Amid Səlimoğlu Bəyaz Dəhliz
30
üstələyirdi. Ümid insanı düşdüyü yerdən qaldırmaq
üçün gözəl bəhanə idi. O bəhanəni də tapmışdı.
Geriyə güc toplamaqda qalırdı.
***
Zakir telefonu çıxarıb həkimin nömrəsini tapdı.
Sonra isə telefonu qulağına apararaq zəngə cavab
verilməsini gözlədi. Bir neçə dəfə zəng səsləndikdən
sonra xəttin digər tərəfindən səs gəldi.
– Alo.
– Salam, həkim. Necəsiniz?
– Sən kimsən?
– Mənəm, Zakir. Sizinlə danışmışdıq.
Qaynımın məsələsinə görə.
– Hə. Niyə zəng eləmisən? – Kobudca
yenidən
soruşdu.
– Deyirdim, sabah yanınıza gələk. O məsələni
danışardıq.
– Gəlin.
– Nə vaxt gələk?
– İş vaxtı gələcəksiz də... başqa nə vaxt
gələcəksiz ki?
– Yox. Ona görə demədim. Yəni vaxtsız gəlib
narahat etməyək.
– Narahat olsam, özüm deyərəm. Siz gəlin.