3) Dağlıq Qumuq - Səririn şimalında və Qaytağın qərbində-
dir. Əhalisi nəsaradır (xristiandır). Padişahları olmadığından öz rəis-
lərinə itaət edirlər. Çox məhsuldar və abad olan Alan ölkəsinə bu-
radan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz
banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padişahının
ləqəbi Kərkərandac, və ya Kərkəndac, arvadının adı isə, Məğəs idi.
Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin
birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər on-
lar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian)
dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri
ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasın-
da, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki,
Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək
ancaq burdan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars
şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.
Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına
aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara sərhəd
boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Babi-
Laziqə də Gürcüstan nahiyəsində olub, padişahı müsəlman idi. Ala-
nın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni
Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfa-
dır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan
bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə
gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kəna-
rında qalaları vardır, Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bun-
lar ittifaq etsəydilər, hamıya qalib gələrdilər. Onların ölkəsinin o
biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir...
17
Kəşək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri kasoq,
Os (Osetin) tayfasını isə kasaq adlandırırlar.
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvaninin
1
öz tarix kita-
bında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt,
2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə
ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə
dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4)
Hun. “Dərbəndnamə” müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatı-
na görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax, 2) Tuman-
şah mülkü, 3) Qaytaq və 4) Dağlıq Qumuq.
Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur.
Birinci məmləkət - Alan və ya Sulağın o tərəfindəki Qumuq
Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur.
İkinci məmləkət - Tumanşah mülkü, ya Haptaq ya da, birinci
bölgüyə görə, Qaytaq ölkəsidir ki, Şamxal və Üsmi mülklərinin
aşağı qismini təşkil edir.
Üçüncü məmləkət - Dağlıq Qumuq, ya Hun, ya da Avar ölkə-
sidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir.
Dördüncü məmləkət - Baslas, ya Zirihgəran, ya Sərir, ya da,
axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissə-
sindən, Aqquşa və Sürhi mahallarından ibarətdir.
Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətə-
ləmyusun
2
dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır.
Bu mülk onların adı ilə adlanmışdır. “Rövzətüssəfa”
3
müəllifinin və
1
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani –XVI əsrin ikinci və XVII əsrin birinci
yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aud bəzi
əsərləri vardır. «Risaleyi-rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından
Rüstəm xanın adına yazmışdır.
2
Bətləmyus (Ptolemey) məşhur yunan riyaziyyatçı və astronomlarındandır, II əsrin
birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənis-
tan haqqında da məlumat vardır.
3
Şərqdə yetişən ən məşhur tarixçilərdən Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə
anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət
olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünun sonlarında yazılmış ən mühüm
tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır.
18
başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya
Kamarı nəslindəndirlər. Bunlar Yafəsin Bulqar adlı oğlunun adını
daşıyan yerdə sakin idilər. Ehtimala görə o yer Kiçik Qabardı ölkə-
sində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm,
Baxsan, Bizənki əhalisi və başqaları indi də türk dilində qumuq ləh-
cəsilə danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni
“Həbibüssiyər”
1
və sair kitablar da təsdiq edir.
Bu mənbələrin yazdığına görə, Əmir Teymur Toxtamış xanı
məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının
kənarında ənam vermiş və Qum boğazında qışlamışdır. Qumari
adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və
rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-
birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və
Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da
ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» - yəni
hamı - sözü əlavəsilə «Həptaq», Üsmi mülkünə də, Keyxosrov və
sair Kəyan padişahlarına nisbətilə, ya da böyük və uca mənasına
gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində
ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyişilmişdir.
Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin
yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahi-
lində sakin imişlər. İndi yeri məlüm olmayan Varçan, bunların ən
böyük şəhəri olmuşdur. Simaca kafir, qaniçən, talançı və cəsur olan
bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və
Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülm-
lər etmişlər. Bunların padişahı Atilla... müxtəlif tayfaları, hətta Ma-
carıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı.
1
«Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özu də
məşhur tarixçilərdəndir. 1475-ci ildə Heratda anadan olmuş və 1535-ci ildə
Gucəratda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən
böyuk və ən qiymətlisi «Həbibüssiyər» adlı kitabdır. Xandəmir «Həbibüssiyər»də
dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri
təsvir edir.
19
Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında gedən
çəkişmələr nəticəsində Ğun dövləti dağıldı.
Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin
1
yazdığına
görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın.
Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər.
Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyər-
dilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və
dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisin-
dən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və su-
suzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman
atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən,
qanun bilməyən, yalançı və dinsiz idilər. Atillanın yanında olan
Rum səfirlərindən Prist belə nağıl edir: Biz onunla orduda görüş-
dük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul
etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı
yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilin-
də şerlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əha-
tə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər
çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu.
Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə
bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl
camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi.
Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından
bəhs edən şeirlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar,
qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar...
Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atil-
la bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola
1
Ammian Martselli - Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur.
«Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir.
Ammian Martsellinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.
20
bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adın-
dan alınmışdır.
Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları mü-
nasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada ya-
şayırdılar. Sərmat padişahı Qıpçaq çölündən gəlib, onları məğlub
etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran ara-
sında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII
əsrlərdə dəbunların dövləti mövcud idi. Bunların padişahlarından
Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi
də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını
layiqi deyə yazırlar.
Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-
birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana
çıxmışdır...
«Həbibüssiyər» sahibinin yazdığına görə, Ermənistan ölkəsinə
daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zama-
nında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur.
Bunu, Tiflisdə ərəblər tərəfindən zərb edilən dirhəmlər də göstərir.
İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başa-
çıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim
gürcüləri ivros, yəni dağlı adlandırırdılar.
Yaqutun
1
yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğ-
ru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və
qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğ-
lanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə
zamanı Tiflis şəhərini ələ keçirdilər.
Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida
hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya
olmuşdur.
1
Yaqut Həməvi -1178 və 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə və-
fat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya
aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Mö'cəmülbüldan»dır.
Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.
21
Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkə-
nin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban söz-
lərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birin-
dən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azad-
lığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur.
Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget
nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfa-
sını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləş-
mişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasın-
dakı yerləri tutmuşlar. Onlar cəsarətli, vəhşi xasiyyətli və köçəri
olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflə-
rin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot
1
deyir ki, Skif
gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası mey-
dana çıxmışdır. Lakin Qatterer
2
isbat edir ki, Sərmat tayfası İsanın
anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don cayı
ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb
Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfa-
sını məğlub edərək onların yerlərinə sahib olmuşdur.
Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb
ona səcdə edirdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi.
Prokopi
3
Alan tayfasını Masaget nəslindən və Böyük Get məna-
sında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir.
Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafə-
sin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasın-
da məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsildən və ya Masoq
1
Herodot - ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər ara-
sında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ti-
carət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla
qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi
uçun olduqca qiymətlidir.
2
Qatterer - alman tarixçisidir, 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat
etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan ümumdünya
tarixi» adlı kitabıdır.
3
Prokopi - yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən
məşhur tarixçisidir.
22
nəslindən sayılır. Ola bilsin ki, Masaget bu nəsildən və ya Masoq və
Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin
1
, alan sö-
zünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı qə-
dim zamanda Altay dağlarında yaşadıqları üçün belə adlandırmışlar.
Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir.
Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağla-
rının şimal-qərbində məşhur olmuşlar. Məsudinin yazdığına görə,
Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində
olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səd-
dindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir
etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xara-
bası Qubanın Şabran mahalında, Gilhin-çayın sol kənarında, qala-
nın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də
mövcuddur.
Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığın-
da olan Əlixanlı - ehtimala görə, əslən Alğonlı olmuş - kəndinin üst
tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində bö-
yük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin
üstündən Baba dağına doğru gedir.
Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan
qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası
Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki
tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün bir
çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıla-
rın hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının
şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur.
Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan
Alban şəhəri, yerin vəziyyəti və münasibətinə görə, gərək Dərbənd
1
Degin - fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə
vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların, türklərin, moğolların və sair
tatarların ümumi tarixi» adlı kitabdır.
23
şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub,
Tarxu ilə Buynaq arasından axır.
Keçmiş uzun əsrlər belə bu ölkədəki yer adlarının bəzisini hələ
də dəyişdirə bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı
olmuşdur. Burada olan Qəbələ şəhəri - Xabaladır ki, Bətləmyus da
onların adını çəkir.
Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən
dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcud-
dur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə»dəki qey-
dinə görə, Əşkəbus türklərdən bir pəhlivan olub, xaqanın döyüşün-
də Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın «Məcməülbül-
dan»da yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də Firuzqubad
şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından
alınmışdır. Xəzərgan adlı yer də «İskəndərnamə»də yazılan Xəzran-
kuh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlə-
rinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da,
Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri,
adının münasibəti və yerinin vəziyyətinə görə, həmin naxiya və ya
Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.
Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün
sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın
adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətlə, bu dəniz
müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və
Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır.
Qafqaz sözü də, həmin qaspi adlı tayfanın adından və Quran-
da qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ, əfsanə kitabların-
da divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pəri-
lərin padişahına Şahbal deyirlər. «Dərbəndnamə» müəllifi, ərəblə-
rin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl
deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda
məşhur olan kəndlərdən birinin adı Pəravuldur. Bu da Pəri-avul,
yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur.
