Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
85 
 
 
Səs  uzaqdan  gəlmirdi.  Sabir  gözlərini  açmasa 
da,  səsin  çox  yaxından  gəldiyini  hiss  edirdi.  Sanki 
kimsə qulağına fısıldayırdı.  
 
– Sən kimsən? 
 
– Müəllif.
 
 
– Nə müəllifi? Nə danışırsan? 
 
–  Hekayəni  yazan  adam.  Axı  məni  yaxşı 
tanıyırsan. 
 
Sabir hər şeyi başa düşmüşdü.  
 
– Niyə mən? 
 
– Bir nəfər seçməli idim. O da sən oldun. Kitabı 
yazmalıyam axı.
 
 
– Sənin kitabının... 
 
– Şşşşt.... Elə demə. 
 
 
– Məni başqa cür yaza bilməzdin?  
 
– Yaza bilərdim.
 
 
– Bəs niyə yazmadın?  
 
– Onda hər şey düzələcəkdi? 
 
 
–  Necə  yəni?  Nə  demək  istədiyini  başa 
düşmürəm. 
 
– İstəyirsənsə, səni buradan çıxarım. İmkanlı, 
dövlətli biri edim. Bəs sonra?  
 
–  Sonra  nə  olmalıdır  ki?  Hər  şey  çox  yaxşı 
olacaq. 
 
– Bəs çöldə, minlərlə insan necə? Onlar üçün 
də elə olacaqmı?
 
 
– Axı mən nə edə bilərəm?  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
86 
 
 
– Sən onların prototipisən. Bir vucüd halında
 
 
– Məni seçməyə də bilərdin.  
 
Sabir  yenə  də  dirənir,  fikrin  yanlış  olduğunu 
bildirməyə çalışırdı. 
 
– Bunun üçün artıq gecdir. O qədər yazını silə 
bilmərəm. Əziyyətim hədər gedər. 
 
Sabir 
ələ  salındığını  düşünür,  yerində 
vurnuxaraq oyanmağa çalışırdı. 
 
– Bəs indi necə olacaq? Mən nə edəcəm? 
 
– Mübarizə aparmağı öyrənəcəksən. Qazanmaq 
üçün savaşmağa məcbur olacaqsan.
 
 
– Burada?! Kiminlə savaşacam? 
 
– Özünlə. Özün üçün savaşacaqsan. Dəyişmək 
üçün.
 
 
– Heç nə başa düşmürəm. Nə dəyişmək? Necə 
dəyişmək? Sən nə danışırsan? 
 
–  Mən  də  tam  bilmirəm.  Görək  necə  olacaq. 
Ağlıma  gəldikcə  yazıram.  Ancaq  bir  çıxış  yolu 
tapacam. Sənin üçün çıxış yolu fikirləşəcəm.
 
 
–  Sənin  başın  xarabdır.  Bəlkə  sən  də  bura 
gələsən? 
 
– Yox. Çox sağ ol. 
 
 
–  Nə  etdiyindən  xəbərin  belə  yoxdur. 
Hekayənin sonuna çatana qədər yəqin ki, mən təmiz 
dəli olaram. 
 
– Olmazsan. Amma onu da tam bilmirəm. Yəni 
ola da bilər. Qismət.
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
87 
 
 
–  Tüpürüm,  sənin  yazdıqlarına.  Rədd  ol 
burdan! 
 
–  Yaxşı.  Yaxşı.  Əsəbləşmə.  Mən  gedirəm. 
Ancaq yenə gələcəm. Gəlməsəm də, incimə. 
 
Sabir  gözlərini  açaraq  ətrafa  baxdı.  Səhər 
açılmışdı.  Yerində  dikələrək  başını  qaşıdı.  Gördüyü 
yuxunun təsirindən hələ də çıxa bilməmişdi. Deyəsən, 
yavaş-yavaş  ağlını  itirirdi.  Bu  isə  heç  də  yaxşı 
görsənmirdi. 
 
 
*** 
 
 
Yemək  yeməyəcəyini  bilə-bilə  yeməkxanaya 
getməli  idi.  Əl-üzünü  yuduqdan  sonra  vanna 
otağından çıxıb dəhlizlə yeməkxanaya tərəf getməyə 
başladı.  
 
– Sabir, gözlə. – Arxadan səs gəldi. 
 
Dayanıb  arxaya  döndüyündə  Yusifi  gördü. 
Yusif ona yaxınlaşaraq qoluna toxundu. 
 
– Gedək.  
 
İkisi 
bir 
yerdə 
yeməkxanaya 
doğru 
addımlamağa başladılar. 
 
– İndi necəsən? 
 
– Yaxşıyam. 
 
– Gecə çox qorxmuşdun.  
 
– Hə. Biraz. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin