Amid Səlimoğlu “Ruhilər”


Kimin nə olduğunun isbatı



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   37   38   39   40   41   42   43   44   45
Bəyaz Dəhliz

Kimin nə olduğunun isbatı... 
 
 
 
 
 
Cümə  axşamı,  nahardan  sonra  komissiyaya 
gedəcək xəstələrin hamısını birinci mərtəbəyə yığmış, 
vaxtın  gəlməsini  gözləyirdilər.  Yusiflə  Sabir  də 
onların  arasında  idi.  Yusif  sakit  görünsə  də,  Sabir 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
144 
 
üçün bunu demək elə də mümkün deyildi. Nə qədər 
gizlətməyə  çalışsa  da,  həyəcanı  üzünə  vurmuşdu. 
Yerində  bir  dəqiqə  dura  bilmir,  elə  hey  ətrafa 
boylanaraq  binadan  çıxacaqları  zamanı  güdürdü. 
Bunu Yusif də hiss etmişdi ki, gülərək dedi: 
 
– Qorxursan? 
 
– Yox. – Əsəbi halda cavab verdi. 
 
– Onda niyə sakit durmursan?    
 
– Nə bilim.  
 
–  Yaxşı  olacaq.  –  Əlini  Sabirin  qoluna 
toxundurdu.  
 
Sabir isə heç bir söz demədən başını aşağı salıb 
dərindən  nəfəs  aldı.  Elə  bu  an  həkim  tibb  bacısı  ilə 
gələrək  qapını  açıb  çölə  çıxmalarını  tapşırdı.  Bütün 
xəstələr  sıra  ilə  binanın  qapısından  çölə  çıxmağa 
başladılar. Sabir bura gəldiyi gündən birinci dəfə idi 
ki,  binanı  tərk  edirdi.  Qapıdan  çıxdığında  gözlərini 
yumaraq  havanı  qoxlamağa  başladı.  Azadlığın 
qoxusunu  doyunca  ciyərlərinə  çəkdikdən  sonra 
pilləkənlərlə həyətə enərək digər xəstələrlə bir yerdə 
komissiyanın  keçiriləcəyi  binaya  doğru  getməyə 
başladı.  Komissiyanın  keçiriləcəyi  bina  ilə  Sabirin 
qaldığı  bina  arasında  iki  bina  da  var  idi.  Sabir  o 
binaların  arasından  keçərkən  ətrafa  göz  gəzdirir,  ilk 
dəfə  görürmüş  kimi  heyrətlənirdi.  Ağaclar,  quşlar, 
hətta  hər  gün  gördüyü  həkimlər  belə  ona  qeyri-adi 
gəlirdi.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
145 
 
 
Bir  qədər  də  piyada  getdikdən  sonra  həkim 
üçmərtəbəli  binanı  göstərək,  yoxlanışın  orada 
olacağını bildirdi. Bütün xəstələr tək-tək binanın giriş 
qapısından  içəri  girməyə  başladılar.  Binanın  birinci 
mərtəbəsində,  dəhlizdə  dayanaraq  sıra  ilə  komissiya 
keçiriləcək  otağa  daxil  olur,  həkim  yoxlanışından 
sonra 
çıxaraq 
yenidən 
qaldıqları 
binaya 
götürülürdülər. Sabir isə səbrlə öz sırasının gəlməsini 
gözləyirdi.  Onun  sırası  yeddinci  idi.  Bütün  xəstələri 
izləyir,  onların  hansı  əhval-ruhiyyədə  otağı  tərk 
etdiklərini  seyr  edirdi.  Altı  nəfər  yoxlanışdan 
keçdikdən sonra sıra ona çatmış, tibb bacısı qolundan 
tutaraq  asta  addımlarla  otağa  doğru  aparmağa 
başlamışdı. Sabirin həyəcanı isə dayanmadan artırdı. 
Durduğu  yerdən  otağa  qədər  olan  yol  gözündə  bir 
neçə  kilometr  olmuşdu.  Ürəyi  şiddətlə  döyünür, 
yerişini  itirirdi.  Artıq  qapının  önünə  çatdığında  beli 
bükülmüşdü.  Nəfəs  almaqda  çətinlik  çəkirdi.  Tibb 
bacısı qapını açaraq onu içəri saldı. Elə içəri yenicə 
girmişdi  ki,  komissiya  nümayəndələrindən  biri, 
bəstəboy,  sarışın  qadın  tibb  bacısının  üstünə 
qışqırmağa başladı: 
 
– Ay qız, hara gətirirsən bunu?! Görmürsən, nə 
gündədir?! Bu elə xəstəyə oxşayır da! Çıxart çölə! 
 
–  Baş  üstə,  həkim.  –  Tibb  bacısı  cəld  Sabiri 
otaqdan çıxardı. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
146 
 
 
Sabirin gülməyi tutsa da, özünü güclə saxlaya 
bilmişdi.  Təhqir  olunacağına  bu  qədər  sevinəcəyini 
desəydilər, yəqin ki, heç vaxt inanmazdı.  
 
Tibb  bacısı  isə  Sabirin  qolundan  tutaraq 
deyinə-deyinə  binadan  çölə  çıxartdı.  Dəhlizlə  çıxış 
qapısına  yaxınlaşarkən  Yusiflə  baxışmış,  hər  şeyin 
yolunda olduğunu bildirmişdi.  
 
–  Lap  bezdiriblər.  Gətir  deyirlər,  gətirirsən, 
deyir niyə gətirmisən. Adam bilmir nə etsin.  – Tibb 
bacısı hələ deyinirdi.  
 
– Sizin iş də yaman çətindir.  
 
– Kaş ki, elə sənin kimi olardım. Dünya vecimə 
olmazdı. – Tibb bacısı sözünü bitirb gülməyə başladı. 
 
– Kaş. – Sabir də gülərək qarşılıq verdi.  
 
– Nəysə. Gedək, aparım səni. Hələ neçə nəfər 
qalıb. Onları da gəlib götürməliyəm.  
 
Tibb  bacısı  Sabirin  qolundan  tutaraq 
xəstəxananın həyəti ilə getməyə başladı. Sabir “Niyə 
tək-tək aparırsınız?” sualını vermək istəsə də, özünü 
ağıllı göstərməmək üçün susaraq tibb bacısının yanı 
ilə qaldığı binaya qədər getdi. Binaya daxil olub ikinci 
mərtəbəyə qalxdıqdan sonra iri dəhlizdən keçərək öz 
otağına daxil oldu. Tibb bacısı isə onu orada qoyub 
geriyə, o biri binaya qayıtdı. Sabir üçün gözləməkdən 
başqa  bir  şey  qalmamışdı.  Yatağın  üstünə  oturaraq 
Yusifi gözləməyə başladı. Onun sırasına hələ çox var 
idi.  Ona  görə  də, işi  biraz  uzanacaqdı.  Bu  səbəbdən 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin