684
Peyğəmbər Buyurdu: “Heç Bir Qula: “Mən Yunus İbn
Məttadan Xeyirliyəm” Deməsi Yaraşmaz
1536. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç bir qula:
“Mən Yunus İbn Məttadan xeyirliyəm” deməsi yaraşmaz. (Buxari 3416,
Muslim 6309, 2376/166)
1537. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Heç bir qula: “Mən
Yunus İbn Məttadan xeyirliyəm” deməsi yaraşmaz. Yunusu atası Məttaya
nisbət etmişdir. (Buxari 3395, Muslim 6310, 2377/167)
Yusufun Fəziləti
1538. Əbu Hureyra rəvayət etmişdir ki, (bir dəfə Peyğəmbərdən )
soruşdular: “İnsanların ən hörmətlisi kimdir?” O dedi: “Allahdan ən çox
qorxanıdır.” (Əshabələr) dedilər: “Biz səndən bu haqda soruşmuruq.” O dedi:
“Allahın sevimli dostu (İbrahimin) oğlu (İshaq) peyğəmbərin oğlu (Yaqub)
peyğəmbərin oğlu Yusuf peyğəmbərdir.” Onlar dedilər: “Biz səndən bu
haqda soruşmuruq.” O dedi: “Yəqin ki, siz məndən ərəblərin əcdadı barədə
soruşursunuz? (Biləsiniz ki,) cahiliyyət dövründə xeyirli olanlarınız, – əgər
şəriəti başa düşsələr – İslamda da xeyirli olacaqlar.” (Buxari 3353, Muslim
6311, 2378/168)
Xıdırın Fəziləti
685
1539. Ubey İbn Kəb rəvayət edir ki, Peyğəmbər belə buyurdu: “Bir dəfə
Musa İsrail oğullarına xütbə verərkən ondan: “İnsanların ən elmlisi
kimdir?” deyə soruşdular. Musa: “Ən elmli adam mənəm!” dedi. Allah da
buna görə onu qınadı. Çünki Musa bu haqda bilginin yalnız Allaha məxsus
olduğunu demədi. Sonra Allah ona belə vəhy etdi: “İki dənizin qovuşduğu
yerdə Mənim səndən çox bilən bir qulum vardır.” Musa: “Ey Rəbbim! Mən
onu necə tapa bilərəm?” Allah buyurdu: “Zənbilə bir balıq qoy (və yola düş);
balığı harada itirsən, həmin adamı orada tapacaqsan.” Musa xidmətçisi
Yuşə İbn Nunla birgə yola düşdü və özləri ilə zənbildə bir balıq götürdü.
Nəhayət, gəlib bir qayanın yanına çatdıqda başlarını yerə qoyub yatdılar. Bu
əsnada balıq səkitcə zənbildən çıxıb dənizə düşdü və suyun altı ilə yol alıb
getdi. (Balığın suyun altı ilə yol alıb getməsi) Musaya və onun xidmətçisinə
qəribə gəlmişdi. (Sonra qalxıb) gecənin qalan hissəsini və bütün günü yol
getdilər. Nəhayət, ertəsi gün səhər Musa öz xidmətçisinə: “Nahar
yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük” dedi. Musa Allahın
buyurduğu yerdən gəlib keçincəyə qədər yorğunluq hiss etməmişdi.
Xidmətçisi ona dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O
zaman) mən balığı unutdum.” Musa: “Elə istədiyimiz də bu idi!” Sonra onlar
öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.” Nəhayət, qayanın yanına gəlib
çatdıqda, orada əbasına bürünmüş bir adama rast gəldilər. Musa ona salam
686
verdi. Xıdır: “Sənin məmləkətində belə salam verməyi haradan öyrəniblər?” O:
“Mən Musayam!” dedi. Xıdır: “İsrail oğullarından olan Musa?”. Musa: “Bəli!”
