Amid Səlimoğlu Bəyaz Dəhliz
26
– Sabir, istəmirsənsə, getmə. Bəlkə hər şey
düzələcək. Hə?
– Vaxt gedir, qadası. Nəsə etmək lazımdır.
– Mənə görə edirsən? – Yasəmənin gözləri
dolmuşdu.
– Sənə, uşaqlara. Başqa kimə görə edəcəm ki?
Hər şeyi sən etməli deyilsən ki.
– Mən narazı deyiləm. İnan mənə. Sənin
istəmədiyin bir şeyi zorla etməni mən də istəmirəm. –
Sabirin əlindən tutdu.
– Bilirəm, qadası. Ancaq etmək lazımdır.
İstədim ya yox. Mən etməsəm, heç kim bizə nəsə
etməyəcək.
Elə bu an Zakir həyət qapısından içəri girdi.
Qapının açılmasını eşidən Yasəmən əlini Sabirin
əlinin üstündən çəkib ayağa qalxdı. Şkafa
yaxınlaşaraq stəkan, nəlbəki çıxartdı. Çay süzdükdən
sonra çayı masanın üstünə qoydu. Sabir isə
mətbəxdən çıxıb Zakirin qarşılamağa getdi.
– Nə tez gəldin?
– Kənddəydim. Sən zəng edən kimi də gəldim.
Yasəmən evdədir?
– Hə. Gəlib.
– Lap yaxşı.
İkisi də evə girdilər.
– Salam, Yasəmən. Necəsən? – Zakir
Yasəmənə yaxınlaşıb görüşdü.
Amid Səlimoğlu Bəyaz Dəhliz
27
– Salam, qardaş. Yaxşıyam. Sən necəsən?
Xədicə bacı necədir? Uşaqlar?
– Şükür. Hamısı yaxşıdır. Salamları var.
– Yaxşı olsunlar. – Yasəmən yer göstərdi. –
Keç, otur. Yol gəlmisən. Çay süzmüşəm.
Zakir masanın başına keçərək əyləşdi. Sabir də
divanda oturdu. Yasəmən isə ayaqüstə onların nə
danışacağını gözləyirdi. Zakir çayından bir qurtum
içdikdən sonra Sabirə baxaraq dedi:
– Hə. De görək, nə deyəcəksən.
– Dediyini edəcəm. – Sabir bu sözü deyərkən
gözucu Yasəmən baxdı.
– Düz eliyirsən, Vallah. Heç narahat olma!
Mən hər şeyi həll edəcəm. – Üzünü Yasəmən çevirdi.
– Sən də, bacım. Vallah, hər şey istədiyimiz kimi
olacaq.
– Bəs nə vaxt gedəcəm? Xəstəxananı deyirəm.
– Sabah gedək həkimin yanına. Şəxsiyyət
vəsiqəni özünlə götürərsən. Onla danışarıq. O da
sənədləşməni edəndən sonra, xəstəxanaya gedərsən.
– Orda neçə gün qalacaq? – Bayaqdan susaraq
danışanları dinləyən Yasəmən söhbətə qarışdı.
– On beş, uzağı iyirmi gün. Ondan çox
olmayacaq.
– Ay qardaş, deyirəm, Sabir orda yata-yata
həqiqətən dəli olar. Onda neylərəm mən?!
Amid Səlimoğlu Bəyaz Dəhliz
28
– Eşqimdən dəliyə dönüb deyərsən. – Zakir
sözünü bitirib qəhqəhə ilə gülməyə başladı.
Onun bu sözünə Sabirlə Yasəmən də güldülər.
– Bəs mənə inanacaqlar?
– Narahat olma, Sabir. Həkim sənə hər şeyi
izah edəcək.
– Yaxşı. Necə deyirsənsə, elə olsun. Yaşayaq,
görək başımıza nə gəlir.
– Mənə inan. Qalan şeyləri boş ver.
– Mən yenədə narahatam. Orda, xəstəxanada
hər cür adam var. Nə desən olar.
– Ay Yasəmən, bu adam indiyə kimi hər cür
adam görüb. Bir şey olmaz.
– Xəstəxanadan çıxan kimi pensiyaya çıxmış
olacam? – Sabir yenidən sual verdi.
– Həkim dedi, xəstəxanaya yatan günü sənədlər
göndəriləcək.
– Yaxşı. Nə deyim. Təki hər şey istədiyimiz
kimi olsun.
– Olacaq. Qəti narahat olmayın. – Çayı başına
çəkdi. – Yaxşı mən gedim. Evə bir-iki şey almalıyam.
Birazdan hər yer bağlanar. – Ayağa qalxdı. – Sabah
səni özüm gəlib götürərəm. Səhər orda olarıq. Vaxt
getməsin.
– Oldu. Hazır olaram.
– Di, salamat qalın.
– Evdəkilərə salam deyərsən. – Yasəmən dedi.
|