Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
46 
 
 
– Orasını yalan deyərəm. – Yasəmən elə bil ki, 
aylardır, bu anı gözləyirdi. İlk dəfə idi ki, kimsə Sabir 
qınamayacaqdı. 
 
– İşi avand olsun, bala.  
 
– Sağ ol, Pakizə xala.  
 
–  Yaxşı.  Mən  durum  gedim.  Bizim  gəlinin 
atasıgil gələcək. Evdə olum məndə. 
 
Pakizə  xala  ayağa  qalxdı.  Yasəmən  də  onun 
arxasıyca  həyətə  düşüb  onu  yola  saldı.  Sonra  isə 
yenidən geri qayıtdı.  
 
– Rüfət, gəl yeməyini ye.  
 
 
 
*** 
 
 
Sabir  avtomobildən  enərək  qapını  örtdü. 
Zakirin  avtomobili  söndürmədiyini  görüb  yenidən 
qapını açdı. 
 
– Gəlmirsən? 
 
– Yox. Mal gəlməlidir. Onu gətirəcəm. 
 
– Yaxşı. Sağ ol. – Sağollaşıb qapını örtdü. 
 
Zakirin 
avtomobillə 
uzaqlaşmasını 
gözlədikdən  sonra  həyət  qapısını  açıb  həyətə  girdi. 
Ətrafa 
boylanıb 
kiminsə 
olub-olmadığını 
dəqiqləşdirdi. Həyətdə heç kim  yox idi. Pilləkənlərə 
yaxınlaşıb  evə  daxil  oldu.  Mətbəxə  boylanaraq 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
47 
 
Yasəməni  axtardı. Ancaq  mətbəxdə  də  heç  kim  yox 
idi. Əynindəki jaketi çıxarıb asılqandan asdı.  
 
– Yasəmən? – deyə səsləndi. 
 
– Gəldim, gəldim. – Rüfətlə Aytacın otağından 
Yasəmənin səsi eşidildi. 
 
Sabir  Yasəmənin  səsini  eşitdikdən  sonra 
mətbəxə  keçib  divanda  oturdu.  İki  gün  sonra 
xəstəxanaya  getməli  idi.  Yasəmənlə  danışmalı,  hər 
şeyi  dəqiqləşdirməli  idi.  İlk  dəfə  bu  qədər  onlardan 
ayrı qalacaqdı. İstəmirdi ki, onlar olmayanda özlərini 
yalnız hiss etsinlər. Zakirgilin onlarda qalması Sabiri 
bir qədər sakitləşdirsə də, yenə də ailəsi üçün narahat 
olurdu.  
 
– Xəstəxanadan qayıtdın? – Yasəmən mətbəxə 
girib Sabirə baxdı. 
 
– Hə.  
 
– Həkim nə dedi? 
 
– İki gün sonra gedəcəm.  
 
– Belə tez? – Yasəmən yerində donaraq qaldı.  
 
– Hə. Elə dedi həkim. Nə qədər tez olsa, o qədər 
yaxşıdır.  
 
–  Başa  düşdüm.  –  Qısaca  dedi.  Sonra  isə 
çaşqınlıqla stolla mətbəx mebeli arasında gedib gəldi. 
Birtəhər  özünü  ələ  alıb  Sabirə  baxdı.  –  Yemək 
yeyirsən? 
 
–  Yox.  Tox  deyiləm.  –  Yasəmənin  özünü 
itirdiyini hiss etmişdi. – Gəl, otur. Biraz danışaq. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
48 
 
 
Yasəmən  stulu  arxaya  çəkib  əyləşdi.  Sabirin 
gözlərinə baxaraq onun nə deyəcəyini gözlədi.  
 
– İki gün sonra gedirəm. Ən geci iyirmi günə 
gələcəm.  Zakirgil  burada,  sizinlə  qalacaqlar.  İşə 
getsən,  uşaqlara  Xədicə  baxar.  Sən  də  narahat 
olmazsan.  
 
–  Mən  səndən  nigaranam.  Uşaqlarla  birtəhər 
dolanarıq.  
 
–  Məni  fikirləşmək  lazım  deyil.  Bir  göz 
qırpımında gedəcəm, gələcəm. – Gülümsəyərək dedi. 
 
– Yaxşı. – Əlini Sabirin əlinin üstünə qoydu.  
 
–  Uşaqlarla  da  danışmaq  lazımdır.  Onlara  da 
bir bəhanə uydurub deməliyik. 
 
– Rayona iş dalıyca getdiyini deyəcəm. Pakizə 
xala da gəlmişdi bugün. Ona da elə dedim.  
 
– Sən ən doğrusunu bilərsən.  
 
Sabirin gözlərinin içi gülürdü. Yasəmənin onu 
nə qədər fikirləşdiyini, başqalarına əzdirmədiyini hiss 
etdikcə ona olan sevgisi daha da artır, ona layiq həyat 
yoldaşı olmaq üçün daha çox çabalayırdı.  
 
– Hər şey yaxşı olacaq. 
 
–  Təki  canımız  sağlam  olsun.  –  Sabir  ona 
baxaraq güldü.  
 
–  Hə.  Elədir.  –  Yasəmən  da  gülərək  qarşılıq 
verdi.  
 
Elə  bu  an  mətbəxə  Rüfət  daxil  oldu.  Atasını 
görüb qucağına tullandı. Yanağından öpərək dedi: 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
49 
 
 
– Nə vaxt gəlmisən? 
 
– Biraz olar. Sən harda idin? 
 
–  Anam  yatmağım  üçün  yatağa  qoymuşdu. 
Ancaq yata bilmədim.  
 
– Niyə yata bilmədin? 
 
–  Adam  nə  qədər  yatar?  Bəs  mən  nə  vaxt 
oynayım?  
 
Rüfətin bu sözünə ikisi də gülmüşdülər.  
 
– Düz deyirsən. – Sabir gülərək dedi. 
 
– Onda küçəyə çıxa bilərəm? 
 
– Get. Ancaq tez gəl.  
 
–  Yaxşı.  –  Rüfət  Sabirin  qucağından  düşərək 
mətbəxdən çıxdı. 
 
– Çox tez böyüyürlər. – Sabir onun arxasıyca 
baxaraq dedi. 
 
– Vaxt tez keçir.  
 
– Onlar böyüyürlər, bizsə qocalırıq.  
 
– Hər yaşın öz gözəlliyi var. Həm mən səninlə 
qocalmaqdan  heç  də  peşman  deyiləm.  –  Yasəmən 
təbəssümlə Sabirə baxdı.  
 
– Mən də. – O da qarşılıq verdi.  
 
– Yemək yeyirsən? – Yasəmən gülümsəyərək 
soruşdu. 
 
– Ver, qadası. Yeyərəm.  
 
Yasəmən ayağa qalxaraq qazı yandırdı.  Sonra 
isə  qazanı  yanan  ocağın  üstünə  qoydu.  Sabirsə, 
üzündəki  təbəssümlə  Yasəməni  izləyirdi.  İçindəki 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
50 
 
sıxıntılar yox olmuşdu. Yerini isə ümid dolu xəyallar 
almışdı. Bunun səbəbi isə Yasəmən idi. Yasəmən isə 
onun bu həyatda tək tutunacaq budağı idi.  
 
 
*** 
 
 
Hər  kəsə  görə  hər  şey  yolunda  idi.  Sabir 
xəstəxana üçün özünü hazır hiss edirdi. Gedəcək, ən 
pisi  iyirmi  gün  orada  qalacaq,  sonra  isə  pensiyaya 
çıxacaqdı.  Yasəmən  də  belə  düşünürdü.  Ancaq  heç 
kim  “

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin