Amid Səlimoğlu Bəyaz Dəhliz
43
– Oldu, həkim. İki gün sonra görüşərik. – Zakir
ayağa qalxıb Sabirə baxdı. – Dur, gedək.
– Sağ olun, həkim. – Sabir də ayağa qalxdı.
İkisi də dəhlizə çıxıb pilləkənlərə yaxınlaşdılar.
Birinci mərtəbəyə enib xəstəxananın həyətinə
çıxdılar.
– Gedək, evə. İki gün vaxtım qalıb. Heç
olmasa, evdəkiləri doyunca görərəm.
– Elə deyirsən, elə bil ölürsən. İki-üç həftəlik
gedirsən də. – Əlini Sabirin qoluna toxunduraraq
gülməyə başladı.
– Yenə də. Birdən-ikiyə o qədər uzaq
olmamışıq bir-birimizdən.
– Necə deyirsən, elə də olsun. Mən bizimkiləri
gətirərəm sizə. Sən də evdəkilərdən narahat olmazsan.
Mən də elə sizdə qalaram.
– Çox sağ ol.
– Borcumuzdur. Təki bu iş alınsın. Qalanı boş
şeydir. – Zakir dedi. – Gedək.
Xəstəxananın həyətindən küçəyə çıxaraq
Zakirin avtomobilinə yaxınlaşdılar. Avtomobilə
mindikdən sonra oradan uzaqlaşaraq evin yolunu
tutdular.
Amid Səlimoğlu Bəyaz Dəhliz
44
***
– Sabir hardadır?
– Zakirlə gediblər. Birazdan gələrlər.
Yasəmən çay süzüb Pakizə xalanın qabağına
qoydu.
– Sağ ol. – Pakizə xala çaydan bir qurtum alıb
dedi.
– Ana, yemək hazır deyil? – Mətbəxə girən
Rüfət soruşdu.
– Gözlə. Hazır olanda deyəcəm. – Yasəmən
Rüfətə baxaraq öz otağına getməyini istədi.
Rüfət anasının nə demək istədiyini başa düşüb
mətbəxdən çıxdı.
– MaşaAllah, necə də ağıllı uşaqdır. Hər şeyi
başa düşür.
– Başımıza oyun açır. Bütün günü bir yerdə
durmaq bilmir. – Qazı yandırıb qazanı odun üstünə
qoydu.
– Uşaqdır. Elə olsa yaxşıdır. Böyüyəndə diribaş
olacaq.
– İnşaAllah. – Yasəmən gülərək dedi. Sonra
söhbəti dəyişdirərək soruşdu. – Ayan necədir? Öyrəşə
bilib?
– Hə. – Pakizə xala elə bunu gözləyirmiş kimi
danışmağa başladı. – Çox yaxşıdır. Qaynanası ilə ana-
bala kimidilər. Əri də ona gözüm üstə qaşım var
Amid Səlimoğlu Bəyaz Dəhliz
45
demir. – Süni şəkildə güldü. – İşləməsini də istəmir,
deyir elə evdə otur. Mən sənin üçün hər şeyi edəcəm.
Çox yaxşı oğlandır.
– Nə gözəl. – Yasəmənə elə gəlirdi ki, Pakizə
xala bunları bilə-bilə danışır, onu incitmək istəyir.
Ancaq ürəyinə salmamaq üçün fikirlərini dağıtmağa
çalışırdı. – Allah həmişə mehriban eləsin. Əsas bir-
birlərini başa düşsünlər, qalan bütün problemlər
düzələr.
– Elədir. – Pakizə xala qısaca dedi.
Yasəmən yeməyi qızdırmaqda, Pakizə xala da
öz çayını içməkdə idi. Bir neçə dəqiqə keçsə də heç
biri kəlmə söz danışmamışdı. Ancaq Pakizə xala dözə
bilməyib yenidən soruşdu:
– Sabirin işləri necədir? İş tapa bilməyib hələ?
Yasəmən bir qədər düşündükdən sonra ona
tərəf dönərək masaya yaxınlaşıb stula əyləşdi.
– Tapıb. Elə onu danışmaq üçün getmişdi.
– Hə? Nə işidir ki, elə. – Pakizə xala maraqla
soruşdu.
– Tikinti şirkətindədir. Dəqiq bilmirəm. Ancaq,
deyəsən başqa şəhərə göndərəcəklər.
– Həə? Onda maaşı da çox olar. Yaşadığın
yerdə uzağa göndərəndə maaşı çox verirlər. –
Gözlərini bərələdərək dedi. – Bizim uşaqlar demişdi.
Mən də onlardan eşitmişəm.
|