Məhərrəm Qasımlı
filologiya elmləri doktoru, professor
“525-ci qəzet”, 6 iyul 2005
327
Gözəl alim, gözəl Ģəxsiyyət
Biz o şəxsiyyət haqqında söhbət açmaq istəyirik ki, uzun illərdir onu
yaxından tanıyır, insanlığına, ziyalılığına böyük hörmət bəsləyirik. Tanışlığımız
həmkarlığımızdan və yaxın qonşu olmağımızdan başlayıb. Təbiətcə sakit, istiqanlı,
həssas adamdır. Dostluqda sədaqətli və səxavətlidir. Bu adam gözəl alim, jurnalist,
pedaqoq kimi tanınan və 50 yaşı yenicə tamam olan Abid Tahirlidir.
Abid Tahirli əsl şəxsiyyət olmağa «məhkumdur». Azərbaycanın füsunkar
guşələrindən birində – Qələbədə dünyaya göz açıb. Bu təbiət onda geniş qəlb,
dərin zəka, eyni zamanda ədəbiyyata böyük maraq yaratmaya bilməzdi. Bəlkə də
Abid Tahirlinin Azərbaycanın qədim mədəniyyət və tarixindən bəhs edən əsərlər
qələmə alması elə onun özünün qədim bir diyarda doğulmasından irəli gəlir.
İstərdik oxucuların diqqətini onun dediyimiz istiqamətdə tədqiqatlarına cəlb edək.
Öncə aşağıdakı əsərlərinin adlarını çəkirik: «Dədə Qorqud aliliyi» məqalələr
toplusu (1999), «Dədə Qorqud rəsmlərdə» (1999), «Dədə Qorqud» bülleteni
(1999).
Elmi ictimaiyyət arasında Abid Tahirli daha çox mətbuat tarixinin
araşdırıcısı kimi tanınır. Onun bu sahədə qələmə aldığı kitablardan bir neçəsinin
adını çəkmək yerinə düşərdi: «Azərbaycan mühacirəti» (2001), «Azərbaycan
mühacirət mətbuatı» (2002), «Azərbaycan mühacirət mətbuatında publisistika»
(2005).
Bu kitablar müəllifinə daha çox şöhrət gətirmişdir. Onlardan ali məktəblərdə
dərs vəsaiti kimi istifadə olunur.
Abid Tahirlinin tədqiqatlarının bir hissəsini istedadlı şəxsiyyətlərinin
yaradıcılığını öyrənib ictimaiyyətə çatdırmaq təşkil edir. Bu, onun millətini
sevməsindən, qayğıkeşliyindən irəli gəlir. Bu baxımdan mərhum Tofiq
Vəndamlının əsərlərinin toplusunu xüsusi qeyd etmək lazımdır.
O, həm də gözəl əsərlərin tərtibçisidir. Ceyhun Hacıbəylinin, «Hacı Kərim»
povesti» (1995), Xalq yazıçısı İlyas Əfəndiyev haqqında xatirələr toplusu (1999)
dediklərimizə nümunə ola bilər.
Abid Tahirli eyni zamanda mədəniyyətimizin və ədəbiyyatımızın
klassiklərinin tədqiqatçısıdır. Buna misal olaraq, «Ceyhun Hacıbəylinin həyat və
yaradıcılığı», «İlyas Əfəndiyevin publisistikası» və s. göstərə bilərik.
O, bir sıra əsərlərin – xalq yazıçısı Elçinin Cəfər Cabbarlı haqqındakı
«Şəxsiyyət və istedad» (2000) kitabının, «Əmir Həbibzadə - 80» monoqrafiyasının
(2001), «Dədə Qorqud» (1999) bülleteninin elmi redaktorudur.
İxtisasca jurnalist olan Abid Tahirli mətbuatda daha çox «Vətənin səsi»
qəzetindəki yazıları ilə tanınmağa başlamışdır. 1982-87-ci illərdə xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi
bu qəzet Abidin sonrakı tədqiqatçılıq fəaliyyətində də mühüm rol oynamışdır. Elə
həmin illərdən xaricdə yaşayan həmvətənlərimizin taleyi onun yaradıcılığının əsas
mövzusuna çevrilmişdir.
