyilə onu iki oğlu ilə öldürüb, məsumlu-
ğa keçdi. Fətəli xanın xidmətində Gavduşan döyüşündə öldürül-
müş qardaşı Şeyx Əli məsumun oğlanları: Məhəmmədhüseyin bəy,
Söhrab bəy, Şamxal bəy və Mustafa bəy Qubaya getdilər. Fətəli
xan bir müddətdən sonra, Əliqulu məsumu Dərbəndə gətirib həbs
edərək Səlyana göndərdi. Özü isə qoşunla gedib, Məhəmməd-
Hüseyin bəy Şeyx Əli oğlu məsumu, keçmiş məsumların oturağı
olan Çıraq kəndində məsumluğa oturtdu. Ondan sonra qardaşları:
194
Söhrab məsum, Şamxal məsum və oğlu Qırxlarqulu məsum bir-
birinin ardınca əmirlik etdilər.
Şəki hökümranlığında müstəqil olan Hüseyin xan, aralığa
düşən ədavətə görə, əmisi Cəfər ağanı öldürüb, öz xanədanında
ədavət toxumu əkdi. Hacı Çələbinin oğlu Hacı Əbdülqadir, öz
tərəfdarları ilə ondan üz çevirdi. İbrahim xanın köməyilə Kür çayı
kənarında, Dardoqqaz adlı yerdə sakin oldu. Hüseyin xan bir neçə
dəfə onun üzərinə gedib vuruşdusa da məqsədə nail olmadan geri
qayıtdı. Bu müvəffəqiyyətsizlikdən sonra o, Hacı Əbdülqadirin tə-
rəfdarları olan qutqaşınlı Kəlbəli sultanı, qışlaqlı Hacı Ağanı və Hacı
Rəsul bəy Hacı Şeyx Əli oğlunu həbsə aldı. Bir az keçəndən sonra,
Hacı Rəsul qaçdı, o biri iki nəfər isə öldürüldü.
Həmin hicri 1193-cü (=1778) ildə, ədalətli və hünərli bir əmir
olan Vəkil Kərim xan vəfat etdi. O, qoşununun intizamına və
ölkəsinin asayişinə çalışıb, 30 ilə yaxın İranda hökümranlıq etdi. O,
çox insaflı olub səltənətin qədr və qiymətini gözlədiyindən, ancaq
Vəkil ləqəbilə kifayətlənmişdi. Zəndiyyə dövləti də əmirləri arasın-
da düşən ixtilaf nəticəsində tez puç olub aradan çıxdı.
Hicri 1194-cü (=1779) ildə, Hacı Əbdülqadir, Hacı Çələbinin
əmisi oğlu Hacı Rəsul bəy Hacı Şeyx Əli oğlunun köməkliyi, Ərəş
məlikzadələri və Şəki əyanının ittifaqilə qəflətən Nuxu qalasına so-
xuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyin xanı öldürüb, hö-
kumət bayrağını qaldırdı. Hüseyin xan hünərli, şücaətli, gözəl tədbirli
və düzgün fikirli olmaqla bərabər, təbiətən rəhimsiz bir adam idi.
Ağa Məhəmməd xan Qacar hüdud boyunu tutduğu zaman,
Gilan hakimi Hidayətulla xan məğlub olub, kömək tələbilə Bakıya,
buradan da, Qubaya gəldi. Fətəli xan Səlyan və Talış yolu ilə, mirzə
bəy Bayatın komandası altında 9.000 qoşun göndərib, onu Rəştdə
əvvəlki yerində oturtdu.
Hicri 1196-cı (=1781) ildə, dindar, ədalətli bir əmir olan bakılı
Hacı Məlikməhəmməd xan Hacı Mirzə Məhəmməd xan oğlu, 11
yaşlı oğlu II Mirzə Məhəmməd xanı dayısı Fətəli xanın himayəsi
195
altında Bakı hakimi təyin etdi. Özü Ətəbatə (Kərbəla və Nəçəfə)
ziyarətə gedib, Nəçəf-əşrəfdə vəfat etdi.
