Fəzilətlər Kitabı
659
Peyğəmbərin Möcüzələri Haqqında
1468. Ənəs İbn Malik rəvayət edir ki, mən Peyğəmbərin yanında idim. Əsr
namazının vaxtı yaxınlaşmışdı. Camaat dəstəmaz almaq üçün su axtarmağa
başladı, lakin tapa bilmədi. Sonra Peyğəmbərə dəstəmaz almaq üçün (bir
qab) su gətirdilər. Peyğəmbər əlini o qabın içinə saldı və camaata ondan
dəstəmaz almağı əmr etdi. Mən, camaat dəstəmaz alıb qurtaranadək
Peyğəmbərin barmaqlarının uclarından su qaynayıb axdığını gördüm.
(Buxari 169, Muslim 6080, 6081, 22794)
1469. Əbu Humeyd əs-Saidi demişdir: “Biz Peyğəmbərlə birlikdə Təbuk
döyüşündə iştirak etdik. Vad əl-Qura (kəndin adı) deyilən yerə gəlib çatdıqda öz
bağında olan bir qadına rast gəldik. Peyğəmbər əshabələrinə: “(Ağacların
üstündə təxminən nə qədər xurma olduğunu) təyin edin!” deyə buyurdu.
Beləliklə, Peyğəmbər (orada) on vəsq olduğunu təyin etdikdən sonra qadına
dedi: “Bundan nə qədər (zəkat) çıxaracağını hesabla.” Biz Təbuka gəlib
çatdıqda Peyğəmbər : “Bu gecə bərk külək əsəcək. Odur ki, heç kəs yerindən
qalxmasın, kimin dəvəsi varsa, qoy onu buxovlasın” dedi. Biz dəvələrimizi
buxovladıq. (O gecə) bərk külək əsdi. (Bu vaxt) bir nəfər ayağa qalxdı və külək
onu götürüb Tay dağına atdı. Sonra Əylə hökmdarı
122
Peyğəmbərə bir ağ
qatır və bir bürüncək hədiyyə etdi. O da ona dənizin sahilində yaşayan əhalisi
122
Burada söhbət Peyğəmbərlə sülh müqaviləsi bağlamış Yuhanna ibn Robədən gedir.
660
üçün (sülh müqaviləsi) yazıb göndərdi.(Peyğəmbər geri qayıdarkən) Vad əl-
Quraya gəlib çatdıqda (həmin) qadından: “Bağın nə qədər məhsul verdi?” deyə
soruşdu. Qadın: “On vəsq” deyə cavab verdi. Peyğəmbərin təxmin etdiyi
(doğru çıxdı). Sonra Peyğəmbər buyurdu: “Mən Mədinəyə tələsirəm.
Mənimlə getmək istəyən varsa, qoy tələssin”. Peyğəmbər Mədinəyə gəlib
çatdıqda: “Bu, Tabədir! (Mədinə)” dedi. Uhud dağını gördükdə isə dedi: “Bu
balaca dağ bizi sevir, biz də onu sevirik. Sizə ənsarın ən xeyirliləri barədə
xəbər verimmi?” (Əshabələr): “Bəli” deyəndə, o buyurdu: “Bəni Nəccar, sonra
Bəni AbdulƏşhəl, sonra Bəni Səadə, sonra da Bəni əl-Haris İbn əl-Xəzrəc
qəbiləsidir. Ənsardan olan hər bir qəbilədə xeyir vardır.” (Buxari 1481, Muslim
6087, 1392/11)
1470. Əbu Humeyd rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ənsar evlərinin
ən xeyirlisi Nəccar oğullarının evi, sonra Abduləşhəl oğullarının, sonra Haris
oğullarının, sonra da Saidə oğullarının (evləridir). Bununla belə ənsardan olan
hər kəsin evi xeyirlidir.” Bundan sonra biz Səd İbn Ubadə ilə rastlaşdıq.” (Əbu
Humeyd) dedi: “Ey Əbu Useyd, görmürsən ki, Peyğəmbər ənsarın xeyirli
olduğunu söyləmiş və bizi axıra saxlamışdır?!” Bundan sonra Səd Peyğəmbərə
çatıb dedi: “Ya Rəsulullah, ənsarın xeyirli olduğu söylənildi, bizi isə axıra
saxladılar.” Peyğəmbər: “Məgər sizə xeyirli insanlardan olmağınız bəs
etmirmi?!” (Buxari 3791, Muslim 6087, 1392/11)
Peyğəmbərin Allaha Təvəkkül Etməsi Və Allahın Onu
İnsanlardan Qoruması
1471. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbərlə birgə Nəcd
istiqamətində döyüşlərin birində idik. Biz Peyğəmbərlə çoxlu tikanlı ağac olan
bir vadiyə çatdıq. Şiddətli istidən Peyğəmbər bir ağacın altına düşərək
661
qılıncını onun budaqlarının birindən asdı. İnsanlar isə vadiyə səpələnərək
kölgələnirdilər. Bizlər bu şəkildə kölgələndiyimiz zaman Peyğəmbər bizləri
çağırdı. Bizlər həmən onun yanına gəldik və Peyğəmbərin qarşısında oturan
bir bədəvi ilə qarşıaşdıq. Peyğəmbər: “Bir kişi mən yuxuda ikən yanıma gəldi
və qılıncı götürdü. Oyandığım vaxt onu başımın üstündə durduğunu gördüm.
Mən hiss etmədən o qılıncı sıyırmış olaraq əlində tutmuşdu. Mənə: “İndi səni
məndən kim qurtara bilər?” dedi. Mən: “Allah!” deyə buyurdum. O, kimsə
qılıncı qınına salladı və həmən yerə oturdu. Bundan sonra Peyğəmbər ona
bir şey söyləmədi (cəzalandırmadı)”. (Buxari 4139, Muslim 6090, 4231, 843/13)
Peyğəmbərin Elm Və Hidayətlə Göndərilməsinin Bəyanı
1472. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allahın mənim
vasitəmlə göndərdiyi doğru yol göstəricisi və elm, torpağa düşən bol yağmura
bənzəyir. Bu torpağın bir qismi münbit olduğundan, suyu canına çəkib
növbənöv bitkilər və çoxlu otlar yetişdirir; bir qismi də quru olduğundan,
suyu üstündə saxlayır və Allah da onunla insanları faydalandırır. Onlar bu
sudan içir, üstəlik heyvanlarını və əkin sahələrini də sulayırlar; bu yağışın
düşdüyü elə bir yer də vardır ki, ora hamar olduğundan, nə suyu (üstündə)
saxlayır, nə də bir bitki yetişdirir. Bu, Allahın dinini dərk edən, Allahın mənim
vasitəmlə göndərdiyindən faydalanan, elm öyrənən və (bunu başqalarına)
öyrədən kimsə ilə, buna tərəf başını belə qaldırmayan və Allahın mənim
vasitəmlə göndərdiyi doğru yol göstəricisini qəbul etməyən kimsənin
məsəlidir.” (Buxari 79, Muslim 6093, 2282/19)
Peyğəmbərin Ümmətinə Olan Şəfqəti Və Onlara Zərər
Verəcək Şeylərdən Çəkindirməsi
662
1473. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənimlə
insanların məsəli od qalamış bir kişinin məsəli kimidir. O, bir atəş qaladı.
Atəşin işığı ətrafı işıqlandırdıqda pərvanələr, bəzi böcəklər və heyvanlar ora
düşməyə (yaxınlaşmağa) başlayırlar. Kişi onlara mane olsa da, onlar ona üstün
gələrək atəşə düşməyə başladılar. Bu da mənimlə sizin məsəlinizdir ki, mən
sizi oddan qorumaq üçün ətəyinizdən tutub atəşdən çəkib qurtarmağa
çalışıram. Siz isə mənə üstün gəlib ora daxil olursunuz!”. (Buxari 6483, Muslim
6097, 2284/18)
Peyğəmbərin Son Peyğəmbər Olmasının Zikri
1474. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim və
əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin
kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin
yan-yörəsindən keçir, ona təəccüb edir və deyirlər: “Nə üçün bura bir kərpic
qoyulmayıb?” (Sonra) Peyğəmbər davam edib dedi: “O kərpic mənəm və
mən peyğəmbərlərin sonuncusuyam.” (Buxari 3535, Muslim 6101, 2286/22)
1475. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim və
məndən əvvəlki peyğəmbərlərin məsəli, kamil və gözəl şəkildə bir ev tikmiş,
lakin bir küncündə kərpicinin birini qoymamış bir adamın məsəlinə bənzəyir.
İnsanlar bu evin içinə daxil olur, ona heyrət edib deyirlər: “Bura bir kərpic
qoyulsaydı, (əla olardı).” (Buxari 3534, Muslim 6103, 2287/23)
663
Peyğəmbərin Hovuzu Və Hovuzun Sifətlərinin İsbatı
1476. Cundub rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu eşitdim:
“Mən hövuz başında sizin birincinizəm”. (Buxari 6575, 6589, Muslim 6106,
2289/25)
1477. Səhl İbn Sad rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən hövuz
başında sizin birincinizəm. Mənim yanıma gələn ondan içər, ondan içən isə
əbədiyyən susamaz. Heç şübhəsiz ki, mənim yanıma bir qrup insanlar gələcək
ki, mən onları tanıyır, onlar da məni tanıyacaqlar. Sonra mənimlə onlar
arasında bir pərdə çəkiləcəkdir”. (Buxari 6583, Muslim 6108, 2290/26)
1478. Əbu Səid əl-Xudri deyir ki, Peyğəmbər buyurdu: “Onlar
məndəndirlər”. Ona: “Sən onların səndən sonra nələr ortaya çıxardıqlarını
bilmirsən” dedilər. Peyğəmbər: “Məndən sonra (dində yeniliklər) edən kimsə
uzaq olsun, uzaq olsun” deyə buyurdu. (Buxari 6584, Muslim 6109, 2290/27)
1479. Abdullah İbn Amr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim
hovuzumun sahəsi bir ay gedilən yol qədər, suyunun rəngi süddən ağ, qoxusu
müşkdən daha gözəl, ətrafına düzülmüş bardaqlar isə göydəki ulduzlar
qədərdir. Ondan (bir dəfə) içən kimsə heç vaxt susamaz.” (Buxari 6579,
Muslim 6111, 2292/27)
664
1480. Əsmə Binti Əbu Bəkr rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən
hovuz başında olacağam. Hətta sizləri gözləməkdə olduğum zaman mənim
qarşımda bir dəstə insanlar saxlanacaqlar. Mən: “Ya Rəbbim! (Onlar) Məndən
və mənim ümmətimdəndirlər!” deyə buyuracam. Cavab olaraq: “Sən onların
səndən sonra nələr etdiklərini bildinmi? Vallahi onlar səndən sonra ayaq
topuqları üzəində döndülər (Allahın dininə arxa çevirdiniz)” deyilər.
Abdullah İbn Muleykə: “Ya Rəbbi! Dindən dönməkdən və dinimizdə fitnələrə
uğramaqdan Sənə sığınırıq! Deyə dua edərdi. “Ayələrim sizə oxunurdu, siz isə
arxa çevirirdiniz”. (əl-Muminun 66). Topuqlarınız üzərində geri dönürsünüz”
deməkdir. (Buxari 6593, Muslim 6112, 2293/27)
1481. Uqbə İbn Amir rəvayət edir ki, Peyğəmbər Uhud şəhidləri üçün
səkkiz il sonra cənazə namazı qıldı. (Ölümündən bir az öncə) dirilər və ölülərlə
vidalaşırdı. Sonra (Mədinəyə gəlib) minbərə çıxdı və buyurdu: “Mən sizin
kövsər bulağına ilk çatanınız olacağam. Mən sizin haqq yolunda
xidmətlərinizə şahidlik edirəm. Qiyamət günü görüş yerimiz hövuzdur.