328
Tanınmış tədqiqatçı Abid Tahirlinin Azərbaycan mühacirət problemi,
xüsusilə mühacirət mətbuatı ilə bağlı araşdırmaları ölkəmizdə olduğu kimi, xaricdə
də böyük maraq doğurur. Bu günlərdə müəllifin ünvanına Almaniyanın Halle
şəhərindəki məşhur Martin Lüter Universitetindən bildiriş daxil olmuşdur. Orada
qeyd olunur ki, A.Tahirlinin beş kitabı – «Azərbaycan mühacirəti», «Sözlə
yarananlar, sözü yaşadanlar», «Azərbaycan mühacirət mətbuatı» (1-ci və 2-ci
hissələr), «Azərbaycan mühacirət mətbuatında publisistika» Universitetin
kitabxanasının kataloquna salınmışdır.
Abid 1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr
Cəmiyyəti – «Vətən» Cəmiyyəti yaranandan onun orqanı «Odlar yurdu» qəzetində
əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində
çalışmışdır. 1992-1993-cü illərdə «Vətən» Cəmiyyəti Avropa və Amerika ölkələri
şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikası
Nazirlər Kabinetinin məsul işçisi, birinci dərəcəli dövlət qulluqçusudur.
Abid Tahirli Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür. Filologiya elmləri namizədidir. Heç şübhəsiz ki, bu yaxınlarda
onun doktorluq dissertasiyası müdafiə etməsinin də şahidi olacağıq.
Mətbuatda yüzlərlə publisistik yazısı, 150 elmi məqaləsi işıq üzü görmüş
Abid Tahirli bu gün öz yaradıcılıq axtarışları daha fəal şəkildə davam
etdirməkdədir.
Biz bu yazımızda görkəmli alim və jurnalistin fəaliyyətindən qısa söhbət
açdıq. Əlli illik yubileyi günlərində Abidsevərlərin cərgəsinə qoşulub onu ürəkdən
təbrik etmək bizim üçün çox xoşdur. Şübhəsiz ki, Abid çoxlarının əlçatmaz saydığı
mövzuları əvvəlki həvəs və sevgi ilə yenə davam etdirəcək və biz də, inşallah,
onun yüz illiyində bütün bunlar barədə geniş söhbət açacağıq.
Məhəmməd BAHARLI,
Əziz AZƏRĠ
«Azərbaycan müəllimi» qəzeti,
2 dekabr 2005
Azərbaycan mühacirət mətbuatının
fədakar tədqiqatçısı
Azərbaycan mühacirəti haqqında son illərdə dəyərli tədqiqat işləri yazılmış
və yazılmaqdadır ki, bu da çox təqdirəlayiqdir. Alimlərimizin bir sıra tabular
üzündən məşğul ola bilmədikləri və yaxud qeyri-intensiv məşğul ola bildikləri,
elmi-ədəbi ictimaiyyətə, Azərbaycan xalqına təqdim edə bilmədikləri mühüm bir
mövzu – Azərbaycan mühacirəti mövzusu geniş bir tədqiqat müstəvisində öyrənilir
və bu təbiidir.
Azərbaycanın da daxil olduğu post-sovet məkanında ötən əsrin 60-cı
illərindən başlayan «yumşalma», 80-ci illərin sonundan isə «demokratikləşmə və
329
aşkarlıq» dövründə həyata keçirilən tədbirlər, əslində sovet imperiyasının
tükənməkdə olan ömrünü uzatmağa xidmət edən ictimai-siyasi, iqtisadi proseslər
idilər, lakin istər-istəməz həmin faktorlar xalqımızın milli-mənəvi intibahında yeni
bir mərhələnin başlanğıcına da təkan verirdi və onun qarşısını almaq artıq mümkün
deyildi.
Azərbaycan Xalq Cümhuriyyəti, erməni soyqırımı, Stalin repressiyaları,
Azərbaycanın mühacirət irsi və s. kimi problemlər ətrafında milli maraqlarımıza
cavab verən çoxsaylı elmi tədqiqatlar məhz bu illərdən aparılmağa başlamışdır.
Lakin, ötən təqribən 20 ilə yaxın bir müddətdə günümüz üçün aktuallıq kəsb edən
bu mövzulara aid onlarla kitabın, yüzlərlə elmi-publisistik məqalələrin yazılmasına
baxmayaraq, bu proses bütün aktuallığını saxlamaqdadır.
Bəri başdan deyək ki, «müasir Azərbaycan mühacirətinin yaradıcılıq
axtarışları bədii aspekti ilə deyil, elmi-nəzəri və publisistik aspekti ilə seçilir.
İyirminci yüzildə Azərbaycan ədəbiyyatının mühüm bir qolu mühacirətdə
yaranmışdır. Əsrin başlanğıcında (sonralar isə Azərbaycan Xalq Cümhuriyyəti və
II Cahan savaşı illərində) irtica və təqiblərdən yaxasını qurtararaq, Türkiyə və
çeşidli Avropa ölkələrinə sığınan Azərbaycan mühacirəti fərqli bir ədəbi məktəbini
əsasını qoymuş, bu təməl üzərində çox zəngin olan bir ədəbiyyat yaratmışdır.
Müasir Azərbaycan mühacirəti oturuşmadığı üçün daha çox mətbuata önəm vermiş
və bu sahədə müəyyən uğurlar əldə etmişdir. Buna görə də, mühacirətin yaradıcılıq
axtarışları bədii aspekti ilə deyil, elmi-nəzəri və siyasi-publisistik çaları ilə seçilir,
ədəbiyyatşünaslıq istisna olmaqla, ədəbiyyat sahəsində onun fəaliyyəti nəzərə
çarpacaq imzalarla müşayiət olunmur» (Sultanlı V. Ədəbi-nəzəri illüstrasiyalar.
Bakı, Azərnəşr – 2000, səh.27.).
Bu baxımdan, publisistikamızın layiqli qələm sahibi, mühacirət irsimizin
tanınmış araşdırıcısı Abid Tahirlinin son tədqiqat işlərindən olan iki hissəli
«Azərbaycan mühacirət mətbuatı» əsəri (Bakı, Qapp-Poliqraf»-2002; Bakı,
«Ozan»-2003) öz elmi sanbalı və nəzəri konseptuallığı ilə diqqəti cəlb edir.
... Abid Tahirli 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan
müstəqil mətbuatının flaqmanlarından olan «Odlar yurdu» qəzetində redaktor
müavini, daha sonralar «Vətən» cəmiyyətində Avropa və Amerika ölkələri
şöbəsinin müdiri işləmişdir. İş təcrübəsində onun mətbuat tariximiz, mühacirət
irsimizlə bağlı əldə etdiyi faktlar, topladığı materiallar, bu mövzulara həsr etdiyi
elmi, publisistik məqalələr Abid Tahirlinin elmi yaradıcılığının əsas kursunu da
müəyyənləşdirmiş oldu. Tədqiqatçının namizədlik dissertasiyasının yazıçı-
publisist, naşir, redaktor, tərcüməçi Ceyhun Hacıbəylinin həyat və yaradıcılığına
həsr olunması da təsadüfi deyildir.
Elmi
tədqiqatını
Azərbaycan mühacir irsinin, xüsusən mühacir
mətbuatımızın tədqiqinə həsr edən Abid müəllimin nəzəri, təcrübi professionallığı,
bəziləri kimi işə həvəskar deyil, əsl sənətkar kimi yanaşması onun hər bir əsərinin
əsl səviyyə göstəricisidir.
Onun 2002-ci ildə işıq üzü görmüş «Azərbaycan mühacirət mətbuatı»
kitabının I fəslində Azərbaycan mühacirlərinin İstanbulda nəşr etdikləri «Yeni
Qafqasya», «Odlu yurd», «Azərbaycan yurd bilgisi», Parisdəki «Azərbaycan»,
Berlindəki «İstiqlal» nəşrləri, onların tarixi, mövzusu və ideya istiqaməti, yazarları,
330
dərc olunmuş materialların dil-üslub, sənətkarlıq xüsusiyyətləri haqqında yazılmış
məqalələri
verilmişdir. Burada həmçinin, mühacir-publisistlərin konkret
mövzularla bağlı yaradıcılığı və fəaliyyəti barədə qələmə alınmış materiallar,
habelə mühacirət mətbuatının tədqiqi və başqa problemləri haqda yazılmış
məqalələr də oxucuların diqqətinə çatdırılır.
