Amid Səlimoğlu Bəyaz Dəhliz
131
– Bəli. Danışmaq istəyir.
– Neçə aydır ki, birinci dəfədir. Bizi heç
görmək belə istəmirdi. – Tələsik dedi.
– Telefonu verirəm ona. – Sabir dəstəyi Yusifə
uzatdı.
Bayaqdan danışılanlara qulaq asan Yusif isə
həyəcanla Sabirin üzünə baxaraq qalmışdı. Telefonun
dəstəyini almaq istəmirdi. Ancaq Sabir zorla dəstəyi
ona verdi.
– Alo... qızım?
Sabir Yusifin rahat danışması üçün onu orada
qoyub qapıya yaxınlaşdı. Qapını açaraq dəhlizə çıxdı.
Ürəyində bir rahatlıq hiss edirdi. Bunun səbəbini çox
gözəl başa düşürdü. Ona görə də, gördüyü işdən çox
razı idi. Ətrafına baxaraq dəhlizdə dolaşmağa başladı.
Yavaş-yavaş addımlayır, digər xəstələrin arasından
keçərək dəhlizdə gəzinirdi. Elə dəhlizin digər tərəfinə
çatıb arxaya dönmüşdü ki, o cavan oğlanı yenidən
gördü. İlk gəldiyi gün onu boğmaq istəyən oğlanı. O
gündən sonra ilk dəfə idi ki, onu görürdü. Küncdə
oturmuş, dizlərini qucaqlayaraq durmuşdu. Sabir neçə
dəfə
işçilərlə
danışmış,
oğlanın
əhvalını
soraqlaşmışdı. Yusiflə də bu haqda söhbət etmişdi.
Yazıq oğlanın da həyatı elə gözəl deyildi. Gözünün
qabağında atası anasını öldürmüşdü. Elə Sabirə də
atasına oxşadığına görə hücum çəkmişdi. Sabir bu
qənaətə sonralar, bir xeyli düşündükdən sonra
Amid Səlimoğlu Bəyaz Dəhliz
132
gəlmişdi. Ehtiyyatla olsa da, oğlanın olduğu yerə
doğru addımladı. Oğlana yaxınlaşıb yanında oturdu.
Özünü ələ alaraq təbəssümlə dedi:
– Salam. Adım Sabirdir. Necəsən?
– Salam. – Oğlan da təbəssümlə ona baxdı. –
Yaxşı.
Oğlanın onu tanımadığı qənaətinə gəlmişdi.
Ona görə də, birazda rahatlamışdı.
– Sənlə əvvəllər danışa bilməmişdik. İndi tanış
olmağın vaxtı imiş. Adın nədir?
– Bilmirsən? – Oğlan soyuq baxışla üzünü ona
zillədi.
– Yox. Bilmirəm. – Sabir hürkərək cavab verdi.
– Fərid.
– Hə. Nə gözəl. Qəşəng adın var.
– Hə. – Qısaca cavab verdi.
– Yavaş-yavaş yaxından tanış olarıq. Hələ
vaxtımız var. – Sabir yaxınlıq etmək istəyirdi. –
Bayaq telefonla danışdım. Qızımla. Bir də balaca
oğlum var. Bəs sənin? Evlisən?
– Yox.
– Evlənərsən. Hələ cavansan. – Sabir özü
haqqında məlumat verir, oğlanda ona qarşı müsbət
fikir yaratmağa çalışırdı. – Burda adam çoxdur. Çalış
hamıya yaxınlıq edəsən. Yoxsa vaxt keçməz. Dost tap
özünə. Tək olmaq yaxşı bir şey deyil. Təklik adamı
sıxır.
Amid Səlimoğlu Bəyaz Dəhliz
133
Sabir danışır, ancaq oğlandan səs çıxmırdı.
Oğlanın çox danışmadığını görüb söhbəti bitirmək
qərarına gəldi. Ayağa qalxaraq ona baxdı.
– Tanış olmağımıza sevindim. İndi gedirəm.
Ancaq yenə danışarıq. Nə vaxt istəsən, sən də
yaxınlaşa bilərsən.
Oğlanın yanından ayrılaraq Yusifin olduğu
otağa tərəf getməyə başladı. Ancaq elə bir neçə addım
atmışdı ki, sağ böyrünə kiminsə zərbə vurduğunu hiss
etdi. Qəfil zərbənin ağrısından bükülərək geriyə
dönməyə çalışdı. Üzünü geriyə çevirdiyində cavan
oğlanı gördü.
– Adımı sən qoymuşdun! – Oğlan nifrətlə ona
baxırdı.
Cavan oğlan əlini Sabirin böyründən
çəkdiyində əlinin qana bulaşdığını gördü. Əlində iri
qayçı tutmuşdu. Sabir oğlanı geriyə itəliyərək
böyrünü tutdu. Qan dayanmaq bilmirdi.
– Neylədin... sən? – deyə taqətdən düşərək yerə
yıxıldı.
Sabirin halı get-gedə pisləşirdi. Gözlərinə
pərdə çökmüş, ətrafı görməkdə çətinlik çəkirdi. Bir
neçə saniyə sonra gözlərini yumdu. Geriyə qalan isə
ətrafdakıların qışqırıq səsləri idi.
– Sabir?! Sabir?! Sabir?!
|