Yazarın nə düşündüyünü fikirləşmirdi
”.
Hamı üçün adi günlər yaşanırdı. Artıq bir gün daha
ötmüşdü. Zakir ailəsi ilə Sabirin qaldığı evə çoxdan
gəlmişdi.
– Sabah tezdən gedəcəyik. – Zakir kartof
qızartmasını ağzına ataraq dedi.
– Yaxşı. – Sabir dərindən nəfəs alıb ona baxdı.
– Aparacaqlarını hazırlamısan?
– Hamısı hazırdır. Bir neçə dəst paltar
qoymuşam. – Yasəmən Sabirdən qabaq cavab verdi.
– Ay Yasəmən, bəlkə heç orda bu qədər paltar
lazım olmayacaq?
– Nə bilim, ay qız. – Yasəmən Xədicəyə baxdı.
– Birdən lazım oldu da.
Amid Səlimoğlu Bəyaz Dəhliz
51
– Apararıq, icazə verməsələr, geri qaytararam.
Nə ağırlığı var ki. – Zakir dedi. – Əsas, sən qonşulara
nə deyəcəksən?
– Rayona iş dalıyca getdiyini deyəcəm. Ən
yaxşısı budur.
– Bəxtəvərlik verərlər indi də. – Kinayə ilə
Yasəmənə baxdı.
– Veriblər artıq. – Yasəmən də güldü.
– Kim nə deyir, desin. Əsas odur bu işi sağ-
salamat qurtaraq. Qalanı həll olar.
– Sabir, yenə deyirəm, qəti narahat olma.
Ordakı xəstələrə dəyib-dolaşmasan vaxtın tez gəlib
keçəcək. Həm səni ağır xəstələrin qaldığı otağa
salmazlar... Yəqin ki. – Zakir öz sözünə özü bilə
inanmadı. Bunu baxışlarında hiss etmək olurdu.
– Necə yəni? Sabir onlarla bir otaqda qalacaq?
– Yox, Yasəmən. Narahat olma. – Sabir Zakirə
baxaraq gözlərini bərəltdi. – İlk gün müayinə üçün bir
yerdə olacağıq. Sonra hərə öz otağında qalacaq.
– Əgər bilsəm ki, hamınız bir otaqda
olacaqsınız, mən buna heç vaxt razı olmaram. –
Yasəmən kədərli halda Sabirə baxdı.
– Narahat olma, qadası. Bir yerdə
qalmayacağıq. Elə olsaydı, mən də istəməzdim.
– İnşaAllah hər şey yaxşı olacaq. Sabir də
tezliklə yenidən bu evə qayıdacaq. – Zakir söhbəti
dəyişməyə çalışdı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
52
– İnşaAllah. – Hamı bir ağızdan dedi.
– Bu kartofu səndən gözəl bişirən yoxdu da. –
Zakir boşqabı Yasəmənə uzatdı. – Yenə ver, sənə
zəhmət.
– Ay qız, durub-oturur, sənin yeməklərini
tərifləyir. Nə bişirsəm, buna bəyəndirə bilmirəm. –
Xədicə gülərək dedi.
– Buyur. – Yasəmən boşqaba kartof töküb
Zakirə uzatdı. – Mənim yeməklərimi həmişə
bəyənərdi. Hələ uşaq vaxtından. Rəhmətlik anamın
yeməklərini belə bəyənməzdi.
– Allah rəhmət eləsin, o da gözəl yemək
bişirərdi. Elə Xədicə də gözəl bişirir. Ancaq sən bir
başqasan. – Zakir təbəssümlə Yasəmənə baxdı.
– Birazda baxışsanız, ağlayacaqsınız. Deyəsən,
uşaqlığınız yadınıza düşüb. – Sabir gülərək dedi.
– Həə... uşaqlıq necə yada düşməsin. Nə dərd
var idi, nə qəm. O vaxt böyümək, indi isə uşaqlığıma
qayıtmaq istəyirəm.
– Elədir, Zakir. Ancaq bunu elə biz istəyərik.
Böyüdükcə kiçilən insanlar böyük xəyallar qurduğu
kiçik zamanlarını arzulayarlar. Xəyallarını həyata
keçirənlər isə inanmıram ki, belə arzular qursun.
– Məncə səhv deyirsən, Sabir. Kim olursan, ol.
Yenə də uşaq olmaq istəyirsən.
– Bəlkə də sən deyəndir, Xədicə bacı.
|