Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
134 
 
 
*** 
 
 
 
Pilləkənlərlə  yuxarı  qalxaraq  həkimin  otağına 
doğru  addımlamağa  başladı.  Həkimin  otağının 
qapısına çatıb yavaşca bir neçə dəfə döydükdən sonra 
qapını açdı. 
 
– Salam, həkim. Necəsiniz? – İçəri boylanaraq 
dedi. 
 
– Sən kimsən?! 
 
– 
Zakirdir. 
Yadınızdadırsa, 
sizinlə 
görüşmüşdük.  Sabiri  xəstəxanada  yatmasına  kömək 
etmişdiniz.  
 
–  Hə,  bildim.  Nə  olub?  –  Əli  ilə  oturmasını 
istədi. 
 
– Sabiri soruşacaqdım. Görəsən, nə vaxt çıxar?  
 
–  Xəstəxana  ilə  səhər  danışmışam.  Bu 
həftəsonuna kimi çıxmalıdır.  
 
– Eləmi? 
 
–  Hə.  Cümə  axşamı,  səhər  yoxlamadan 
keçəcək.  Ondan  sonra  da  son  qərarı  verib 
xəstəxanadan buraxacaqlar. 
 
– Qərar necə olacaq? 
 
– Mən nə bilim. Sabirə qalıb. Özündən asılıdır. 
– Yumru sifətini qırışdıraraq gülümsədi.  
 
–  Başa  düşdüm.  –  Zakir  ayağa  qalxdı.  –  Çox 
sağ olun. Narahat etdim.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
135 
 
 
– Xoş getdin.  
 
Zakir otaqdan çıxaraq pilləkənlərə yaxınlaşdı. 
Telefonu çıxarıb Yasəmənə zəng elədi.  
 
– Həkim deyir, həftəsonuna kimi buraxacaqlar. 
– deyə Yasəmənə məlumat verdi.  
 
–  Sabir  necədir?  Onu  da  soruşdun?  – 
Yasəmənin səsi eşidildi. 
 
– Ay qız, o, nə bilsin Sabirin halını.  
 
– Nə bilim, ay qardaş. Nəsə yaman narahatam.  
 
–  Narahatçılığa  səbəb  yoxdur.  Hər  şey  yaxşı 
olacaq. 
 
– Təki sən deyən olsun.  
 
– Hə, elədir. Nəysə mən telefonu söndürürəm. 
Gedəsi  yerim  var.  Axşam  danışarıq.  Hələlik.  – 
Telefonu söndürüb cibinə qoydu.  
 
Pilləkənlərlə  aşağı  düşərək  xəstəxananın  giriş 
qapısından çölə çıxdı.  
 
 
*** 
 
 
Musiqi səsi eşidilirdi: 
 
Şirin günlər, şirin çağlar 
Bir-bir gəlib düşər yada. 
Ürək deyər: “Ayrılığın 
Üzü dönsün bu dünyadan!..”
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
136 
 
 
 
 
 
 
Sabir  gözlərini  açmaq  istəsə  də,  aça  bilmirdi. 
Musiqi səsi çox yaxından gəlirdi. Bir neçə dəfə cəhd 
etdikdən sonra göz qapaqlarını qaldırmağa nail oldu. 
Hər tərəf alatoran görünürdü. Üzünü pencərəyə tərəf 
çevirdi. Hava qaralmışdı. Harada olduğunu, bura necə 
gəldiyini  anlamağa  çalışırdı.  Ayağa  qalxmaq  istədi. 
Ancaq sağ böyründəki ağrını hiss edib yenidən yatağa 
uzandı.  Yavaş-yavaş  hər  şeyi  xatırlayırdı.  Sonuncu 
dəfə  dəhlizdə  idi.  Cavan  oğlanla  danışdıqdan  sonra 
Yusifin  yanına  getmək  üçün  ayağa  qalxmışdı.  Və 
sonra  da  oğlan  onu  qayçıyla  vurmuşdu.  Hər  şeyi 
yadına düşmüşdü. “ Məni bura kim gətirib”, – deyə 
düşündü. Elə bu an qapı açılaraq otağa biri daxil oldu.  
 
– Özünə gəlmisən?  
 
– Mən nə vaxtdan burdayam?  
 
–  Dünən  səhərdən.  Əslində,  tez  durmalı  idin. 
Amma  yaman  yatdın.  –  Tibb  bacısı  gülərək  dedi.  – 
Özünü necə hiss edirsən?  
 
– Pis deyiləm.  
 
–  Yaran  elə  də  dərin  deyil.  Bəxtin  gətirib. 
Orqanlara ziyan dəyməyib.  
 
– Məni vuran oğlan? O hardadır?  
 
–  Təkadamlıq  otaqdadır.  Nəzarət  altında 
saxlayırlar.  



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin