Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   45
Bəyaz Dəhliz

Nə bilmək olar! 
 
Aha, gəlir bizim adam... 
 
 
 
Sabir  şirkət  binasından  çıxaraq  yolun  o  biri 
tərəfinə keçdi. Həmişə olduğu kimi yenə də bikef idi. 
Özünü qəmgin göstərməmək istəsə də, ancaq bu heç 
də asan deyildi. Yazıq gündə idi. Arabir gələn ümid 
hissi  isə  anidən  yox  olur,  yerini  bədbəxtlik 
doldururdu.  Bu  artıq  neçənci  şirkət  idi  ki,  müraciət 
edirdi. Amma hələ ki, yaxşı xəbər ala bilməmişdi. Elə 
vəziyyətdə  idi ki, nə iş desələr  edəcəkdi. Gəl  ki, işə 
qəbul edən yox idi.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
 
Fikirli  halda  avtobus  dayanacağına  doğru 
addımlayırdı.  Evə  getməkdən  başqa  əlindən  heç  nə 
gəlmirdi.  Evdə  isə  həyat  yoldaşı  ilə  uşaqlar  onu 
gözləyirdi.  Bunu  fikirləşdikcə  daha  da  sıxılır,  ürəyi 
yerindən 
çıxacaq  kimi  döyünürdü.  Avtobus 
dayanacağına çatıb dayanacağın sol tərəfində durdu. 
Elə  bu  vaxtı  bir  oğlan  uşağı  qabağına  çıxıb  əlini 
açaraq ona uzatdı. 
 
–  Əmi,  əmi,  əmi.  Mənə  pul  ver  də.  Nə  olar! 
Neçə  gündü  acam,  heç  nə  yeməmişəm.  Sən  canı, 
çörək  almağa  pul  ver  də.  –  Uşaq  üzünü  qırışdıraraq 
yazıq-yazıq ona baxıb dedi.  
 
Sabir  çarəsizcə  əlini  cibinə  ataraq  son  qalan 
qəpikləri çıxarıb saydı. Sonra isə otuz qəpiyini onun 
əlinə qoydu.  
 
– Əmi, birazda ver də. Bu azdı axı.  
 
– Yaxşı. – İyirmi qəpikdə verdi.  
 
Uşaq  pulu  alıb  “sağ  ol”  belə  demədən  onun 
yanından uzaqlaşdı. Sabir isə onun arxasıyca baxaraq 
qalmışdı. Bir qədər uşağın arxasıyca baxdıqdan sonra 
əlindəki qəpiklərə nəzər saldı. Qırx qəpiyi qalmışdı. 
O da ki, kəndə getmək üçün. “Uşaqdakı fərasətə bax”, 
– deyə qəpikləri cibinə qoydu. Bir neçə dəqiqə sonra 
avtobus da gəldi. Hamı avtobusa minmək üçün arxa 
qapının önünə yığışmışdı. Qadınlar mindikdən sonra 
kişilərdə basabasla avtobusa minməyə başladı. Sabir 
də  o  qarışılıqda  avtobusa  minib  arxa  oturacaqların 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
birində əyləşməyə macal tapdı. Dua edirdi ki, kəndə 
kimi  heç  bir  tanış  avtobusa  minməsin.  Çünki 
cibindəki pul ancaq özünə çatırdı.  
 
Bir  saat  sonra  avtobus  kəndə  çatmışdı.  Sabir 
avtobusdan  enərək  evin  yolunu  tutdu.  Tez-tez 
addımlayırdı.  Tanışlardan  kimisə  görmək  istəmirdi. 
Onların suallarına verəcək düz-əməlli cavabı yox idi. 
Buna görə də gözə dəymədən evə çatmaq istəyirdi. 
 
Qaldığı evin qapısına çatanda “Şükür” deyərək 
həyət  qapısını  açıb  həyətə  girdi.  Dörd  yaşında  olan 
oğlu  onu  görüb  qaçaraq  üstünə  tullandı.  Sabir  də 
gülümsəyərək oğlunu qucağına götürdü.  
 
– Mənə nə almısan?  
 
– Al, – deyə Sabir səhər evdən çıxarkən cibinə 
qoyduğu konfeti çıxarıb oğluna verdi.  
 
Uşaq konfeti alaraq yeməyə başladı. Sabir isə 
onu  yerə  qoyub  ev  qapısına  yaxınlaşdı.  Qapının 
önündə  başqa  ayaqqabı  da  var  idi. Ayaqqabı qadına 
aid  idi.  “Görəsən,  yenə  kim  gəlib”,  –  deyə  düşünə-
düşünə ayaqqabısını çıxarıb içəri girdi.  
 
–  Xoş  gəldin.  –  Yasəmən  Sabiri  qapıda 
qarşılamışdı. 
 
– Sağ ol. – Sabir təbəssümlə ona baxdı. – Kim 
gəlib? 
 
–  Qonşu  Pakizə  xaladı.  –  Yasəmən  mətbəği 
göstərdi. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin