Amid Səlimoğlu Bəyaz Dəhliz
75
– Aaaaaaaağ. Qışqırma! – Yusif daha bərkdən
qışqırır, əli ilə üzünə vururdu. Üzü qızarmış, boyun
damarları üzə çıxmışdı.
– Gəldi! Gəldi! Gəldi! – Cavid qulaqlarını
tutaraq ağlamağa başladı.
Aydınla Rüfət də qorxusundan yorğanın altına
girərək olanları görmək istəmirdilər. Sabir isə nə
edəcəyini bilmirdi. Gah Cavidi sakitləşdirməyə
çalışırdı, gah da Yusifi özünə gətirmək üçün üzünü
şillələyirdi. Ancaq heç birinin kömək etmədiyini
görüb qaçaraq otağın qapısını açdı.
– Həkim! Həkim! – İki dəfə bərkdən qışqıraraq
köməyə adam çağırdı.
Onun səsinə təkcə bir həkim öz otağından
çıxaraq gəlmişdi. Bu Sabiri təəccübləndirsə də, başqa
edəcək bir şeyi yox idi.
– Qırağa dur! – Sabiri kənara itələyərək otağa
girdi. – Yenə tutdu tutması. – Yusifə yaxınlaşaraq
qoluna iynə vurdu.
İynəni vurduqdan bir neçə saniyə sonra Yusif
suslaşaraq sakitləşdi. Gözlərini yumaraq yuxuya
getdi. Həkim isə heç nə olmamış kimi iynəni cibinə
qoyub otaqdan çıxdı. Olanlar qarşısında Sabir mat-
məəttəl qalmışdı. Yusifin yanına gedərək yorğanı
üzərinə örtdü. Sonra isə sakitcə öz yerinə gedib
yatağın üstünə çıxdı. Artıq Cavid də ağlamırdı.
Rüfətlə Aydın da yorğanın altından çıxıb bir-birlərinə
Amid Səlimoğlu Bəyaz Dəhliz
76
baxaraq gülürdülər. Bir neçə dəqiqə sonra isə hər şey
öz yoluna düşmüşdü. Sanki heç nə baş verməmişdi.
Sabir
bura
elə
də
asanlıqla öyrəşə
bilməyəcəyini başa düşmüşdü. Bu insanlar, bu otaq,
bu xəstəxana ona tamamilə yad bir yer idi. Onun
olmaq istədiyi yer bura deyildi. İndi hər şeydən daha
çox istəyirdi, çöldə, ailəsinin yanında olmağı.
***
Saatlar keçmiş, hava qaralmağa başlamışdı.
Ötən saatlarda isə qeyri-adi heç nə baş verməmişdi.
Birgə həkim gələrək hərkəsə iynə vurmuş, bir neçə
dərman vermişdi. Bunların heç birinə Sabir narazılıq
etmirdi. Zakirin tanıdığı həkim də bunları Sabirə
demişdi. Ona görə də, dərmanlara görə Sabirin
qorxusu yox idi. Tək qorxusu xəstələr idi. Onları heç
tanımırdı. Və nələr edə biləcəklərini də təxmin etmək
çətin görünürdü.
Sabir nə edəcəyi barəsində düşündüyü zaman
otaqdakı digər xəstələrin hamısı eyni anda ayağa
qalxdılar. Sabir üçün bu gözlənilməz idi. Qorxaraq o
da ayağa qalxdı.
– Nə olub? – deyə onlara baxdı.
– Heç nə. Yemək vaxtıdır. – Aydın əlini
qaldıraraq ona baxdı. – Sən də gəl. – Gülərək dedi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
77
– Yaxşı.
– Ancaq onu da oyadaq. – Cavid Yusifə
yaxınlaşdı. – Necə oyadım? – Əllərini yana açaraq
ətrafına baxdı.
– Sirkələ. Bax, belə... – Rüfət əllərini
birləşdirərək önə doğru hərəkət etdirməyə başladı.
– Elə olmaz. Mənim oyatdığımı bilməz. –
Cavid üzünü qırışıdıraraq cavab verdi.
– Mən oyadaram. – Sabir qabağa gələrək dedi.
– Yəni, icazə versəniz.
– Hə. Gəl. – Cavid sakitcə kənara durdu.
Yusifə yaxınlaşaraq ehmalca qoluna toxundu.
Bir neçə cəhddən sonra gözlərini açaraq Sabirə baxdı.
– Oyan. Yemək vaxtıdır.
– Oyanıram. – Gözlərini açaraq dikəldi. – Hava
qaralıb.
– Elədir.
– Yaxşısan? – Aydın sakitcə soruşdu.
– Yaxşıyam. Narahat olmayın.
– Onda qalx. Yemək vaxtıdır. – Cavid Yusifin
qolundan tutaraq yerindən qaldırmağa çalışdı.
– Gedək.
Yusif ayağa qalxaraq üst-başını səliqəyə saldı.
Sonra yavaş addımlarla qapıya doğru yaxınlaşdı.
Sabir və digər otaq yoldaşları da onun arxasıyca otağı
tərk etdilər. Axşam yeməyinin vaxtı gəlib çatmışdı.
Sabir günorta baş verənləri xatırlayır, yenə də ac
|