Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   25   26   27   28   29   30   31   32   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
91 
 
 
–  Sən  zənn  etmə  ki,  burada  olan  insanlar  adi 
adamlardır.  Nə  qədər  ziyalı,  savadlı  adamlar  var 
burda.  Elə  bizim  otaqda  qalan  Rüfət.  Riyaziyyat 
müəllimidir. Neçə dənə medalı var. Aydın isə həkim 
olub. Lakin öz dərdinə bir əlac tapa bilmir. Gördüyün 
xəstəxananın  dəhlizində  nə  qədər  incəsənət,  elm 
adamları var. 
 
Sabir onun danışdıqlarına heyrətlə dinləyirdi. 
 
–  Bəs  sən?  Sən  öz  çöldəki  həyatında  nə 
işləyirdin? 
 
– Mən heç nə. – Sabir çaşaraq cavab verdi. – 
Orta təhsilli biriyəm. Nə iş olsa, onu da edirəm.  
 
– Amma burdakı insanlardan daha ağıllısan. – 
Yusif  təbəssümlə  dedi.  –  Bəzən  beynin  boş  olması, 
dolu olmasından daha yaxşıdır.  
 
Sabir  Yusifin  onu  təhqir  ya  təfir  etdiyini 
anlamasa da, ağlının yerində olması üçün sevinirdi.  
 
– Elədir, – deyə cavab verdi. Sonra isə anidən 
soruşdu? – Bəs sən? Sən kimsən? Dünən halın yaman 
pisləşmişdi.  
 
– Kimin? Mənim? Nə vaxt? 
 
Yusifin 
heç 
nə 
xatırlamaması  Sabiri 
çaşdırmışdı.  “Görəsən,  niyə  xatırlamır?”  –  deyə  öz-
özünə düşündü. Dediyi sözlərdən peşman olmuşdu ki, 
sözü dəyişmək istədi. 
 
– Yox. Yox. Mən qarışdırıram. Başqa adam idi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
92 
 
 
– Hə. Ola bilər. – Yusif gülərək dedi. Sonra isə 
əli ilə divarı göstərdi. – Gəl, burda oturaq.  
 
– Yaxşı. 
 
İkisi də divara yaxınlaşıb bardaş quraraq yerdə 
oturdular.  Sabir  Yusifin  sol  tərəfində  oturmuşdu. 
Sabirin sağ tərəfində isə yaşı yetmişi adlamış, üzünü 
qırışlar  örtmüş  yaşlı  adam  bardaş  quraraq  oturmuş, 
ətrafını seyr edirdi. 
 
–  Salam,  Məzahir  dayı.  Necəsən?  –  Yusif 
boylanaraq ona baxdı. 
 
–  Elə  bir  haldayam,  incədən  zərif.  Dünəndən 
güclüyəm, sabahdan zəif. – Yaşlı kişi gülərək əllərini 
havaya qaldırdı. 
 
– Bu kimin sözləridir, Məzahir dayı? – Yusif də 
gülməyə başladı. 
 
– Özüm fikirləşmişəm. 
 
– Yaxşı eləmisən.  
 
Sabir  isə  ikisinin  arasında,  onların  nə 
danışdıqlarına  qulaq  asır,  onları  başa  düşməyə 
çalışırdı.   
 
Yaşlı kişi sözünü bitirib gözlərini önə zillədi. 
Sual  dolu  baxışlarla  pencərədən  çölü  baxmağa 
başladı. Bunu görən Yusif yenidən sual verdi. 
 
– Nə fikirləşirsən? 
 
– Mən iki insanın daha böyük həqiqəti tapmaq 
üçün,  bir  ehtirası  paylaşdığı  eşqi  düşünürəm.  – 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
93 
 
Gözlərini  çəkmədən,  eləcə  sakitcə  sözünü  deyib 
yenidən susdu. 
 
– Bunu da siz fikirləşmisiniz? – Sabir maraqla 
soruşdu. 
 
– Mən yox. Nitşe. Tanıyırsan? – Anidən Sabirə 
baxdı. 
 
–  Yox.  Tanımıram.  –  Sabir  qorxaraq  cavab 
verdi. 
 
– O da filosof olub. – İşarət barmağını özünə 
tərəf çevirdi. – Mənim kimi. Elə bütün dahilər bizim 
kimi  olub.  Sokratı  tanıyırsan?  –  Yenidən  Sabirə 
baxdı. 
 
– Tanımıram. 
 
– Platon, Aristoteli bəs? 
 
– Heç birini tanımıram. 
 
–  Günlərin  bir  günü  Platon...  –  Sözünü 
yarımçıq kəsərək susdu. Gözlərini yerə dikmişdi. Heç 
bir söz belə demirdi. 
 
– Sözünüz yarımçıq qaldı. 
 
– Kimin? – Gözlərini bərəldərək Sabirə baxdı. 
 
– Sizin. Platondan danışırdınız. 
 
– O kimdir? 
 
– Mən bilmirəm. Siz dediniz. 
 
– Mən elə birini tanımıram. – Yaşlı kişi sakit 
tərzdə  sözünü  deyib  üzünü  yenidən  pencərəyə  tərəf 
çevirdi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
94 
 
 
Bu  an  hər  şeyi  başa  düşən  Yusif  Sabirin 
qolundan tutaraq özünə tərəf dartdı. 
 
– Danışdırma. Arada belə olur.  
 