Bu zaman, Məhəmmədsəid xan, Fətəli xanın bacısı Fatma xa-
nımı öz oğlu Məhəmmədrza bəy üçün istədi. Fatma xanımı keç-
mişdə Vəkil Kərim xan da öz oğlu Əbülfəth xana namizəd etmişdi.
Onun qardaşı Ağası xan, Fətəli xanın Şirvan iddiasında olduğunu
bilib, bu işdən narazı idi. Özü də Əlvənddə sakin idi. Füzulinin bu
beytini yazıb ona göndərdi:
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,
Gör nə cahildir yonar daşdan öziçün bir rəqib.
Məhəmmədsəid xan da, cavabında, Füzulinin bu beytini yazıb
göndərdi:
Kuhkən künd eyləmiş bin tişəni bir dağ ilə,
Bən qoparıb atmışam bin dağı bir dırnaq ilə.
Xülasə, Fətəli xanın bacısını almaq səbəbinə, iki qardaşın ara-
sına ayrılıq düşdü. Hicri 1198-ci (=1784) ildə Fətəli xan Ağası xana
kömək edən İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı və
Qarabağın aşağı mahallarını talan etdi. Hacı Əbdülqadir xan da
Şəki qoşunu ilə onunla yoldaş idi. Bu səbəbə İbrahim xan, atası
öldürüldüyü zaman Qarabağa qaçıb, məhbus olan Məhəmmədhə-
sən ağa Hüseyn xan oğlunu gizlicə azad edib, Cara göndərdi.
Məhəmmədhəsən ağa Car ləzgilərinin köməkliyilə Şəkinin üzərinə
yürüş etdi. Birinci dəfə məğlub oldu. İkinci dəfə isə, qalib gəldi.
Hacı Əbdülqadir xan da Əlvəndə Ağası xanın yanına qaçdı. Ağası
xan onu tutub, qoşunla onu təqib və tələb edən Məhəmmədhəsən
xana verdi. Məhəmmədhəsən xan, atasının intiqamı üçün onu yed-
di oğlu ilə bərabər öldürdü. Deyirlər ki, o (Hacı Əbdülqadir xan)
igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstə-
rərmiş.
196
Fətəli xan hicri 1199-cu (=1785) ildə, Ağası xan və onun müt-
təfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana
getmişdi. Bu zaman, qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş
olan Mehrəli bəy Fətəli xanın yanında idi. Bir gecə, Bakıdan Şirvana
getdiyi zaman, yolda Ağası xanın böyük oğlu Əhməd bəyə rast
gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan
onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisə-
dən sonra, İbrahim xan Fətəli xanla dostlaşmağa başladı, Ağası
xana qarşı hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur
qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bərabər məhbus
olaraq, Qubaya göndərildi. Bundan sonra, Fətəli xan Şəki üzərinə
yürüş etdi. Bu müharibədə məğlub olan Məhəmmədhəsən xan, öz
bacısını Fətəli xana verib barışdı. Fətəli xan da ittifaqı möhkəmlən-
dirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona verdi. Həmin il
cəsarətli, xoş rəftar və eyni zamanda xasiyyətcə vüqarsız və kinli bir
şəxs olan Mürtəzaəli şamxal vəfat etdi. Qardaşı Məhəmməd şam-
xallığa oturdu. Hicri 1201-ci (=1787) ildə Fətəli xan Məhəmməd
şamxalın qızı Kiçik Bikəni, üsminin bacısından olan Əhməd ağa adlı
oğlu üçün aldı, çoxlu cehiz və böyük bir dəbdəbə ilə Dərbəndə
gətirdi. Əmir Həmzə üsmi də həmin il vəfat etdi və qardaşı Ustar
xan onun yerinə təyin olundu.
Öz qardaşının ələ keçməsindən qorxuya düşən Məhəmməd-
səid xan, gizlincə keçmişdəki işlərin əvəzini almağa çalışırdı. Fətəli
xan, Ağası xanı Əhməd bəy və Məhəmməd bəy adlı iki böyük
oğlanları ilə hakim təyin etmək bəhanəsilə, Qubanın Qonaqkənd
kəndinə gətirdi. Məhəmmədsəid xan, Qəsaniyə və buradan da Qə-
bələyə getdi. Fətəli xanın damadı Məhəmmədrza bəy onu qar-
şıladı. Fətəli xan, Ağası xanı oğlanları ilə Bakıya göndərdi. Özü isə,
Ağsuya gələrək Məhəmmədrza xanı Şirvana hakim təyin etdi. Lakin
həqiqətdə özü hökümranlıq edirdi.
Bu zaman Fətəli xan bir nəfər göndərib, Məhəmmədsəid xanı
oğlanları ilə bərabər və Ağası xanın oğlu Mustafa bəyi Məhəm-
mədhəsən xandan istədi. Məhəmmədsəid xan, işi arzusu xilafinə
197
görüncə, naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu – Mah-
mud bəy və İskəndər bəylə Səlyana və Məhəmmədrza xan da
Qubaya göndərilərək, həbsə alındılar.
Bu hadisə zamanı, Məhəmmədsəid xanın oğlanları - Əsgər
bəy, Qasım bəy və Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaç-
mışdılar. Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan, Mə-
həmmədhəsən xan onların üçünü də buxovlayıb, Fətəli xanın elçisi
Məhəmmədkərim bəy Haçı Səfərli bəy oğlu və öz inanılmış adamı
Hacı Seyid bəylə Şirvana göndərdi. Təsadüfi olaraq, Göyçay yolu
kənarında, Şəki və Şirvan sərhəddində, Ali-Sərkar tərəfdarlarından
bir nəfər, belə bir yalan şayiə buraxdı: guya Fətəli xan Şəki tacirlə-
rini soyub həbsə almışdır, özü də müharibəyə hazırlaşır. Hacı
Seyid bəy Şirvan xanzadələrini buraxıb, Məhəmmədkərim bəyi
buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara, buradan da Avara get-
dilər. Novsan xanın qardaşı oğlu və damadı Əmma xanı, əmilərinin
qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır qoşunu olma-
yan Fətəli xanı, Ağsu şəhərində 9 ay mühasirəyə aldılar. Axırda,
Fətəli xan öz qızı Pəricahan xanımı və Səlyan nahiyəsini Əmma xan
Avara verdi. Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı
Axalkalakına getdilər.
Bu zamanlar Mürtəzaqulu xan Qacar öz qardaşı Ağa Mə-
həmməd xandan üz çevirib, Bakıya və mühasirədən iki ay əvvəl
Şirvana gəlmişdi. O, qalanı müdafiə etməkdə Fətəli xana böyük
xidmət göstərdi. Mühasirə bitəndən sonra da, kömək istəmək
üçün, Rusiya imperatoriçəsinin dərbarına getdi.
Hicri 1202-ci (=1788) ildə, Ali-Sərkarın məhbusları olan saf
qəlbli, dəyişkən məcazlı Məhəmmədsəid xan iki oğlu ilə Səlyanda,
iş bacaran cəsarətli və eyni zamanda etimada layiq olmayan Ağası
xan, iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü.
Ağası xanın övladından iki-üç nəfəri kor edildi.