deyə cavab verdi, sonra da (əlavə edib) dedi: “Sənə öyrədilmiş doğru yolu
(göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” Xıdır
dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. Ey Musa! Mən
Allahın mənə öyrətdiyi və sənin bilmədiyin bir elmi bilirəm. Sən də Allahın
sənə öyrətdiyi və mənim bilmədiyim bir elmi bilirsən.” Musa: “İnşallah, səbirli
olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam.” Sonra hər
ikisi, gəmiləri olmadığından dənizin sahili ilə piyada getməyə başladılar. Bu
əsnada bir gəmiyə rast gəldilər və onun yiyələrindən onları da gəmiyə
götürməyi xahiş etdilər. Gəmidəkilər Xıdırı tanıdıqlarına görə, onlardan muzd
almadan hər ikisini gəmiyə götürdülər. Bu ərəfədə balaca bir sərçə gəlib
gəminin yan tərəfinə qondu və dənizdən bir-iki damla su içdi. Xıdır: “Ey
Musa! Mənim və sənin elmin bu sərçənin dənizdən götürdüyü bir-iki damla su
qədər belə Allahın elmini əksiltməz.” Sonra Xıdır gəminin lövhələrindən
birini sındırdı. Musa: “Bu adamlar təmənnasız bizi gəmiyə götürdükləri halda
sən onları suya qərq etmək üçünmü onların gəmilərini deşdin?!” Xıdır dedi:
“Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi:
“Unutduğum bir şeydən ötrü məni qınama.” Birinci dəfə Musa
unutduğundan belə dedi. Sonra ikisi də yenə yola düzəldilər. Nəhayət, gəlib
uşaqlarla oynayan bir oğlan uşağı ilə rastlaşdıqda Xıdır onu tutub əli ilə
başını üzdü. Musa: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin?”.
Xıdır: “Sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən?” Sonra yenə
yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir
şey istədilər. Lakin camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada
dağılmaq istəyən bir divar gördülər və Xıdır öz əli ilə onu düzəltdi. Musa:
“Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın.” Xıdır: “Bu,
mənimlə sənin aranda ayrılıqdır”. Peyğəmbər: “Allah Musaya rəhm etsin!
Kaş, səbir edəydi, onda onların barəsində bizə daha çox xəbər verilərdi”.
(Buxari 122, Muslim 6315, 2380/172)
687
Səhabələrin Fəziləti
Kitabı
688
Əbu Bəkr əs-Sıddıqın Fəziləti
1540. Əbu Bəkr rəvayət edir ki, biz Peyğəmbərlə mağarada olduğumuz
zaman mən: “Ya Rəsulullah! Onlardan (müşriklərdən) biri əyilib ayağının
altına baxdğı zaman bizi mütləq görəcəkdir”. Peyğəmbər: “Ey Əbu Bəkr!
Üçüncüləri Allah olan iki kimsə barəsində sən nə zənn edirsən” deyə buyurdu.
(Buxari 3653, Muslim 6319, 2381/1)
1541. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər minbərin üzərinə
oturdu və buyurdu: “Allah bir bəndəyə dünya naz-nemətləri ilə onun
dərgahında olan şeylər arasında seçim verdi, o da Allah dərgahında olanları
seçdi”. Əbu Bəkr ağladı və: “Ata, analarımızı sənə fəda edək”. Biz Əbu
Bəkrin sözlərinə heyrət etdik. İnsanlar da heyrət edib: “Şeyxə baxın! Seçim
qarşısında qalan Peyğəmbər idi və bizdən bunu ən yaxşı bilən Əbu Bəkr idi.
Peyğəmbər: “Həqiqətən malı və yoldaşlığı xüsusunda mənə ən comərd olan
Əbu Bəkrdir. Əgər mən xəlil (dost, yoldaş) götürsəydim, Əbu Bəkri xəlil
götürərdim. Lakin din qardaşlığı (əfzəldir.) Məsciddə Əbu Bəkrin
qapısından başqa bir açıq qapı qalmasın!” deyə buyurdu. (Buxari 3904, Muslim
6320, 2382/2)
1542. Amr İbn əl-As rəvayət etmişdir ki, Peyğəmbər onu Zatus Sələsil
ordusuna başçı təyin edib döyüşə göndərdi. (Amr dedi: “Mən Peyğəmbərin
yanına gəlib soruşdum: “Sənin ən çox sevdiyin adam kimdir?” O: “Aişədir”
689
dedi. Dedim: “Bəs kişilərdən kimdir?” Dedi: “Atası!” Soruşdum: “Sonra kim?”
