Amid Səlimoğlu Bəyaz Dəhliz
33
iki dəfə yuduqdan sonra əlləri ilə üzündəki suyu
dağıtdı. Sonra başını qaldıraraq yenidən güzgüdəki
əksinə baxdı. Gözlərinin altı çökmüşdü. Baxışları
qorxuducu idi. Sual dolu.
– Nə olub? Nə baxırsan? Başqa çarəm var?!
Axı məcburam. Etməliyəm, qadası. Mən bu evin
başıyam. Bunu yaddan çıxartma. Nə olar! Mən hər
şey etməliyəm. Onlar üçün. Yasəmən üçün, qızım
üçün, oğlum üçün. Məni başa düşürsən, qadası?
Etməliyəm. Buna məcburam. Düzgünlük bir yerə
qədərdir. Sonrası isə daşlı-çınqıllı yollardır, qadası. O
yollar insanı çirklədər, bilirsənmi? Məni də. Mən
kiməmki! Adi bir insan. Məcburam. Bil bunu.
Məcburam, qadası.
Dərindən nəfəs alaraq suyu yenidən açdı. Bir
dəfə də üzünü yuduqdan sonra suyu bağlayıb hamam
otağından çıxdı. Yataq otağına keçib yerinə uzandı.
Gözlərini yumaraq yatmağa çalışdı. Sabahın olmasını
istəməsə də.
***
Ertəsi gün iş vaxtından yarım saat keçmiş olar
ya yox, Zakirlə Sabir xəstəxananın həyətində idilər.
– Həkim gəlmiş olar?
Amid Səlimoğlu Bəyaz Dəhliz
34
– Hə. Hamıdan tez gəlir. Dünən də
danışmışam. Burda olacaq.
– Təki elə olsun.
– Olar, olar.
– Necə adamdır?
– Həkimdi də... necə olacaq. Yaxşı adamdır.
Özün də görəcəksən. Ancaq biraz qəribədir.
– Necə yəni?
– Özün yanına girəndə görəcəksən.
– Başıma oyun açırsan, Vallah.
– Ay kişi, sən nə vasvası adamsan. – Zakir
əllərini yana açaraq dedi. – Hər şeyə mızıldanırsan.
Deyirəm, narahat olma, Vəssalam daa...
– Neyniyim? Birinci dəfədir, başıma belə bir iş
gəlir. Qınama məni. – Başını aşağı salaraq sakitcə
dedi.
– Heç nədən qorxma. Yaxşı olacaq. – Sözünü
bitirib yolun sağ tərəfinə tərəf boylandı. – Gedək. O
binadadır.
İkisi də binaya yaxınlaşıb içəri girdilər. İkinci
mərtəbəyə qalxıb dəhlizlə həkimin otağına doğru
addımladılar. Zakir iti addımlarla otağa doğru
irəliləyir, Sabir isə asta addımlarla onun arxasıyca
gedirdi. Utandığından addımlarını daha da
yavaşladırdı.
Həkimin
onun
haqqında
nə
düşünəcəyini bilmədiyindən daha da sıxılır, otağa
girməmək üçün özlüyündə bəhanələr yaradırdı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
35
Ancaq Zakirin səsi onu sanki yuxudan ayıltmış, içində
çabaladığı həyata geri qaytarmışdı.
– Sabir, bu otaqdır. Gəl.
Zakir qapını iki dəfə astadan döydükdən sonra
açıb içəri boylandı.
– Sabahınız xeyir, həkim. Gəlmək olar?
– Gəl, gəl. – İçəridən həkimin səsi eşidildi.
– Sabir... – Əli ilə işarə verərək Sabirin də
arxasıyca gəlməsini istədi.
İkisi də içəri keçərək həkimin qarşısında
dayandılar.
– Oturun da... nə gözləyirsiniz? – Həkim
stulları göstərərək dedi.
– Sağ olun, – deyə ikisi də bir ağızdan
dilləndilər.
– Hə... deyin görək, nə məsələdir.
Həkim eynəyini taxaraq onlara baxdı. Sabir
içəri girəndən bu həkimdə nəsə qəribəlik olduğunu
sezmişdi. Həkimin üz quruluşu elə idi ki, insanın
istər-istəməz gülümsəməsinə səbəb olurdu.
– Həkim, dünən də sizinlə telefonda danışdıq.
Həmin dediyim adamı gətirmişəm.
– Budur? – Əli ilə Sabiri göstərdi. – Necəsən?
– Sağ olun. Yaxşıyam. Siz?
– Pis deyiləm. – Maraqla Sabirə baxırdı. –
Qorxmursan ki?
– Yox. Niyə?
Amid Səlimoğlu Bəyaz Dəhliz
36
– Elə belə. Söz olsun deyə dedim. – Həkim
gözlərini iri açaraq Sabiri başdan ayağa süzdü. Sonra
yenə ona baxıb əlavə etdi. – Səndən olar. Olar.
– Nə olar? – Sabir də qorxu qarışıq maraqla
soruşdu.
– Başa salacam səni. Qəti qorxma. – Əlini
yuxarı qaldırdı. – Şəxsiyyət vəsiqəni gətirmisən?
– Gətirmişəm.
– Gözəl. Hər şeyi mən həll edəcəm.
Xəstəxanada yatacaqsan. Orda da özünü elə apar ki,
guya həqiqətən xəstəsən. Belə də ki, bir neçə günə
ordakılara özün də öyrəşəcəksən.
Həkimin son cümləsi Sabiri narahat etməyə
bilməzdi. Ona görə də, birinci Zakirə, sonra həkimə
baxıb dedi:
– Necə yəni öyrəşəcəm?
– Xəstəxananı deyirəm. Yaxşı yerdir. Xəstələrə
də yaxşı baxırlar. Korluq çəkməzsən.
– Siz inanırsınız ki, bu iş alınacaq?
– Birinci dəfə deyil ki. – Həkim sözünü bitirib
gülməyə başladı. Onun gülməyi də qəribə idi.
– Siz daha yaxşı bilərsiniz, həkim. – Zakir
araya girdi.
– Mən bilirəm. Bu iş də alınacaq. Ancaq
əvvəlcə analiz verəcəksiniz. Tam sağlam olduğunuza
əmin olmalıyıq.
Amid Səlimoğlu Bəyaz Dəhliz
37
– Sağlam olanın orada nə işi var? – Sabir heç
nə anlamamışdı.
– Daxili orqanları sağlam olmalıdır. Onsuzda,
bu elə xəstəlikdir ki, kimsə olub-olmadığını deyə
bilmir. Gərək sən özünü elə aparasan.
– Başa düşdüm.
– Onda dur get. Vaxt itirmək olmaz. Analizləri
ver.
– Yaxşı. – Sabir ayağa qalxdı.
–
Üçüncü
mərtəbəyə
qalxın.
Orada
verəcəksiniz. Sonra yenə yanıma gələrsiniz.
– Oldu, həkim. – Zakir dedi.
İkisi də həkimin yanından ayrılıb otağı tərk
etdilər.
Dəhlizə
çıxaraq
pilləkənlərə
tərəf
addımlamağa başladılar.
– Ay Zakir, bu həkimin özünü aparmaq
lazımdır ora.
– Əşşi, sənə nə var. Yazıq o qədər dəlilərlə
danışır ki, belə olacaq da.
– Bu belədirsə, gör indi ordakılar necədir.
– Qorxaq olma. Gedək. İşimiz çoxdur. – Zakir
Sabirin qolundan tutaraq pilləkənlə üçüncü mərtəbəyə
çıxartdı.
***
Amid Səlimoğlu Bəyaz Dəhliz
38
Otaq-otaq gəzib analizləri verdikdən sonra
yenidən həkimin otağına qayıtdılar. Zakir əvvəlki
kimi qapını iki dəfə astadan döydükdən sonra açıb
içəri boylandı. Həkimin razılığından sonra ikisi də
içəri girdilər.
– Həkim, analizləri verdik. Ancaq hamısı
bugün çıxmayacaq. Dedilər, sabah gəlin götürün. –
Zakir dedi.
– Götürün də. Bura niyə gəldiniz? – Həkim
maraqla onlara baxdı.
– Demədiniz, analizləri verib yanıma gəlin? –
Sabir həkimə baxdı.
– Dedim, dedim də... cavabları alın, sonra
gələrsiniz.
– Necə istəyirsiniz.
– Hə. Gedin. Durmayın burda.
– Oldu. Sağ olun. – Sabir qapıya tərəf
yaxınlaşdı.
– Sabah cavabları versək, neçə günə
xəstəxanaya gedəcək? – Zakir isə yenidən sual verdi.
– Onu sabah deyərəm. Gedin. – Həkim
təbəssümlə qapını göstərdi.
– Sağ olun, həkim.
– Xoş getdiz.
İkisi də dəhlizə çıxdılar.
– Dəhşət qəribə adamdır. Adamı lap ələ salır.
Belə iş olar? – Sabir əsəblə, ancaq sakit səslə dedi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
39
– Fikir vermə. Xasiyyəti belədir. Ancaq yaxşı
adamdır.
– Nə bilim, Vallah.
– Elədir, elədir. Gedək. Nahar vaxtı çatdı.
Acından öldüm.
– Gedək.
Pilləkənlə aşağı düşməyə başladılar.
– Yasəmən evdədir?
– Evdə olmalıdır.
– Görəsən, nə bişirib?
– Aş qoymuşdu dəmə.
– Yaxşı da. – Zakir ona baxaraq sevinclə dedi.
– Ə, nə aş! Mən nə hayda, sən nə hayda.
– Niyə əsəbləşirsən? Vecinə alma heç nəyi. Hər
şey yaxşı olacaq.
– Görək də, Zakir.
Xəstəxananın həyətinə çıxıb asta addımlarla
getməyə başladılar. Burada işləri hələki bitmişdi. Hər
şey sabah bəlli olacaqdı.
Dostları ilə paylaş: |