Amid Səlimoğlu Bəyaz Dəhliz
53
– Nəysə, söhbəti uzatmayaq. Mənim artıq
yuxum gəlir. Yeməyimi də yeyib bitirdim. Bugün çox
yorulmuşam. – Zakir sonuncu tikəsini ağzına atdı.
– Nuş olsun.
– Sağ ol, Yasəmən. İndi də bir çay versən,
səndən başqa heç nə istəmirəm.
– Baş üstə. – Yasəmən ayağa qalxdı.
Xədicə də Yasəmənə süfrəni yığışdırmaqda
kömək edirdi. Zakirlə Sabir isə sabah nə edəcəklərini
müzakirə edirdilər.
–
Sabah
şəxsiyyət
vəsiqəni
yaddan
çıxartmazsan.
– Götürəcəm.
– Mütləq. Həkimlə də danışmışam bugün. Nə
lazım olsa, o da köməklik edəcək.
– Yaxşı.
Zakir bir neçə saniyə susduqdan sonra
Xədicəyə baxaraq soruşdu:
– Uşaqlar hardadılar? Yemək yemirlər?
– Onlar çoxdan yeyiblər. Sən gec gəldin deyə,
biz səni gözlədik. O biri otaqdadırlar. Telefonla
oynayırlar.
– Deyirəm axı, niyə belə səssizlikdi. – Zakir
gülərək dedi. – Bu telefon olmasa, bizim uşaqlar
aləmi qatar bir-birinə.
Amid Səlimoğlu Bəyaz Dəhliz
54
– Əslində, heç də yaxşı etmirik. Rüfətə mən
telefon vermirəm. Bütün günü telefonla qurdalansa,
uşaqlıq nədir bilməyəcək. – Yasəmən dedi.
– Ay qız, düz deyirsən. Ancaq Həmidlə Ayazı
elə o telefon sakitləşdirir. Yoxsa evi uçurdarlar
başımıza. – Xədicə gülərək ona baxdı.
– Mənə oxşayıb. – Zakir qəhqəhə ilə gülməyə
başladı.
– Xədicə bacı, sən Həmidi deyirsən, ancaq
Zakirin uşaqlığını görsən, Həmidə şükür edərsən.
– Niyə ki? – Xədicə maraqla soruşdu.
– Bütün kənd bunun əlindən təngə gəlmişdi. O
qədər dəcəl uşaq idi ki, hər gün şikayət üçün
qapılarında nə qədər adam olardı.
– Ay Sabir, uşaq idim də. Mən nə qanıram o
vaxtı. – Zakir yazıq-yazıq dedi.
– Əşşi, nə uşaq. Hamı buna iblis deyirdi.
Kənddə başına oyun açmadığı kimsə qalmamışdı.
Hələ Məşədi Yəhyanın oğlunun başına açdığı oyunu
desəm, ölərsiniz gülməkdən.
– Həə... yadımdadır. Uşaq utandığından neçə
gün çölə çıxmamışdı.
– Sən canı, danış görək, nə məsələdir elə. –
Xədicə əlindəki boşqabı silib şkafa qoydu.
– Ay kişi, biabr eləmə məni.
– Danışacam, Zakir. – Sabir gülərək Zakirə
baxdı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
55
– Çaylar hazırdır. Soyutmadan içməyə
başlayın. Sonra nə istəsəniz danışarsınız. – Yasəmən
çayları süfrəyə qoydu.
Hamı çayından bir qurtum aldıqdan sonra
Sabirin söhbətə başlamasını gözlədi.
– Deməli, mənim olardı on ya on bir yaşım.
Sinifimizdə bir qız vardı. Adı Səadət idi. Çox gözəl
qız idi. Bu qızdan da hamının xoşu gələrdi. Elə
Zakirin də...
– Ə, mən o vaxtı elə şeylər nə qanıram. – Zakir
Sabirin sözünü kəsdi.
– Danış, danış, Sabir qardaş. – Xədicə Sabirin
davam etməsini istədi.
– Zakir bizdən iki sinif yuxarı olsa da, bu qıza
görə hərgün bizim sinifə gələrdi. Sinifimizdə də Taleh
adında bir oğlan vardı. Talehlə bu qıza görə az qala
qıralar bir-birlərini. Bütün günü dalaşardılar. Nəysə,
sözümün canı, günlərin bir günü Zakir bu Talehi
aldadıb tövləyə aparır. Guya orda şokolad saxlayırlar.
Talehdə saf uşaq, inanır buna. Sevinə-sevinə gedir.
Tövləyə girəndən sonra yerdə olan qoyun qığılarını
şokolad adıyla buna yedirməyə başlayır.
– Yadımdadır, elə yeyirdi ki. Hələ deyirdi ki,
bunun dadı nəsə qəribədir. O birilərinə heç oxşamır. –
Zakir uğunaraq özündən getdi.
|