Sabir  bu  insanları  heç  cür  anlaya  bilmirdi. 
Anlaya  biləcəyini  də  təsəvvür  etmirdi.  Buna 
baxmayaraq, burada bir xeyli qalacaqdı. Ona görə də, 
onlara  uyğunlaşmalı  idi.  Yusif  qəribə  biri  olsa  da, 
onun  varlığı  Sabiri  sevindirirdi.  Heç  olmasa, 
danışacaq biri var idi. 
 
Bir  qədər  də  oturduqdan  sonra  Yusif  ayağa 
qalxaraq  Sabirə  də  durmasını  işarə  etdi.  İkisi  də 
yenidən dəhlizlə addımlamağa başladılar. Gah o başa, 
gah  da  bu  başa  gedir,  söhbət  edərək  vaxtlarını 
keçirirdilər. 
 
– Burada günlər elə də pis keçmir. Hələ təzəsən 
deyə,  öyrəşməmisən.  Ancaq  yavaş-yavaş  sən  də 
uyğunlaşacaqsan. 
 
–  Mən  çox  qalmayacam.  Komissiyaya  qədər. 
Ondan sonra çıxacam burdan. 
 
–  Bura  gələn  hər  kəs  buradan  çıxmaq  istəyir. 
Lakin 
günlər 
keçdikcə 
gedəcək 
bir 
yerləri 
olmadığından elə burada qalmağı seçirlər. 
 
Yusifin sözləri Sabiri səksəkəyə salırdı. Ancaq 
xəyalına  ailəsini  gətirərək  həyəcanını  yatırmağa 
çalışır, bir an yaranmış təlaşı dəf etmək istəyirdi.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
95 
 
 
Elə  bu  an  xəstələrdən  biri  anidən  Sabirin 
qarşısına  çıxaraq  əllərini  havaya  qaldırıb  ucadan 
oxumağa başladı: 
 
Məzlumluq edib başlama fəryadə, əkinçi! 
Qoyma özünü tülkülüyə, adə, əkinçi! 
 
 
Sabir diksinərək arxaya tərəf atlandı. Xəstənin 
səsi bədəninə üşütmə salmışdı. Əlini sinəsində tutaraq 
ona baxırdı. Bu, bayaq stulun üstündə şeir deyən xəstə 
idi.  Gözlərini  iri  açaraq  Sabirə  baxır,  yenidən  uca 
səslə oxuyurdu: 
 
Bir üzrlə hər gündə gəlib durma qapımda, 
Yalvarma mənə, boynunu kəc burma qapımda, 
Gah başına, gah döşünə vurma qapımda, 
 
 
Asta addımlarla Sabirə yaxınlaşaraq gözlərinin 
içinə  baxdı.  Sağ  əlinin  baş  barmağını  ona  tərəf 
uzadaraq ucadan və intonasiya ilə söyləməyə başladı: 
 
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! 
Lal ol, a balam, başlama fəryadə, əkinçi! 
 
 
Şeiri deyib bitirdikdən sonra dəhlizdə yenidən 
alqış səslərini eşidilməyə başladı. Hər tərəfdən “sağ 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
96 
 
ol,  şair”,  “yaşa”  sözləri  deyilir,  xəstə  isə  bu  sözlər 
qarşısında təzim edərək təşəkkürləri qəbul edirdi.  
 
Sabir  isə  sanki  sözlərin  ona  ünvanlandığını 
zənn  etmişdi.  Yerində  donaraq  ətrafına  baxır,  bir 
yalançı  olduğunu  hər  kəsin  gözündə  görməyə 
başlamışdı.  Əsəbləri  daha  da  tarıma  çəkilir,  alqışlar 
içində özünü tənha hiss edirdi. 
 
–  İstedadlı  adamdır.  –  Yusif  oğlanı  göstərib 
dedi. – Qorxma. Kiməsə ziyan vuracaq biri deyil. 
 
Sabir  Yusifə  bir  söz  belə  demədi.  Özünü  ələ 
alaraq  öz  otağına  doğru  getməyə  başladı.  Yusif  də 
onun arxasıyca gedirdi.  
 
Otağa daxil olub yatağının üstünə uzandı. Yusif 
onun  qorxduğunu  başa  düşmüşdü.  Heç  bir  söz  belə 
demədən  onu  orada  qoyub  yenidən  dəhlizə  çıxdı. 
Sabir  isə  eləcə  yerində  uzanaraq  qaldı.  Yatmaq, 
olanları  unutmaq  istəyirdi.  Üzünü  yastığa  basaraq 
gözlərini  yumdu.  Bir  neçə  saniyə  sonra  isə  yavaşca 
yuxuya getdi. 
 
 
*** 
 
 
O gün Sabir axşama kimi eləcə yerində uzandı. 
Heç yuxudan ayılmaq kimi fikri yox idi. Ancaq axşam 
yeməyi  üçün  yerindən  qalxmalı  idi.  Yenə  əvvəlki 
kimi  yeməkxanaya  getmiş,  yavan  çörəyini  yedikdən 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
97 
 
sonra öz otağının yolunu tutmuşdu. Həkimin vurduğu 
iynədən sonra dərmanları atıb yenə yerinə uzanmışdı. 
Kefsiz  idi.  Sıxılırdı.  Onun  üçün  burada  günlər 
getdikcə  uzanır,  bitmək  bilmirdi.  Elə  fikirləşirdi  ki, 
yatsa, yuxuda olsa, zaman tez gedəcək, azadlıq dediyi 
ailəsinə daha dez qovuşacaq.  

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin