Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   37   38   39   40   41   42   43   44   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
137 
 
 
–  Həbs  olunacaq?  –  Sabir  narahat  halda 
soruşdu. 
 
–  Yox,  əşşi.  Nə  həbs.  Siz  nə  etsəniz,  sizə 
“gözün üstə qaşın var” deyən olmayacaq. – Qəhqəhə 
ilə gülərək Sabirə baxdı. Sonra yenidən əlavə etdi. – 
Səni də elə bura o gətirib. Qucağında.  
 
– Necə yəni? – Sabir təəccüblə ona baxdı. 
 
– Hə. Sən yerə yıxılandan sonra səni qucağına 
götürüb  üstümüzə  qaçdı.  Biz  də  bura  gətirməyini 
dedik.  
 
– Başa düşdüm. – Sabir cavan oğlanın niyə belə 
etdiyini  anlamamışdı.  –  Bu  mahnı  nədir?  –  Ətrafa 
boylandı. 
 
– Mən qoymuşam. O biri otaqda. İstəyirsənsə, 
söndürə bilərəm . 
 
– Yox. Qalsın.  
 
–  Yaxşı.  –  Qapıya  yaxınlaşdı.  –  İndi  yat. 
Dincəl. Sabah öz otağına gedəcəksən. 
 
– Oldu.  
 
Sabir  tibb  bacısı  otaqdan  çıxdıqdan  sonra 
başını  yastığa  qoydu.  Tavana  baxaraq  zamanı 
qovalamağa  çalışdı.  Bir  müddət  sonra  isə  gözləri 
yuxuya getdi.  
 
 
*** 
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
138 
 
 
Səhərin  közərən  işıqları  ilə  birgə  Sabir  də 
oyanmışdı.  Artıq  özünü  yaxşı  hiss  edirdi.  Ağrısı  da 
xeyli  azalmışdı.  Yuxudan  ayılan  kimi  yerindən 
qalxaraq  əl-üzünü  yudu.  Sonra  da  qapıya  yaxınlaşıb 
dəhlizə  çıxdı.  Dəhlizə  çıxması  ilə  Yusifin  önünü 
kəsməsi bir olmuşdu. 
 
–  Ayılmısan?  –  Sevinərək  Sabirin  üstünə 
gəlirdi. 
 
–  Hə.  Yaxşıyam.  –  Sabir  də  onu  gördüyünə 
sevinmişdi.  
 
– Onda gəl gedək. Səhər yeməyinin vaxtıdır.  
 
– Mən ac deyiləm.  Həkimlə danışacam.  Əgər 
icazə versə, otağa gedəcəm.  
 
– Yanında qalmağımı istəyirsən?  
 
– Yox. Sağ ol. Sən get.  
 
–  Yaxşı.  –  Yusif  ondan  uzaqlaşaraq 
yeməkxanaya getdi.  
 
Sabirsə,  ətrafa  göz  gəzdirdikdən  sonra  baş 
həkimin  otağına  doğru  addımlamağa  başladı.  Elə 
otağın  qapısına  çatırdı  ki,  baş  həkim  özü  otaqdan 
çıxdı.  
 
– Deyəsən, tamam sağalmısan.  
 
– Bəli, həkim. İcazənizlə öz otağıma keçərdim.  
 
– Yaxşı. Get. Ancaq özünü qoru. İki gün sonra 
komissiya var. Ora gedəcəksən.  
 
– Baş üstə.  
 
– İndi gedə bilərsən.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
139 
 
 
Baş həkim  ondan uzaqlaşaraq  dəhliz qapısına 
yaxınlaşdı. Qapını açaraq gözdən itdi. Sabir onun son 
sözündən həm xoşhal olmuş, həm də kədərlənmişdi. 
Bir  yandan  buradan  çıxacağına  görə  sevinir,  bir 
yandan  da  komisssiyanı  inandıra  bilməsə,  çəkdiyi 
əziyyətin  heyf  olacağına  pis  olurdu.  Ancaq  ümidini 
itirmirdi.  
 
