Amid Səlimoğlu Bəyaz Dəhliz
151
istəyirdi. Ancaq daha da kədərə bürünür, dərdinə dərd
yükləyirdi.
Hava isə yavaş-yavaş aydınlanırdı. Bir müddət
sonra hərkəs oyanacaqdı. Ancaq otaqdaki bir nəfər
çoxdan oyanmış, gizlicə onu izləyirdi.
– Quqquuu... Niyə yatmırsan? – Anidən, lakin
astaca soruşdu.
Yusif diksinərək səs gələn tərəfə çevrildi.
– Oyaqsan?
– Hə. – Cavid gülərək dedi. – Bəs sən?
– Yata bilmədim. Sən yat. – Əli ilə işarə verdi.
– Gedəcəksən, hə?
– Hə.
– Bizi yaddan çıxartma. Olar?
– Çıxartmaram.
– İnanıram. İnanım? – Gülümsəyərək soruşdu.
– İnan. – Yusif də güldü.
– Yaxşı. – Üzünü çevirərək yastığı başına
çəkdi.
Yusifsə, onu inandırmağa çalışsa da, öz
dediyinə özü də inana bilməmişdi. Neçə ay idi ki,
buradaydı. Onlara çox öyrəşmişdi. Ancaq indi
onlardan da ayrılırdı. Və onları bir daha nə vaxt
görəcəyi haqqında heç bir fikri yox idi. Bayaqdan
başqa fikirlər onu narahat edirdisə, indi üstünə bunlar
da əlavə olunmuşdu. İki od arasında qalmışdı. Ya da