Şübhəsiz ki, mən indi öz məqamımdan hovuzu görməkdəyəm. Bilin ki, mən
sizin (Allaha) şərik qoşmağınızdan qorxmuram. Lakin mən sizin üzərinizə
düyaya rəğbət bəsləmənizdən, dünya üçün yarışa girib bir-birinizlə
didişmənizdən qorxuram”. Uqbə deyir ki, bu görüş Peyğəmbəri minbər
üzərində son görüşüm idi”. (Buxari 4042, Muslim 6117, 2296/31)
1482. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən
sizin hovuz başına ilk çatanınız və sizi orada ilk qarşılayanınızam. Heç
şübhəsiz ki, orada mənim yanımda sizlərdən bir dəstə insan saxlanılacaqdır.
Sonra onlar mənim qarşımdan (hovuzdan uzaqlaşdırılacaqlar). Mən: “Ya
Rəbbim! Onlar mənim səhabələrimdir” deyə buyurcam. Mənə: “Sən onların
səndən sonra (dində) nə bidətlər çıxardıqlarını bilmirsən” dedilər. (Buxari
6576, Muslim 6118, 2295/29)
665
1483. Harisə İbn Vəhb demişdir: “Mən Peyğəmbərin öz hovuzu barədə
belə dediyini eşitmişəm: “(Onun böyüklüyü) Mədinə ilə Səna arası boydadır.”
(Buxari 6591, Muslim 6123, 2298/33)
1484. Xalid İbn Həris rəvayət edir ki, Peyğəmbərin belə buyurduğunu
eşitdim: “Onun hovuzu Mədinə ilə Sanan arası məsafə qədərdi. Ravi
Mustəvrid dedi: “Sən ondan qablar barəsində soruşmadın”. Ravi: “Xeyr” dedi.
Mustəvrid: “Orada ulduzlar (sayı qədər) kimi qablar görsənir” dedi. (Buxari
6592, Muslim 6122, 2298/33)
1485. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qarşıda
sizi elə bir hovuz gözləyir ki, (böyüklüyü) Cərba ilə Əzruh (Şam şəhərləri) arası
boydadır.” (Buxari 6577, Muslim 6124, 6125, 2299/34)
1486. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Canım Əlində
olan Allaha and olsun ki, yad dəvələr su hövzəsinin kənarından qovulduğu kimi
mən də bir çox adamları öz hovuzumun ətrafından qovacağam” (Buxari 2367,
Muslim 6133, 2302/38)
1487. Ənəs İbn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mənim
hovuzumun böyüklüyü Əylə (Şam şəhərlərindən) ilə Yəmənin Səna şəhərinin
arası boydadır, ətrafına düzülmüş qədəhlər isə göydəki ulduzlar qədərdir.”
(Buxari 6580, Muslim 6135, 2303/39)
666
1488. Əəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Səhabələrimdən bir dəstə insanlar hovuz başında mənim yanıma gələcəklər.
Nəhayət mən onları görüb tanıdığım zaman onlar mənim qarşımdan çəkilib
aparılacaqlar. Mən: “Onlar mənim səhabələrimdir!” deyə buyuracam. Mənə:
“Sən onların səndən sonra nələr etdiyini bilməzsən!” deyilər. (Buxari 6582,
Muslim 6136, 2304/40)
Uhud Günü Cəbrail Və Mikayılın Peyğəmbərlə Bərabər
Döyüşmələri
1489. Səd İbn Əbu Vəqqas demişdir: “Mən Uhud döyüşündə Peyğəmbəri
gördüm. Yanında iki nəfər (mələklər) durub onu müdafiə edirdilər. Onların
əynində dümağ paltar var idi, özləri də canfəşanlıqla vuruşurdular. Mən onları
nə (döyüşdən) əvvəl (görmüşdüm), nə də sonra gördüm.” (Buxari 4054,
Muslim 6145, 2306/47)
Peyğəmbərin Şücaəti Və Döyüşdə Öndə Getməsi
1490. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər insanların ən gözəli və
şücayətlisi idi. And olsun ki, bir gecə Mədinə əhalisi (düşmən basqınından)
qorxmuşdu. İnsanlar səsin gəldiyi yerə tərəf çıxmışdılar. İnsanlar gedərkən
Peyğəmbər artıq onları qarşıladı. Əbu Təlhəyə aid bir ata minib (sürətlə)
gedib vəziyyəti öyrənib gəlmişdi”. Qarşılandığı zaman Peyğəmbər qılıncı
boynunda asılı vəziyyətdə buyurdu: “Qorxmayın, qorxmayın. Biz bu atı bir
dəniz tapdıq və ya bu at bir dənizdir” deyə buyurdu. (Buxari 2908, Muslim
6146, 2307/48)
667
Peyğəmbərin İnsanlara Qarşı Xeyir Etməkdə Əsən
Küləkdən Daha Comərd Idi
1491. İbn Abbas rəvayət edir: “Allahın Elçisi insanların ən səxavətlisi idi.
Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı.
Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbər ilə görüşər, onunla birgə
Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın elçisi xeyirxah
işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı”. (Buxari 6, Muslim
6149, 2308/50)
Peyğəmbərin İnsanların Əxlaqca Ən Gözəli Olması
1492. Ənəs İbn Məlik rəvayət edir ki, mən Peyğəmbərə on il müddətində
xidmət etdim. Mənə bir dəfə də olsun belə “Uff” demədi, “Nə üçün belə etdin”
- “Kaşki belə edərdi” demədi. (Buxari 6038, Muslim 6151, 2309/51)
1493. Ənəs rəvayət edir ki, Peyğəmbər Mədinəyə gəldyi zaman heç bir
xidmətçisi yox idi. Əbu Təlhə əlimdən tutaraq məni Rəsulullahın yanına
götürdü və: “Ya Rəsulullah! Ənəs ağıllı bir oğlandır, qoy sənə xidmət etsin”
dedi. Ənəs: “Artıq bundan sonra səfərdə və s. yerlərdə Rəsulullaha xidmət
etdim. Xidmət etdiyim müddətdə Vallahi mənə etdiyim bir şeyə görə: “Nə
üçün bunu belə etdin” demədi. Etmədiyim bir şey üçündə “Bunu nə üçün belə
etmədin” demədi. (Buxari 2768, 6911, Muslim 6153, 2309/52)
668
Peyğəmbərdən Bir Şey İstənildikdə Əsla: “Yox” demədiyi
Və Çox Əta Etməsi
1494. Cabir demişdir: “Peyğəmbərdən bir şey istədikdə o heç vaxt yox
deməzdi.” (Buxari 6034, Muslim 6158, 2310/50)
1495. Cabir İbn Abdullah demişdir: “(Bir dəfə) Peyğəmbər (mənə) dedi:
“Bəhreyndən mallar gəlsə, sənə filan şey, filan şey və filan şey verəcəyəm.”
Peyğəmbər vəfat edənədək Bəhreyndən mal gəlmədi. (Nəhayət,)
Bəhreyndən mallar gəldiyi zaman Əbu Bəkr əmr etdi ki, belə elan edilsin:
“Peyğəmbər kimə vədə vermişdirsə, yaxud kimə borclu qalmışdırsa, qoy
həmin adam bizim yanımıza gəlsin!” (Bunu eşidəndə) mən Əbu Bəkrin yanına
gəlib dedim: “Peyğəmbər mənə filan və filan şeyi söz vermişdir.” Əbu Bəkr
ovuclayıb mənə bir qədər qızıl verdi. Mən qızılları saydım və baxdım ki,
onların sayı beş yüz ədəddir. Onda Əbu Bəkr (mənə): “İki o qədərini də
götür!” deyə buyurdu. (Buxari 2296, Muslim 6165, 2314/60)
Peyğəmbərin Uşaqlara, Zəiflərə Rəhmətli Olması,
Təvəzökarlıq Və Onun Fəziləti
669
1496. Ənəs İbn Malik demişdir: “Biz Peyğəmbərlə birlikdə dəmirçi Əbu
Seyfin yanına gəldik. Əbu Seyf İbrahimin süd anasının əri idi. Peyğəmbər
(oğlu) İbrahimi qucağına alıb öpdü və onu iylədi. Bir müddətdən sonra biz
yenə onun yanına getdik. İbrahim artıq can verirdi. Peyğəmbərin gözləri
yaşla doldu. AbdurRahman ibn Auf dedi: “Sən də (ağlayırsan), ya
Rəsulullah?” O: “Ey İbn Auf, bu bir mərhəmətdir!” deyə buyurdu, sonra
ağlaya-ağlaya dedi: “Həqiqətən, gözlər ağlayır, qəlb kədərlənir və biz ancaq
