Amid Səlimoğlu Bəyaz Dəhliz
119
əsrarəngiz mənzərənin qarşısında Sabirin halı daha da
pisləşirdi. Nəfəs almaqda çətinlik çəkirdi. Yaşlı
kişiylə danışdıqları gəlmişdi ağlına. İndi Sabirin ən
çətin zamanı idi. Və ona nə lazım olduğunu çox yaxşı
başa düşmüşdü. Başını divara söykəyərək musiqiyə
qulaq asır, Yasəməni, uşaqlarını xəyalına gətirirdi.
Özünü ələ almağa çalışsa da, göz yaşları sözünə qulaq
asmırdı. Dəhlizdəki bir çox adam onun kimi idi. Sakit,
dinməz, lal kimi. Musiqi isə heç dinmirdi.
***
Dostları ilə paylaş: