4. Qadağan tələblərin sayı.Hər şeydən öncə, bu yeniyetmənin məsuliyyət dərəcəsi ilə müəyyən olunur və burada onun öz davranışını seçmək üsulu özünü göstərir. Bununla bağlı burada iki kənarlaşma halı ortaya çıxa bilər: həddindən artıq qadağan tələblərin çoxluğu və həddindən artıq qadağan tələblərin azlığı.
Qadağan tələblərin çoxluğu.Belə halda yeniyetməyə “hər şey olmaz” kimi qadağanlar qoyulur. Yəni yeniyetmənin qarşısına onun hərəkətlərini, davranışını məhdudlaşdıran çoxsaylı tələblər qoyulur ki, bu da onun müstəqilliyini əlindən alır. Belə vəziyyət iradəli yeniyetmələrdə emansipasiya reaksiyasının inkişafını stimullaşdırır (valideynlərə, yaxud hər hansı bir nüfuzlu adama qarşı çıxmaq).
Qadağan tələblərin azlığı. Belə halda yeniyetməyə istədiyini etməyə icazə verilir. Əgər hər hansı bir qadağalar olsa belə, yeniyetmə onu asanlıqla aradan qaldıra bilir. Belə ki, yeniyetmə evə qayıtmaq vaxtını, siqaret çəkməyi, spirtli içkilərə qurşanmağı və s. özü müəyyənləşdirir. O, elədiyi hərəkətlərinə görə valideynlərinə hesabat vermir. Valideynlər də belə olduqda onun davranışına heç bir sədd qoya bilmirlər. Belə tərbiyə yeniyetmələrdə qeyri-sabit tiplərin inkişafını stimullaşdırır.
5. Sanksiyalar. Sanksiyaların həddindən artıq çox olması da tərbiyənin sərt üsulları kimi qiymətləndirilir. Valideynlər üçün belə sərt cəzalara müraciət etmə və hətta ən xırda pozuntulara qarşı reaksiyanın özü xarakterikdir. Sanksiyaların azlığında valideynlər fikirləşirlər ki, belə cəza növlərindən kənar keçə bilir, ya da ki, onu çox çox nadir hallarda tətbiq edirlər. Onlar yalnız uşaqları mükafat- landırmağı düşünür və cəzanın nəticəsinin yaxşı olacağına inanmırlar.