Rəbbimizin razı qalacağı sözləri danışırıq. Ey İbrahim! Həqiqətən də, biz sənin
ayrılığına kədərlənirik.” (Buxari 1303, Muslim 6167, 2315/62)
1497. Aişə demişdir: “(Bir dəfə) bir bədəvi Peyğəmbərin yanına gəlib
dedi: “Siz uşaqlarınızı öpürsünüz?! Amma biz onları öpmürük”. Peyğəmbər:
“Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürmüşsə, ona mən nə edə
bilərəm?” (Buxari 5998, Muslim 6169, 2317/64)
1498. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər nəvəsi Həsən İbn Əlini
öpdü. Bu zaman yanında Əqra İbn Həbis ət-Təmimi vardı. Əqra: “Mənim on
övladım var. Lakin heç birini öpmədim” dedi. Rəsulullah ona baxaraq:
“Rəhmli olmayana rəhm olunmaz” deyə buyurdu. (Buxari 5997, Muslim 6170,
2319/65)
1499. Cərir İbn Abdullah əl-Bəcəli rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Rəhm etməyən kimsəyə rəhm edilməz.” (Buxari 6013, Muslim 6170, 2318/65)
Peyğəmbərin Çox Həyalı Olması
670
1500. Əbu Səid əl-Xudri demişdir: “Peyğəmbər hücrəsinə çəkilmiş bakirə
qızdan daha həyalı idi.” (Buxari 3562, 6119, Muslim 6176, 2320/67)
1501. Abdullah İbn Amr demişdir: “Peyğəmbər ədəbsiz və kobud
olmamışdır. O deyərdi: “Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır!”
(Buxari 3559, Muslim 6177, 2321/68)
Peyğəmbərin Qadınlara Mərhəməti Və Qadınların
Heyvanlarını Sürənlərə (Qadınlara) Qarşı İncə Olmalarının
Əmr Edilməsi
1502. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər səfərdə idi. Yanında qara
dərili bir xidmətçi oğlan vardı. Ona Əncəşə deyirdilər. (Bu cavan gözəl şerlər
söylədikcə dəvələrdə bir az sürətlə yeriyirdilər). Peyğəmbər: “Sən şüşə qabları
(dəvələr üzərində olan qadınları qəsd edir) sürərkən bir az yavaş ol! (Buxari
6161, Muslim 6180, 2323/70)
Peyğəmbərin Günahdan Uzaq Olması, Rahat Və Mubah
Olanı Seçməsi, Allahın Haramları Aşıldığı Zaman Allah
Üçün intiqam Alması
1503. Aişə demişdir: “Peyğəmbərə iki şeydən birini seçmək təklif
edildikdə – günah işlər istisna olmaqla – həmişə daha asan olanını seçərdi.
Günah iş görmək təklif olunduqda isə o, bundan hamıdan çox çəkinərdi.
671
Peyğəmbər öz nəfsinə görə heç kəsdən intiqam almamışdır. Yalnız Allahın
qoyduğu qanunlar pozulduqda Allaha görə intiqam alardı.” (Buxari 3560,
Muslim 6190, 2327/77)
Peyğəmbərin Qoxusunun Gözəl Olması, Və Ona
Toxunmaqla Təbərruk (Bərəkət) Edilməsi
1504. Ənəs demişdir: “Mən Peyğəmbərin əlindən daha yumşaq nə bir
ipəyə, nə də bir zərxaraya toxunmuşam. Həmçinin mən heç vaxt Peyğəmbərin
rayihəsindən və iyindən daha xoş iy duymamışam.” (Buxari 3561, Muslim
6200, 2330/82)
Dostları ilə paylaş: |