Məhəmmədhəsən xan Əmmə xanın hadisəsindən və şirvanlı-
ların təhrikindən cəsarətləndi. Əli sultan bəy Mehdi bəy oğlu Can-
kutay ilə ittifaq edərək, qəfildən Ağsu şəhəri üzərinə gəldi. Müha-
198
ribədə ondan qalibiyyət nişanələri zahir oldu və hətta qoşunundan
bir hissəsi də şəhərə daxil olmuşdu. Bu zaman, Fətəli xan Quba və
Dərbənd dəstəsi ilə hücuma keçdi. Əvvəlcə döyüşdə zəiflik gös-
tərən ləzgilər də Mehdi bəy Məhəmmədoğlu şamxalın komandası
altında hücuma başladılar. Məhəmmədhəsən xan məğlub olub
Şəkiyə qaçdı. Əli sultan bəy də, Mehdi bəyin vasitəçiliyilə, məğlub
və qarət edilmiş qoşunu ilə Quba və Dərbənd yolundan vətəninə
qayıtmağa izn aldı.
Həmin il, Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri
ona tabe oldular. Muğanlı Həsən xan da ona səmimiyyət göstər-
məkdə idi. Əvvəlcə Qubada məhbus olan Mir Mustafa xan Qara
xan oğlu, sonralar onun himayəsi altında Talışda, həmçinin Hidayət
xan da Gilanda hakimiyyət sürürdülər. Yalnız qarabağlı İbrahim
xan, olduğu yerin möhkəmliyinə görə düşmənlikdə davam edirdi.
Lakin Qarabağın aşağı mahalları Fətəli xanın hücumundan rahat
deyildilər. Şamxal, üsmi və Qaziqumuq xanı ona qarşı ixlas göstə-
rirdilər. Avar xanı və Mehdili əmiri çarəsiz qalıb, onunla sülh ilə
keçinirdilər. Təbərsəranın məsum və qadisi onun itaətkar xidmətçi-
si idilər. Dağıstanın azad xalqının əyan, qazi əmirlərinin çoxu onun
sədaqətli tərəfdarları idilər. O özünə məxsus olan Quba, Dərbənd
və Səlyan ölkələrindən başqa, Şirvan ölkəsini də tamamilə ələ keçirdi.
Bakının kiçik yaşlı xanı da onun himayəsi altında idi. İran dövlətinin
üsul-idarəsindən olan qarışıqlıq səbəbilə Azərbaycan əmirlərindən
bir çoxu, məsələn, Qaradağ, Təbriz və sair əmirləri Ağa Məhəm-
məd xan Qacarla düşmən olduqları üçün, himayə ediləcəkləri
ümidilə ona səmimiyyət göstərməyə başladılar. Axırda, bütün istiq-
lal və ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə
də, bütün İran işlərini intizama qoymaq xəyalilə, Gürcüstan valisi
İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da
öz dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli
xanın yanına göndərdi. O, qədim gürcü valiləri nəslindən yadigar
qalıb, doqquzuncu babası, İranın qüvvətli padişahları dövründə,
müsəlman olmuşdu. Onun oğlu və nəvələri indi də Tiflisdə yaşa-
199
maqdadır. Səfir Sadıq bəy Nuxuda xanın hüzuruna gəlib, hədsiz
lütf və mərhəmətə nail oldu.
Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan
Fətəli xanın bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli
xanın hüzuruna gəldi. Fətəli xan cah və cəlalla Nuxu şəhərinə getdi.
Bir neçə gün qonaqlıq və şadlıqla keçirib, Gəncəyə yola düşdü.
Cavad xan ibni-Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün
əyanı ilə bərabər Kür çayının kənarında onu pişvaz edib qalanın
qapılarını üzünə açdı. Fətəli xan da Cavad xanın əlindən çıxmış
Şəmsəddinli mahalını Gürcüstan valisindən alıb ona verdi.
Xülasə, yüksək mərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə
görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər
gördülər. Geri qayıtdığı zaman, Fətəli xan şiddətli bir qızdırmaya
tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə
Şirvana, buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203-cü
(=1789) ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi.
Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmlə-
kəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri ələ al-
maq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi.
Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin
ildə vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi.
Fətəli xanın böyük oğlu Əhməd xan hökumət bayrağını
yüksəltdi. Onun başında gənclik ehtirası və hökmranlıq qüruru var
idi. O, ölkəni idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra,
Məhəmmədhəsən xan köhnə ədavətə görə, onun əleyhinə olaraq
şirvanlılarla ittifaq bağladı. Osmanlı ölkəsindən Qarabağa gəlmiş
Əsgər bəyi, Qasım bəyi və Mustafa bəyi öz yanına çağırdı. Hacı
Məhəmmədəli xanın oğlu Manaf bəylə Şirvan üzərinə hərəkət etdi.
Əhməd xan müqavimət göstərə bilməyib Qubaya getdi.
Məhəmmədhəsən xan Ali-Sərkarı, elat arasında, Manaf xanı
isə Ağsu şəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlər-
dən və başqalarından çoxlu mal topladı və orada bir neçə gün qal-
dıqdan sonra Şəkiyə qayıtdı.
200
Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif
təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından bö-
yük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturt-
dular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu.
Hicri 1205-ci (=1791) ildə Əhməd xan ilə bakılı II Mirzə
Məhəmməd xan arasına ədavət düşdü. Əhməd xan, ona xəracgü-
zarlıq vədə verən I Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu
ağanın təhrikilə, bir dəstə qoşunu Səlyana getmək bəhanəsilə
Bakıya göndərdi. Məhəmmədqulu ağa da gizlicə Bakıya gəlib, öz
tərəfdarlarının köməyilə, azacıq döyüşdən sonra şəhəri aldı. Mirzə
Məhəmməd xanı Qubaya göndərdi. Məhəmmədqulu xan müstəqil
olub, Əhməd xana vergi vermədi. Əhməd xan da öz gördüyü işdən
peşman olub, Mirzə Məhəmməd xana kömək üçün, Bakıya bir
dəstə qoşun göndərdi. Məhəmmədqulu xan naçar qalıb, Mirzə
Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların
talan edilməsi haqqında ölkə əhalisinə əmr verdi. Bu vəsilə ilə
əhalinin çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu
xana tərəfdar oldu. Mirzə Məhəmməd xan naçar qalıb bir sıra
mühasirə və müharibədən sonra Qubaya döndü.
Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsİ müna-
sibətilə Ali-Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir
elçi göndərdi və Şirvanın alınmasında ona kömək edəcəyini vəd
etdi. Əhməd xanla Məhəmmədhəsən xan, öz qoşunları və Dağıstan
ləzgilərilə gəlib, Ağsu şəhərini iki tərəfdən mühasirə etdilər.
Mühasirə xeyli uzandı, istilər də şiddətləndi. Əsgər xan Məhəm-
mədhəsən xanın ordusundakı ləzgilər üçün, gizli olaraq, nağd və
mal ilə 5000 tümən göndərdi. Beləliklə, qoşunun arasına ayrılıq
düşdü.
Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun
Səlyanda naib olan 13 yaşlı qardaşı Şeyx Əli ağa, hökmran olmaq
üçün Qubaya gəldi. Yeddi yaşlı Həsən ağa adlı qardaşını naib adı
ilə Səlyana göndərdi.
201
Əsgər xanın hökmranlığından 6 ay keçmişdi. Təbiətindəki süst-
lüyə görə, Şirvan əyanı ondan üz çevirib qardaşı Qasım bəyin höku-
mət başına keçməsində ittifaq etdilər. Əsgər xan bu müddət dustaq
olub, sonra Şəkiyə qaçdı. Qasım xan, Mustafa bəyin səngərinə hü-
cum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı. O,
əhəmiyyətsiz şeylərə çox fikir verirdi. Verdiyi hökmdə aşağı təbəqələr
ilə sinif arasında təfavüt qoymurdu. Bu cəhətdən, şirvanlılar ondan in-
cimişdilər, o da Şirvan əhlini özünə bədxah sayırdı. Qasım xan hədiyyə
və sovqat göndərərək, Məhəmməd şamxalın oğlu Şahbaz bəyi bir
dəstə ləzgi ilə gətirdib, xalqa məsləhət etdi. O bu hərəkətilə hökuməti
əldə saxlamaq və ölkənin asayişini mühafizə etmək fikrində idi.
Nəhayət, hicri 1206-cı (=1792) ildə, Şirvan əyanının və xüsusilə
Yüzbaşı bəy Hövzü və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əl-
vənddən gəlib şəhərdə hökumət bayrağını yüksəltdi. Qasım xan
isə, öz tərəfdarlarından bir dəstə ilə Qəbələ yolundan Qubaya
getdi.
Həmin ildə Ustar xan üsmi vəfat etdi. Əli bəy Əmir Həmzə
oğlu üsmi oldu. Səxavətli, lakin bərk ürəkli bir əmir olan bakılı
Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa
Hacı Əliqulu ağa oğlu, bir neçə bəyin-dayısı oğlu və damadı Qasım
bəy Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət
başına keçdi. Mirzə Məhəmməd xan , Quba qoşunu ilə yenə Bakı
üzərinə gəldi. Hüseynqulu xan şəhərdə, mirzə Məhəmməd xan isə
kəndlərdə gah müharibə, gah da sülh edib, ölkəni və mədənləri öz
aralarında bölüşdürdülər.
Bu zaman, Mustafa xan Göyçayın kənarına və Surxay xan da
Xaçmaza gəlib, Qəbələnin üç mahalını üsyana qaldırdılar. Ərəşli
Şəhabəddin sultan da qarabağlılardan bir dəstə gətirdib, Məhəm-
mədhəsən xanın əleyhinə qaldırdı. Lakin Məhəmmədhəsən xan
özünü igidcəsinə müdafiə edərək Surxay xanı, Mustafa xanı və
qarabağlıları tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlər-
lə ölkəni aram etməklə məşğul oldu.
202
Şəhabəddin sultan, qalanın möhkəmliyinə və qonşu əmirlərin
himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş və Ağdaş
mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə dəfə
onun üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda, Şəhabəddin
sultan təslim olmaq və Məkkəyə getmək arzusu ilə, Məhəmməd-
həsən xanın yanına gəldi. Övlad və əqrabasından bir çoxu ilə bəra-
bər öldürüldü.
Hicri 1208-ci ildə (=1794) ildə, Məhəmmədhəsən xan və Şeyx
Əli xan, Qasım xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir
neçə aylıq mühasirədən sonra, bir gün güclü yağış və şiddətli sel-
dən çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Müha-
sirədəkilər Sədari Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib,
mühasirə edənləri məğlub etdilər. Şeyx Əli xan və Məhəmməd-
həsən xan öz mülklərinə qayıtdılar. Qasım xan da Quba ilə Şəki
arasında olan Qaraburqa dağında özünə oturaq seçdi.
Hicri 1209-cu (=1795) ildə, cəsarətli və saf qəlbli üsmi Əli bəy
vəfat etdi. Mamay ləqəbilə məşhur olan Rüstəm xan ibni-Sultan
ibni-Xan Məhəmməd ibni-Əhməd xan üsmi əmirliyə oturdu. II Mirzə
Məhəmməd xan, arif və dinclik sevən bir əmir olduğundan, çox vaxt
mülkü işlərlə məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə
edərək bir gecə Şirvan qoşununun köməyilə gizlicə gəlib, neft mə-
dəni olan Bəlxanı qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xa-
nın hökumət mərkəzi idi. Mirzə Məhəmməd xan yenə Qubaya getdi.
Cənubi Qafqaz ölkələri iğtişaş və inqilab məhəlli olmuşdu. Belə
qarışıq bir zamanda, İran ölkəsinin hökmranlığı şövkətli Qacar sü-
laləsinə keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi...
Əbdürrəzzaq bəy «Məasiri-sultaniyyə»
1
adlı əsərində deyir:
Abaqa xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər,
Dostları ilə paylaş: |