O: “Ömər İbn Xəttabdır ” dedi və (başqa) bir neçə adamın adını çəkdi.
(Buxari 3662, Muslim 6328, 2384/8)
1543. Cubeyr İbn Mutim demişdir: “(Bir dəfə) bir qadın Peyğəmbərin
yanına gəldi və o, qadına (bir müddətdən sonra) gəlməyi buyurdu. Qadın:
“Bəs gəlib səni tapmasam necə olsun?” deyə soruşdu. Sanki o, Peyğəmbərin
vəfat edəcəyini qəsd edirdi. Peyğəmbər: “Məni tapmasan, Əbu Bəkrin yanına
gedərsən!” (Buxari 3659, 7220, 7360, Muslim 6330, 2386/10)
1544. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər sübh namazını qıldıqdan
sonra insanlara tərəf yönələrək buyurdu: «Bir nəfər inəyin üzərinə minir. İnək
insana baxaraq dilə gəlir və: «Mən bunun üçün yaradılmadım. Lakin mən
əkinçilik üçün yaradıldım». İnsanlar heyrətlə: «Subhənəllah! Danışan bir inək»
dedilər. Peyğəmbər: «Mən (onun danışmasına) inanıram. Əbu Bəkr və Ömər
də inanırlar» deyə buyurdu. (Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər
bu sözləri söylədiyi zaman onlar orada yox idilər). Peyğəmbər: «Bir çoban
qoyun sürüsü içərisində olduğu vaxt bir canavar sürüyə hücum edib
qoyunlardan birini götürür. Çoban da canavarı təqib edərək qoyunu ondan
alır. Bunun üzərinə qurd çobana: «Mənim onların arasında qalacağım gün,
qocaldığından dolayı onların məndən başqa bir çobanı da olmayacağı gün,
onları məndən kim qurtarır?» dedi. İnsanlar: «Subhənəllah! Danışan qurd»
dedilər. Peyğəmbər: «Mən (onun danışımasına) inanıram. Əbu Bəkr və
Ömər inanırlar (Halbuki Əbu Bəkr və Ömər orada yox idilər)» deyə
buyurdu.
(Buxari 3471, Muslim 6336, 2388/13)
Ömər İbn Xattabın Fəziləti
690
1545. İbn Abbas rəvayət edir ki, Ömər vəfat etdiyi zaman çarpayısının
üzərinə qoyuldu. Cənazə götrülməmişdən öncə insanlar ona dua edərək
namazını qıldılar. Mən də onun çarpayısının ətrafına toplaşıb dua edənlərin
arasında dayanmışdım. Arxamda dayanan bir kişi dirsəyini çiynimə qoydu.
Badım ki, Əlidir, Ömərə rəhmət oxuyur və: “Allah sənə rəhmət etsin!
Allahdan istəyirəm ki, sən yoldaşlarınla (Muhəmməd və Əbu Bəkrlə) bir
yerdə olasan! Çünki mən çox vaxt Peyğəmbərin: “Mən, Əbu Bəkr və Ömər
filan yerdə getdik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu
Bəkr və Ömər filan yerdən çıxdıq” dediyini eşidirdim. (Buxari 3685,
Muslim 6338, 2389/14)
1546. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Yuxuda
olduğum zaman insanlar mənə göstərildi. Onların əyinlərində köynəklər var
idi. Bu köynəklərin bəzisi sinəyə çatırdı, bəzisi isə bundan aşağı idi. Ömər İbn
Xəttabı da mənə göstərdilər. Onun əynində (ətəyi yerlə) sürünən bir köynək
var idi.” (Əshabələr): “Bunu nəyə yozdun, ya Rəsulullah?” deyə soruşdular.
“Dinə (yozdum)!” dedi. (Buxari 23, Muslim 6341, 2391/16)
1547. İbn Ömər rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim:
“Yuxuda (gördüm ki,) mənə bir cam süd gətirdilər. (Mən bu süddən) o qədər
içdim ki, nəhayət, dırnaqlarımın ucundan tər axdığını gördüm (doyduğumu
hiss etdim). Sonra artığımı Ömər İbn Xəttaba verdim.” Əshabələr: “Sən bu
yuxunu necə yozdun, ya Rəsulullah?” deyə soruşdular. O: “Elm!” deyə cavab
verdi. (Buxari 82, 7032, Muslim 6341, 2391/16)
691
1548. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Bir dəfə
yatdığım vaxt özümü üzərində qab olan bir quyunun yanında gördüm. Ondan
Allahın istədiyi qədər su çəkdim. Sonra Onu Əbu Quhafəyə ötürdüm və
ondan bir, yaxud iki qab su çəkdi. Onun çəkməyində zəiflik vardı. Allah ona
rəhm etsin. Sonra qab daha böyük bir qaba çevrildi və onu Ömər aldı. Mən
insanların içində Ömər kimi su çəkən qüvvətli bir kimsə görmədim.
Nəhayət, insanlar heyvanlarını axırlarına saldılar”. (Buxari 3664, Muslim 6343,
2392/17)
1549. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən
yuxumda özümü bir quyu başında vedrə ilə su çəkən gördüm. Bu vaxt Əbu
Bəkr gəldi və zəif bir çəkişlə quyudan su çəkdi. Allah Əbu Bəkrə məğfirət
etsin. Sonra Ömər gəldi və kiçik vedrə böyük vedrə ilə əvəz olundu. Artıq
Ömərin gördüyü işi görə biləcək bir kişi görmədim. Bundan sonra insanlar
suya dəvələrini saldılar”. (Buxari 3682, Muslim 6347, 2393/19)
1550. Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu:
“(Yuxumda) Cənnətə daxil oldum və ya cənnətə gəldim. Orada bir Qəsr
gördüm. Bu qəsr kimindir? Deyə soruşdum. Ömər İbn Xəttabındır – dedilər.
İçərisinə daxil olmaq istədim. Lakin ora daxil olmaqdan yalnız sənin (elmin) və
qısqanclığın mane oldu”. Ömər: “Anam, atam sənə fəda olsun ya Rəsulullah!
Heç səni qısqanarammı?” dedi. (Buxari 5226, Muslim 6349, 2394/20)
692
1551. Əbu Hureyra rəvayət edir ki, (bir dəfə) biz Peyğəmbərin yanında
ikən o dedi: “Yuxuda gördüm ki, Cənnətdəyəm. Baxdım ki, bir zənən xeylağı
(möhtəşəm) bir qəsrin yanında durub dəstəmaz alır. Mən: “Bu kimin qəsridir?”