Asta  addımlarla  otağına  getdi.  Otaqda  ondan 
başqa heç kim yox idi. Edəcək bir şey olmadığından 
yerində uzandı. Heç beş dəqiqə keçməmişdi ki, Yusif 
qapıdan girərək ona yaxınlaşdı.  Əlində çörək vardı. 
Sabirə uzadaraq dedi: 
 
– Al, ye. Ac olarsan.  
 
–  Ac  olmadığımı  demişdim  axı.  – 
Gülümsəyərək çörəyi aldı. 
 
– Sənə elə gəlir.  
 
–  Yenə  çayı  içinə  tökmüsən?  –  Çörəyi 
aralayaraq içinə baxdı.  
 
– Hə. Nəyi pisdi ki? Hamısı bir yerdədir.  
 
–  Yaxşı  eləmisən.  –  Gülərək  dedi.  Sonra  da 
çörəkdən dişləyərək yeməyə başladı. – Dadlıdır.  
 
– Hə. Yağını, pendirini bol eləmişəm. Hamısını 
ye.  
 
–  Heç  soruşmadım.  Axırıncı  dəfə  telefonla 
danışırdın.  Nə  oldu?  –  Sabir  bazar  gününü 
xatırlayaraq soruşdu.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
140 
 
 
– Danışdım. – Yusif sevinərək dedi. – Qızımla, 
oğlumla. Nəvələrimlə də danışdım.  
 
– Nəvələrinlə də danışdın?   
 
– Hə. Sənə də demişdim axı. Qızımın bir qızı, 
bir  oğlu  var.  Oğlumun  isə  bir  oğlu.  O  hələ  çox 
balacadır. Danışa bilmir.  
 
– Allah saxlasın.  
 
– Çox sağ ol.  
 
– Nə danışdın? – Sabir maraqla soruşdu. 
 
– Hər şey. – Yusif utanaraq dedi. – Sabah yox, 
o birisigün komissiya olacaq. Dedilər ki, istəsən səni 
çıxarıb evə gətirə bilərik.  
 
– Sən nə dedin? İstəyirsən? – Sabir gözlərini iri 
açaraq Yusifə zillədi. 
 
– Hə. – Yusif başını bulayaraq dedi. 
 
– Çox gözəl. Onda elə bir yerdə çıxarıq.  
 
– Oldu. – Yusif gülümsəyərək dedi.  
 
Sabir  bura  gəldiyi  gündən  Yusifdə  də  çox 
irəliləyiş olmuşdu. Sabir ona çox yaxşı təsir etmişdi. 
Öz  qapalı  dünyasından  ayrılmış,  içindəki  sıxıntıları 
bir kənara ata bilmişdi. Bunda səbəbkar Sabiri görür, 
ona ürəyinin dərinliyində dərin hörmət bəsləyirdi.  
 
–  Səsi  eşidirsən?  –  Sabir  Yusifin  qolundan 
tutdu. – Piano səsi. 
 
– Hə. Yenə otağından çıxıb. 
 
– Elədir.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
141 
 
 
İkisi də susaraq Tariyelin ifasına qulaq asmağa 
başladılar.  Yenə  eyni  musiqini  ifa  edirdi. 
“Həsrətindən”. 
 
 
 
*** 
 
 
Sabir  nahar  yeməyinə  də  getməmiş,  eləcə 
gününü  yatağının  üstündə keçirmişdi.  Komissiyanın 
olacağı  gün  üçün  səbrsizlənir,  vaxtın  ötüb 
keçməsindən  başqa  heç  nə  istəmirdi. Yusif  isə  buna 
baxmayaraq,  ona  gizlincə  olsa  da,  yemək  gətirir, 
yeganə dostunu ac qoymurdu.   
 
Nahardan  sonra  Yusifin  köməyi  ilə  Sabir 
dəhlizə  çıxmış,  xəstələrlə  qaynayıb  qarışmağa 
başlamışdı.  Bir  müddət  dəhlizdə  var-gəl  etdikdən 
sonra Sabir Yusifə yaşlı kişini göstərib dedi: 
 
–  Yoruldum.  Gəl,  Məzahir  dayının  yanına 
gedək.  
 
– Kişinin söhbətləri xoşuna gəlib, deyəsən.  
 
– Hə. Elədir. – Gülərək qarşılıq verdi.  
 
Yaşlı  kişi  isə  bu  vaxt  pencərənin  önündə 
oturmuş, çölü izləyirdi. Sabirlə Yusif ona yaxınlaşıb 
salam verdikdən sonra yanında əyləşdilər.  
 
– Neynirsən, Məzahir dayı? – Yusif pencərədən 
çölə boylanaraq soruşdu.  
 
– Baxıram.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
142 
 
 
– Nəyə?  
 
– Quşlara. – Qısaca dedi. 
 
– İki gün sonra biz də onlar kimi olacağıq.  
 
– Artıq burda son günlərimizdir, Məzahir dayı. 
– Sabir yaşlı kişiyə baxdı. 
 
–  Deməli,  azad  olursunuz?  –  Kinayə  ilə 
soruşdu.  
 
– Hə. Elədir.  
 
– Çıxıb nə edəcəksiz?  
 
–  Nə  bilim,  Məzahir  dayı.  Çıxandan  sonra 
fikirləşərik. – Yusif cavab verdi.  
 
–  O  zaman  siz  azad  olmursunuz.  –  Rişxənd 
edərək gülümsədi.   
 
–  Niyə  elə  deyirsiniz,  Məzahir  dayı?  –  Yaşlı 
kişinin sözü Sabirin xətrinə dəymişdi.  
 
– O quşları görürsünüz? – Əli ilə havada uçan 
göyərçinləri 
göstərdi. 
–  Onlar  kimi  qanad 
açmayacaqsınızsa,  elə  mənim  ki  burada,  həbs 
olduğunuz qəfəsdə qalsanız yaxşıdır. – Üzünü Sabirlə 
Yusifə tutdu.  
 
– Düz deyirsən, Məzahir dayı. – Yusif yenidən 
lağlağa şəkildə yaşlı kişini ələ saldı.  
 
– Henrix Henreni tanıyırsınız? 
 
–  Yox,  Məzahir  dayı.  –  Sabir  narahat  halda 
dedi.  
 
– O deyir ki, Nökər ağasız olsa belə, yenə azad 
deyil.  Nökərlik  onun  canında  var.  –  Yenidən  üzünü 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
143 
 
pencərəyə tərəf çevirdi. – Dəyişməsəniz, ora ya bura, 
heç  bir  fərqi  yoxdur.  Düşüncənizi  dəyişməlisiniz  ki, 
azad olasınız. 
 
– Düşüncəmizi dəyişməliyik. – Sabir dodaqaltı 
mızıldandı.  
 
Əslində  qocanın  dediklərinə  ikisi  də  əməl 
edirdilər.  Yusif  də,  Sabir  də  bacardıqları  qədər 
dəyişmişdilər. Yusif öz qaranlığından çıxmış, həyatın 
ona  verdiyi  dəyəri  anlamağa  başlamışdı.  Sabir  isə 
dəyərli olan hər şeyin onda var olduğunu anlamışdı. 
Yaşadıqları hadisələrin içində var olmağı bacaran bu 
iki  şəxs  gələcəyə  ümidlə  baxmağa  başlamışdılar. 
Taleh  onlara  bir  oyun  oynamışdı.  Qalib  olmaq  isə 
onların  əlində  idi.  Bunu  dərk  etdiklərində  azadlığa 
çıxmağa  hazır  olacaqdılar.  Bu  isə  elə  də  uzaqda 
deyildi. 
 
 
*** 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin