Niyə belədir, gözəl insanların həyatı?!
Günahkar kimdir? Məndən soruşursansa, inan,
mən də istəməzdim. Vallah. Amma nə etməli. Hər
kəsə xoşbəxtlik olmaz axı. Lakin ağlamadan
qazanılan gülüşün də ömrü çox olmaz. Azdan-
çoxdan bilirəm. Həyat deyilən oyunun içində bir
savaşa tuş gəlmişik, canım oxucu. Elə hamımız.
Savaşdan çıxa bilsək qəhrəman, məğlub olsaq
yaddaşlardan silinib gedəcəyik. Düz demirəmmi,
əziz oxucu? Nə fikirləşirsən? De mənə...
***
Özünə yaxşı bax!..
Amid Səlimoğlu Bəyaz Dəhliz
126
Xəstəxana divarlarının arasında yaşanan həyat
həyatdan sayılmazmış. Günlər gəlib keçər, ömürdən
bir parça da qoparar, amma bunu hiss etməzsən. Bəlkə
bu hamı üçün belə idi. Sabir üçünsə, hər günün bir
mənası, bir ağırlığı vardı. Gündüzləri sevməməyə
başlamışdı, gecələrin yolunu gözləyər olmuşdu. Hava
qaraldığında içindəki ümid yaz olub budaqlarında
yaşıl yarpaqları cücərən ağaclar kimi olardı. Ailəsini
ondan qoparan bir günü də geridə qoyduğu üçün
sevinərdi.
Bu gözləyişlə həftənin sonuna gəlib çatmışdı.
Səhər yeməyindən sonra telefon olan otağın qabağını
kəsmiş, qapının açılmasını səbirsizliklə gözləyirdi.
Gah yerində dura bilməz, sağa-sola gedib-gələr, gah
da qapının küncündə oturub həkimin gəlməsi üçün
dəqiqələri, saniyələri sayardı. Bu minvalla zamanı
ötürürdü ki, sonunda həkim gəlib çıxdı. Qapının
ağzında oturan Sabiri görüb gülümsədi.
– Həə... yenə gəlmisən?
– Hə.
– Gəl onda. – Təbəssümlə içərini göstərdi.
Sabir həkimin arxasıyca otağa daxil olub qapını
örtdü. Ayaqüstə dayanaraq həkimin icazəsini
gözləməyə başladı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
127
– Otur. Nömrəni bilirsən, onsuzda. İstədiyin
qədər danış. – Həkim paltosunu çıxarıb stulun üstünə
qoydu. – Mən də çöldə olacam.
– Sağ olun. – Başını əyərək dedi.
Sabir bu gənc həkimə ayrı bir rəğbətlə
yanaşırdı. O, digərləri kimi deyildi. Hərkəsə hörmətlə
yanaşır, bir dost kimi hamının dərdini dinləyirdi.
Sabir də onun yanında özünü rahat hiss edirdi.
Həkim çölə çıxdıqdan sonra stula əyləşərək
telefonun dəstəyini əlinə götürdü. Əzbərində olduğu
nömrəni yığaraq gözləməyə başladı. Səbrsiz halda
zənginə cavab verilməsini gözləyirdi. Bir neçə dəfə
çalan
zəngin
ardından
sonunda
telefonu
götürmüşdülər.
– Alo, – deyə xəttin digər tərəfindəkinə
səsləndi.
– Ata.
– Aytac?.. – Sabirin boğazı düyümləndi.
Danışmaq istəsə də dilindən bir söz belə çıxmadı.
– Ata, sənin üçün çox darıxmışam. – Xəttin
digər tərəfindən Aytacın ağlamaq səsi eşidildi.
– Mən də... – Sabir qolunu dişləyir, özünü
sıxaraq güclə saxlayırdı.
– Necəsən? Niyə evə gəlmirsən?
– Niyə ağlayırsan? Gələcəm. İşim qurtarsın.
Mütləq gələcəm. – Özünü toplayaraq danışmağa
çalışdı. – Anan hardadır?
Amid Səlimoğlu Bəyaz Dəhliz
128
– Burdadır.
– Sabir? – Yasəmənin səsi eşidildi. – Necəsən?
– Yaxşıyam.
– Nəsə lazım deyil ki? Nə istəsən gətirərəm.
Sağlığın necədir? Yaxşı baxırlar sənə?
– Hər şey yaxşıdır, qadası. Narahat olma. Yaxşı
baxırlar.
– Özünü qoru. Havada soyuqdu. Xəstələnmə.
– Yaxşı. Balacanı da öp mənim yerimə.
Telefonu söndürməliyəm. Məndən başqa da adamlar
var.
– Oldu. Sağ ol. Yenə zəng elə. Yaxşı?
– Yaxşı. Sağ olun. – Telefonun dəstəyini yerinə
qoydu.
Nə qədər çox danışmaq istəsə də, bunu
bacarmadı. Birazda danışar, ağladığını bildirər deyə,
söhbəti yarıda kəsmək məcburiyyətində qalmışdı.
Ağaya qalxaraq göz yaşlarını sildi. Özünü toplayaraq
qapıya tərəf addımladı. Qapıya çatanda yenidən
üzünü çevirərək güzgüdəki əksinə baxdı. “Gör nə
gündəsən. Üzün, gözün nə halda. Yazıq!” – deyə
içində özünü danladı. Sonra da qapını açıb çölə çıxdı.
Həkimi görüb üzünü aşağı salıb onun yanından
keçərək dəhlizin digər tərəfinə doğru getməyə
başladı. Ancaq yarı yola çatmışdı ki, ağlına nə
gəldiysə, geri dönərək qaldığı otağa doğru sürətlə
Amid Səlimoğlu Bəyaz Dəhliz
129
götürüldü. Otağın qapısına çatanda qapını açaraq içəri
girdi.
– Yusif?
– Hə. – Yusif Sabirin ona tərəf təngnəfəs halda
gəldiyini görüb dedi. – Nə olub?
– Danışmaq istəyirsən?
– Kiminlə?
– Ailənlə. Uşaqlarınla.
– Mən? – Yusif təəccüblə ona baxdı.
– Hə.
– İndi?
– Hə. Elə indi. – Yusifin qolundan tutdu. – Gəl
mənimlə.
Yusifi yatağından qaldıraraq otaqdan çıxardı.
Telefon otağının qarşısına gətirərək qapını göstərdi.
– Burada telefon var. Ev nömrən yadındadır?
– Yadımdadır. – Yusif utanaraq başını aşağı
əydi.
– Gir onda. Gedək zəng edək.
– Bəlkə lazım deyil?
– Onlar sənin övladlarındır. Sən onlarla
danışmasan, onlar da sənlə danışmayacaqlar. Sən
onlara tərəf addım at, onlar mütləq sənə doğru
qaçacaqlar. – Yusifin əlini tutdu. – İnan mənə.
Sabir qapını açaraq içəri girdi. Həkim içəri
girən Sabiri görüb ona baxdı.
– Yenə gəlmisən? – Gülümsəyərək dedi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
130
– Başqa biri də danışmaq istəyir. Ona görə. –
Əli ilə qapını göstərdi.
– Yaxşı. – Ayağa qalxdı. – Gəlsin.
– Sağ olun. Allah razı olsun.
Həkim qapını açaraq çölə çıxdı. Sabir də onun
arxasıyca çıxaraq Yusifi içəri saldı.
– Telefon burdadır. Nömrəni de. – Telefonun
dəstəyini götürdü.
– Nömrəni? – Yusif qorxaraq gözlərini
Sabirdən qaçırmağa çalışdı.
– Hə. Qorxma. De.
Sabirin təkidindən qurtula bilməyəcəyini görən
Yusif nömrəni deməyə başladı. Sabir nömrəni yığıb
qurtardıqdan sonra səbrlə gözləməyə başladı. Bir neçə
saniyə sonra xəttin digər tərəfindən səs eşidildi. Səs
gənc qadın səsi idi.
– Alo.
– Salam. – Sabir sevinclə dedi.
– Salam. Buyurun. Kimdir?
– Mən xəstəxanadan zəng edirəm. Yusifin
evidir?
– Bəli. Mən qızıyam. Atama nəsə olub? – Gənc
qadın həyəcanla soruşdu.
– Yox, yox. Qorxmayın. Yusif sizinlə
danışmaq istəyir.
– Danışmaq istəyir? – Gənc qadın ağlamağa
başladı. Sabir bunu çox yaxşı hiss edirdi.
|