24
Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli
və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi
təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasın-
dan ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri
deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri
1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında Gülüstan
əhdnaməsi burada bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir
yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır.
İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə
adlandırırlar. Bunlardan Katib Çələbi
1
, «Cahannüma» adlı əsərində
deyir: Əlbürz dağı Babül-əbvabın, yəni Dərbəndin qərb tərəfində-
dir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uza-
nan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn
etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük
Qaf, digərinə isə Kiçik Qaf deyirlər.
Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə,
ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth
dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət
vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ
haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə
qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki
keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və
daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar, bu
səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli,
vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur
olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz.
İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə
tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o
1
Katib Çələbi - məşhur Şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstan-
bulda anadan olmuş və 1067-ci (1656/7) ildə vəfat etmişdir. Əsərlərindən ən məş-
huru coğrafiyaya aid «Cahannüma» ilə biblioqrafiyaya aid «Kəşfüzzünun» adlı
kitablarıdır.
25
biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar, Qaf dağına,
xəyalata qapılan sadədillərin təsvir etdikləri tərzdə, heç yerdə rast
gəlməmişlər.
Qədim və naməlum əsrlərdən bəri bir çox müxtəlif tayfalar,
Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və
şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox
ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və
qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə
olmuşlar. İranın qədim padişahları, xüsusilə Yəzdicird Bəhrami-Gur
oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox
qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər.
Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər,
ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatar-
lardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində
saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri ol-
muşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin
ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə
əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hə-
lə də mövcud olan bir çox müxtəlif abidələri, adları, dilləri, adətləri
və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.
Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq
bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb
qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri
müxtəlif tayfalarla qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında,
Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki,
Bakı, Şirvan və Səlyan vilayətlərində yaşayanlar fars, ərəb, moğol və
tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da,
get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd,
Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində
isə daha çox qalmışlar, Onlar öz din və dillərini saxlamışlar. Qarışıq
nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dillərini və
adlarını saxlaması ən aydın bir dəlildir.
26
Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi
Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini
1
və Strabon
2
onları bu
ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada
yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər
miladi III əsrdə Ermənistan padişahlarının paytaxtı olmuşdur. İndiri
kəndinin tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysu-
nun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə
və arxlara sahibdirlər. Onlar əvvəldən burada sakindirlər.
Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşaр tayfası-
nın qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbə-
çi əhalisi, öz babalarından eşitdikləri rəvayətə görə, ticarət məqsə-
dilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir.
Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat
şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbə-
ristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan
sözündən dəyişmiş ola bilər.
Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki
kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi
indi də, öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq
kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu
dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də
bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və
Samur nahiyəsi, bütün Dağıstan kimi, öz kitablarında və yazılarında
ərəb xətti və ərəb dili işlədirlər.
1
Plini - məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin
«Təbii-tarix» adlı əsərində Azərbaycan tarixi və coğrafiyası haqqında qiymətli
məlumat vardır.
2
Strabon - məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il
əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri
«Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır.
Strabon əsərini Pompeyin Azərbaycana olan yürüşləri zamanında, romalıların
topladıqları məlumata əsasən tərtib etmişdir.
27
Qubadakı Bərmək mahalı, Harunərrəşidin vəziri Cəfər Bərmə-
kinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib
buraya sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli;
Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli,
Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qə-
biləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar
vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair
elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kən-
dinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan bu-
raya köçürmüşdür. Bu nahiyədə yalnız Miskincə kəndi şiə məzhəb-
dir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin
padişah, İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin
qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi, sünni məzhəbində olsalar
da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur.
Samur nahiyəsindəki Mikrah kəndinin və Qaziqumuq əhalisi-
nin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin
istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qi-
yafəsi və bir çox adət və ənənələri də buna şahiddir. Qaziqumuq
əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov»
deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki
halda, Qaziqumuq şəhərində üç tayfa sakindir: Qaççi, Məçcə və
Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər
nəslindən olsun; Məçcə - Məkkə sözündən dəyişmə olub, ərəblərin
Qüreyş qəbiləsindən və Qumuq da, qədim Kamak tayfasından ol-
sun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan
Aqquşa, Qaytaq mahalları və Şamxal mülkü əksəriyyətlə qədim
nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar.
Sulağın o tərəfindəki Qumuq əhalisi, Mıçıqıç, Avar və əslində
qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal
tayfaları ilə qarışmışlar.
Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış
olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab
edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məş-
28
hur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamış-
dır, yalnız tarix kitablarında adları çəkilməkdədir.
Karamzin
1
və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Tür-
küstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin
tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan Hun nəslin-
dəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar,
cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı
Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları
arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda,
Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək,
onunla barışmış və iranlılarla müvəffəqiyyətli müharibə etmişdir.
Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış
uzun saçlarından başqa surət və əxlaqca da, tamamilə Hun tayfa-
sına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların hey-
rətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə
gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlubedilməz
tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq
üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən
heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan
bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O,
çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohe-
miyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna
çayına gəlib çıxdı. Burada lonqbard tayfası ilə ittifaq edərək Qəbi-
diyan dövlətini alt-üst etdi və Macarıstanı ələ keçirib İtaliyanı al-
maq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə
(Volqaya) qədər olan sahəni tuturdu.
Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türk-
lərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kəna-
rında o zamana qədər başlı-başına yaşayan slavyan tayfasını qətl
və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar
1
Karamzin Nikolay Mixayloviç - məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş
və 1826-cı ildə vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki cildlik əsərin
müəllifidir.
29
xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı
onu əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə
etdisə də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa, sonralar,
müxtəlif zamanlarda cürbəcür qəbilələrlə şiddətli müharibə etmiş
və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, baş-
qa tayfalara qarışmışdır.
Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar
o qədər də vəhşi olmayıb İran, Çin və Rum ilə ticarət əlaqəsi
saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşa-
maqla bərabər, ayrıca dilə malik və xüsusi əmrlərə tabe olaraq adət
və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar üsmisi
də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək
dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padişa-
hının köməyi ilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padişahı
tərəfindən verilən fərman indi də durur. Lakin baxılan vaxt məlum
oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini ələ keçirmiş olan
Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir.
Qunib -
kəndinin əhalisi (sözün axırında «b - » hərfi
atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşixasiyyət Ğun və
ya Hun tayfasının qalıqlarındandır. Bu kənd Əndələl nahiyəsində
tarlalı, otlaqlı, çaylara və ağaclara malik çox çətin keçilən bir dağ
təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis
xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları qısa
və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərq-
lənirlər.
Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan
tərəfindən bina edilmiş bir şəhərin xarabaları ətrafında Calqan,
Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeylərin əhalisi tat dilində
danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum
olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra,
həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhər-
də sənətkaranə bir tərzdə işlənmiş qəribə bir darvaza vardır. Bu
darvaza indi də durur. Ehtimala görə, Babülhədid haman budur,
30
kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib
Bilhədi olmuşdur.
Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan ma-
halda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək,
Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində - altı tə-
rəkəmə kəndindən başqa - bütün əhali tat dilində danışır. Məlum
olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi - xüsusi
dilə malik olan Xınalıq kəndindən başqa - Samur və Kürə nahiyələri
və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli
xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol
adlandırırlar. «Dərbəndnamə»nin qeydinə və sair əlamətlərə görə
məlum olur ki, bu tayfa Alan masagetlərinin nəslindəndir. Bakıdakı
Məşqətə - «s» hərfi «ş» hərfinə təbdil edilmişdir - kəndinin əhalisi
də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul et-
mişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhali-
sindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa
dilləri vardır. Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə,
Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkə-
mə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran ma-
hallarında və Quba şəhərinin özündə, Səlyan ilə Şirvanın digər ma-
hallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində
əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar
nəslindən olub, bəziləri də, Osmanlı - İran müharibələri zamanın-
da, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcə-
ləri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir
çox yerlərində işlənən türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı,
Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin
hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu
dil üçün hələ təyin edilməmişdir.
Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri
və hesabsız ləhcələri vardır. Bunlardan beş dil, ümumiyyətlə, daha
çox işlənir:
31
1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı his-
səsində, Şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə iş-
lənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu
da bu dili bilir.
2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox
xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu
dili bilir.
3) Beş Aqquşa mahalının dilidir. Bu dildə Sürhidə və Qaytağın
yuxarı mahallarında müxtəlif ləhcələrdə danışırlar.
4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur.
5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı
nahiyələri olan Şübut, Carili və sairə məxsusdur.
Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Za-
xur, Auvax, Qabalal camaatı və Qaziqumuğa mənsub olan Köbəçi,
Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə və
ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqi-
qat aparmaq lazımdır.
Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam
dinində olub, bəzisi şiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə,
Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Səlyanın hamısı, Şəki və Qu-
banın bir hissəsi şiə məzhəbdir. Şirvanın yarısı, Şəki və Qubanın
çoxu, Dərbəndin azacıq bir hissəsi, butün Təbərsəran, Kürə, Miskin-
cəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir.
Bu məzhəb burada iki şöbədən ibarət olub, biri hənəfi, digəri
şafiidir. Samur, Kürə, Təbərsəran nahiyələri və Dərbəndin sünni
hissəsi, bütün Dağıstan kimi, şafiməzhəbdirlər.
Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı
geniş bir surətdə tədqiq edilərsə, mənşəini təyin etmək mümkün
olacaqdır.
32
Dostları ilə paylaş: |