deyə soruşdum. “Ömər İbn Xəttabındır!” dedilər. Elə bu vaxt Ömərin
qısqanclığı yadıma düşdü və mən dönüb (oradan) uzaqlaşdım.”(Bunu
eşidəndə) Ömər ağlamağa başladı və dedi: “Heç səni qısqanarammı, ya
Rəsulullah?!” (Buxari 3242, 3680, Muslim 6353, 2395/21)
1552. Səad İbn Əbu Vaqqas rəvayət edir ki, Ömər Peyğəmbərdən içəri
daxil olmaq üçün izin istədi. Peyğəmbərin yanında Qureyşdən olan qadınlar
vardı. Onlar səslərini yüksəldərək onunla danışır, Ondan çox (dünyalıq) əta
etməsini istəyirdilər. Ömər izin istədikdə, onlar qalxaraq tez hicabla
örtündülər. Peyğəmbər ona izin verdi. Peyğəmbər gülürdü. Ömər: “Ey
Allahın Elçisi, Allah səni güldürsün” dedi. Peyğəmbər: “Yanımda olan bu
qadınlara təəccübləndim. Səsini eşitdiklərində tez örtündülər”. Ömər: “Ey
Allahın Elçisi, onların səndən çəkinmələrinə sən daha layiqsən” dedi. Sonra isə
Ömər: “Ey nəfslərinin düşmənləri, Allahın Elçisindən çəkinməyib məndən
çəkinirsiniz?!” dedi. Onlar: “Bəli, sən Peyğəmbərdən daha sərt və
şiddətlisən” dedilər. Peyğəmbər: “Nəfsim əlində olana and olsun ki, Şeytan
səninlə bir küçədə rastlaşarsa, sənin getdiyin küçədən başqa küçəyə keçər”
deyə buyurdu. (Buxari 3294, Muslim 6355, 2396/22)
1553. Abdullah İbn Ömər rəvayət edir ki, Abdullah İbn Ubeyyə İbn Səlul
vəfat etdikdə oğlu Abdullah İbn Abdullah Peyğəmbərin yanına gələrək
693
ondan atasını kəfənləmək üçün onun köynəyini istədi. Peyğəmbər ona
istədiyini verdi. Sonra onun üçün cənazə namazını qılmasını istədi. Peyğəmbər
namaza qalxdıqda, Ömər qalxaraq Peyğəmbərin köynəyindən tutdu və:
“Ey Allahın Elçisi, Allah sənə ona namaz qılmağı qadağan etdiyi halda ona
namaz qılırsan?!” dedi. Peyğəmbər: “Allah mənə seçim verdi və onlar üçün
bağışlanma diləsəndə, diləməsəndə, yetmiş dəfə bağışlanma diləsən də, yenə
Allah onları bağışlamayacaq. Mən yetmişdən çox diləyəcəyəm” deyə buyurdu.
Ömər: “O münafiqdir!” dedi. Peyğəmbər onun cənazə namazını qıldı və
Allah bu ayəni nazil etdi: “Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını
qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar
etdilər və günahkar olaraq öldülər”. (ət-Tövbə 84). (Buxari 4670, Muslim 6360,
2400/25)
Osman İbn Əffanın Fəziləti
1554. Əbu Musa rəvayət edir ki, mən Peyğəmbərlə bərabər Mədinə
bostanlarının birində idim. Bir nəfər gəldi və qapının açılmasını istədi.
Peyğəmbər: “Ona qapını aç və Cənnətlə müjdələ” deyə buyurdu. Mən də
qapını açdım və Əbu Bəkr olduğunu gördüm və onu Peyğəmbərin
söylədiyi şeylə müjdələdim. Bu müjdədən sonra Əbu Bəkr Allaha həmd
etdi. Sonra daha biri gəldi və qapının açılmasını istədi. Peyğəmbər: “Ona
qapını aç və Cənnətlə müjdələ” deyə buyurdu. Mən də qapını açdım və Ömər
olduğunu gördüm. Onu Peyğəmbərin söylədiyi şeylə müjdələdim. Bu
müjdədən sonra Ömər Allaha həmd etdi. Bir nəfər də qapının açılmasını
istədi. Peyğəmbər: “Qapını aç və onu gözləyəcək (başına gələcək) imtahan
qarşılığı onu Cənnətlə müjdələ” deyə buyurdu. Gələnin Osman olduğunu
gördüm və ona da Peyğəmbərin söylədiyini xəbər verdim. O da Allaha
həmd etdi və: “(Müsibətə qarşı) sığınılacaq Allahdır” dedi. (Buxari 3693,
Muslim 6365, 2403/28)
694
1555. Əbu Musa əl-Əşari demişdir: “(Bir dəfə) mən dəstəmaz alıb evdən
çıxdım və (öz-özümə) dedim: “Peyğəmbərdən ayrılmayacağam, bütün günü
onun yanında olacağam.”Sonra Əbu Musa məscidə gəlib Peyğəmbəri
soruşdu. (Oradakılar ona) dedilər: “Filan yerə getdi.”(Əbu Musa) dedi: “Mən
soruşa-soruşa onun dalınca çıxdım. Nəhayət, o gedib Əris quyusu olan
bağçaya girdi. Mən də gəlib qapının yanında oturdum. Bağcanın qapısı xurma
budaqlarından düzəldilmişdi. Nəhayət, Peyğəmbər təbii ehtiyacını rəf
etdikdən sonra dəstəmaz aldı. Bundan sonra mən onun yanına getdim və
gördüm ki, o, quyunun başında oturub, ayaqlarını da (dizdən yuxarıya qədər)
açıb quyuya sallayıb. Mən ona salam verdim, sonra da gedib qapının yanında
oturdum və (öz-özümə) dedim: “Bu gün mən Peyğəmbərin qapıçısı
olaçağam.” (Bu əsnada) Əbu Bəkr gəlib qapını döydü. Mən: “Kimdir o?”