Müəllif çox düzgün olaraq mühacirət mətbuatımızın tədqiqinə milli mətbuat
anlayışı kontekstindən yanaşmışdır. Azərbaycan mətbuatı anlayışını:
- Çar Rusiyası dövründəki Azərbaycan mətbuatı;
- Sovet İttifaqı dövründəki Azərbaycan mətbuatı;
- Cənubi Azərbaycan mətbuatı;
- Azərbaycan mühacirət mətbuatı;
- Müstəqil Azərbaycanın mətbuatı (1918-1920-ci illlər və 1991-ci ildən
sonrakı illər) bölgüsündə təqdim edən A.Tahirli qısa da olsa, hər dövrün elmi
tədqiqatlarla nə dərəcədə əks etdirildiyi haqda məlumat verir. Mühacirət
jurnalistikası ilə bağlı bölümdə deyilir ki, hələ XX yüzilliyin əvvəllərindən
indiyədək H.Zərdabi, F.Köçərli, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə,
M.B.Məmmədzadə, Ə.Topçubaşov, N.Nərimanov, T.Şahbazi, Ə.Abid, daha sonra
N.Axundov, Ə.Mirəhmədov, A.Zeynalov, N.Zeynalov, A.Zamanov, Q.Məmmədli,
F.Qasımzadə,
Ş.Qurbanov,
X.Məmmədov,
Ş.Novruzov,
Ə.Məmmədov,
M.C.Cəfərov, C.Xəndan, Ş.Hüseynov, T.Rüstəmov, S.Hüseynov, T.Rüstəmova və
başqaları tərəfindən mətbuat tarixinə aid xeyli kitab nəşr olunmuş, onlarca məqalə
çap edilmişdir. Lakin kommunist rejiminin, ideologiyanın təsiri, tələbi ilə mətbuat
tarixinin araşdırılmasında – xüsusilə mətbu orqanın proqramı, məramı, ideoloji,
tarixi, siyasi, mənəvi yönümü ilə bağlı təhriflərə, qərəzli münasibətlərə yol
verilirdi.
Mühacirət mətbuatı tariximizin tədqiqində yeni mərhələ hesab edilə biləcək
1980-ci illərin sonu 90-cı illərin əvvəllərində isə mühacirət mətbuatı ilə bağlı daha
çox informativ yazılar qələmə alınırdı. A.Tahirli bu irsin daha dərindən
araşdırılması istiqamətində xalq yazıçısı Elçinin böyük əməyini qeyd edir, onun
«Odlar yurdu» qəzetində dərc olunmuş proqram-məqaləsini xüsusi vurğulayır:
«…eyforiyaya qapılmadan Azərbaycan mühacirətini bir qurum kimi
öyrənməli, elmi-nəzəri şəkildə onun demoqrafik, siyasi-ictimai və sosioloji
təsnifatını verməliyik. İndiyə qədər məlum səbəblər üzündən bu sahədə, yəni
Azərbaycan mühacirətinin öyrənilməsi sahəsində çox az iş görülmüşdür, ciddi,
sanballı tədqiqatlar yox dərəcəsindədir, mühacirətə birtərəfli münasibət, bu
münasibətdəki bədnam sinfilik prinsipi uzun zaman hakim ideologiyanın tərkib
hissəsi olmuşdur» (Elçin, «Odlar yurdu» qəzeti, № 21, 1991-ci il).
Azərbaycan mühacirət irsinin, mühacirət mətbuatının tədqiqində son vaxtlar
kifayət qədər iş görüldüyünü yazan A.Tahirlinin fikrincə «mühacirət mətbuatının
həm tədqiqində, həm də tədrisində iki məsələyə də diqqət yetirilməlidir».
Bunlardan birincisi, Azərbaycan elmi ictimaiyyətində ilk mühacir nəşri ilə
bağlı olan fikirlərdir. A.Tahirli 1923-cü ilin sentyabrında İstanbulda
M.Ə.Rəsulzadənin rəhbərliyi və Sədi Əfəndinin redaktorluğu ilə çıxan «Yeni
Qafqasya»nın ilk mühacirət qəzeti olması fikrini qəbul etmir və qənaətini
təkzibolunmaz faktlarla əsaslandırır. Abid Tahirli digər müəlliflərdən fərqli olaraq,
331
Mirzə Cəlilin 1921-ci ildə Təbrizdə – İranda nəşrini davam etdirdiyi «Molla
Nəsrəddin» jurnalını mühacirət mətbuatımızın ilkini hesab edir.
O, M.Cəlilin 1921-
ci ildə bolşevik repressiyasına tuş gəlməməsi üçün Təbrizə məhz mühacir etdiyini,
bu qədim Azərbaycan şəhərinin hüquqi baxımdan İran ərazisi olduğunu yazır və
fikrinin birmənalı təsdiqi üçün Əziz Mirəhmədovun «Molla Nəsrəddin: dünən, bu
gün, sabah» adlı məqaləsindən çox tutarlı bir sitat gətirir:
«…fevral və oktyabr inqilabları» adı ilə məşhurlaşan hadisələrin imperiya
xalqlarına, o cümlədən azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk
edirdi; arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi olması, «mülkədar-
xeyriyyəçi qadın» kimi, qardaşı Ələkbəri isə İran inqilabı fədailərindən və
Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin
Qarabağdakı vəhşilikləri zamanı silah götürüb Xankəndindəki vuruşlarda iştirak
etməsi və s. kimi səbəblər ədibin Təbrizə mühacirətini labüd etmişdi».
A.Tahirlinin vacib bildiyi və geniş elmi təhlilə cəlb etdiyi ikinci məsələ isə
Azərbaycan mühacirət mətbuatı və mühacirət publisistikası anlayışlarına
münasibətidir. A.Tahirli artıq Azərbaycanda mühacirət mətbuatı anlayışının
formalaşdığını, onun elmi tədqiqatı və tədrisi istiqamətində önəmli addımlar
atıldığını, lakin
mühacirət
publisistikamızın
elmi-tədqiqat
predmetinə
çevrilməməsini təəssüf hissi ilə qeyd edir.
Doğrudur, ayrı-ayrı müəlliflər bu və ya digər xadimin həyat və
fəaliyyətindən bəhs edərkən pərakəndə halda olsa da, onların xarici ölkələrdə
publisistika fəaliyyətini işıqlandırırlar. Lakin «bəhs etdiyim sahə o qədər aktual,
eyni zamanda zəngindir ki, mövzu mütləq ayrıca tədqiqat predmeti kimi dərindən,
ətraflı öyrənilməli və ali məktəblərin müvafiq fakültələrində tədris edilməlidir» -
qənaətində olan müəllif Azərbaycan mühacirət irsinin öyrənilməsində önəmli
mərhələ təşkil edən mühacirət publisistikasının diqqətdən kənar qalmasını haqlı
emosionallıqla tənqid edir:
«Dünya jurnalistikasının öyrənilməsi və öyrədilməsi
təqdirəlayiqdir, lakin bu xəzinəyə son dərəcə gözəl töhfələr vermiş Azərbaycan
mühacirət jurnalistikası niyə diqqətdən kənarda saxlanılmalıdır?!»
Müəllif daha sonra Azərbaycan mühacirət publisistikasının görkəmli
nümayəndələrindən olan Cəmaləddin Əfqani, Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Ceyhun Hacıbəylinin
həyat və yaradıcılığından, onların Türkiyə, Misir, İngiltərə, Fransa, Almaniya kimi
dövlətlərin mətbu orqanları ilə əməkdaşlıqlarından, qələmə aldıqları yazıların
ideya, mövzu, məzmun etibarilə önəmindən çox geniş və əhatəli şəkildə bəhs
açmışdır.
Azərbaycan mühacirət irsi, mühacirət mətbuatı və mühacirət jurnalistikası
kimi anlayışlara daha çox dolğun və elmi-nəzəri ümumiləşdirmələr mövqeyindən
aydınlıq gətirən Abid Tahirli daha sonra müxtəlif illərdə və müxtəlif ölkələrdə
azəri mühacirlərin nəşr etdikləri «Yeni Qafqasya», «Odlu yurd», «Azərbaycan»,
«Azərbaycan yurd bilgisi» jurnalları «İstiqlal» qəzeti və s. haqqında geniş elmi
təhlilə, analitik yanaşma tərzinə əsaslanan məlumatlar verir.
Vacib olan məsələlərdən biri də tədqiqatçının bu mətbu orqanların təhlilini
verməzdən öncə konkret dövrün, mühacir dərnəklərinin ideya fəaliyyətində
meydana gələn fikir dəyişikliklərinin və bu kimi problemlərin işıqlandırmasıdır.
332
Qeyd etmək lazımdır ki, məsələyə belə yanaşma tərzi oxucunu daha da
bilgiləndirməyə, mühacirət mətbuatı ilə bağlı problemlərə daha dərindən nüfuz
etməyə xidmət edirsə, digər tərəfdən tədqiqatçının elmi-nəzəri hazırlığına, onun
ciddi mütəxəssis olduğuna dəlalət edir.
Buradan aydın olur ki, ətrafında Məmməd Əmin Rəsulzadə, Mirzə Bala
Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli, Əhməd Cəfəroğlu, Xəlil Xasməmmədov,
Əmin Abid, Hilal Münşi, Əhməd Qaraca, Abdul Vahab Yurdsevər, Mustafa Haqqı
Türkəqul, Süleyman Təkinər, Cəmil Ünal, Mir Yaqub Mehdiyev, Babazadə Sadıq
və digər mühərrirləri toplayan mühacir mətbu orqanlar Azərbaycan milli
istiqlalının bərpa edilməsi, rus bolşevizminin iç üzünün açılması, mühacir
ziyalılarımızın ümumi amal ətrafında təşkilatlanması uğrunda mübarizə aparmış,
ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin
mühacirətdə qorunub saxlanılması və təbliği ilə məşğul olmuşlar. Lakin mühacirət
mətbuatı yalnız bu məsələlərlə kifayətlənməmiş, sovet əsarətində olan bütün türk
xalqlarının və Qafqazın ağrı-acılarını, beynəlxalq aləmdə baş verən siyasi
dəyişiklikləri də işıqlandırırdı.
Kitabda o da vurğulanır ki, bu tipli mövzular daha çox «Yeni Qafqasya»
jurnalının əsas ideya istiqamətini təşkil edirdi: «Doğrudan da «Yeni Qafqasya»nın
nəşri ilə mühacirlər arasında bir canlanma, fəallıq yarandı. İlk nömrəsində dərc
olunan proqram məqaləsindən aydın olur ki, «Yeni Qafqasya» bir milli inamla işə
başlayaraq Azərbaycan, Qafqaz və əsir türklərin milli istiqlal davasını tanıtmağı
özünün əsas vəzifəsi hesab etmişdir».
Mühacir mətbu orqanlarımız sırasında ən uzun ömürlü olan və nəşri
günümüzə qədər davam edən «Azərbaycan» jurnalı A.Tahirlinin bu tədqiqatında
daha çox müraciət etdiyi nəşr sayıla bilər. Tədqiqatçı, hətta digər məcmuələrdəki
müəyyən məsələlərə izahat gətirməsi üçün bu jurnaldakı məqalələrdən həm də əsas
mənbə kimi istifadə etmişdir. Zənnimizcə, bu amili onunla izah etmək olar ki,
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təsis etdiyi «Azərbaycan» jurnalı
1952-ci ildən günümüzə qədər uzun bir inkişaf yolu keçmiş və bu jurnalın yazarları
Azərbaycan mühacirətinin I dalğasını – yəni, 1920-30-cu il mühacirətini təmsil
edən aydınlarımız idi. Məhz bu baxımdan «Azərbaycan»ın səhifələri 1950-ci ilə
qədər mövcud olan mühacirət irsimizlə bağlı maraqlı və tədqiqatlarda istifadəsi
vacib olan dəqiq faktlara malikdir.