deyə soruşdum. O: “Əbu Bəkrdir!” deyə cavab verdi. Mən (ona): “Yerində
dur”– dedim, sonra (Peyğəmbərin yanına) gedib dedim: “Ya Rəsulullah,
Əbu Bəkr içəri daxil olmaq üçün izn istəyir.” Peyğəmbər buyurdu: “İzn
ver gəlsin və onu Cənnətlə müjdələ!” Mən qayıdıb Əbu Bəkrə dedim: “Gəl
içəri! Allahın Elçisi səni Cənnətlə müjdələyir!” Əbu Bəkr içəri daxil olub
quyunun başında, Peyğəmbərin sağ tərəfində oturdu və Peyğəmbər etdiyi
kimi ayaqlarını açıb quyuya salladı. Sonra mən (yerimə) qayıdıb (qapının
yanında) oturdum. (Doğma) qardaşıma gəlincə, o da mənimlə gəlmək
istəyirdi, lakin mən onu dəstəmaz alarkən qoyub getdim. Allah ona xeyir nəsib
etmək istəsə, onu da bura gətirər. Elə bu vaxt kimsə qapını itələdi. Mən:
695
“Kimdir o?” deyə soruşdum. O: “Ömər İbn Xəttabdır!” deyə cavab verdi. Mən
(ona): “Yerində dur” dedim, sonra Peyğəmbərin yanına gedib ona salam
verdim və dedim: “Ömər İbn Xəttab içəri girmək üçün izn istəyir.”
Peyğəmbər buyurdu: “İzn ver gəlsin və onu Cənnətlə müjdələ!” Mən
qayıdıb (Ömərə) dedim: “Gəl içəri! Allahın Elçisi səni Cənnətlə müjdələdi!”
Ömər içəri daxil olub quyunun başında, Peyğəmbərin sol tərəfində oturdu
və ayaqlarını açıb quyuya salladı. Sonra mən qayıdıb (qapının yanında)
oturdum. Əgər Allah filankəsə
128
xeyir nəsib etmək istəsə, onu da bura gətirər.
Bu vaxt bir nəfər gəlib qapını tərpətdi. Mən: “Kimdir o?” deyə soruşdum. O:
“Osman İbn Əffandır!” deyə cavab verdi. Mən (ona): “Yerində dur” dedim,
sonra Peyğəmbərin yanına gedib (Osmanın gəldiyini) ona xəbər verdim.
Peyğəmbər: “İzn ver gəlsin və ona müjdə ver ki, onun başına müsibət
gəldikdən sonra Cənnətə girəcəkdir!” Mən qayıdıb (Osmana) dedim: “Gəl
içəri! Allahın Elçisi sənə müjdə verir ki, sənin başına müsibət gəldikdən
sonra sən Cənnətə girəcəksən.” Osman içəri daxil oldu və quyunun
kənarında yer olmadığını görüb Peyğəmbərin qarşı tərəfində oturdu.”
(Buxari 3674, Muslim 6367, 2403/29)
Əli İbn Əbu Talibin Fəziləti
1556. Səd İbn Əbu Vəqqas rəvayət edir ki, Peyğəmbər Təbuka yola
düşərkən Əlini öz yerinə başçı təyin etdi. Onda Əli: “Doğrudanmı sən məni
uşaqların və qadınların yanında qoyub getmək istəyirsən?!”. Peyğəmbər:
“İstəmirsən ki, Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxın olasan?!
Fəqət məndən sonra peyğəmbər gəlməyəcək.” (Buxari, 4416, Muslim 6371,
2404/31)
128
696
1557. Səhl İbn Səd Peyğəmbərin Xeybər döyüşündə belə dediyini
eşitmişdir: “Mən bu bayrağı elə bir adama verəcəyəm ki, Allah onun əli ilə
(müsəlmanlara) qələbə bəxş edəcək.” Əshabələrdən hər biri bayrağın ona
veriləcəyinə ümid edərək qalxıb getdi. Səhəri gün (Peyğəmbərin yanına)
gəldikdə onlardan hər biri bayrağın ona veriləcəyinə ümid edirdi. Amma
Peyğəmbər : “Əli haradadır?” deyə soruşdu. Ona dedilər ki, Əlinin
gözləri ağrıyır. Onda Peyğəmbər onun çağırılmasını əmr etdi. Peyğəmbər
Əlinin gözlərinə yüngülcə tüpürdü və onun gözləri sağaldı, elə bil heç
ağrımırdı. Sonra Əli dedi: “(Xeybərlilər) bizim kimi (müsəlman) olanadək
onlarla vuruşacağıq.” Peyğəmbər: “Onların yurduna gedib çatanadək tələsmə.
Sonra onları İslama dəvət et və özlərinə vacib buyrulanı onlara bildir. Vallahi,
əgər Allah sənin vasitənlə bir nəfəri doğru yola yönəltsə, bu sənin üçün qırmızı
dəvələrdən daha xeyirli olar.” (Buxari 2942, Muslim 6376, 2406/34)
1558. Sələmə İbn Əkva rəvayət edir ki, Əli Xeybər günü Peyğəmbərdən
geri qalmışdı. Gözləri ağrayırdı. Mən Peyğəmbərdən gerimi qalacağam –
dedi. Həmən yola çıxaraq Peyğəmbərə çatdı. Sabahı Peyğəmbər buyurdu:
“Bu bayrağı Allah və Rəsulunun sevdiyi və ya Allahı və Rəsulunu sevən bir
kimsəyə verəcəyəm. Allah ona fəthi müyəssər edəcəkdir”. Bir də gördük ki, o
kimsə Əlidir. Biz heç onu düşünmürdük. Peyğəmbər bayrağı ona verdi və
fəthi də ona müyəssər etdi”. (Buxari 2975, 3702, Muslim 6377, 2407/35)
1559. Səhl İbn Səd rəvayət edir ki, Peyğəmbər Fatimənin evinə gəlib
Əlini orada tapmadı və: “Əmim oğlu haradadır?” deyə soruşdu. Fatimə:
“Aramızda mübahisə baş verdi, onun mənə açığı tutdu və günorta mənim
yanımda yatmaqdan imtina etdi.” Peyğəmbər bir nəfərə: “Bax, gör, o
haradadır” deyə buyurdu. O (adam) qayıdıb: “Ya Rəsulallah! O, məsciddə
yatıb” dedi. Peyğəmbər oraya getdi. (Gördü ki,) Əli böyrü üstə uzanıb,
697
bürüncəyi üstündən sürüşüb düşüb, özü də toza bulaşıb. Peyğəmbər: “Qalx, ey
Əbu Turab (torpaq atası), qalx, ey Əbu Turab!” deyə-deyə onun tozunu çırpmağa
başladı. (Buxari 441, 6280, Muslim 6382, 2409/38)
Dostları ilə paylaş: |