A.Tahirli jurnalın bütün fəaliyyət dövrünü izləyərək məzmununa,
mövzusuna, mübarizə əzminə görə onu şərti olaraq 4 mərhələyə bölür:
I – 1952-1956, II – 1956-1986, III – 1986-1991, IV – 1991-ci ildən sonrakı
illər.
Bu mərhələlər üzrə jurnalın fəaliyyətini dəyərləndirən tədqiqatçı
«…mühacirlərin mücadilə silahı olan «Azərbaycan»ın bütün nömrələri bir yerdə
Azərbaycan haqqında ensiklopediyadır» ifadəsi ilə jurnalın Azərbaycan
mətbuatındakı yerini və rolunu layiqli şəkildə qiymətləndirmişdir.
Kitabda «İstiqlal» qəzeti, «Odlu yurd», «Azərbaycan yurd bilgisi» jurnalları,
«Azərbaycan» məcmuəsi, bu nəşrlərin fəaliyyət dairəsi, müraciət edilən mövzu
irəli sürülən ideya, mühərrirləri haqqında olduqca geniş bilgilər verilmişdir.
333
Xüsusilə M.Ə.Rəsulzadə, M.Bala, H.Münşi, Ə.Cəfəroğlunun həyat və
yaradıcılığına, publisistik fəaliyyətlərinə dair çox maraqlı məlumatlara rast gəlinir.
Diqqəti çəkən məqamlardan biri A.Tahirlinin mühacirət mətbuatımızda
geniş təhlil edilən erməni soyqırımı mövzusudur. Xalqımızın erməni zülmü ilə
bağlı qan yaddaşını daha da canlandırmaq və beynəlxalq aləmin diqqətini bu
məsələyə yönəltmək, inandırmaq baxımından tədqiqatın əhəmiyyəti çox böyükdür.
Müəllif insanı dəhşətə gətirən fakt və materialları, mühacir aydınlarımızın ürək
sızladan yazılarını hal-hazırkı erməni işğalı, erməni zülmü ilə də paralellər
aparmışdır.
Abid Tahirlinin araşdırmalarından aydın olur ki, erməni separatizmi
Sovetlərə qarşı istiqlal mücadiləsini mühacirətdə davam etdirən bütün Qafqaz
xalqları üçün bir problemə çevrilmişdi. Bu məsələ «Azərbaycan mühacirət
mətbuatı» kitabının 2003-cü ildə nəşr olunmuş II hissəsinin «Mühacirət
mətbuatında Qafqaz birliyi mövzusu» bölməsində daha qabarıq şəkildə qələmə
alınıb.
XIX əsrin 30-cu illərindən Qafqaz xalqlarının Çar Rusiyasına qarşı
apardıqları mücadilələrindən doğan Qafqaz birliyi ideyası, onun təkamülü,
qafqazlıların milli istiqlal savaşlarında oynadığı rol, bu məsələnin II Dünya
müharibəsindən sonra mühacirət mətbuatında yenidən canlandırılması müəllif
tərəfindən çox uğurlu bir şəkildə təqdim edilib. Buradan aydın olur ki, Azərbaycan
mühacirləri arasında bu ideyaya bağlı fikirlər heç də birmənalı olmamış, onun
tərəfdarları və əsasən qatı pantürkist və panislamist əleyhdarları da var idi. Bu fikir
arılıqları isə çox vaxt çəkişmələrə, qruplaşmalara və qütbləşmələrə səbəb olurdu.
A.Tahirlinin fikrincə: «Mühacirlər arasında qruplaşmalar, münaqişələr həmin dövr
mühacirətinə xas cəhətlər idi».
Lakin M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan mühacirlərinin böyük
bir qismi Qafqaz birliyi ideyasını dəstəkləyirdilər. Onlar inanırdılar ki, Qafqaz
birliyi hərəkatının son hədəfi – bütün Qafqazın rus əsarətindən xilası və Qafqaz
Federasiyasının yaradılması istiqlal savaşının əsas qayəsini təşkil etməlidir. Daxili
narazılıqlara baxmayaraq, digər Qafqaz mühacir komitələri də bu ideyanı
dəstəkləyirdilər. Bu ideyanın konkret sənəd və aktlarda təsbitinə gəldikdə isə,
ermənilər hər dəfə özlərini kənarda tuturdular. Bunun əsas səbəbini araşdıran
müəllif belə bir nəticəyə gəlir ki, bunun əsas səbəbi Qafqaz Federasiyası ideyasının
ermənilərin «Böyük Ermənistan» arzusunu təhlükə altına alması idi.
Tam əminliklə demək olar ki, Azərbaycan mühacirət mətbuatının əsas ideya
istiqamətlərindən birini təşkil edən Qafqaz birliyi anlayışı Abid Tahirlinin bu
kitabında fundamental bir şəkildə tədqiq edilmişdir. Bu mövzuyla əlaqədar
«Prometey» (Paris), «Qafqaz almanaxı» (İstanbul), «Qafqasya» (Münhen),
«Birləşik Qafqasya» (Münhen), «Azərbaycan» (Münhen), «Azərbaycan» (Ankara),
«Türk izi» (Ankara), «Türk yolu» (İstanbul) adlı nəşrlərdən, habelə «Mücahid»
(Ankara), «Ana dili» (Bonn), «Aydınlıq» (London), «Azər» (Berlin) kimi qəzet və
jurnaldan ətrafı söhbət açılmışdır.
Mühacirət mətbuatımızda Cənubi Azərbaycan mövzusu da A.Tahirlinin II
hissədə geniş yer ayırdığı və maraqlı fikirlər irəli sürdüyü aktual problemlərdəndir.
334
Müəllifin tədqiqatından aydın olur ki, bizim mühacirət mətbuatımızda
«1980-ci illərin əvvəllərinədək … Cənubi Azərbaycan mövzusuna demək olar ki,
təsadüf edilmir». Bu amili mühacir mücahidlərin Cənubi Azərbaycanla
təmaslarının zəifliyi, yaxud onların bu mövzuya biganəliyi ilə qətiyyən
əlaqələndirməyən A.Tahirli apardığı araşdırmalarıyla belə nəticəyə gəlir ki, siyasi
mühacirət bütün qüvvəsini Rusiyanın, bolşevizmin ifşasına, yenicə süquta uğramış
Azərbaycan Xalq Cümhuriyyətinin taleyinə yönəltməyə səfərbər etmişdir. Bu
şəraitdə Cənubi Azərbaycan mövzusunu qabartmaq isə diqqəti əsas problemdən –
Azərbaycanın itirilmiş istiqlalından və bolşevizmin işğalçı mahiyyətindən
yayındıra bilərdi.
Əsərdə irəli sürülən mövzuların aktuallığı və rəngarəngliyinə, zəngin
mənbələrə, bu sahəylə bağlı qələmə alınmış fikir və düşüncələrə istinadən əldə
edilmiş nəticələrin elmi sanbalına, tədqiqatın həcminin genişliyinə baxmayaraq,
kitabın hər iki cildi səlis, rəvan və çox oxunaqlı bir dildə qələmə alınmışdır. Heç
şübhəsiz, iki hissəli bu kitab təkcə Azərbaycan mühacir mətbuatının deyil,
ümumən Azərbaycan mühacir irsinin öyrənilməsi və təbliğinə layiqli bir töhfədir.
Təsadüfi deyildir ki, Abid Tahirlinin tədqiqatlarının nəticəsi kimi ərsəyə gələn
kitablarından
Bakı
Dövlət
Universitetində,
Azərbaycan
Beynəlxalq
Universitetində, «Xəzər» Universitetində, «Təfəkkür» Universitetində dərs vəsaiti
kimi istifadə olunur.
Abid Tahirli tədqiqatlarının sanbalı, çəkisi ilə fərqlənən alimlərdəndir. Lakin
o, araşdırmalarında ardıcıllığı, fədakarlığı, prinsipiallığı və məhsuldarlığı ilə daha
çox seçilir.
Dostları ilə paylaş: |